Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-196/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8302/2024 saylı qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ticarət mərkəzinin yerləşdiyi torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən obyektlərin satışının dayandırılmasının cavabdehlərə həvalə edilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən obyektlərə dair hər hansı mülki-hüquqi müqavilənin bağlanması, həmin obyektlərin və torpaq sahəsinin özgəninkiləşdirilməsi və icarəyə verilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8302/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “satışın dayandırılması” tələbinə dair iş üzrə icraata xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8302/2024 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbində göstərilən tədbirlərin (mülki hüquqi xarakterli əqdlərin bağlanmasının qadağan edilməsi) həm də AR MPM-in 157-ci maddəsinə müvafiq qaydada müvəqqəti təminat tədbiri kimi baxılmasının nəzərdə tutulması, tələbə iddia icraatı qaydasında baxılmasına mane olmur və qanunvericilikdə də belə bir hal nəzərdə tutulmamışdır. Təbii sual yaranır ki, bu halda məhkəmə hansı səbəbdən işi icraata qəbul edərək 3 dəfə məhkəmə hazırlıq iclası təyin etmiş və həmin hazırlıq iclaslarının təyin edilməsinə hansı zərurət mövcud olmuşdur? Bununla yanaşı, iddiaçının məhz iddia ərizəsində göstərilən obyektlər üzərinə həbs qoyulması və satışın dayandırılması barədə ərizəsinə məhkəmə tərəfindən baxıldığı və ərizə təmin edilmədiyi halda, məhkəmə qərardadda iddiaçıya yenidən müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir. İşin hallarından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən Cavabdeh1 ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir. Hadisə nəticəsində iddiaçıda sığorta təminatı almış və ticarət mərkəzinin yaxınlığında yerləşən əmlaklara – X3 məxsus daşınmaz və daşınar əmlaklara, "xxxx" Firmasına məxsus daşınmaz əmlaka, X4 məxsus daşınmaz əmlaka, "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka, "xxxx" Firmasına məxsus daşınmaz əmlaklara maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı iddiaçı tərəfindən sığorta olunmuş əmlaklar üzrə aşağıdakı kimi sığorta ödənişləri həyata keçirilmişdir: X3 məxsus daşınar əmlaklara dəyən zərərə görə 8000 manat; X3 məxsus daşınmaz əmlaka dəyən zərərə görə 17000 manat; "xxxx" Firmasına məxsus daşınmaz əmlaka dəyən zərərə görə 2787 manat; X4 məxsus daşınmaz əmlaka dəyən zərərə görə 6000 manat; "xxxx" MMC-yə məxsus daşınmaz əmlaka dəyən zərərə görə 9487 manat; "xxxx" Firmasına məxsus daşınmaz əmlaka dəyən zərərə görə 10120 manat; ümumilikdə qeyd olunan əmlaklar üzrə 53394 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən faydalanan şəxslərin hesabına ödənilmişdir. İbtidai istintaq zamanı təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş yanğın-texniki, əmək təhlükəsizliyinin tədqiqi, tikinti-texniki, fizikikimyəvi ekspertizasının 15 mart 2021-ci il tarixli 10/910 saylı və xx.xx.2020-ci il tarixli 8142/8889/91/92 saylı rəylərinə əsasən Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 Əziz oğlu, "xxxx" MMC-nin direktoru X8 və Cavabdeh1 ticarət mərkəzinin elektrik təsərrüfatına cavabdeh şəxs kimi X5 tərəfindən “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6.1, 6.2 bəndlərinin, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 3.19.1, 3.19.3, *3.19.4, 3.19.6, 3.19.7, 3.19.15, 3.19.16, 3.19.19 bəndlərinin, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və İstehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın E1.2.7 bəndlərinin və “Elektrik qurğularının quraşdırma qaydalan”nın 1.1.32, 2.1.31, 2.1.32, 2.1.34, 2.1.36, 2.1.37, 2.1.38, 3.1.8 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ödənilmiş 53394 manat məbləğində sığorta ödənişinin qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında X8, Qanuni nümayəndə2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq, iddiaçınının xeyrinə ödənilməsi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)-269/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir və hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (iş 2-2(103)-955/2024). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-11/2022 saylı hökmünə əsasən X5 yanğın hadisəsinin baş verməsində təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)-465/2024 saylı qərarı ilə iddiaçı "xxxx" MMC-nin "xxxx" ASC-yə qarşı sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-448 saylı qətnaməsindən verilən kassasiya şikayəti qismən təmin edilərək, dəbbə pulunun tutulmasına dair hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və 180.000 manat məbləğində sığorta ödənişinin tutulmasına dair hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı məhkəmə qərarı ilə "xxxx" ASC-dən tutulmalı olan 180 000 manat məbləğində pulun da Cavabdeh1 MMC (VÖEN: **********) və Cavabdeh2 MMC-dən (VÖEN: **********) tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir, eyni zamanda yuxarıda qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin icraatında da Cavabdeh1 MMC (VÖEN: **********) və Cavabdeh2 MMC-nin vəzifəli şəxslərindən 53394 manat məbləğində sığorta ödənişinin tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 269/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmasına dair iş vardır. “https://pravda.az/news/161490” hesablı və pravda.az adlı xəbər portalında Cavabdeh1 satılır: Qiyməti açıqlandı” başlıqlı məqalə yer almışdır. Məqalənin məzmununda göstərilmişdir ki, bir neçə il öncə yanan və konstruksiyası zədələndiyi üçün tamamilə sökülən Cavabdeh1 ticarət mərkəzinin ərazisinin satışa çıxarıldığı haqda məlumat yayılıb. Pravda.az axar.az-a istinadən bildirir ki, ərazisinin 13 milyon manata təklif edildiyi bildirilir. Bundan başqa ticarət mərkəzinin mülkiyyətçiləri tərəfindən məqalənin təkzib olunmaması da, bu halın həqiqət olmasına bir daha sübut edir. Hazırda iddiaçı məhkəmə qərarı ilə iddiaçıdan tutulmalı olan 180 000 manat məbləğində pulun Cavabdeh1 MMC (VÖEN **********) və Cavabdeh2 MMC-dən (VÖEN **********) tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Həmçinin yuxarıda qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-955/2024 saylı qətnaməsidən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 269/2024 nömrəli qətnaməsi ləğv edilmiş və "xxxx" MMC-nin direktoru X8 və Cavabdeh1 MMC-nin direktoru Qanuni nümayəndə2 münasibətdə iddia tələbi təmin edilərək, cavabdehlərdən müştərək qaydada 53394 manat məbləğində sığorta ödənişinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Buna görə də hazırkı vəziyyətdə Cavabdeh1 ticarət mərkəzinin ərazisinin və obyektlərin satışa çıxarılması iddiaçının hüquqlarını pozur. Həmçinin həmin obyektlər və ticarət mərkəzinin ərazisi barədə məlumatların əldə edilməsi üçün məhkəmə iclasında Cavabdeh1 MMC-yə məxsus olan qovluğun İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmə sorğusu ilə tələb edilməsi xahiş edilsə də, məhkəmə, ümumiyyətlə, mübahisənin mahiyyətini, iddiaçının hüquqlarının pozulması və həmin pozuntunun aradan qaldırılması hallarının olub-olmamasını aydınlaşdırmamış və əsaslı vəsatəti təmin etməmişdir. Bu isə iş üzrə 3 dəfə məhkəmə hazırlıq iclasının təyin edilməsinə baxmayaraq, işin hallarının və iddia ərizəsinin hüquqi əsaslarının hərtərəfli, tam və obyektiv tədqiq edilmədiyini, MPM-in 14.1-ci maddəsinin tələblərinin pozulduğunu deməyə əsas verir. Məhkəmə göstərilən qərardadı çıxarmaqla iddiaçının məhkəməyə müraciət etmək hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə tərəfindən əmlak kompleksinin və onun yerləşdiyi torpaq sahəsinin satışının ərizəçinin hüquqlarını pozub-pozmaması, bu satışın qanunvericiliyin tələblərinə müvafiq olub-olmaması və satış nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin olub-olmaması, məhkəmənin xx.xx.2024-cü il tarixli e-16(113)-714/2024 saylı qərardadı ilə satışın dayandırılması barədə ərizə təmin edilmədiyi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(103)-820/2024 nömrəli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanıldığı halda iddiaçının yenidən müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmək imkanının onun hüquqlarının təmini üçün təsirli olmaması halları lazımi qaydada araşdırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-8302/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi ona istinad etmişdir ki, Cavabdeh1 ticarət mərkəzi satılacağı halda gələcəkdə Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı təmin edilə biləcək iddialar üzrə tələbin icra edilməsində çətinliklər yarana bilər və icra sənədinin icrası qaydasında tələbin yönəldilə biləcəyi əmlakların artıq həmin müəssisələrin balansında olmaması ilə nəticələnə bilər. Həmçinin sözügedən şirkətlərin vəzifəli şəxslərinə qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia təmin ediləcəyi təqdirdə də icra sənədinin icrası zamanı həmin çətinliklərin yaranması labüddür. Göründüyü kimi, iddiaçı mövcud vəziyyət dəyişəcəyi təqdirdə hüquqlarının qorunmasının mümkün olmayacağına əsaslanmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia icraatı qaydasında mübahisəedən tərəflər arasında hüquq barədə mübahisələrə baxılır. Hazırkı halda barəsində mülki hüquqi müqavilələrin bağlanmasının qadağan edilməsi tələb edilən əmlaklarla bağlı tərəflər arasında hüquq barədə mübahisə mövcud deyildir, iddiaçı həmin əmlaklar üzərində qanunla qorunan hər hansı bir hüquqa malik olmasını iddia etmir və həmin hüquqa əsaslanaraq cavabdehə qarşı qanunla qorunan hüququnun təmin və ya bərpa edilməsinə dair tələb irəli sürmür. İddiaçının iddia ərizəsində irəli sürdüyü tələb tərəflər arasında hüquq barədə mübahisənin həll edilməsinə deyil, cavabdehə qarşı digər tələblərinin gələcəkdə icra edilməsinin təmin edilməsi məqsədilə cavabdehin mülkiyyətində olan əmlaklar üzərinə hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına yönəldilmişdir. Odur ki, tərəflər arasında hüquq barədə mübahisə mövcud olmadığından hazırkı tələbə iddia icraatı qaydasında baxıla bilməz. Beləliklə, kollegiya həmçinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, mülki prosessual qanunvericilikdə mövcud və gələcək iddialar üzrə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə şəxsin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə ayrıca institut nəzərdə tutulmuş, həmin məsələyə iddia icraatı qaydasında deyil, məhz müvəqqəti təminat tədbirləri üzrə icraatda xüsusi qaydada baxılması təsbit edilmişdir. İddia tələblərindən biri üzrə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etməsi, lakin həmin ərizənin rədd edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilməsi iddiaçıya hüquqlarının qorunmasının çətinləşməsinin qarşısını almaq məqsədilə müvəqqəti xarakter daşıyan məhdudlaşdırıcı tədbirin tətbiq edilməsinə nail olmaq üçün iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli e-2-2(113)-8302/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-196/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-196/2025
24.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver