Məhkəmə qərarları › İş №2-2(103)-195/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-195/2024

05.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-195/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Gənclərin Elmi X4 Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: nəqliyyat vasitələri, avadanlıqların, həmin əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimləri X8 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı "xxxx" Gənclərin Elmi X4 nümayəndəsi Nümayəndə4, Cavabdeh nümayəndəsi-vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə3 Eldar oğlunun iştirakları ilə iddiaçı "xxxx" Gənclərin Elmi X4 Cavabdehnə qarşı (LPO "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) "nəqliyyat vasitələrinin, avadanlıqların, həmin əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-2(113)-3437/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları

1. 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 180.900 manat müəyyən olunmuşdur.

2. 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 132.500 manat müəyyən olunmuşdur.

3. 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqaviləyə və 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işiq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X16” modelli avtobus satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyə öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 663.000 manat müəyyən olunmuşdur.

4. 2015-ci il 5 noyabr tarixli 188706 nömrəli, 2014-cü il 4 iyul tarixli 512463 nömrəli və 2015-ci il 27 iyul tarixli qaimə-fakturaların surətlərinə əsasən, 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqavilələrdə göstərilən texnika və avadanlıqlar Cavabdeh MMC tərəfindən İddiaçı Gənclərin X2 təhvil verilmişdir.

5. 2015-ci il 12 noyabr tarixli, ÇBT/3 seriyalı, 974452 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “NEW HOLLAND B115”, 1 ədəd "NEW HOLLAND B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitələri və avadanlıq, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974453 nömrəli qaimə-fakturaya əsasən, 1 ədəd “DOOSAN DX 140 W’ təkərli ekskavator və 1 ədəd “AUGER” markal avadanlıq, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə-fakturaya əsasən 2 ədəd “DOOSAN DİST 300 FRONTAL YÜKLƏYİCİ”, 1 ədəd “DOOSAN DX35” kiçik həcmli ekskavator, 1 ədəd DOOSAN modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “NEW HOLLAND L215” kiçik həcmli yükləyici və 3 ədəd "X16” markalı avtobus, 2015-ci il 12 noyabr tarixli ÇBT/3 seriyalı, 974455 nömrəli qaimə-fakturaya əsasən 1 ədəd “DOOSAN DX 140 W’ tırtıllı ekskavator İddiaçı Gənclərin X3 tərəfindən "xxxx" MMC-nə təhvil verilmişdir.

6. "xxxx" MMC (Sifarişçi) ilə İddiaçı Gənclərin X3 (İcraçı) arasında bağlanmış 01-14- MMC saylı 2013-cü il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən əsasən "xxxx" MMC maddi-texniki bazasının gücləndirilməsi, xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması, külək elektrik stansiyalarına, günəş elektrik stansiyalarına texniki xidmət göstərilməsi, ehtiyat hissələrinin alınması və avtonəqliyyat vasitələrinin alınması işlərinin satın alınması üçün İddiaçı Gənclərin X1 ƏDV daxil olmaqla 1.410.000 manat məbləğində təklifini qəbul etmişdir.

7. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş 2013-cü il 30 dekabr tarixli 26 saylı hesab-fakturaya əsasən 01-14 MMC saylı müqavilənin şərtlərinə əsasən avtonəqliyyat vasitələrinin, maddi texniki baza üzrə xüsusi təyinatlı nəqliyyat vasitələri və avadanlıqların, külək və günəş enerjisi stansiyalarının texniki xidmətinin, EİS-in ehtiyat hissələrinin dəyəri olan 1.410.000 manat vəsaitin ödənilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMCyə 2013-cü il 30 dekabr tarixli 705679 saylı elektron hesab-faktura da göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Gənclərin X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələrinin, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, xx.xx.2015-ci il tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X16” markalı avtobusun və həmin əmlaklara aid texniki sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə 1.485.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 3 alqı-satqı müqaviləsi bağlanmışdır. 27 iyun 2014cü il tarixli, 040/14-GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 180900 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 30 iyun 2014-cü il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 132500 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 31 avqust 2015-ci il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 2 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. 02 noyabr 2015-ci il tarixli, 072/15- GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcmli yükləyici və 3 ədəd “X16” modelli avtobus satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 663000 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 06 aprel 2018-ci il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. Lakin əmlaklar iddiaçıya deyil, tamamilə başqa şəxsə "xxxx" MMC-yə təhvil verilmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbini dəqiqləşdirmək istəyirlər. Belə ki, "xxxx" MMC ilə iddiaçının hər hansı bir hüquqi bağlılığı mövcud olmamışdır. O cümlədən həmin şirkətin iddiaçının adından çıxış etməyə səlahiyyəti yox idi. Belə olan halda isə, cavabdeh tərəfindən əmlakın iddiaçıya təhvil verilmədiyi aşkar şəkildə bəlli olur. 1-ci müqavilə üzrə cavabdeh tərəfindən tərtib edilmiş əmlakın təhvil verilməsinə dair xx.xx.2014-cü il tarixli qaimənin, 2-ci müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin, habelə 3-cü müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin “təhvil aldım” qrafasındakı imza da iddiaçının adından çıxış etmək səlahiyyəti olan hər hansı bir işçisinə, yaxud başqa (etibarnamə əsasında etibar etdiyi şəxsə) məxsus deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli, 39 nömrəli qərarına əsasən (Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında) əsasən iddiaçı alınmış əmlakları qeydiyyatdan keçirməli idi və yalnız bundan sonra onda həmin əmlaklardan istifadə etmək hüququ yaranmış olardı. Lakin sənədlər təqdim edilmədiyinə görə iddiaçı aldığı əmlakları bu günə qədər qeydiyyatdan keçirə və istifadə edə bilməmişdir. Bununla bağlı iddiaçıya külli miqdarda zərər dəymişdir. Bazar iqtisadiyyatı prinsiplərini nəzərə alaraq qarşılıqlı razılaşma yolu ilə ən aşağı qiymətlər ilə icarəyə verilsə idi, iddiaçı 1.485.000 manat fayda əldə edə bilərdi.

10. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan müqavilələr üzrə tərəflər arasında imzalanmış və möhürlənmiş rəsmi təhvil-təslim aktları mövcuddur. Həmin təhvil-təslim aktları iddiaçı tərəfindən tələb olunan bütün sənədlərin təqdim edilməsini təsdiq edir. Çünki müqavilələrin 3.3-cü bəndinə əsasən, satıcı (cavabdeh) əmlakın təhvil verilməsi ilə eyni zamanda alıcıya (iddiaçı) aşağıdakı sənədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil-təslim aktını imzalamaqdan imtinası üçün əsasdır. Əlavə olaraq qeyd edilməsi zəruridir ki, iddiaçı qeyd etdiyi məbləğdə maddi itkilərə məruz qalmışdırsa, təhvil-təslim aktlarının təsdiq edildiyi müddətdən bugünə qədər (7-8 il ərzində) məhkəməyə müraciət etməməsi iddianın əsaslılığı barədə sual doğurur. Bundan başqa, tələb üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki 27 iyun 2014-ci il tarixli, 040/14- GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 24 iyul 2014-cü ildə, 27 iyun 2014-ci il tarixli, 062/14-GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 27 iyul 2015-ci ildə, 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilə üzrə təhviltəslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 05 noyabr 2015-ci ildə təsdiq edilmişdir.

11. Birinci instansiya məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında LPO "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli və 02 noyabr 2015ci il tarixli, 072/15-GM-S nömrəli müqavilələr üzrə cavabdehdən tələb olunan nəqliyyat vasitələri və avadanlıqlar “X13 X7 MMC-yə verilmişdir. Belə ki, "xxxx" MMC ilə Xəzər GETYM arasında 30 dekabr 2013-cü tarixdə 01-14-MMC nömrəli müqavilə bağlanmış və həmin müqavilənin predmeti "xxxx" MMC-nin maddi texniki bazasının gücləndirilməsi, avtonəqliyyat vasitələrinin alınması, bunun müqabilində "xxxx" MMC İddiaçı GETYM-ə ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsini təmin etmişdir. Həmin müqavilə əsasında İddiaçı GETYM "xxxx" MMC-yə ƏDV daxil olmaqla ******* manat dəyərində hesab-faktura, habelə 30 dekabr 2013-cü il tarixli, HG seriyalı, 705679 nömrəli elektron vergi hesab-fakturası təqdim etmişdir. Bundan sonra isə müvafiq nəqliyyat vasitələri və avadanlıqların İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Belə ki, 12 noyabr 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 974452 nömrəli qaiməfakturaya əsasən İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “NEW HOLLAND B115”, 1 ədəd "NEW HOLLAND B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitələri və avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974453 nömrəli qaimə-fakturaya əsasən, Xəzər GETYM tərəfindən "xxxx" MMCyə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W’ təkərli ekskavator və 01 ədəd “AUGER” markal avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaiməfakturaya əsasən İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 2 ədəd “DOOSAN DİST 300 FRONTAL YÜKLƏYİCİ”, 1 ədəd “DOOSAN DX35” kiçik həcmli ekskavator, 1 ədəd DOOSAN modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “NEW HOLLAND L215” kiçik həcmli yükləyici və 03 ədəd “X16” markalı avtobus, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974455 nömrəli qaiməfakturaya əsasən isə İddiaçı GETYM "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W” tırtıllı ekskavator təhvil verilmişdir. Yalnız 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə-fakturada olan 3 ədəd “X16” markalı avtobus hüquqi sənədləri ilə birgə təhvil verilmiş, lakin bu qaimədə olan 1 ədəd “DOOSAN” işıq qülləsinin isə harada olması haqqında məlumat mövcud deyildir. Qeyd edilənlər onu təsdiq edir ki, İddiaçı GETYM 3 müqavilə əsasında ƏDV daxil 976400 manata Cavabdeh MMC-dən 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, "xxxx" MMC ilə bağlanmış 30 dekabr 2013-cü il tarixdə 01-14-MMC nömrəli müqavilə üzrə öhdəliyini icra edərək həmin 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq rəsmi uçot sənədləri əsasında "xxxx" MMC-nin balansına qəbul edilmişdir. Göründüyü kimi, "xxxx" MMC İddiaçı GETYM ilə 30 dekabr 2013-cü il tarixdə müqavilə bağlayarkən və ona ƏDV daxil ******* manat pulu ödəyərkən, İddiaçı GETYM-nin mülkiyyətində 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq olmamış yalnız həmin vəsaiti aldıqdan sonra Xəzər GETYM Cavabdeh MMC-dən yuxarıda qeyd olunan 3 müqavilə əsasında ƏDV daxil 976.400 manat dəyərdə 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, ƏDV daxil 433.600 manat olmaqla, ƏDV-siz isə 367.458 manat mənfəət əldə etmişdir. Balanslarında olduğundan onların Cavabdeh MMC-dən alınaraq Xəzər GETYMyə verilməsi hissəsində iddia tələbi olduğundan təmin edilməməlidir. Həmin nəqliyyat vasitələri və avadanlıqlar hazırda "xxxx" MMC-nin balansına alınsa da, onların hüquqi sənədləri hal – hazıradək təhvil verilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2-2(113)-3437/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təhvil – təslim aktının imzalanması, alıcının həmin aktı imzalamaqdan imtina etməməsi onu təsdiq edir ki, əmlaklar və həmin əmlaklara dair sənədlər satıcı tərəfindən alıcıya təqdim olunmuşdur. İddia ərizəsində əmlakların təhvil verilməsi, sənədlərin isə təqdim olunmaması qeyd olunsa da, iddia tələbinin həcminin artırılması barədə ərizədə həmçinin, əmlakların da verilmədiyi göstərilmişdir. Akt imzalardan başqa, İddiaçı Gənclərin X1 möhürü ilə də təsdiq olunmuşdur. Aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda həmin aktda hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş aktda olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Cavabdeh həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan aktlarda olan möhür əksinin iddiaçının səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə aktdakı imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin akt imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi aktda göstərilənləri bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış aktı qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq aktı, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir. Digər tərəfdən "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla da əmlakların iddiaçıya verilməsi təsdiqini tapır. Belə ki, İddiaçı Gənclərin X3 "xxxx" MMC ilə müqavilə bağlanmış, həmin müqavilə əsasında sonuncu tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsi təmin olunmuşdur. Müqavilə əsasında İddiaçı Gənclərin ElmiX7 "xxxx" MMC-yə ƏDV daxil olmaqla ******* manat dəyərində hesab faktura, elektron vergi hesabfakturası təqdim etmiş, qaimə-fakturalara əsasən hal – hazırda tələb etdiyi texniki və avadanlıqları sonuncuya təhvil vermişdir və məhz bu sənədlər əsasında həmin əmlaklar "xxxx" MMC-nin balansındadır.

15. Məhkəmə öz mövqeyini MM-in 372.2, 373.2, 375.2, 377.1, 384.0, 384.0.4, 567, 568.1, 568.2, 569.1, 570.1, 571.1.1, 576-cı; Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı "xxxx" Gənclərin Elmi X7 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Gənclərin ElmiX7 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə, həmin müqavilə əsasında sonuncu tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ******* manat ödənilən pulun mübahisə predmeti olmuş əmlaklarla heç bir əlaqəsinin olmaması müqavilədə və digər sənədlərdə əksini tapmışdır. Məhkəməyə aidiyyəti sənədlər təqdim edilməsinə baxmayaraq, məhkəmənin mübahisə predmeti olmuş həmin əmlakların "xxxx" MMC-nin balansında olması barədə qənaət gətirməsi qəbuledilməzdir. Belə ki, "xxxx" MMC ilə iddiaçının mübahisə predmeti olan əmlaklarla əlaqəli hər hansı bir hüquqi bağlılığı mövcud deyildir. Belə olan halda isə, cavabdeh tərəfindən əmlakın iddiaçıya təhvil verilmədiyi aşkar şəkildə bəlli olur. 1-ci Müqavilə üzrə cavabdeh tərəfindən tərtib edilmiş əmlakın təhvil verilməsinə dair xx.xx.2014-ci il tarixli qaimənin, 2-ci müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin, habelə 3-cü müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin “təhvil aldım” qrafasındakı imza da iddiaçının adından çıxış etmək səlahiyyəti olan hər hansı bir işçisinə, yaxud başqa şəxsə (etibarnamə əsasında etibar etdiyi şəxsə) məxsus deyildir. Baş Nazirin 2020-ci ilin sentyabr ayında, Azərbaycan Respublikasının Alternativ və X14 Mənbələri üzrə dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqəli sərəncamından sonra Dövlət Agentliyinin yanında olan "xxxx" MMC tərəfindən onlara texnikalara aid sənədlərin verilməsi barədə müraciətlər olduqdan sonra onlara verilməli olan texnikaların aidiyyəti olmayan 3-cü şəxsə verilməsi halı aşkarlanmışdır. Bu isə özlüyündə iddia müddətinin ötməsi barədə səsləndirilən fikirlərin əsassız olmasına sübutdur. "xxxx" MMC-nin əməkdaşı mübahisə predmeti olan əmlakların "xxxx" MMC-nin balansına alınsa da onlara aid sənədlərin hələ də təhvil verilmədiyini bildirməsi təhvil-təslim prosesinin baş verməsinə sübut olaraq göstərilən fakturaların əsassızlığını bir daha sübut edir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən hüququn tətbiqində səhv buraxmış, işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, aydınlaşdırmış hallara isə düzgün qiymət verilməmişdir. İddia müddətinin ötürülməsinə münasibətdə qeyd edilməlidir ki, əşya hüquqlarına iddia müddəti tətbiq edilmir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri üzrə iddia müddəti şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına əsasən əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Əmlakın aidiyyəti olmayan 3-cü şəxs tərəfindən balansa alınması mübahisə predmeti olan əmlakların iddiaçıya təhvil-təslim edilməsi sayıla bilməz. Qaimə-faktura isə təhvil-təslim sənədi deyildir. Təhvil-təslim sənədində əmlaklar və ona aid hissə və sənədlərin adları tam şəkildə göstərilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş qaimə-fakturada isə sadəcə əmlaklar və rəqəmləri əksini tapmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, “Xəzər" Gənclərin X3 ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında sonuncu tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsi təmin olunmuşdur. Müqavilə əsasında İddiaçı Gənclərin X3 "xxxx" MMC-yə ƏDV daxil olmaqla ******* manat dəyərində hesab-faktura, elektron vergi hesab-fakturası təqdim etmiş, qaimə-fakturalara əsasən hal-hazırda tələb etdiyi texnika və avadanlıqları sonuncuya təhvil vermiş və məhz bu sənədlər əsasında həmin əmlaklar "xxxx" MMC-nin balansındadır. Yəni iddiaçı sözügedən malları Cavabdeh MMC-dən tam şəkildə, sənədləri ilə birlikdə təhvil almış və öz alıcısı olan, "xxxx" MMC-yə satmış və ödənişini də almışdır. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Həmçinin, tərəflər arasında rəsmiləşdirilmiş təhvil-təslim aktlarının səlahiyyətli şəxslər tərəfindən imzalanmaması ilə bağlı qeyd edilmişdir ki, sözügedən təhvil-təslim aktları imzalardan başqa, İddiaçı Gənclərin X1 möhürü ilə də təsdiq olunmuşdur. Aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda həmin aktda hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Tərəflər arasında imzalanmış hər üç müqavilənin 3.3-cü maddəsində göstərilmişdir kı: “Sənədlərdən hər hansı birinin Satıcı tərəfindən Alıcıya təqdim edilməməsi təhvil-təslim aktının imzalanmasından imtina edilməsi üçün əsasdır.” Yəni, təhvil-təslim aktının imzalanması malların və sənədlərin təhvilini sübut edir. Əlavə olaraq, müqavilənin 3.6-cı maddəsinə görə, əmlakın satıcıdan alıcıya verilməsi barədə təhvil-təslim aktının imzalandığı andan əmlaka mülkiyyət hüququ alıcıya keçir. Yəni əmlakın alıcıya verilməsi haqqında təhvil-təslim aktının olması sözügedən əmlaklara qarşı tərəfin mülkiyyətini yaradır. Bununla yanaşı, iddiaçı öz mülahizəsində “cavabdeh əmlakı iddiaçıya təhvil versə də” ifadəsini qeyd etməklə, əmlakları təhvil aldığını etiraf etmişdir ki, bu məqam da iddiaçının mövqeyinin nə qədər əsassız olduğunu təkrar-təkrar sübut edir.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(113)- 3437/2022 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən – “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində təmin edilmiş, tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X16” markalı avtobusun və həmin əmlaklara aid texniki sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilələrin 2.1.1-ci bəndinə əsasən əmlakların yüz faiz dəyəri əvvəlcədən ödənilir, 2.2-ci bəndinə əsasən əmlak və ona dair sənədlər dəyəri tam ödənildikdən sonra alıcıya (iddiaçıya) təhvil verilir. 3.2 və 3.3-cü bəndlərinin məzmunundan görünür ki, malların verilməsi təhvil – təslim aktı ilə rəsmiləşdirilir, əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalıdır, sənədlərin təqdim olunmadığı təqdirdə təhvil – təslim aktı imzalamaqdan imtina etmək alıcının hüququdur. İş materiallarında belə bir təhvil-təslim aktı mövcud deyildir. Cavabdeh müqavilə üzrə əmlakların təhvil verilməsinin dəlili kimi onlar tərəfindən iddiaçıya göndərilən 3 ədəd 2015-ci il 5 noyabr tarixli 188706 nömrəli, 2014-cü il 4 iyul tarixli 512463 nömrəli və 2015-ci il 27 iyul tarixli qaimə-fakturaları göstərmişdir. Cavabdehin nümayəndəsi həmin qaimə-fakturaların əsllərini təqdim edəcəyini bildirsə də təqdim etməmişdir. İddiaçı cavabdeh tərəfindən təhvil-təslim aktı kimi təqdim edilən qaimə-fakturalar ödəniş edilməsi üçün verilən sənəd olduğunu bildirmişdir. İddiaçı ilə cavabdeh arasında ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Bu barədə ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. Cavabdeh və üçüncü şəxs iddiaçı ilə cavabdeh arasında bağlanmış üç müqavilə üzrə təhvil verilməli əmlaklarla, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilə üzrə təhvil verilməli əmlakların eyni olduğunu və bu müqavilələrin əlaqəli olduğunu bildirmişdilər.

21. Kollegiya qeyd etmişdir ki, hazırkı mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin iş üzrə iddiaçı ilə hər hansı bir hüquqi bağlılıq müəyyən edilməmişdir.

22. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ünvanlanan qaimə-fakturaların təhviltəslim aktı kimi qəbul edilməsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, yuxarıda qeyd edilən 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqavilələrin 3.2-ci bəndinə əsasən əmlakın satıcıdan alıcıya təhvil-təslimi aktı ilə rəsmiləşdirilir. Əmlakların təhvil-təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla 2 nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Lakin iş materiallarında belə bir akt aşkar edilmədiyi kimi, həmin əmlaklara aid texniki sənədlərin təqdim edilməsi də müəyyən edilməmişdir.

23. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir.

Kassasiya instasiyası məhkəməsində ilkin icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 488/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 may tarixli 2-2(103)-235/2023 saylı qətnaməsi, “1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X16” markalı avtobus və avadanlıqların təhvil verilməsi” hissəsində ləğv edilmiş; iş həmin hissədə yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilmiş; qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Belə ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbinin digər – “zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri ilə birlikdə təhvil verir” - hissəsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri ilə birlikdə təhvil vermək cavabdehin öhdəliyi olaraq müəyyən edilmişdir və iş materiallarından cavabdehin müqavilələr üzrə bu öhdəliyinə əməl etdiyi təsdiq edilməmişdir. Cavabdeh həmçinin iddia ərizəsinə etirazda, o cümlədən apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətində də aralarındakı müqavilənin həmin şərtinə əməl etdiyini, texnikalarla birlikdə ona aid sənədləri də vaxtilə iddiaçıya verdiyini qətiyyətlə bildirməmiş, əmlakların özlərinin təqdim edilməsinin eyni zamanda onlara dair sənədlərin də təhvil verildiyi anlamına gəldiyini qeyd etmiş, lakin buna dair zəruri və mötəbərliyi şübhə doğurmayan sübutları məhkəməyə təqdim etməmişdir.

26. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddia tələbinin nəqliyyat vasitələri, avadanlıqların təhvil verilməsi hissəsində isə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, məhkəmənin qaimə-fakturaları təhvil-təslim sənədi kimi qəbul etməməsinin hüquqi əsasınının müəyyən edilmədiyini, bu məsələnin hər bir konkret halda müqavilə şərtləri, tərəflər arasında yaranmış işgüzar adətlər və təşəkkül tapmış praktika ilə müəyyən edilməli olduğunu qeyd etmiş, xüsusi texnika və nəqliyyat vasitələrinin üçüncü şəxsə təhvil verilməsinin və sonuncu tərəfindən qəbul olunaraq öz balansına mədaxil edilməsinin, nəqliyyat vasitələrinin iddiaçıya təhvil verilməməsi barədə gəldiyi nəticənin işdəki sübutların düzgün qiymətləndirilməsindən qaynaqlandığını, bu hal isə öz növbəsində apellyasiya məhkəməsi tərəfindən MPM-in 88-ci maddəsinin pozulduğunu təsdiq etdiyini, iddiaçının mövqeyindəki ziddiyyətli hallarının nəzərə alınmadığını qeyd etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Gənclərin Elmi X4 nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, şirkətə 2020-ci ilin iyun ayında baş mühasib olaraq təyin olunmuşdur. Strukturda müəyyən dəyişikliklər oldu. Daha sonra onlar bir çox işləri məlumatsız şəkildə təhvil alıblar. Onlar işləri təhvil aldıqdan sonra "xxxx" MMC–nin onlara texnikalarla bağlı müraciətləri oldu. Bundan sonra onlar müqavilələri və təhvil-təslim aktlarını araşdırdılar. Aralarında texnikaların təhvil-təslim olunması ilə bağlı aktların olmadığını müəyyən etmişlər. 2018-ci ilə qədər onalrın "xxxx" MMC ilə sıx münasibətləri olmuşdur. 2018-ci ilə qədər onlar ödənişləri həyata keçirmiş, lakin onlara heç bir texnika təhvil verilməmişdir. Daha sonra onları 2019-cu il tarixində məhkəməyə verdilər ki, pul ödənilmədiyi üçün texnikalar təhvil verilməyəcəkdir. Onların budan 2020-ci il tarixində məlumatı olmuşdur. 4 müqavilədən 3-ü tam şəkildə icra olunmuşdur. 4-cü müqavilə icra olunduğu halda texnikalar təhvil veriləcəkdir. Texnikaların verilməsi ilə bağlı müraciət etmiş, lakin texnika verilməmişdir. "xxxx" MMC ilə "xxxx" Gənclərin Elmi X7 arasında 2013-cü il tarixində 1 milyon 410 min manat məbləğində müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərində göstərilir ki, 500 min manat və 200 min manat məbləğində ehtiyat hissələri elektrik stansiyaları üçün, 300 min manat dəyərində külək-günəş stansiyalarının hissələri üçün, 800 min manat dəyərində maddi-texniki baza üçün, maşın və nəqliyyat vasitələri, 110 min manat isə başqa bir nəqliyyat vasitəsi üçün idi. Orada konkret olaraq göstərilmişdir ki, 500 min manat oradan silindi və 910 min manat vəsait qaldı. 110 min manat silindikdən sonra 800 min manatın əvəzində 12 ədəd Pikap verilmişdir. Hesab-faktura əmlakın təhvil-təslimini sübut etmir. Onlar əmlakları üçüncü şəxsə təhvil verməmişlər. 2015-ci ildə qaimə-faktura sadəcə pulun verilməsini təsdiq edir. Hətta texnikalara qaldırıb baxılsa görmək olar ki, həmin texnikalar 2016-cı ilin texnikasıdır, heç həmin texnika 2015-ci il tarixindən deyildir. Onlar pulu hissəhissə ödəmişdir. Hər dəfə texnikanın təhvil verilməsi ilə bağlı müraciət edən zaman pulun tam şəkildə ödənilməsi belə olan halda texnikaların təhvil veriləcəyi bilirilmişdir. 2019-cu il tarixli məhkəmə aktı ilə razılaşaraq borclu olduğunu qəbul etmişlər. Müqavilə üzrə sonuncu ödəniş 2018-ci il tarixdə olmuşdur. Müqavilənin ödənilməmiş hissəsi 109 min manatdır.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə3 Eldar oğlu apellyasiya şikayətini əsassız hesab edərək eyd etmişdir ki, onlar əmlakları iddiaçıya təhvil veriblər. Müqavilənin ödənişlə bağlı hər hansı müddəasında vaxtından tez, yaxud vaxtından gec icra olunması əmlakların hər hansı başqa şəxsə təhvil verilməsinə əsas ola bilməz. 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsinin icrası Nəsimi rayon İcra şöbəsindədir və 109 min manat pulun tutulması icra qaydasında tələb olunur. Bununla bağlı iddiaçı bir neçə dəfə qətnamənin icra olunmamasına görə cərimələnmişdir. Qarşı tərəfin istinad etdiyi sübutlar tamamilə xəyaldan ibarətdir. Onların təqdim etdiyi subutlarla bağlı Ali Məhkəmənin mövqeyi tamamilə əsaslıdır. Qaimə-fakturada təhvil verdim-təhvil aldım sözlərinin qeyd edilməsi bəs nəyin təhvil verilib-təhvil aldığını təsdiq edir? Qarşı tərəfin təqdim etdiyi sübutlar tamamilə fiksiyadır. Müqavilələr üzrə ödənişlərin hansı qaydada həyata keçirilməsini bilmir.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab edərək qeyd etmişdir ki, avadanlığın təhvil verilməməsi sənədlərin təhvil verilməməsindən daha ciddi pozuntudur. Bütün ölkə üzrə malların təhvil-təslim aktı qaimə-faktura ilə təsdiq olunur. Həmin əmlaklar cavabdehdən qaimə-faktura ilə təhvil alınmış və eyni qaydada iddiaçı tərəfindən həmin əmlaklar üçüncü şəxsə eyni qaydada təhvil verilmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin Ləğvetmə Komissiyasının üzvü X9 bildirmişdir ki, texnikalar onlara da təhvil verilməmişdir, sadəcə onların balansında görsənir. Müqavilənin əlavə olaraq ödənişlər həyata keçirilmişdir. 2013-cü il tarixində həmin texnikaların alınması üçün iddiaçıya 1 milyon 410 min vəsait köçürülmüşdür. Texnikalar hazırda başqa bir şirkətin ərazisindədir, həmin texnikaları nə istifadə edə bilir, nə də götürə bilirlər. MMC dəfələrlə texnikanın qaytarılması ilə bağlı məktub yazmış, lakin məktublar cavabsız qalmışdır.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə “1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X16” markalı avtobus və avadanlıqların təhvil verilməsi” hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

35.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 36.427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

37. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icraedilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 38.443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 39.445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün vəgecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 40.448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 41.445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digərəsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 42.448.1-ci və 448.2-ci maddələrinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və yahərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 43.452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

44. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 45.568.1 və 568.2-ci maddələrinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 46.569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə buMəcəllənin427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 47.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 48.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 49.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 50.606.1-ci maddəsinə əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

52.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 53.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 54.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 55.Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsitərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2-ci maddə).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 57.İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından göründüyü kimi tərəflər arasında malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, tərəflər arasında bağlanmış 2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilə, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilə və 2015-ci il 2 noyabr tarixli, 072/15-GM-S nömrəli müqaviləyə və həmin müqavilələrə əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş avadanlıqları iddiaçıya verməyi, sonuncu isə malı qəbul edib müqabilində müvafiq dəyəri cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrdə adıçəkilən malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilib-verilməməsi işin mübahisələndirilən halıdır. 58.Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Satıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni alıcının müəyyən məbləğdə ödədiyi pulmüqavilə qiyməti müqabilində əşyanı öz mülkiyyətinə keçirmək hüququnu pozduqda sonuncunun alğı-satqı müqaviləsinin icrasından imtina etmək və ya həmin əmlakın borcludan alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək üzrə hüququnun yaranmasına əsasdır. 59.Malların təhvil verilməsi satıcının alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliyinə xitam verən bir hərəkətdir. Hüquqi şəxsin iştirak etdiyi münasibətlərdə belə əməliyyatın başa çatdırılması həm də yazılı şəkildə sənədin hazırlanması ilə müşayiət olunmalıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, öhdəliyin konkret hərəkətdən çəkinməkdən ibarət olduğu hallar istisna olmaqla, borclunun üzərinə düşür. Başqa sözlə, alıcı malın verilmədiyini iddia edərsə, satıcı bunun əksini sübut etməlidir. Cavabdehin malın verilməsinə dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan sübutlara əsasən müəyyən edilməsinin mümkün olduğu halda, bu fakt malın təhvil alınmasını inkar edən alıcı tərəfindən təkzib edilməlidir. 60.Belə ki, iş materiallarındakı iddiaçı ilə cabadeh arasında imzalanmış müqavilələrin 1.1-ci bəndinə əsasən cavabdeh məhz iddiaçı tərəfindən seçilmiş texnikaları satmağı, iddiaçı isə həmin əmlakların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında tərəflər arasında, hər iki tərəfin imzaladığı və özlərinin rəsmi möhürləri ilə təsdiq etdiyi ciddi hesabat blankı olan qaimə-fakturaların surətləri vardır, onların əslləri cavabdeh tərəfindən təqdim edilə bilməsə də sonradan məhz həmin xüsusi nəqliyyat vasitələri iddiaçı tərəfindən 12 noyabr 2015-ci il tarixli, ÇBT73 seriyalı, 974452, 974453, 974454 və 974455 saylı qaimə-fakturalarla üçüncü şəxsə təhvil verildiyi, həmin qaimə-fakturalar hər iki tərəfin möhürləri, müəssisə rəhbərləri, iddiaçı tərəfindən isə bilavasitə iddia ərizəsini və müvafiq müqavilələri imzalamış A.İsmayılov tərfindən imzalandığı müəyyən edilmişdir. Beləliklə, cavabdeh qaimə-fakturaların əsllərini təqdim edə bilməsə də, sonradan yuxarıda qeyd edilən qaimələrlə məhz həmin texnikaların iddiaçı tərəfindən üçüncü şəxsə təhvil verilməsi müəyyən edilmişdir. 61.Beləliklə tərəflər arasında müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmuş formada xüsusi nəqliyyat vasitələrinin verilməsinə dair ayrıca təhvil-təslim aktları tərtib edilməmiş olsa da, iş materiallarına əsasən həmin nəqliyyat vasitələri cavabdeh tərəfindən qaimə-fakturalarla iddiaçıya təhvil verildiyini tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar adətlərini və təşəkkül tapmış praktikanı, həmçinin tərəflərin sonrakı hərəkətlərini nəzərə alaraq müəyyən etmək mümkündür. Bu hal həm də iddiaçı ilə üçüncü şəxs arasında tərtib edilmiş qaimə-fakturalarda əmlakların markası, modeli, sayı və dəyəri dəqiqliklə göstərilmiş, həmçinin həmin sənədlərdəki “təvil verdim”, “təhvil aldım” hissələri müvafiq olaraq tərəflərin öz imza və möhürləri ilə təsdiq edilmiş qeydlərdən müəyyən olunur. Qeyd edildiyi kimi iş materiallarından həmin əmlakların cavabdehdən qaiməfaktura ilə təhvil alındığı, iddiaçı tərəfindən üçüncü şəxsə də eyni qaydada, yəni qaiməfaktura əsasında ötürüldüyü müəyyən edilir. Belə ki, qaimə-fakturalarının təhvil-təslim sənədi kimi qəbul edilməməsi üçün hər hansı əsas mövcud deyildir. 62.İddiaçı hazırkı mübahisə üzrə üçüncü şəxs LPO "xxxx" MMC-nin onunla hər hansı bir hüquqi bağlılığının olmadığını qeyd etsə də, onların arasında bağlanmış satınalma müqaviləsi, həmçinin iddiaçı tərəfindən məhz cavabdehdən alınmış xüsusi nəqliyyat vasitələrinin üçüncü şəxsin mülkiyyətinə rəsmi olaraq təhvil verilməsi, sonuncu tərəfindən isə bu əmlakların balansına qəbul edilməsi faktları ilə təkzib edilir. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasında 2013-cü il 30 dekabr tarixində 01-14-MMC saylı 1.410.000 manat dəyərində bağlanmış qarışıq müqavilənin şərtlərinə əsasən hazırkı iş üzrə iddiaçı üçüncü şəxs üçün xüsusi texnikaların və nəqliyyat vasitələrinin alınması öhdəliyini qəbul etmiş və həmin xüsusi texnika və nəqliyyat vasitələri hazırkı kommersiya işinin materiallarına əlavə edilmiş qaimə-fakturalarla 2015-ci ilin noyabr ayında üçüncü şəxsin balansına keçirilmişdir. 63.Bundan başqa işdə olan iddiaçının direktoru A.İsmayılovun imzası ilə təsdiq edilmiş 2022-ci il 15 mart tarixli iddia ərizəsindən görünür ki, iddiaçı, ilkin olaraq, mübahisənin predmetini təşkil edən əmlakların cavabdehdən alındığını, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməyərək həmin əmlakların sənədlərinin onlara təqdim edilmədiyini bildirmişdir. Sonradan iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əslində həmin əmlakların özlərinin də onlara təqdim edilmədiyini, həmin əmlakların başqa bir müəssisəyə, yəni hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş LPO "xxxx" MMC-yə təhvil verildiyini qeyd etməklə, əmlakların və onların sənədlərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. 64.Beləliklə, iddiaçı iddianın həcminin artırılması barədə ərizəsində də xüsusi texnikaların və nəqliyyat vasitələrinin üçüncü şəxsə verildiyini təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı həmin xüsusi texnika və avadanlıqların cavabdeh tərəfindən iddiaçıya tərəflərin imza və möhürü ilə təsdiq olunmuş qaimə-fakturalar əsasında verildiyi, eyni qaydada isə həmin texnika və nəqliyyat vasitələrinin iddiaçı tərəfindən üçüncü şəxsə, iddiaçı və üçüncü şəxsin imza və möhürü ilə təsdiq edilmiş qaimə-faktura əsasında təhvil verildiyi, mübahisə predmetini təşkil edən həmin texnika və nəqliyyat vasitələrinin təhviltəsliminə dair hər hansı digər təhvil-təslim aktının olmadığı müəyyən edilmişdir. 65.Kollegiya həmçinin aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda həmin aktların səlahiyyətsiz şəxs tərəfindən imzalanması, həmin sənədlərin saxta olması, bununla da hüquqi şəxs tərəfindən təsdiq edilməsi barədə birmənalı qənaətə gəlmək üçün əsasların olmamasına dair dəlillərə münasibətdə birinci instansiya məhkəməsinin sərgilədiyi hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının irəli sürdüyü bu dəlilləri məhkəmə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli sayır. Hüquqi şəxsin möhürünü itirməsi və ya hər hansı şəxs tərəfindən saxtalaşdırılması barədə məsələlər hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəmə baxışı zamanı müzakirəyə çıxarılmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hüquqi əhəmiyyətli sənəddə nümayəndənin imzasının olmaması belə hüquqi şəxsə məxsus möhürü ilə təsdiq olunmuş sənədin sübut dəyərini gözdən sala bilməz. 66.Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Əgər tərəflərdən biri “ciddi” sübutlar və “inandırıcı” arqumentlər təqdim edibsə, qarşı tərəfin isə yalnız “minimum” sənədlər toplusu varsa, onun passivliyi yalnız mübahisəli faktı təsdiq etməkdən imtina etmək kimi başa düşülə bilər. 67.Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

68. Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).

69. Bundan başqa məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin keçməsi barədə verilmiş ərizə ilə əlaqədar qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən iddia müddətinin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir. 70.Qeyd edilənlərə əsasən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın “2014-cü il 27 iyun tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 2014-cü il 27 iyun tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, 2015-ci il 2 noyabr tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X10” markalı avtobusun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində rədd edilməsi qənaəti ilə razılaşaraq apellyasiya şikayətində qeyd edilmiş dəlillərin qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmədiyini müəyyən edir.

71. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

72. Beləliklə, birinci instansiya məhkəməsi (apellyasiyanın baxış predmetinə aid hissədə) işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti, apellyasiya baxışının predmeti olan hissədə təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3437/2022 saylı 11 noyabr 2022-ci il tarixli qətnaməsi, apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar