Məhkəmə qərarları › İş №2-2(103)-196/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-196/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-196/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əhmədov İlham Bayram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Güləhmədov Ziyamin Yunus oğlunun, cavabdehin nümayəndəsi (işçisi) Əliyeva Səbinə İlyas qızının (işçisi) iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-yə qarşı «pul tələbinə dair» iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1283/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən cavabdeh «xxxx» Sığorta Şirkəti ASC-nin birinci instansiya məhkəməsinə apellyasiya şikayətinin daxil olması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin mülki işin ona göndərilməsi barədə müraciətinə (xx.xx.2020-ci il tarixli məktubuna)Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1283/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «xxxx» Sığorta Şirkəti ASCdən 49.500,00 manat avro məbləğində sığorta pulu, sığorta ödənişini gecikdirdyi üçün 990,00 avro dəbbə pulunun (Azərbaycan Respublikası Mərkəzi Banknın müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) tutularaq «xxxx» MMC-yə ödənilməsi, iddia tələbinin 31.515,79 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin dəbbə pulu və əldən çıxmış fayda hissəsində tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olduqdan sonra Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya mümkün hesab edilmiş, işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx xxxxxx 2020 tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə cavabdeh məhkəməyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1283/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti daxil olması ilə əlaqədar işin ona göndərilməsini xahiş etmişdir (Müraciət xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur). Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nüimayəndəsi S.Əliyeva Bakı Kommersiya Məhkəməsinin müraciətinin təmin olumasını, cavabdehin nümayəndəsi Z.Güləhmədov buna etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materialarını araşdırıb hesab edir ki, iş baxışdan çıxarılmalı və Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, birincisi, MPM-in 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətinin qaytarılması əsasları məhz, həmin məhkəmənin özü tərəfindən yoxlanılır. İkincisi, həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və İPM-nin 364-365, 395.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş baxışdan çıxarılsın. İş üzrə cavabdeh «xxxx» Sığorta Şirkəti ASC tərəfindən 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(81)-1283/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Bakı Kommersiya Məhkəməsinə apellyasiya şikayəti verilməsi ilə əlaqədar iş materialları həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar