Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-194/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında 13 noyabr 2018-ci il tarixli 6-BİZ-1-0-211-18 saylı kredit xətti müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə illik 6%-lə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə zamin "xxxx" MMC arasında 13 noyabr 2018-ci il tarixli 6-BİZ-1-0-211-18(Z) №li zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar.
3. Həmçinin kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında 6-BİZ-1-0-211-18 saylı xx.xx.2018-ci il tarixli, 22 iyul 2020-ci il tarixli 6-BİZ-1-0-211-18 (G1) saylı, Cavabdeh1 ilə 22 iyul 2020-ci il tarixli 6-BİZ-1-0211-18 (G) saylı sonrakı ipoteka müqavilələri, "xxxx" MMC ilə 13 noyabr 2018-ci il tarixli № 6BİZ-1-0-211-18 saylı girov müqaviləsi bağlanmış və müqavilələrə əsasən Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evi (əmlak 500000 manat dəyərində qiymətləndirilmişdir), ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 hadan ibarət torpaq sahəsi (tərəflərin razılığına əsasən 72000 manat dəyərində qiymətləndirilmişdir) və Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118,9 kv.m ümumi sahə, 61,4 kv.m yaşayış sahəsi və 57,5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzili (tərəflərin razılığına əsasən 150000 manat dəyərində qiymətləndirilmişdir) bank qarşısında ipoteka, "xxxx" MMC-yə məxsus “Dark Ride 8 seats” avadanlığı (tərəflərin razılığına əsasən 510000 manat dəyərində qiymətləndirilmişdir) isə girovla yüklü edilmişdir.
4. Kredit müqaviləsinə 17 fevral 2021-ci il tarixli № 01 saylı əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır.
5. Kredit müqaviləsinə edilmiş dəyişikliklər zaminlik, sonrakı ipoteka və girov müqavilələrinə də edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 2018-ci il 13 noyabr tarixli 6-BİZ-1-0-211-18 № li kredit müqaviləsi üzrə banka 185.061 ABŞ dolları əsas, 16873,03 ABŞ dolları faiz, 6908,68 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 208842,71 ABŞ dolları məbləğində borcunun və 245,03 manat ödənilmiş dövlət rüsumunun, 400 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi, borcun əvəzinin "xxxx" MMC-yə məxsus № 6-BlZ-1-0- 211-18 saylı, 13 noyabr 2018-ci il tarixli girov müqaviləsi ilə girov qoyulmuş “Dark Ride 8 seats” avadanlığına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118,9 kv.m ümumi sahə, 61,4 kv.m yaşayış sahəsi və 57,5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118,9 kv.m ümumi sahə, 61,4 kv.m yaşayış sahəsi və 57,5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118,9 kv.m ümumi sahə, 61,4 kv.m yaşayış sahəsi və 57,5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118,9 kv.m ümumi sahə, 61,4 kv.m yaşayış sahəsi və 57,5 kv.m yardımçı sahədən ibarət, 115 saylı evin, 87 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin şəxslərin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, Cavabdeh3 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin 13 noyabr 2018-ci il tarixli 6-BİZ-1-0-211-18 № li kredit müqaviləsi üzrə əsas borcu 185.061 ABŞ dolları, faiz borcu 16873,03 ABŞ dolları, cərimə borcu 6908,68 ABŞ dolları, cəmi borcu isə 208842,71 ABŞ dolları təşkil edir.
8. Cavabdeh3 birinci instansiya məhkəməsində müqavilələr üzrə banka borcu olduğunu qəbul etdiyini, lakin borcun məbləği ilə razı olmadığını, həmçinin bu barədə pretenziyada məlumat göstərilmədiyi üçün müqavilənin ləğvi tələbinin əsassız olduğunu bildirmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, "xxxx" MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2018-ci il 13 noyabr tarixli 6-BİZ-1-0-211-18 № li kredit müqaviləsi üzrə 185.061 (bir yüz səksən beş min altımış bir dollar) ABŞ dolları əsas, 16.873,03 (on altı min səkkiz yüz yetmiş üç ABŞ dolları üç sent) ABŞ dolları faiz borcu, 6.908,68 (altı min doqquz yüz səkkiz ABŞ dolları altımış səkkiz sent) ABŞ dolları dəbbə pulunun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq) tutulması, Cavabdeh3, "xxxx" MMC-dən, Cavabdeh1 müştərək qaydada iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar 245,03 manat ödənilmiş dövlət rüsumu, 400 manat ödənilmiş mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 90 manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində 0.01693 ha torpaq sahəsində yerləşən, 15K saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən, 118,9 kv.m ümumi sahə, 61,4 kv.m yaşayış sahəsi və 57,5 kv.m yardımçı sahədən ibarət 115 saylı evin, 87 nömrəli mənzilinə və Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların eyni zamanda girov müqaviləsi üzrə girovla yüklü edilmiş “Dark Ride 8 seats” avadanlığının açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, satışdan artıq qalan vəsaitin ipoteka qoyana və girov qoyana qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 136a/236a saylı bağ sahəsində yerləşən torpaq sahəsinin ilkin satış qiymətinin 95.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi Y.Əsədullayev küçəsi 15K fərdi yaşayış evinin ilkin satış qiymətinin 360.000 manat, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1, "xxxx" MMC, Cavabdeh3 müştərək qaydada 150 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə, 500 manat qiymətləndirmə xərcinin tutularaq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Cavabdeh3 həmin qətnmədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya borcu düzgün hesablanmamışdır. Həm iddia tələbinin ilkin variantı, həm də sonrakı dəqiqləşmə (tələblərin artırılması) üzrə mühasibatlıq ekspertizası aparılmamışdır (bununla bağlı vəsatəti təmin edilməmişdir). Belə ki, ödəniş cədvəllərində kredit üzrə faizlərin ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Kredit müqavilələrində faizlərin ayda bir dəfə tutulmasının nəzərdə tutulması və faktiki olaraq tutulması Mülki Məcəllənin 741-ci maddəsində təsbit edilmiş imperativ normanın pozulmasıdır. Nəticədə cavabdehin iddiaçıya olan əsas borcu şişirdilmişdir. Belə ki, cavabdehin il ərzində iddiaçıya ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, cavabdehin iddiaçıya olan borcu xeyli azalmış olardı. Bundan başqa qətnaməyə əsasən girov müqaviləsi üzrə girovla yüklü edilmiş “Dark Ride 8 seats” avadanlığı açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Lakin vəsatətinə baxmayaraq, həmin əmlakın qiyməti müəyyən edilməmiş və bunun üçün müvafiq ekspertiza həyata keçirilməmişdir. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakların qiymətləndirilməsi isə xeyli qüsurludur. Ekspert sonradan məhkəmə iclasında “texniki” (rəqəmlər arasında uyğunsuzluq) qüsurlara aydınlıq gətirsə də, bu, fundamental qüsurları aradan qaldırmır. Qətnamədə onların likvid dəyərinə istinad edilsə də, ekspert rəyində yalnız bazar dəyərinin əsaslandırılması mövcuddur. Likvid dəyərlərin hansı metod əsasında hesablanması naməlumdur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları” (1.5-ci və digər bəndlər) müvafiq standartların hazırlanmasını ehtiva edir. Hazırda belə standartlar “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” tərəfindən təsdiq edilmişdir və bir növ işgüzar dövriyyə adəti xarakterini daşıyır. Rəydə də həmin Cəmiyyətin saytında yerləşdirilmiş standartlara (“Milli Qiymətləndirmə Standartları Toplusu”) istinad edilir. Lakin onlara riayət edilmir. Belə ki, “Qiymətləndirmə hesabatının tərtibi” Standart 5-in (AMQS 5) 3.1-ci bəndində deyilir ki, qiymətləndirmə hesabatı qiymətləndirmənin aparılması üçün analitik üsulların və qiymətləndirmənin həyata keçirilməsi səbəbinin və məqsədlərinin, həmçinin, dəyərin müəyyənləşdirilməsi üçün aparılan təhlillərin əks olunduğu sənəddir. Beləliklə, ekspert rəyi qüsurlu olduğu üçün nəzərə alına bilməz. Cavabdeh müqayisə üçün "xxxx" MMC-nin eyni əmlaklara dair rəyini (qiymətləndirməsini) təqdim etsə də, məhkəmə onu ümumiyyətlə nəzərə almamış və ona münasibətini bildirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
14. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 276.1-ci maddəsinə əsasən ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 16.Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən (xx.xx.2018-ci il tarixədək olan redaksiyada) Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir.
17. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh3 tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcunun məbləğinə, ipoteka predmetlərinin ilkin satış qiymətinə və girov predmetinə aid hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
24. Belə ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741, 462-ci maddələri təşkil edir.
25. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.
26. Belə ki, kredit borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 dekabr 2022 tarixli 9/7946 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh3 10 iyun 2022-ci il tarixə banka olan borcu ümumilikdə 195.190,48 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 185.465,33 ABŞ dolları, faiz borcu üzrə 9.725,15 ABŞ dolları. 13 noyabr 2018-ci il tarixli, 6-BİZ-1-0-211-18 saylı kredit müqaviləsi üzrə hesablanan faizlər kredit müddətinin hər ilin sonunda tutulmaqla hesablamalar olduqda əsas borc 176.963,73 ABŞ dolları, faiz borcu üzrə 16.709,88 ABŞ dolları həcmində hesablanır. Qeyd edilir ki, ekspertiza tədqiqatı zamanı ekspert ikinci hesablama arasındakı (əsas və faiz borcunun cəmi) fərq 1.516,87 ABŞ dolları təşkil edir.
27. 21.02.2023-cü il tarixli maliyyə arayışına əsasən 6-BİZ-1-0-211-18 saylı kredit müqaviləsi əsas borc 185.061 ABŞ dolları, faiz borcu 16873,03 ABŞ dolları, cərimə borcu 6908,68 ABŞ dolları təşkil edir.
28. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra (xx.xx.2023-cü il tarixdə) Cavabdeh3 tərəfindən cəmi 185.000 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş və həmin məbləğ əsas borca aid edilmişdir.
29. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı, ekspert rəyini və maliyyə arayışını araşdıraraq və Mülki Məcəllənin 739, 741, 462-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, kredit borcunun məbləğinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Əlavə olaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra Cavabdeh3 tərəfindən 185.000 ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsi qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas ola bilməz.
31. Eyni zamanda izah olunur ki, həmin 185.000 ABŞ dolları məbləğində ödəniş hazırki qətnamənin icra mərhələsində icra məmuru tərəfindən mütləq qaydada nəzərə alınmalıdır.
32. Həmçinin kollegiya hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiymətinə aid hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
33. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən ipoteka predmetlərinin dəyəri yuxarıda qeyd olunan qaydada müəyyən edilmişdir.
34. İlkin satış qiyməti ilə bağlı tərəflər əsasında mübahisə olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərardadı əsasında ipoteka predmeti olan daşınmaz əmlakların qiymətləndirilməsi keçirilmiş və "xxxx" MMC tərəfindən təqdim edilən qiymətləndirilmə hesabatlarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 136a/236a ünvanında olan torpaq sahəsinin bazar dəyəri 100.000 manat, likvid dəyəri 95.000 manat, ünvan 4 ünvanında yerlləşən fərdi yaşayış evinin bazar dəyəri 400.000 manat, likvid dəyəri 360.000 manat, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 290.000 manat, likvid dəyəri 260.000 manat olaraq qiymətləndirilmişdir.
35. Birinci instansiya məhkəməsində dindirilən iş üzrə ipoteka predmeti olan daşınmaz əmlakların qiymətləndirməsini həyata keçirən "xxxx" MMC-nin ekspert qiymətləndiricisi X2 qeyd etmişdir ki, praktikada daşınmaz əmlaklar qiymətləndirilərkən torpaq sahələri ilə bağlı əmlakın likvid dəyəri bazar dəyərindən 5% daha az, yaşayış evləri ilə bağlı isə əmlakın likvid dəyəri bazar dəyərindən 10% daha az qiymətləndirilir ki, qiymətləndirmə rəyində də hesablama həmin qaydada aparılmışdır. Eyni zamanda, rəy verilərkən işlərin çox olması səbəbindən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 400.000 manat yazılmalı olduğu halda, likvid dəyəri 400.000 manat qeyd edilmiş, bununla belə qiymətləndirmə rəyinin nəticə hissəsində əmlakların likvid və bazar dəyərində hər-hansı səhvə yol verilməmişdir. Əlavə olaraq baş vermiş texniki qüsurlarla bağlı məlumat məhkəməyə göndərilsə də həmin məktub məhkəməyə çatmamışdır.
36. "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilmiş 17 mart 2023-cü il tarixli ƏEM/M 50-154/23 saylı məktubda qeyd edilmişdir ki, aparılan təhlillər zamanı rəyin bir neçə səhifəsində texniki nöqsanlara yol verildiyi müəyyən edillmişdir. Yol verilmiş ifadə xətalarının texniki səhv olmasını nəzərə alınması, 34-cü səhifədə “obyektin likvid dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) qiymətləndirilən mənzilin likvid dəyəri müəyən olunmuşdur”- cümləsi əvəzinə “obyektin bazar dəyərini tapmaq üçün analoqlar müəyyən edilmişdir. Düzəlişlər edildikdən sonra düzəlişlərin sayı və cəmi nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) qiymətləndirilən obyektin bazar dəyəri müəyyən olunmuşdur” cümləsi ilə, 40cı səhifədə “alınmış nəticə 118,9 kv.m (ümumi sahə) x 2.439,1 manat/kv.m= 2890.008,99 manat, yuvarlaq şəkildə 290.000 manat təşkil edir”-cümləsi əvəzinə “alınmış nəticə 118,9 kv.m (ümumi sahə) x 439.1 manat/kv.m= 290.008,99 manat, yuvarlaq şəkildə bazar dəyəri 290.000 manat təşkil edir”-cümləsi ilə əvəz edilərək oxunması xahiş olunur.
37. İpoteka müqavilələrinin bağlandığı tarixdən 6 ilə yaxın müddət keçdiyini, keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin kifayət qədər dəyişdiyini və artdığını, yuxarıda qeyd olunan qiymətləndirmə rəyini, eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən əmlakın ilkin satış qiymətinin məhz likvid qiyməti ilə müəyyən edilməli olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ipoteka predmetlərinin ilkin satış qiyməti kimi qiymətləndirmə rəyini əsas götürərək müəyyən etmişdir.
38. Eyni zamanda, Mülki Məcəllənin girova aid müddəalarını, daşınar əşyanın aşınmaya məruz qaldığını və dəyərinin qısa müddətdə dəyişməsi ehtimalını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq girov müqaviləsi üzrə girovla yüklü edilmiş “Dark Ride 8 seats” avadanlığının ilkin satış qiymətini müəyyən etməmişdir.
39. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinə aid ödəniş cədvəli, hesabdan çıxarış, maliyyə arayışında olan məlumatlar və ekspert rəyi ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Kreditin və faizlərin qaytarılması şərtləri isə tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə razılaşdırılmışdır. Bununla bağlı və Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinə uyğun olaraq kredit müqavilələri üzrə faizlərin ilin sonunda ödənilməli olması barədə dəlillərə dair kollegiya qeyd edir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə faiz dərəcələrini, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Qeyd olunmalıdır ki, hər iki qanun hal-hazırda qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun qəbul olunmasından əvvəl qüvvəyə mindiyindən həmin normalar arasındakı kolliziya qüvvədən düşmüş “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənməlidir. Sonuncu qanunun 7-ci maddəsinə əsasən isə hazırkı münasibətlərə zamanca daha sonra qüvvəyə minmiş “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, həmin məsələlər tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə aiddir və yalnız tərəflərin qarşılıqlı razılaşması əsasında həll oluna bilər. İpoteka predmetlərinin qiymətləndirilməsinə dair rəyin qüsurlu olmasına dair dəlillər də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində rəyi verən "xxxx" MMC-nin ekspert qiymətləndiricisi X2 bildirmişdir ki, praktikada daşınmaz əmlaklar qiymətləndirilərkən torpaq sahələri ilə bağlı əmlakın likvid dəyəri bazar dəyərindən 5% daha az, yaşayış evləri ilə bağlı isə əmlakın likvid dəyəri bazar dəyərindən 10% daha az qiymətləndirilir ki, qiymətləndirmə rəyində də hesablama həmin qaydada aparılmışdır. Göründüyü kimi iş üzrə verilmiş rəyin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 102-ci maddəsində qeyd olunan əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy də mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Cavabdehin müqayisə üçün təqdim etdiyi "xxxx" MMC-nin rəyindən isə görünür ki, o, ümumiyyətlə heç nə ilə əsaslandırılmamış, yalnız bir səhifədə gəlinən nəticə qeyd olunmuşdur. Ona görə də, cavabdehin həmin rəyə istinad etməsi əsassızdır. Həmçinin girov müqaviləsi üzrə girovla yüklü edilmiş “Dark Ride 8 seats” avadanlığının ilkin satış qiymətinin müəyyən edilməməsi və bununla bağlı ekspertizanın keçirilməsi ilə əlaqədar vəsatətinin təmin edilməməsi ilə bağlı dəlillərə dair kollegiya qeyd edir ki, ipoteka predmetindən fərqli olaraq qanunvericilikdə girov predmeti olan daşınar əşyanın ilkin satış qiymətinin məhkəmə tərəfindən mütləq qaydada müəyyən edilməli olması ilə əlaqədar hər hansı imperativ norma mövcud deyildir.
40. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-140/2023 saylı qətnaməsi kredit borcunun məbləğinə, ipoteka predmetlərinin ilkin satış qiymətinə və girov predmetinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn