Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-19/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilk iddiaçının nümayəndəsi Vəkil, qarşılıqlı iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" MTK-ya qarşı «maddi ziyanın tutulması haqqında» ilkin, eyni zamanda, "xxxx" MTK-nın İddiaçı MMC-yə qarşı (üçüncü şəxs: X1) qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-61/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən hər iki tərəfdən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə ilk olaraq məhkəməyə müraciət edərək ona dəymiş 67.200,00 manat məbləğində maddi ziyanın, azərbayjan Respublikasının X1nə hazırkı vaxta kimi ödənilmiş 5397,60 manat məbləğində rüsumun və yayım haqqının, həmçinin Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusuna görə xərclənmiş 53.467,00 Abş dolları məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, "xxxx" MTK da qarşılıqlı iddia ərizəsi və sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 297.000,00 manat həcmində vurulmuş ziyanın İddiaçı MMC-dən "xxxx" MTK-nın xeyrinə tutulması və reklam lövhəsinin İddiaçı MMC tərəfindən sökülməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia isə qismən, reklam lövhəsinin sökülməsi hissəsində təmin edilərək Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçələrinin kəsişməsində quraşdırılmış monitor tipli reklam qurğusu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən sökülməsi, qalan hissədə qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir: ilk iddiaçı qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddiaçı isə qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunub, həmin hissədə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya icraatı mərhələsində məhkəmənin 2-2(103)-536/2021 xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 10/3168 saylı məktubu ilə mütəxəssis rəyi təqdim edilməməsi əsası ilə rəy verilməsindən imtina etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri Xidmətinin **********44 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə mütəxəssis rəyi xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim olunmuşdur Eyni zamanda, xx.xx.2022-ci il tarixində hər iki tərəf ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətilərindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-19/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək xx.xx.2022-ci il tarixinə məhkəmə iclası təyin olunmuşdur. Həmin günə təyin olunmuş, yəni, hazırkı məhkəmə iclasında iştirak edən ilkin İddiaçı MMC-nin numayəndəsi Vəkil, habelə, qarşılıqlı iddiaçı "xxxx" MTK-nın nümayəndəsi vəkil Nümayəndə, hər biri ərizələrinin təmin olunmasını, apellyasiya şikaytlərindən imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş üçüncü şəxs məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (“MPM”) 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflərin ərizələri aşağıdakı əsaslara görə təmin edilməlidir. MPM-in 369.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina etmək hər iki tərəfin qanunla müəyyən edilən hüququdur və bu imtina onların qarşılıqlı mənafeyinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də prosessual qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 61/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və onların apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası izah edir ki, MPM-in 369.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin həmin qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tərəflərin ərizələri təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-61/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətlərindən imtinaları qəbul edilsin. İddiaçı MMC və "xxxx" MTK-nın apellyasiya şikayətləri üzrə işin icraatına xitam verilsin. Qərardaddan verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-2(103)-19/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-19/2022
16.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver