Məhkəmə qərarları › İş №2-2(103)-192/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-192/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-192/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3996/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən və xx.xx.2022-ci il tarixli əlavə qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC alıcı ilə Cavabdeh MMC arasında 16 may 2018-ci il tarixli, AN/A015/0518 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları qaimə-faktura əsasında alıcıya satmağı, alıcı isə malın müqabilində satıcıya həmin qaimə fakturalarda nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq 8879,40 manat, 1598,29 manat ƏDV borcu, 100 manat mediasiya xərci, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat olmaqla ümumilikdə 10599,69 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, İddiaçı MMC müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərək malları alıcıya çatdırmışdır. Belə ki, 04 oktyabr 2019-cu il tarixli, 851 №-li hesab faktura və EBAA 800366 saylı, 05 oktyabr 2019-cu il tarixli elektron qaimə əsasında 3218,50 manat, 17 fevral 2020-ci il tarixli, 997 №-li hesab faktura və EBAG 453187 saylı, 17 fevral 2020-ci il tarixli elektron qaimə əsasında 5660,90 manat həcmində malları alıcıya təhvil verilmiş, lakin dəyəri ödənilmədiyindən ƏDV xaric 8879,40 manat məbləğində borcu qalmışdır.

4. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən məhkəməyə hesab-fakturalar təqdim olunsa da, həmin sənədlərdə imzalayan şəxsin, adı, soyadı, vəzifəsi qeyd olunmamış və möhürlə təsdiq edilməmiş, yəni hesab-fakturaların kim tərəfindən imzalanması məlum deyildir. Hal-hazıra kimi ödənişlər faktura və elekton qaimə əsasında aparılıb, Cavabdeh MMC-nin mühasibat sənədlərində İddiaçı MMC-yə borcun olması müəyyən edilmir. Sonuncu dəfə ödənişlər 2018 və ya 2019-cu ilin əvvəlində edilmiş və müqavilənin 2018-ci ildə bağlanması nəzərə alınmaqla iddia müddəti ötürülmüşdür.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3996/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, 8879,40 manat əsas borc və 1598,29 manat ƏDV olmaqla, ümumilikdə 10477,69 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 122 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3996/2022 saylı əlavə qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iş üzrə İddiaçı hüquqi yardımla əlaqədar çəkilmiş xərcin əvəzinin tutulması barədə ərizəsinin qismən təmin edilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində hər vəkilə 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

7. Cavabdeh MMC apellyasiya şikayətləri verərək, həmin qətnamələrin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, müqavilənin 10.6-cı maddəsinə əsasən müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 1 il müddətinə, yəni xx.xx.2018-ci il tarixinədək qüvvədə qalır. Bu da onu göstərir ki, iddiaçı ilə cavabdeh arasında sözügedən müqavilə üzrə heç bir hüquq münasibətləri qalmamış, mövcud olmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 10477,69 manat məbləğində xx.xx.2019-cu il tarixdə, 800366 saylı və xx.xx.2020-ci il tarixdə, 453187 təqdim edilən, eyni zamanda cavabdeh təsdiq olunmayan e-qaimələrin heç bir əsası yoxdur. Eyni zamanda, həmin e-qaimələr üzrə malların cavabdehə təhvil verilməsinə dair sübutedici sənədlər, qaimə-fakturalar, təhvil təslim aktları, üzləşmə aktları mövcud deyil. Həmçinin alqı-satqı müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə qaiməfakturalar əsasında satıcı tərəfindən alıcıya 1 ay ərzində təhvil verilmiş malın məbləğini bu müqavilənin 3.6-cı bəndində göstərilmiş üzləşmə aktı əsasında növbəti ayın ilk 10 bank günü ərzində 100% həcmində alıcı tərəfindən satıcıya ödənilir. Lakin iddiaçı malların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmiş, yalnız e-qaimələr təqdim etməklə kifayətlənmiş, halbuki həmin e-qaimələrdə malların cavabdeh tərəfindən qəbul edilməsinə dair müvafiq imzalar mövcud olmamışdır. Bunlara baxmayaraq, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi e-qaimələri əsas götürmüşdür. Bundan əlavə, iddiaçı hüquqi yardım almaq üçün 2 vəkil ilə, yəni xx.xx.2022-ci il tarixli, 590 saylı müqavilə vəkil Nümayəndə ilə, xx.xx.2022-ci il tarixli, 592 saylı müqavilə isə Vəkil ilə müqavilə bağlanmışdır. Lakin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı pul tələbinə dair qaldırılan məhkəmə işində, bütün proseslərində xx.xx.2022-ci il tarixli, ******* saylı orderlə təkcə Vəkil iştirak edib. Sözügedən orderi də məhkəmənin elektron kabinetinədə yerləşdirib. Lakin vəkil Nümayəndə "Lindpro” MMC tərəfindən Cavabdeh MMC-yə qarşı pul tələbinə dair qaldırılan məhkəmə işində (nə hazırlıq iclaslarda nə də baxış iclasında) iştirak etməyib, order təqdim etməyib, elektron kabinetə yerləşdirməyib. Bu da onu göstərir ki, İddiaçı MMC vəkil Nümayəndə ilə müqaviləni başqa bir məhkəmə işi üçün bağlamışdır. Lakin iddiaçı başqa məhkəmə işində hüquqi yardım göstərilməsi üçün xərclənən 440 manat məbləğində pulu Cavabdeh MMC-dən tutulmasını xahiş etmiş və məhkəmədə iddiaçının bu əsassız tələbini xx.xx.2022-ci il tarixdə əlavə qətnamə ilə qismən təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

12. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

19. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddələrin görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

24. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

25. İddiaçı e-qaimələr üzrə malları cavabdehə təhvil verdiyini, cavabdeh isə həmin malları təhvil almadığını bildirir.

26. Göründüyü kimi mübahisənin həlli üçün ilk növbədə malların cavabdehə təhvil verilib-verilmədiyi müəyyən olunmalıdır.

27. Bunun üçün isə əvvəlcə tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırılmalıdır.

28. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

29. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə hazırki mübahisə predmetinə aid olmayan 4 ədəd e-qaimə göndərilmiş və həmin qaimələrə görə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 3670,60 manat, xx.xx.2018-ci il tarixdə 1694,92 manat, xx.xx.2020-ci il tarixdə 4661,02 manat, xx.xx.2020-ci il tarixdə 2542,37 manat olmaqla ödənişlər həyata keçirilmişdir. Bu işin mübahisəsiz hallarına aiddir.

30. Həmin e-qaimələr üzrə isə heç bir üzləşmə və ya təhvil-təslim aktları tərtib edilməmişdir. Çünki cavabdeh digər e-qaimələr üzrə təhvil-təslim aktlarının mövcud olduğunu şifahi qaydada bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

31. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndində mal təhvil verilərkən üzləşmə aktı - təhvil-təslim aktının imzalanması müəyyən edilsə də, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.

32. Eyni zamanda iş materiallarında olan 04 oktyabr 2019-cu il tarixli, 851 №-li hesab-faktura və EBAA 800366 saylı, 05 oktyabr 2019-cu il tarixli elektron qaimə əsasında 3218,50 manat, 17 fevral 2020-ci il tarixli, 997 №-li hesab-faktura və EBAG 453187 saylı, 17 fevral 2020-ci il tarixli Elektron Qaimə əsasında 5660,90 manat həcmində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

33. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə təsdiq olunur.

34. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

35. Məhkəmə iclasında cavabdehin nümayəndəsi elektron qaimələrin onlar tərəfindən ləğv olunmamasının məhz texniki səbəblərdən və mühasibin səhvi ucbatından olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

36. Eyni zamanda müqavilə müddətinin bitməsi barədə cavabdehin dəlillərinə dair qeyd olunur ki, müqavilə müddəti bitdikdən sonra da iddiaçı tərəfindən cavabdehə 4 ədəd e-qaimələrin göndərilməsi və həmin qaimələrə görə cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi tərəflər arasında alqı-satqı münasibətləri müqavilə müddəti bitdikdən sonra da davam etmişdir.

37. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

38. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz.

39. Belə ki, sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili etiraf etdi ki, onlar iddia tələbində ümumi borc məbləğini 700 manat artıq göstərmişlər. Cavabdehin borc məbləği ƏDV-siz 8136,79 manat təşkil edir. İddiaçı həmin borcdan əlavə ƏDV-ni də tələb edirlər.

40. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 8136,79 manat əsas borcu, həmçinin həmin borca görə hesablanan 1464,62 manat ƏDV borcunu, ümumilikdə 9601,41 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

41. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, işin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olundu ki, 04 oktyabr 2019cu il tarixli, 851 №-li hesab-faktura və EBAA 800366 saylı, 05 oktyabr 2019-cu il tarixli elektron qaimə əsasında 3218,50 manat, 17 fevral 2020-ci il tarixli, 997 №-li hesab-faktura və EBAG 453187 saylı, 17 fevral 2020-ci il tarixli elektron qaimə əsasında 5660,90 manat həcmində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.

42. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə üzrə qaimə-fakturalar əsasında satıcı tərəfindən alıcıya 1 ay ərzində təhvil verilmiş malın məbləğini üzləşdirmə aktı əsasında növbəti ayın ilk 10 bank günü ərzində 100% həcmində alıcı tərəfindən satıcıya ödənilir. Göründüyü kimi istənilən halda qeyd olunan hesab-fakturalar üzrə öhdəliklərin icrası müddəti müvafiq olaraq 2019-cu ilin noyabr və 2020-ci ilin mart aylarında başlamışdır. İddiaçı isə 13 iyul 2022-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsinə uyğun olaraq müqavilə tələbləri üzrə üç illik iddia müddəti ötürülməmişdir.

43. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu arasında xx.xx.2022-ci il tarixli, 590 saylı və xx.xx.2022-ci il tarixli, 592 saylı hüquqi yardım haqqında müqavilələr bağlanmışdır.

44. 27 iyul 2022-ci il tarixli BD1 və BD2 saylı ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəki Bürosuna ayrıayrılıqda 440 manat olmaqla, ümumilikdə 880 manat ödənilmişdir.

45. Mülki Prosessual Məcəllənin 121.1-ci, 115.0 və 115.0.6-cı, 119.1-ci, 121.1-ci maddələrinin tələblərini, iddia tələblərinin təmin olunduğunu və mövcud məhkəmə təcrübəsinə əsasən vəkilin göstərdiyi yardıma görə ödənilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 600 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin əlavə qətnaməsi qanuni və əsaslıdır.

46. Əlavə qətnaməyə münasibətdə apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçını Vəkil ilə yanaşı vəkil Nümayəndə da təmsil etmiş və birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməli, birinci instansiya məhkəməsinin əlavə qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

48. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3996/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin və həmin qətnamə qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 8136,79 manat əsas borc və 1464,62 manat ƏDV borcu, ümumilikdə 9601,41 manat məbləğində pul vəsaiti tutulsun. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3996/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli əlavə qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və həmin əlavə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar