Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-19/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və X1 qarşı “pul tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı1 ASC ilə City Plaza MMC arasında bağlanan 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASC Cavabdeh1 MMC-yə ******* manat məbləğində illik 7%-lə 36 ay müddətinə kredit vermişdir.
2. İddiaçı1 ASC ilə City Plaza MMC (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 21 noyabr 2014-cü il tarixli 04/2 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisə müəyyən edilmişdir.
3. İddiaçı1 ASC ilə City Plaza MMC (borcalan) və Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 25 dekabr 2014-cü il tarixli 04 saylı ipoteka müqaviləsindən görünür ki, borcun ödənilməsinin təminatı kimi Cavabdeh1 MMC-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% payları, Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklar, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binası müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Mərkəzi Bankının 04 mart 2021-ci il tarixli 16-00530- 2021 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097- ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 m2 əmlak kompleksi kimi müəssisə İBO14-1626/2 nömrəli ipoteka müqaviləsinə və İBQ14-1637 nömrəli ipoteka müqaviləsinə əsasən LPO İddiaçı1 ASC-nin Mərkəzi Bank qarşısında olan 23 oktyabr 2014-cü il tarixli KB014-1626 nömrəli və 10 dekabr 2014- cü il tarixli KBQ14-1637 nömrəli kredit öhdəliklərinin təminatıdır.
5. ƏMDX-nın 23 sentyabr 2020-ci il tarixli **********63 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsinin və digər hansısa daşınmaz əmlakın Cavabdeh1 MMC-nin adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
6. ƏMDK DƏDRX-nın 25 dekabr 2020-ci il tarixli **********64 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq müraciətləri əsasında Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanındakı əmlak kompleksinə dair xx.xx.2014 və xx.xx.2014-cü il tairxlərində ipotekanın dövlət qeydiyyatı aparılmışdır, həmçinin bankın müraciətləri əsasında xx.xx.2015-ci il və xx.xx.0216-cı il tarixlərində ipotekanın əlavə qeydiyyatı aparılmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28889 saylı 24 aprel 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixə İddiaçı1 ASC-yə olan cəmi borcu 5493888,8 manat, ondan əsas borc ******* manat, faiz borcu 493888,8 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən ekspertiza təyini haqqında qərardadın tarixinə - xx.xx.2018-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 213194 manat təşkil edir. City Plaza MMC-nin xx.xx.2018-ci il tarixinə iddiaçı KredoBank ASC-yə olan borcu 5707083,28 manat, əsas borc ******* manat, faiz borcu 707083,28 manat təşkil edir. Tədqiqatın dəyəri 145 manatdır.
8. 11 sentyabr 2020-ci il tarixli **********486 nömrəli maliyyə arayışından görünür ki, müqavilə üzrə əsas borc 5000000, faiz borcu 458608,90, borcun gecikdirilməsi üçün hesablanmış cərimə 431946,75 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borcun gecikdirilməsinə görə hesablanmış illik 5 faiz borcu 709023,24 manat ümumi borc isə 6599578, 89 manatdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1162 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 26 yanvar 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabına, 12 fevral 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 34800 ABŞ dolları məbləğində pul vəsaiti "City Plaza” MMC-nin İddiaçı1 ASC-də olan AZ61ANAR**********8000000USD hesabına köçürülmüşdür. Qeyd edildiyi kimi hazırki ekspertiza tədqiqatı İddiaçı1 ASC ilə Cavabdeh1 MMC («Borcalan») arasında rəsmiləşdirilmiş 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsi üzrə aparıldığından, 12 fevral 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 34800 ABŞ dolları məbləğində vəsaitin isə həmin kredit müqaviləsində aid olan hesaba mədaxil edilmədiyindən həmin ödəniş hazırki hesablamalar zamanı nəzərə alınmamışdır. İkinci suala cavab olaraq göstərilmişdir ki, 26 yanvar 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabına mədaxil edilmişdir. Həmin əməliyyatın aparılması iş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa mədaxil orderində (cild 2 i.v 68) və Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabından çıxarış məlumatlarında öz əksini tapmışdır. 2.299.116,71 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-nin İddiaçı1 ASCdə olan AZ45ANAR**********0000000AZM hesabına mədaxil edildikdən sonra həmin vəsaitin bir hissəsi kredit müqaviləsi üzrə faiz borcuna silinmiş, xx.xx.2015-ci il tarixdə 348,040 manat, xx.xx.2015-ci il tarixdə 240.000,0 manat, xx.xx.2015-ci il tarixdə 600.000 manat, xx.xx.2015-ci il tarixdə 400.000,0 manat, xx.xx.2015-ci il tarixdə 100.000 manat mal-material təyinatı ilə məxaric edilmiş, 462.748,0 manat məbləğində vəsait isə xx.xx.2015-ci il tarixində ABŞ dolları ekvivalentinə konvertasiya edilərək Cavabdeh1 MMCnin İddiaçı1 ASC-də olan AZ38ANAR**********0000000USD hesabına köçürülmüşdür. Bundan sonra konvertasiya edilmiş 462.748,0 manat məbləğində vəsaitdən (440.000,0 ABŞ dolları) 2200,0 ABŞ dolları məbləğində konvertasiya haqqı tutulmuş, xx.xx.2015-ci il tarixində 61750,0 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 97.600,0 ABŞ dolları, xx.xx.2015-ci il tarixində 39.050.0 ABŞ dolları, 23,07.2015-ci il tarixində 65.700,0 ABŞ dolları və xx.xx.2015-ci il tarixində 173.700,0 ABŞ dolları məbləğində vəsait yenidən AZN valyutasına konvertasiya edilərək Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan AZ45ANAR**********0000000AZM hesabına mədaxil edilmişdir. Həmin vəsaitlərdən xx.xx.2015-ci il tarixdə 42.000,0 manat, xx.xx.2015-ci il tarixdə 100.000,0 manat, xx.xx.2015-ci il tarixdə 40.000,0 manat, xx.xx.2015-ci il tarixdə 140.000,0 manat məbləğində vəsait mal material təyinatı ilə məxaric edilmişdir. Məhkəmənin 18.03,2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixində 70 vərəqdən ibarət əlavə sənədlər təqdim edilmişdir. Həmin sənədlər tədqiq edilərkən yuxarıda qeyd edilən köçürmələr üzrə pulun verilməsini özündə əks etdirən çek məlumatlarında (kserosurət, səh 19-21) xx.xx.2015-ci il tarixində 400.000,0 manat, xx.xx.2015-ci il tarixində 348.040,0 manat, xx.xx.2015-ci il tarixdə 100.000,0 manat, xx.xx.2015-ci il tarixində 240.000 manat və xx.xx.2015-ci il tarixində 600.000,0 manat məbləğində vəsaitin X3 ödənildiyi öz əksini tapmışdır xx.xx.2015-ci il tarixdə 42.000,0 manat, xx.xx.2015-ci il tarixdə 100.000,0 manat, xx.xx.2015-ci il tarixdə 40.000,0 manat, xx.xx.2015-ci il tarixdə 140.000,0 manat məbləğində vəsaitin ödənilməsini (məxaric edilməsini) əks etdirən çeklər təqdim edilməmişdir. Üçüncü suala cavab olaraq müəyyən edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən ümumilikdə 2.567.123,39 manat məbləğində pul vəsaiti ödənilmişdir. Aparılmış ödənişin 2.196.259,8 manatı əsas borc üzrə. 370.863,55 manatı isə faiz borcuna silindiyi müəyyən edildi. 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixinə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə əsas borcu 2.803.740,16 manat, faiz borcu 265.499,0 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 477.414,6 manat təşkil edir. Borcalan tərəfindən son ödəniş xx.xx.2016-cı il tarixində aparılmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6339 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 26 yanvar 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin 223.929,02 manat məbləğində hissəsi İddiaçı1 ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsi üzrə ödənişə aid edilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatları, xəzinəmədaxil orderləri, 26 yanvar 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin yalnız həmin hissəsi, yəni kredit ödənişinə aid edilən məbləğlər və kredit müqaviləsi üzrə edilmiş digər ödənişlər, 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin xx.xx.2017-ci il tarixinə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 5.000.000,0 manat; faiz borcu 474.444,0 manat təşkil edir. Müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 851.388,89 manat təşkil edir. Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixinə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə olan borcu əsas borcu 5.000.000,0 manat; faiz borcu 474.444,0 manat, 5% ilə faiz borcu 851.388,89 manat təşkil edir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan dəbbə pulunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə dəbbə pulu hesablanmadı. Borcalan tərəfindən ən son ödəniş 274.629,15 manat məbləğində olmaqla xx.xx.2016-cı il tarixdə aparılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
11. İddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 0/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-dən ******* manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 458608,90 manat faiz borcu, 431946,75 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 709023,24 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla cəmi 6599578,89 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəyə, İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MMC-nin 30.12.2-13-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına, Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklara, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binasına. yönəldilməsi, bu əmlakların açıq bazarda və ya hərracda satılması, satışdan əldə edilmiş məbləğin borcun ödənilməsi üçün İddiaçı1 ASC-nin hesabına keçirilməsi, ipoteka qoyanın, yəni Cavabdeh1 MMC-nin müvafiq əmlaklara olan mülkiyyət hüquqlarının və istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3619 2016 saylı qərarı ilə İddiaçı1 ASC-nin ləğv edilməsi və İddiaçı1 ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 04 saylı Kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla ******* manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC və “Dəmirçi” şirkəti arasında xx.xx.2014-cü il tarixli 04/2 saylı İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04 saylı İpoteka müqavilələri bağlanılmışdır. Kredit müqaviləsinə əsasən “Öhdəliklər borc alan tərəfindən yerinə yetirilmədikdə “Borc verən” xəbərdarlıq etməklə cari müqaviləni vaxtından əvvəl dayandırmaq və habelə “Borc alan”a Kreditin və ya onun bir hissəsinin geri ödənilməsi tələbi irəli sürmək hüququna malikdir. Bundan əlavə Kredit Müqaviləsinə əsasən “Borc alan” tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində vaxtından əvvəl tələbetmə hallarında kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək Bankın hüququdur. Hal hazırda müqavilənin şərtlərinə əsasən “Borcalanın” “Banka” olan borcu ******* manat əsas borc, 610555,62 manat 62 qəpik faiz borcu, cəmi 5610555,62 manat 62 qəpik təşkil edir. cavabdeh tərəfindən isə kredit öhdəliklərinin yerinə yetirlməsi üçün heç bir tədbir görülməmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 MMC və “Dəmirçi” şirkəti arasında xx.xx.2014-cü il tarixli, 04/2 saylı ipoteka Müqaviləsinin şərtlərinə əsasən “Dəmirçi” şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisəyə, İddiaçı1 ASC və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 04 saylı ipoteka müqaviləsinin şərtlərinə əsasən: 1)Cavabdeh1 MMC-nin 30.12.2-13-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına, 2) Cavabdeh1 MMC-nin balansında olan bütün Daşınmaz və Daşınar əmlaklara, 3) Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)-2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binası ipoteka predmeti kimi təqdim olunmuşdur
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 nömrəli qətnaməsi ilə qismən təmin edilmişdir. xx.xx.2014-cü il tarixli 0/4 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 458608,90 manat faiz, illik 5 faizlə hesablanmış 709023,24 manat və 32367,86 manat cərimə ümumilikdə ******* manat və dövlət rüsumu kimi ödənilmiş 28,18 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, tutmanın City Plaza” MMC-nin xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsində göstərilən iştirakçılarının nizamnamə kapitalındakı aşağıdakı kimi müəyyən edilmiş Cavabdeh4 məxsus 1 pay-50% və Cavabdeh3 məxsus 1 pay-50% paylarına yönəldilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 145 manat məbləğində xərcin 8,78 manatı iddiaçı LPO İddiaçı1 ASC-dən, 136,21 manatı isə Cavabdeh1 MMCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi müəyyən edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cərimə tənasübsüz surətdə yüksək qiymətləndirildiyinə görə azaldılaraq 32367,86 manat məbləğində müəyyən olunmaldır. Məhkəmə hesab etmişdir ki, tutmanın Cavabdeh2nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə, ünvanında istifadədə olan 0,29436 ha torpaq sahəsində yerləşən 2632,2 m2 ümumi 2630,6 m2 əsas 1,6 m2 köməkçi sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixdə qüvvəyə mindiyi 2-1(81)- 2833/2014 nömrəli qərardadla Cavabdeh1 MMC-yə aid edilən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsi, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrini əhatə edən 628-ci məhəllə ünvanında ayrılmış 0,5449 ha torpaq sahəsi və gələcəkdə onun üzərində inşa ediləcək üç bloklu yaşayış binasına yönəldilməsi, həmçinin ipoteka qoyanın, yəni Cavabdeh1 MMC-nin müvafiq əmlaklara olan mülkiyyət hüquqlarının və istifadə hüquqlarının itirilməsi barədə hissəsində iddia tələbi rədd edilməlidir, belə ki, iddiaçı tərəfindən 21 noyabr 2014-cü il tarixli 04/2 saylı ipoteka müqaviləsində göstərilən tutmanın yönəldilməsi nəzərdə tutulan sözügedən əmlakların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və yüklü edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə xərcləri hissəsində məhkəmə iddia tələbinin 93,94%-nin təmin olunduğunu nəzərə almışdır.
15. Birinci instasniya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386, 421.1, 445.7, 465.2, 467, 567-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissəsində ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən 26 yanvar 2015-ci il tarixli, №e04 saylı mədaxil orderini nəzərə almadan cavabdehin iddiaçı bank qarşısında icra edilməmiş öhdəliyinin olması qənaətinə gəlmişdir. Cavabdehin nümayəndəsi və vəkili iş materialları ilə tanış olan zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçı banka 26 yanvar 2015-ci il tarixdə, AZ45ANAR**********0000000 hesab üzrə 2.299.116,71 manat ödəniş edilməsinə dair mədaxil orderi iş materiallarında mövcuddur. Buna baxmayaraq həmin sənəd məhkəmə tərəfindən araşdırma predmetinə çevrilməmiş və nəzərə alınmamışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 24 aprel 2019-cu il tarixli, № 28889 saylı ekspert rəyinin “Tədqiqat proseinin təsviri” adlanan hissəsinin ikinci abzasında qeyd edilmişdir ki, “...iş materiallarında olan hesabdan çıxarış məlumatlarına və maliyyə arayışına əsasən Cavabdeh1 MMC tərəfindən ümumilikdə 557.083,39 manat ödənilmiş pul vəsaiti faiz borcuna silinmişdir.” Həmin ekspert rəyində olan cədvəldən görünür ki, guya 26 yanvar 2015-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı banka 19.444,4 manat ödənilmişdir. Həmin cədvəldə qeyd edilən məlumatlar iddiaçı bankın məhkəməyə təqdim etdiyi sənədlər əsasında tərtib edilmişdir ki, həmin sənədlərdə də cavabdeh tərəfindən iddiaçı banka ödənildiyi iddia edilən ödənişlər süni şəkildə dəfələrlə azaldılaraq göstərilmişdir. Həmçinin məhkəmə tərəfindən məhkəmə prosesinin çəkişmə prinsipi əsasında keçirilməsi təmin edilmədiyindən, cavabdeh tərəfindən iddiaçı banka ödəniş edilməsinə dair yuxarıda qeyd edilən qəbzdən əlavə, 12 fevral 2015-ci il tarixli, № X01 saylı mədaxil orderi məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən həmin sübut apellyasiya instansiyası məhkəməsinə təqdim edilir. Həmin sənəddən görünür ki, 12 fevral 2015-ci il tarixdə, AZ61ANAR**********8000000USD hesab üzrə 34800 ABŞ dolları iddiaçı banka ödənilmişdir. Göründüyü kimi, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında əsas borc məbləğini dəfələrlə çox müəyyən etmiş, bu da faiz, cərimə və illik 5 faizlə hesablanmış zərər məbləğinin də daha çox hesablanmasına səbəb olmuşdur. Bununla da iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçı banka 26 yanvar 2015-ci iltarixdə, AZ45ANAR**********0000000 hesab üzrə 2.299.116,71 manat ödəniş edilməsinə dair mədaxil orderi və yeni sübut kimi apelyasiya instansiya məhkəməsinə təqdim edilən, cavabdeh tərəfindən iddiaçı banka 12 fevral 2015-ci il tarixdə 34800 ABŞ dolları ödəniş edilməsinə dair mədaxil orderi də nəzərə alınaraq, əsas borc məbləği və digər ödənişlərin məbləği yenidən hesablanmalıdır. Şərh edilənlər 7-ci bölmədə qeyd edilən prosessual hüquq normalarının pozulmasının nəticəsi kimi maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini təsdiq edir. Birinci instansiya məhkəməsi isə iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda istinad edilən mədaxil orderini ümumiyyətlə araşdırmamış və hüquqi qiymət verməmişdir. Halbuki, cavabdehin iddiaçı banka ödənilməmiş qalan borcunu müəyyən etmək iddiaçı bank tərəfindən tərtib edilmiş sənədlərlə deyil, yalnız cavabdeh tərəfindən iddiaçı banka edilmiş ödənişləri təsdiq edən sənədlərlə təsdiq oluna bilərdi. Bakı Kommersiya Məhkəməsi tərəfindən işdə iştirak edən şəxs kimi cavabdehə MPM-in 134.1.4 və 134.1.5-ci maddəsində nəzərdə tutulan sənədlər - nə məhkəmə iclasının vaxtı barədə bildiriş, nə də qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamə göndərilməmişdir. Halbuki, MPM-nin 50-ci maddəsinə görə Cavabdeh1 MMC iş üzrə cavabdeh olmaqla prosesdə tərəf, 46-cı maddəyə görəişdə iştirak edən şəxsdir. İddiaçı bank tərəfindən guya cavabdehin banka cüzi məbləğlər ödədiyini əks etdirən sənədlər məhkəməyə təqdim edilmiş və məhkəmə də həmin sənədləri əsas götürərək iş üzrə cavabdehin xəbəri və iştirakı olmadan hazırda şikayət verilən qətnaməni qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin vəkili iş materialları ilə tanış olan zaman məlum olmuşdur ki, iş materiallarında guya Qanuni nümayəndə2 tərəfindən imza və möhür edilmiş, ünvan 3 ünvanlanmış və xx.xx.2018-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyatı aparılmış ərizə vardır. Həmin ərizə ilə məhkəmədən “borcun dəqiq məbləğini müəyyən etmək məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsinə dair qərar çıxarılması” xahiş edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, həmin ərizə Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 tərəfindən imzalanmamış və onun tərəfindən möhürlənməmişdir. Belə ki, Cavabdeh1 MMC-nin direktoru kimi Qanuni nümayəndə2 hər zaman sənədləri imzaedərkən möhürü imzanın üzərindən vurur, yəni sənəddə imza ilə möhür üst-üstə düşür. Lakin həmin ərizədə möhür imzanın sol aşağı tərəfindən vurulmuş və imza ilə möhür arasında məsafə vardır. Həmçinin iş üzrə məhkəmə xətşünaslıq ekspertizası keçirilməli, ünvan 4 ünvanlanmış, xx.xx.2018-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyatı aparılmış və məhkəmədən “borcun dəqiq məbləğini müəyyən etmək məqsədilə məhkəməmühasibatlıq ekspertizasıkeçirilməsinə dair qərar çıxarılması” xahiş edilən ərizədəki Qanuni nümayəndə2 qrafasındakı imzanın Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2Sabir oğlu tərəfindən icra edilib-edilmədiyi müəyyən edilməlidir. Hazırkı işdə iştirak edən şəxs kimi cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyi üçün hazırda şikayət verilən məhkəmə qətnaməsi qanunsuz və əsassız olmaqla yanaşı, həm də prosessual qanunvericiliyin tələblərinə görə, şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli olan qətnamə statusundadır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi, ekspert rəyi ilə razı olduğunu bildirdi.
19. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız kredit müqaviləsi üzrə borcun (əsas borc, faiz borcu, dəbbə və 5%) məbləği hissəsində dəyişdirilməsinə yönəldilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı kredit borcunun- əsas borc, faiz borcu, dəbbə pulu və illik 5%-lə faizlərinin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar tədqiq edilərək müəyyən edilmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 MMC arasında 06 noyabr 2014-cü il tarixli 04 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə İddiaçı1 ASC-dən illik 7% olmaqla 36 ay müddətinə 5.000.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə əsas, faiz, dəbbə pulu, borclarının və kreditin verilməsi müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən faizin tutulmasını tələb edir.
26. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə borc məbləğlərini müəyyən edərkən cavabdeh tərəfindən banka edilmiş bütün ödənişləri, ələxsus 26 yanvar 2015-ci il tarixdə, AZ45ANAR**********0000000 hesab üzrə edilmiş 2.299.116,71 manat ödənişi nəzərə almamasına, yalnız bankın təqdim etdiyi maliyyə arayışına əsaslanmasına istinad edir.
27. Həmin arqumentlərə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayətində mübahisələndirilən halların (xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli mədaxil orderlərində qeyd olunan ödənişlərin nəzərə alınmaması) aydınlaşdırılması məqsədi ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2024cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2017-ci il tarixə İddiaçı1 ASC-yə olan əsas borcu 2803740,16 manat, faiz borcu 265499 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 477414,6 manat məbləğində təşkil edir. Bundan başqa qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli mədaxil orderlərində qeyd olunan 34800 ABŞ dolları məbləğində vəsaitin həmin kredit müqaviləsində aid olan hesaba mədaxil edilmədiyindən nəzərə alınmamışdır, 2.299.116,71 manat pul vəsaiti isə Cavabdeh1 MMC-nin İddiaçı1 ASC-də olan hesabına mədaxil edildikdən sonra həmin vəsaitin bir hissəsi kredit müqaviləsi üzrə faiz borcuna silinmişdir.
28. Həmin rəy kifayət qədər aydın və tam olmadığından, yəni rəydə xx.xx.2015-ci il tarixdə edilmiş 2.299.116,71 manat ödənişin hansı hissəsinin mübahisəli kredit müqaviləsi üzrə faiz borcuna silinməsi dəqiq göstərilmədiyindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında xx.xx.2015-ci il tarixli mübahisəli ödənişin hansı hissəsinin xx.xx.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsi üzrə borca silinməsinin müəyyən edilməsi və sözügedən ödənişin yalnız həmin hissəsi nəzərə alınmaqla xx.xx.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas, faiz, dəbbə pulu və illik %-lə faiz borclarının məbləğinin müəyyən edilməsi barədə suallar qoyulmuşdur. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, 26 yanvar 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin 223.929,02 manat məbləğində hissəsi İddiaçı1 ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsi üzrə ödənişə aid edilmişdir. Eyni zamanda həmin ödəniş nəzərə alınmaqla cavabdehin xx.xx.2017-ci il tarixinə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 5.000.000,0 manat, faiz borcu 474.444,0 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 851.388,89 manat təşkil edir.
29. Göründüyü kimi, cavabdeh tərəfindən irəli sürülən arqumentlərin araşdırılması məqsədilə iki dəfə ekspertizalar keçirilmiş və ekspertiza tədqiqatlarının nəticəsi olaraq xx.xx.2015-ci il tarixli mədaxil orderdə qeyd olunan 34800 ABŞ dolları məbləğində vəsaitin mübahisəli kredit müqaviləsində aid olan hesaba mədaxil edilmədiyi və həmin kredit üzrə borclara silinmədiyini, 26 yanvar 2015-ci il tarixli mədaxil orderində qeyd olunan 2.299.116,71 manat məbləğində pul vəsaitinin 223.929,02 manat məbləğində hissəsinin mübahisəli kredit üzrə borclara silinməsi müəyyən edilmişdir. Eyni zamanda mübahisəli kredit üzrə borclara silinmiş 223.929,02 manat məbləğində ödəniş də nəzərə alınmaqla xx.xx.2017-ci il tarixinə İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 5.000.000,0 manat, faiz borcu 474.444,0 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcunun 851.388,89 manat olması öz təsdiqini tapmışdır.
30. Kollegiya hesab edir ki, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə razılaşmaması üçün əsaslar olmadığından həmin rəy sübut qismində məhkəmə tərəfindən nəzərə alınmalıdır.
31. Bu kontekstdə cavabdehin borcun şişirdilməsi və ödənilmiş məbləğlərin nəzərə alınmaması barədə dəlilləri öz təsdiqini tapmır. Əksinə, kredit müqaviləsi üzrə müqavilə üzrə kreditin verilməsi müddəti bitdiyi tarixədək hesablanmış faiz borcunun, eləcə də kreditin verilməsi müddəti bitdiyi tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün illik 5%-lə faiz borcun, iddia ərizəsinə əsasən tələb ediləndən daha yüksək məbləğlərdə olması müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri həddində işə baxaraq həmin hissələrdə iddianı təmin etməklə cavabdehdən kredit müqaviləsi üzrə tutulacaq əsas borcu ******* manat, faiz borcunu 458608,90 manat, illik 5 faizlə faiz borcunu 709023,24 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.
32. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tutulacaq dəbbə pulunun məbləğini müəyyən edərkən Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas götürərək tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə almışdır. Odur ki, birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi 32367,86 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsas yoxdur.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin (mübahisələndirilən hissədə )qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndiirkən dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətnin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov