Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-199/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-589/2020 saylı xx xxxxxx 2020-ci il tarixli iddianın təmini tədbiri barədə qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı Kommersiya Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 20.000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə araşdırması başa çatanadək iddianın təmini tədbiri kimi ünvan 1 ünvanında yerləşən çörək sexinə qaz təchizatının verilməsinin dayandırılmasının Cavabdehnə qadağan edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-589/2020 saylı xx xxxxxx 2020-ci il tarixli ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının qeyri-yaşayış sahəsi müqavilə əsasında təbii qazla təchiz edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüş, lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, təbii qazdan istifadəyə görə yaranmış debitor borcunu ödəməmişdir. Bundan əlavə yenidən məhkəməyə müraciət edərək yaranmış debitor borcu ödəməkdən yayınmaq üçün qaz təchizatının dayandırılmasının Birliyə qadağan edilməsi barədə qərardad qəbul edilməsinə nail olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh, eyni zamanda, iddiaçı (səlahiyyətli nümayəndəri) məhkəməyə gəlməmiş, MPM-in 146, 376.2-ci və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin qeyd olunan müddəalarının mənası iddianı təmin etmə tədbiri işi mahiyyət üzrə həll etməyərək müvəqqəti xarakter daşıması ilə yanaşı, həm də onu ehtiva edir ki, mübahisənin predmetindən qarşı tərəfin sui-istifadəsinin qarşısını alır. Konkret halda, qaz paylayıcısı kimi cavabdeh hazırkı işə baxılıb qurtarana qədər sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçıya təbii qazın verilməsini dayandırmaqla, sonuncunun davamlı sahibkarlıq fəaliyyətini pozmaqla bərabər, həm də təbii inhisarçı olaraq, qaz təchizatı xidmətinin göstərilməsi ilə bağlı dövlətin tapşırığı ilə üzərinə düşən öhdəliklərinin icrasını da faktiki olaraq dayandırmış olur. Hər bir halda qeyd olunmalıdır ki, iddiaçı məhkəmə mübahisəsini istər udmuş, istər də uduzmuş olsun, hər iki halda onun sahibkarlıq fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi – onun tərəfindən son nəticədə istehlak olunan qazın dəyərinin ödənilməsinə və dövlət qarşısındakı digər tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntidir. Bu mənada, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddianı təmin etmə tədbiri kimi işə mahiyyəti üzrə baxılıbqurtaranadək iddiaçıya qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. MPM-in 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin birinci instansiya məhkəməsinin qərardadınının əsassız olduğunu vurğulayan və «Qazdan istifadə Qaydaları»nın 6.1.4-cü bəndinə istinad olunan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-589/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, kollegiya tərkibi qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-589/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-199/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-199/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver