Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-199/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun tutulması, borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ipoteka müqaviləsi, likvid dəyər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Rauf qızının sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun tutulması, borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 972/2024 saylı qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(103)-141/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarına əsasən ərizəçi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin lisenziyası ləğv edilmiş "xxxx" ASC-yə qarşı kredit portfelinin köçürülməsi haqqında iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar İddiaçı QSC BOKT-a keçirilməsi qərara alınmışdır.
2. "xxxx" ASC (Bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli kredit müqaviləsinə əsasən müqaviləyə görə “Bank” müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə faizlər birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə “Kreditalan”ın mülkiyyətinə verir və “Kreditalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndinə əsasən Kreditor Borcalana istehsal vasitələrinin alınması məqsədilə 110000 manat məbləğində kredit verir. Müqavilənin 4.1-ci bəndinə əsasən kredit üzrə faizlər borc yarandığı tarixdən başlanır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. Müqavilənin 4.2-ci bəndinə əsasən kreditdən istifadəyə görə “Kreditalan” tərəfindən “Bank”a illik 7 % olmaqla faiz ödənilir. Müqavilənin 5.2-ci bəndinə əsasən "Kreditalan" bu müqavilənin 2.1.-ci bəndində göstərilən qaydada və 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilən qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və faizini qaytarmadıqda "Bank" hər gecikdirilən gün üçün qrafik üzrə ödənilməli əsas borca görə 0.3%-i miqdarında penya tələb etmək hüququna malikdir.
3. "xxxx" ASC (Bank), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli zaminlik müqaviləsinə əsasən Zamin, Borclunun Bank qarşısında 11/0002/KTK saylı, xx.xx.2019-cu il tarixli kredit üzrə öz öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi) yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
4. Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli kredit müqaviləsinə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, ümumi məbləği 110000 manat olan illik faiz dərəcəsi 7% olan kredit üzrə Cavabdeh1 01 oktyabr 2019-cu il tarixdən 01 sentyabr 2024-cü il tarixinə qədər hər ayın 1-i olmaqla 2619,05 manat, sonuncu ay 2618,95 manat ödəməlidir.
5. "xxxx" ASC (İpoteka saxlayan) ilə Cavabdeh2 (İpoteka qoyan) və Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2019-cu il tarixli 11/0002/KTK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin təsviri və olduğu yer: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 369 kv/m olan fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 320000 manat məbləğində müəyyən edilmişdir.
6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan 369 kv.m ümumi sahədən ibarət 112C saylı bağ evi ünvanında yerləşən yaşayış sahəsi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.
7. "xxxx" ASC-dən İddiaçı SKT-nin Şamaxı Filialına təhvil verilmiş Cavabdeh1 filiala xx.xx.2023-cü il tarixə olan borcu barədə maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas borcu 107242,08 manat, faiz borcu 8713,42 manat olmaqla, cəmi borcu 115955,50 manat müəyyən edilmişdir.
8. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/2396 saylı ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,3-cü yaşayış massivi, ev 112 C xüsusi mülkiyyətdə olan 0.12 ha ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 600000 manat müəyyən edimişdir.
9. "xxxx" MMC-nin rəy verilməsindən imtina edilməsi barədə 09 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, 2-2(103)-199/2025 saylı mülki iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən ekspert qarşısında qoyulmuş sual üzrə, Cavabdeh1 və X3 ümumi paylı mülkiyyətində olan ünvan 1 linvanınnda yerləşən ümumi sahəsi 369.kv.m olan fərdi yaşayış evinin qiymətləndirilməsini həyata keçirmək məqsədilə ekspertləri tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq müxtəlif səbəblərdən baxışa şərait yaratmamışdır. Tərəflərin iştirakı ilə təkrar baxış 29 iyul 2025-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Tərəflərindən yenidən Cavabdeh1 müraciət olunmasına baxmayaraq, qiymətləndirmə məqsədilə əmlaka yenidən yerində baxışın keçirilməsinə şərait yaradılmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 107242,08 manat əsas borcun, 8713,42 manat faiz borcunun, cəmi 115955,50 manat borc məbləğinin, ödənilmiş 410 manat mediasiya xərcinin onun xeyrinə tutulması, ipoteka predmeti olan Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsinin dəyəri tərəflərin razılığına əsasən 320000 manat məbləğində müəyyən edilməsi, borc tələbinin ipoteka predmeti olan Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 115955,50 manat kredit borcunun, ödənilmiş 410 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-3(103)-141/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına ayrılmış bəzi güzəştli kreditlər üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSCyə ötürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq "xxxx" ASC-nin Cavabdeh1 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 16 noyabr 2020-ci il tarixli, 04 saylı təhviltəslim aktı əsasında "xxxx" ASC-dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildirir ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı kredit müqaviləsinə əsasən ona filial tərəfindən istehsal vasitələrinin alınması məqsədilə 60 ay müddətinə qaytarılmaq şərti ilə illik 7 %-lə 110000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nəsimi filialı ilə zamin olmuş şəxs Cavabdeh2 arasında 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa qeyd olan kredt müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən ümumi sahəsi 369 kv.m olan fərdi yaşayış evi 0,03 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulmuşdur. Cavabdehlərlə bağlanmış 03 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsinin dəyəri tərəflərin razılığına əsasən 320000 manat məbləğində müəyyən edilmişdir. İpoteka qoyulmuş əmlaka Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və həmin evin ipoteka qoyan Cavabdeh2paylı mülkiyyət hüququ üzrə məxsus olan 130 kv.m olan sahəsi ipoteka qoyulmuş və bununla bağlı "xxxx" ASC-nin Nəsimi filialı ilə ipotekaqoyanlar arasında 03 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmişdir. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirinədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşdür. Kredit müqaviləsinə görə Cavabdeh1 verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 107 242,08 manat, faiz borcu 8713,42 manat, cəmi borcu 115955,50 manat təşkil edir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1183/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli 11/002/KTK saylı müqaviləyə əsasən 107242,08 manat əsas borc, 8713,42 manat faiz borcu olmaqla, cəmi 115955 manat 50qəpik pul vəsaiti, habelə ödənilmiş 410 manat mediasiya xərcinin əvəzi İddiaçı QSC BOKT-nun xeyrinə tutulması, tələb üzrə tutma ipoteka predmeti olan Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev112C ünvanda yerləşən fərdi yaşayış evinin 239 kv.m olan sahəsi və 0,03 ha torpaq sahəsi ilə birlikdə və 130 kv.m olan sahəsinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 600000 (altı yüz min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə borcun ödənilməsi qət edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 (əlli) manat məbləğində hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 (əlli) manat məbləğində hissəsi isə İddiaçı QSC BOKT-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi müəyyən edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı Cavabdeh1 illik faiz dərəcəsi 17% olmaqla 01 sentyabr 2024-cü il tarixədək 110000 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli zaminlik müqaviləsinin 1.1- ci bəndinə əsasən zamin, borc alanın 11/0002/KTK saylı, xx.xx.2019-cu il tarixli kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüş, həmçinin Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 369 kv/m olan fərdi yaşayış evinin və 0.03 ha torpaq sahəsi "xxxx" ASC-nin Nəsimi filialında ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(103)-141/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarına əsasən "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar İddiaçı QSC BOKT-a ötürülmüşdür. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, işin sadalanan hallarını və qanunvericilik normalarını, eləcə də cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri tam icra etmədiklərini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını, cavabdehlərin borc məbləği ilə razı olmalarını nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə təmin edilməli, cavabdehlərdən müştərək qaydada 107242,08 manat əsas əsas borc, 8713,42 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/2396 saylı ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,3-cü yaşayış massivi, ev 112 C xüsusi mülkiyyətdə olan 0.12 ha ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 600000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, ipoteka müqaviləsi bağlandığı vaxtdan keçən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin qalxmasını nəzərə alaraq hesab etmişdir ki, ilkin satış qiyməti müəyyən olunarkən ekspert rəyi əsas götürülərək, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 369 kv.m olan fərdi yaşayış evinin 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 600000 manat müəyyən olunmalı, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının borc tələbi ödənilməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini və cavabdehlərin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiklərini nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş 400 manat mediasiya xərcinin, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat məbləğində hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 50 manat məbləğində hissəsi isə İddiaçı QSC BOKT tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 193.1, 194.1, 194.2, 269.1, 269.4, 307.1, 317.1, 319.1, 442, 448.1, 470, 472, 739-cu maddələrinə, “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 1.0.9-cu, 3.1-ci, 4.1, 10.4-cü, 11.1-ci, 11.2, 34.1 39.3, 41.1, 47.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İddiaçı qətnamənin qismən, əmlakın dəyərinin 600000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
17. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə İpoteka predmetinin ilkin satış qiyməti öz əksini tapmışdır. Sözügedən Qanunun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin 405.1.-ci maddəsinə görə Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin Nəsimi filialı ilə ipotekaqoyanlar arasında 03 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsində ipoteka əmlakının dəyəri 320.000 manat dəyərində qiymətləndirilmişdir. Bu tərəflər arasında bağlanmış və razılaşdırılmış müqavilənin mühüm şərtlərindən biridir. Burada tərəflərin iradə ifadəsi öz əksini tapmışdır. Müqavilənin həmin bəndi məhkəməyə qədər mediasiya prosesində mübahisələndirilməmişdir. Şübhəsiz ki, tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyulmuş əmlakın likvid dəyəri 400, 500 və yaxud 600 min manat məbləğində yazılsaydı, bu halda müqavilə baş tutmaz və yəqin ki, bağlanmayacaqdı.Yəni notariat qaydasında bağlanmış ipoteka müqaviləsində tərəflərin iradəsi öz əksini tapmışdır. Bundan başqa, ipoteka qoyanlar tərəfindən məhkəməyə əmlakın qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı ərizə, vəsatət daxil olmamış və iddia ərizəsi həmin hissədə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. 2019-cu ilin sentyabrında əmlakın dəyəri 320.000 manat müəyyən edilmişdir. 2024-cü ildə həmin əmlak köhnəlməsi də nəzərə alınmaqla ekspert rəyi əsasında 600.000 manat müəyyən edilir. Yəni əvvəlki dəyər təqribən 2 dəfə artırılır ki, bu da inandırıcı və reallığa uyğun deyildir. Lakin iş materiallarında olan sənədlərdən göründüyü kimi qətnamə əmlakın qiymətinin müəyyən edilməsi hissəsində əsaslı deyildir. Lakin qətnamədən göründüyü kimi məhkəmə tərəfindən əmlakın qiymətinin 600.000 manat müəyyən edilməsi hissəsində yalnız cavabdeh tərəfin maraqları nəzərə alınmışdır. Hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2-2(113)- )-972/2024 saylı qətnaməsi qismən, əmlakın dəyərinin 600.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməli və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməlidir.
18. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin materiallarından göründüyü kimi "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı kredit müqaviləsinə əsasən ona filial tərəfindən istehsal vasitələrinin alınması məqsədilə 60 aymüddətinə qaytarılmaq şərti ilə illik 7 %-lə 110000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nəsimi filialı ilə zamin olmuş şəxs Cavabdeh2arasında 03 sentyabr 2019-cu il tarixli, 11/0002/KTK saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev.112 C ünvanda yerləşən ümumi sahəsi 369 kv.m olan fərdi yaşayış evi 0,03 ha torpaq sahəsi ilə birlikdə ipotekaya qoyulmuşdur. İddiaçı da iddianın təmin edilib cavabdeh tərəfindən ödənilməli olan pul məbləğinə görə tutmanın ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd olunan daşınmaz əmlaka yönəldilməsini xahiş etmişdir. Qanunun tələbindən göründüyü kimi borclunun öhdəliyin icrası üçün qoyduğu ipoteka predmetinə tutmanın yönəldilməsi üçün həmin predmetin acıq hərrac yolu ilə satılması üçün ilkin satış qiyməti müəyyənləşdirilməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə isə ilkin satış qiyməti tərəflər arasında mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilr. Məhkəmə tərəfindən ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/2396 saylı ekspert rəyiilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi,3-cü yaşayış massivi, ev 112 C xüsusi mülkiyyətdə olan 0.12 ha ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 600000 manat müəyyən edimişdir. Hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə aralarında kredit müqaviləsi bağlanarkən qeyd olunan daşınmaz əmlakın qiyməti 320000 müəyyən edilmiş və həmin vaxtdan 5 ildən çox müddət keçməklə daşınmaz əmlakların qiyməti iki qat deyil, üç qat artmışdır. Lakin məhkəmənin iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyi üçün məhkəməyə ünvanladığı ərizədə iddiaçı ilə aralarında mübahisəni həll etmək üçün ona 1 ay möhlət verilməsini xahiş etsə də, məhkəmə iştirakı olmadan işə baxıb müvafiq ekspert rəyini tədqiq etdiyindən bununla bağlı etirazını bildirə bilməmişdir. Ona görə də, hesab edir məhkəmə tərəfindən hazırki iş üzrə qətnamə qəbul edilərkən ipoteka ilə yüklü edilmiş əmlakın qiyməti bazar qiymətindən aşağı qiymətləndirildiyindən, qeyd olunan daşınmaz əmlakın məhkəmənin müəyyən etdiyi ilkin qiymətlə satışa çıxarılması onun mülkiyyət hüququnun pozulması və öhdəlik daşıdığı məbləğdən çox ziyana düşməyi ilə nəticələnəcəkdir. Qeyd oluna hal isə onun və ailə üzvlərinin vəziyyətini daha da pisləşdirəcəkdir. Qanunun tələbindən göründüyü kimi məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə təkrar ekspertiza təyin edə bilər. Yuxarıda qeyd etdiyi əsaslara görə ekspert rəyi ilə razı olmadığını, əmlakın qiymətinin ekspert tərəfindən bazar qiymətindən aşağı qiymətləndirilməsini, bununla belə işə onun iştirakı olmadan baxıldığı üçün məhkəməyə vəsastət verə bilmədiyini məhkəmnin diqqətinə çatdıraraq, iş üzrə düzgün nəticəyə gəlinməsi üçün təkrar məhkəmə əmttəşünaslıq ekspertizasının keçirilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin şikayətinin isə təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, müqavilədə ilkin satış dəyəri müəyyən edilib, əmlakın ilkin satış dəyərinin müəyyən edilməsi üçün yenidən mütəxəssis rəyi alınması ilə razı deyillər.
21. Cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Digər cavabdehlər gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş olsalar da, Cavabdeh1 ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
22. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi apellyasiya şikayətini müdafiə etmiş və şikayətinin təmin edilməsini, iddiaçının verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
23. Mülki Məcəllənin: -269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
24. “İpoteka haqqında” Qanunun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. -39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)
25. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
Apellyasiya baxışının hədləri:
27. Mülki Prosessual Məcəllənin: 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərində hər iki tərəf qətnaməni ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri hissəsində mübahisələndirilmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 (bundan sonra cavabdeh) arasında imzalanmış xx.xx.2019-cu il tarixli 11/0002/KTK nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 7 % faizlə 110000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh2 (İpoteka qoyan) və Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaqoyanların paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 369 kv/m olan fərdi yaşayış evin və 0.03 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Eyni zamanda "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu mübahisəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə zamin durmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(103)-141/2020 saylı 25 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına "xxxx" ASC-yə ayrılmış güzəştli kredit üzrə öhdəliklər və həmin kredit müqavilələrinin təminatı olaraq ipoteka və girov üzrə hüquqlar İddiaçı QSC BOKT-a keçirilmişdir. Hazırda İddiaçı QSC BOKT mübahisəli kredit müqaviləsi üzrə borcun borc alan və zamindən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
31. Hazırda hər iki tərəf verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirirlər. İddiaçı qətnamədə müəyyən edilmiş ilkin satış dəyərini (600 000 manat) ipoteka predmetinin real dəyərindən yüksək olduğunu hesab edərkən, cavabdeh həmin məbləğin real dəyərdən aşağı olduğunu bildirir.
32. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 7.1-ci və 217.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla hazırkı halda ipoteka predmetinin ilkin satış dəyəri “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (ipoteka müqaviləsinin bağlandığı dövrdə) qüvvədə olmuş 39.3.3-cü maddəsinin tələblərinə uyğun olaraq ipoteka predmetinin likvid qiyməti ilə müəyyən edilməlidir.
33. İş materiallarından görünür ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyi alınmışdır. Məhkəmə Eskpertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2396 saylı ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən, torpaq sahəsi ilə birlikdə mülkiyyətdə olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid qiyməti təqribən 600000 manat məbləğində müəyyən edilmişdir.
34. Cavabdehin apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə iş üzrə təkrar məhkəmə-əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, tədqiqat "xxxx" MMC-yə həvalə edilmişdir. Lakin mütəxəssisin xx.xx.2025-ci il tarixli məktubu ilə rəy verilməsindən imtina edilmiş və əsas kimi Cavabdeh1 tərəfindən əmlaka baxış keçirilməsi üçün şəraitin yaradılmaması göstərilmişdir.
35. Kollegiya Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə istinad edərək qeyd edir ki, ekspertizanın keçirilməməsinin səbəbi ekspertiza tədqiqatının aparılmasına cavabdeh tərəfindən maneçilik törətməsi ilə bağlı olduğundan, bu hal cavabdehin ziyanına şərh edilərək sonuncunun ipoteka predmetinin likvid qiymətinin qətnamədə müəyyən edilmiş ilkin satış dəyərindən daha yüksək dəyərdə olması barədə irəli sürdüyü dəlillər rədd edilməlidir.
36. Digər tərəfdən, mübahisəli ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış dəyərinin 320.000 manat məbləğində müəyyən edilməsi, göstərilən müddəanın müqavilənin mühüm şərti olması, odur ki, ipoteka predmetinin ilkin satış dəyərinin məhz həmin məbləğdə müəyyən edilməli olması barədə iddiaçının arqumentlərinə münasibətdə bildirilir ki, “İpoteka haqqında” AR Qanununun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 30.9.3.3—cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
37. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda tərəflər arasında ipoteka predmetinin ilkin satış dəyəri ilə bağlı mübahisə mövcuddur, odur ki, ipoteka predmetinin ilkin satış dəyəri qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməlidir.
38. Digər tərəfdən ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilmiş məbləğdə müəyyən edilməsi barədə iddiaçının dəlillərinə münasibətdə o da vurğulanmalıdır ki, ipoteka müqaviləsi 2019-cu ildə, yəni 6 il əvvəl bağlandmaqla müqavilədə göstərilmiş məbləğ (320.000 manat) ipoteka predmeti olan əmlakın həmin dövr üçün dəyərini əks etdirir. Göstərilən halı, eləcə də daşınmaz əmlak bazarında son illərdə müşahidə olunan qiymət artımı tendensiyasını nəzərə alaraq kollegiya ipoteka predmetinin ilkin satış dəyərinin həmin qiymətlə müəyyən edilməsini mümkün hesab etmir.
39. Cavabdeh1 birinci instansiya məhkəməsinə ünvanladığı ərizənin təmin edilməməsinə və ona mübahisəni həll etmək üçün bir ay möhlət verilməməsinə dair irəli sürdüyü arqumentlər barədə bildirilir ki, birincisi, sözügedən ərizə kommersiya işinin birinci instansiyası məhkəməsinin icraatına daxil olduğundan 10 ay sonra verilmişdir. İkincisi, halhazırda birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilməsindən bir ilə yaxın müddət keçmiş, yəni tərəflər barışmaq üçün kifayət qədər vaxta malik olmuşlar, buna baxmayaraq barışıq əldə edilməmişdir. Göstərilən halları nəzərə alan kollegiya sözügedən dəlilləri formal mülahizə kimi dəyərləndirir.
40. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
41. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Apellyasiya şikayətləri təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətləri verilməsinə görə hər iki tərəfin ayrı-ayrılıqda ödədiyi dövlət rüsumu apelyatorlara aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 972/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsinə görə hər iki tərəfin ayrı-ayrılıqda ödədiyi dövlət rüsumları apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov