Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-197/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası və iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Kommersiya MMC-dən istifadə olunmuş təbii qaza görə yaranmış 61.556,59 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçınə qarşı sayğacın quraşdırılması və əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yeni sayğac quraşdırılmaqla əsassız hesablanmış 50.244,19 manat borc məbləğinin abonent hesabından silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı sayğacın quraşdırılması və əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair e-2-2(82)-1082/2019 saylı iqtisadi mübahisəyə dair işin İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair e-2- 2(82)-1078/2019 saylı iqtisadi mübahisəyə dair işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müqavilə əsasında Cavabdeh İstehsalat Kommersiya MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. Həmin müqaviləyə əsasən cavabdeh İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində İddiaçınə xx.xx.2019-cu il tarixə 52.492,19 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən xx.xx.2019-cu il tarixli, SOCAR**********30490075X00588 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdehin tərəfindən müəyyən ödənişlərin olmasına baxmayaraq 52.492,19 manat ödənilməmiş qalmışdır. İkinci iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İstehsalat Kommersiya MMC ilə İddiaçı İB arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə iddiaçı təbii qazla təchiz edilmiş və **********00001 nömrəli abonent kodu verilmişdir. İstifadə edilmiş təbii qazın pulu sayğaca müvafiq qaydada cavabdehə ödənilmişdir. Bir ildən artıq bir müddətdir ki, cavabdeh qaz sayğacını yoxlama məqsədilə götürüb aparmış və dəfələrlə edilmiş müraciətlərə baxmayaraq yerinə yeni sayğac quraşdırmır. Bunun nəticəsidir ki, cavabdeh məlum olmayan hesablama sistemi ilə aylıq olaraq iddiaçıya 5-6 min formal borc hesablamaqdadır. Faktiki sərfiyyatın sayğac üzrə 300-350 manat olmasına baxmayaraq cavabdeh xx xxxx 2019-cu il tarixdə 50 244,19 manat borcun olması ilə bağlı iddiaçıya bildiriş göndərmişdir. İndiki halda cavabdeh tərəfindən müəssisəyə yeni sayğac quraşdırılmadığından və şişirdilmiş borc məbləğləri hesablandığından hazırda pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı” İstehsalat Birliyinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdehndən 57.993,39 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh iddiası qismən təmin edilərək İddiaçı tərəfindən Cavabdehnə 2019-cu ilin may ayı üçün hesablanmış 3.563,20 manat hissəsinin silinməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qətnamə əsaslandırılmamış, cavabdeh tərəfin izahatları üzərində qurulmuşdur. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, ***-**-** saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh İddiaçı İB (qaz paylayıcı) iddiaçı Cavabdeh (istehlakçını) təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” D0022511 saylı aktdan görünür ki, Cavabdehnə 2018-ci ilin dekabr ayının (xx.xx.2018-xx.xx.2018-ci il tarixləri) qaz sərfiyyatına görə 3.963,60 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, Cavabdeh 2019-cu ilin yanvar ayının qaz sərfiyyatı 2018-ci ilin yanvar ayının qaz sərfiyyatına uyğun hesablanaraq 29028 m3 qaz həcmində müəyyən edilərək 5.805,60 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, Cavabdeh 2019-cu ilin fevral ayının qaz sərfiyyatı 2018-ci ilin fevral ayının qaz sərfiyyatına uyğun 27.039 m3 qaz həcmində müəyyən edilərək 5.407,80 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, Cavabdeh 2019-cu ilin mart ayının qaz sərfiyyatı 2018-ci ilin mart ayının qaz sərfiyyatına uyğun - 29314 m3 qaz həcmində müəyyən edilərək 5.862,80 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, Cavabdeh 2019-cu ilin aprel ayının qaz sərfiyyatı 2018-ci ilin aprel ayının qaz sərfiyyatına uyğun 20248 m3 qaz həcmində müəyyən edilərək 4.049,60 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, Cavabdeh 2019-cu ilin iyun ayının qaz sərfiyyatına görə 1.865,60 manat borc hesablanmışdır. Abonent saldosundan aydın olur ki, həmin borc 2017-ci ilin müvafiq ayının qaz sərfiyyatına əsasən hesablanmışdır (2018-ci ilin iyun ayında qaz sərfiyyatı olmadığına görə). “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, Cavabdeh 2019-cu ilin sentyabr ayının qaz sərfiyyatı 2017ci ilin müvafiq dövrünün qaz sərfiyyatına uyğun - 11240 m3 qaz həcmində müəyyən edilərək 2 aylıq müddət üçün 2.248 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı aktdan görünür ki, Cavabdeh 2019-cu ilin may ayının qaz sərfiyyatı 2019-cu ilin aprel ayının qaz sərfiyyatına uyğun 20248 m3 həcmində müəyyən edilərək qaz sərfiyyatına görə 4.049,60 manat borc hesablanmışdır. “Qaz təchizatının dayandırılması haqqında” xx.xx.2019-cu il tarixli, 0088 saylı bildirişxəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən istifadə olunmuş qazın dəyərinin 44529 manat ödəniş təmin edilmədiyindən xx.xx.2019-cu il tarixdə müəssisənin qaz təchizatı əlavə məlumat verilmədən dayandırılcağı və müvafiq qaydada məhkəməyə müraciət edilərək yaranmış borcdan əlavə məhkəmə xərclərinin tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. **********00001 saylı kod üzrə abonentin saldosundan görünür ki, 2019-cu ilin noyabr ayının sonuna Cavabdeh İddiaçı İB-yə qazdan istifadəyə görə borcu 61.556,59 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 2018-ci ilin iyun ayında Cavabdeh İstehsalat Kommersiya MMC-nin Cavabdeh İstehsalat Kommersiya MMC-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsində quraşdırmış qaz sayğacı çıxarılaraq yalnız 2018-ci ilin noyabr ayında quraşdırılmış, bundan sonra 2018-ci ilin dekabrında qaz sayğacı yenidən çıxarılmış və həmin dövrdən 2019-cu ilin oktyabr ayınadək qeyri-yaşayış sahəsinə gedən qaz xətti üzərində qaz sayğacı olmamışdır. İddiaçı İB tərəfindən Cavabdeh İstehsalat Kommersiya MMC-yə həmin müddət üçün qazdan istifadəyə görə haqq “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlara əsasən hesablanmışdır. 2019-cu ilin noyabr ayına Cavabdeh İddiaçı İB-yə olan borcu 61.556,59 manat təşkil edir. Cavabdeh İK MMC-nin silinməsini tələb etdiyi borcun 36.021 manat hissəsi “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” D0022511 saylı; ******* saylı; ******* saylı; ******* saylı; ******* saylı; ******* saylı; ******* saylı aktlara əsasən MMC-də qaz sayğacınınolmadığı dövr üçün hesablanmışdır. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktlardan göründüyü kimi 2019-cu ilin may ayı üçün hesablanmış 4049,60 manat məbləğində borc məbləği istisna olmaqla, digər borc məbləğləri əvvəlki ilin müvafiq dövrlərində müəssisənin qaz sərfiyyatına uyğun hesablanmışdır. “X4”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Belə olan halda məhkəmə iddiaçının qaz sayğacının olmadığı dövr üçün istifadə etdiyi qaza görə haqq ödəməli olduğunu, eləcə də qeyri-yaşayış sahəsində qazdan istilikvermə məqsədilə istifadə edildiyini, buna görə də ilin müxtəlif mövsümlərində qaz sərfiyyatının kəskin fərqləndiyini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı İB qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında müvafiq aktlara əsasən qaz sayğacının olmadığı 2018-ci ilin dekabr-2019-cu ilin aprel, 2019-cu ilin iyun, sentyabr ayları üçün qaz sərfiyyatını əvvəlki illərin müvafiq aylarının sərfiyyatına uyğun olaraq hesablamaqda haqlı olmuşdur. 2019-cu ilin may ayı üçün “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı akta əsasən hesablanmış 4049,60 manat borcla bağlı məhkəmə hesab etmişdir ki, digər aktlardan fərqli olaraq həmin aktda 2019-cu ilin may ayı üçün qaz sərfiyyatı əvvəlki ilin may ayının göstəricilərinə əsasən deyil, 2019-cu ilin aprel ayının göstəricilərinə əsasən hesablanmışdır. Halbuki aprel ayından fərqli olaraq may ayında istilikvermə mövsümü başa çatmış sayılır və belə olan halda isə Cavabdeh İK MMC tərəfindən may ayında aprel ayında olduğu qədər qaz sərf etməsi ağlabatan hesab edilməmiş və məhkəmə hesab etmişdir ki, 2019-cu ilin may ayında qaz sərfiyyatı 2018-ci ilin müvafiq ayının qaz sərfiyyatına uyğun olaraq 486,40 manat məbləğində müəyyən edilməli idi. İddiaçının silinməsini tələb etdiyi borc məbləğinin qalan 16.471,19 manat hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, həmin borc 2017-ci il-2018-ci ilin may ayları aralığında qaz sayğacının göstəricilərinə uyğun hesablanmış borc olduğundan həmin borcun silinməsi tələbi əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İstehsalat Kommersiya MMC-nin İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilərək 3.563,20 manat məbləğində borcun silindiyindən silinmiş borc çıxılmaqla qalan borc məbləği (61.556,59 -3.563,20) - 57.993,39 manat Cavabdeh İstehsalat Kommersiya MMC-dən tutularaq İddiaçı İB-yə ödənilməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, işə baxmış məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək Cavabdeh iddiasına düzgün hüquqi qiymət verdiyindən həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(82)-1078/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-197/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-197/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver