Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-2/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdehlər "xxxx" Müəssisəsinə və Nümayəndə3 Əlişirin oğluna (3-cü şəxs "xxxx") qarşı pulun tutulması və s. tələbinə dair, həmçinin iddiaçı "xxxx" Müəssisəsinin cavabdeh İddiaçı MMC-yə qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddialara dair birləşdirilmiş kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə6 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-2(82)- 159/2019 saylı qətnaməsindən İddiaçı MMC və cavabdeh "xxxx" Müəssisəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə İddiaçı MMC arasında 21 fevral 2012-ci il tarixli, 01AV/F20-12 saylı təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMC-yə 2 ədəd İSUZU SAZ NP 37 markalı avtobusların alınması üçün illik 22 faiz olmaqla 48 ay müddətinə 84600 manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 21 fevral 2012-ci il tarixli, 01İP/F20-12 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 911603, buraxılış ili: 2011-ci il, rəngi ağ, **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 920978, buraxılış ili: 2011-ci il, rəngi ağ, 2 ədəd İSUZU SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Həmçinin həmin kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Nümayəndə2 arasında 21 fevral 2012-ci il tarixli, 01ZA/F20-12 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Nümayəndə2 borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" müəssisəsi arasında 15 aprel 2015-ci il tarixli 03/15 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin "xxxx" müəssisəsi borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
2. "xxxx" ASC ilə İddiaçı MMC arasında 01 may 2012-ci il tarixli, 10AV/F20-12 saylı təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMC-yə 3 ədəd İSUZU SAZ NP 37 markalı avtobusların alınması üçün illik 20 faiz olmaqla 48 ay müddətinə 133650 manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 01 may 2012-ci il tarixli, 10AİP/F20-12 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 853961. buraxılış ili: 2012-ci il, rəngi ağ, **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 960380,buraxılış ili: 2012-ci il, rəngi ağ, **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 960418, buraxılış ili: 2012-ci il, rəngi ağ, 3 ədəd İSUZU SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" müəssisəsi arasında 15 aprel 2015-ci il tarixli 02/15 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin "xxxx" müəssisəsi borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
3. "xxxx" ASC ilə İddiaçı MMC arasında 23 aprel 2013-ci il tarixli, 48AV/F20-13 saylı təminatlı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı MMC-yə 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobusların alınması üçün illik 20 faiz olmaqla 48 ay müddətinə 45000 manat məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 23 aprel 2013-ci il tarixli, 48İP/F20- 13 saylı girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı MMC-yə məxsus **-TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 563520, buraxılış ili: 2007-ci il, rəngi ağ, **- TG-*** d.n.n, tip-vaqon 14+1, mühərrik 561122, buraxılış ili: 2007-ci il, rəngi ağ, 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobuslar girov kimi banka təqdim olunmuşdur. Bundan əlavə kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə "xxxx" müəssisəsi arasında 15 aprel 2015-ci il tarixli 04/15 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin "xxxx" müəssisəsi borclu İddiaçı MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
4. İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında 15 aprel 2015-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı MMC özünə məxsus olan 7 ədəd “USUZU SAZ NP-37” markalı avtobusu "xxxx" Müəssisəsinə bir ədəd avtobusun aylıq icarə məbləği 300 manat olmaqla 2 il müddətinə icarəyə vermişdir. Həmin avtobusların dövlət qeydiyyat nişanları aşağıdakılardır: **-TG-***, **-TG-***, 10-TG913, **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***. Həmin müqavilənin 11-ci bəndinə əsasən müqavilədən irəli gələn bankın kredit borclarını icarəyə götürən tərəf öz öhdəsinə götürür.
5. Həmçinin borclu İddiaçı MMC ilə zamin "xxxx" Müəssisəsi arasında 15 aprel 2015-ci il tarixli saziş bağlanmışdır. Həmin sazişə görə "xxxx" ASC-nin 20 saylı filialı ilə İddiaçı MMC arasında bağlanmış 01 may 2012-ci il tarixli 10AV/F20-12 saylı kredit müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin kredit müqaviləsinin təminatı olaraq, 01 may 2012-ci il tarixli 10İP/F20-12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 3 ədəd “İsuzu Saz NP 37” markalı (Q/N-** TQ ***, Tip-Vaqon 14 + ] yer, mühərrik - 853961, Buraxılış ili - 2012, Rəngi - Ağ), (Q/N-** TG ***, Tip-Vaqon 14+1 yer, mühərrik - 960380, Buraxılış ili - 2012, Rəngi - Ağ) və (Q/N-** TG ***, Tip-Vaqon 14+1 yer, mühərrik - 960418, Buraxılış ili - 2012, Rəngi - Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi; "xxxx" ASC-nin 20 saylı filialı ilə İddiaçı MMC arasında bağlanmış 21 fevral 2012-ci il tarixli 01AV/F20-İ2 saylı kredit müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin kredit müqaviləsinin təminatı olaraq, 21 fevral 2012-ci il tarixli 011P/F20-12 saylı İpoteka Müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 2 ədəd “İsuzu Saz NP 37” markalı (Q/N-** TG ***, Tip-Vaqon 14+1 yer, mühərrik - 911603, Buraxılış ili - 2011, Rəngi - Ağ), və (Q/N-** TG ***, Tip-Vaqon 14+1 yer, mühərrik - 920978, Buraxılış ili - 2011, Rəngi Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi; "xxxx" ASC-nin 20 saylı filialı ilə İddiaçı MMC arasında bağlanmış 23 aprel 2013-cü il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsi üzrə yaranmış borcun “Zamin” tərəfindən ödənilməsi müqabilində həmin kredit müqaviləsinin təminatı olaraq, 23 aprel 2013-cü il tarixli 48İP/F20-12 saylı ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 2 ədəd “Midibus SazNP 37” markalı (Q/N-** TG ***, Tip-Vaqon 14+1 yer, mühərrik - 563520, Buraxılış ili 2007, Rəngi - Ağ) və (Q/N-** TG ***, Tip-Vaqon 14+1 yer, mühərrik - 561122, Buraxılış ili - 2007, Rəngi - Ağ) avtobusların “Zaminin” mülkiyyətinə verilməsi razılaşdırılmışdır.
6. İddiaçı MMC ilə Nümayəndə3 arasında 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı MMC özünə məxsus olan 12 ədəd “USUZU SAZ NP-37” markalı avtobusu Nümayəndə3 bir ədəd avtobusun aylıq icarə məbləği 300 manat olmaqla 2 il müddətinə icarəyə verməyi, sonuncu isə aylıq icarə məbləğlərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 11-ci bəndinə əsasən müqavilədən irəli gələn bankın kredit borclarını icarəyə götürən tərəf öz öhdəsinə götürür.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı MMC cavabdehlər "xxxx" Müəssisəsinə və Nümayəndə3 Əlişirin oğluna (3-cü şəxs "xxxx") qarşı iddia ərizəsi (həmçinin iddia tələbinin həcminin artırılması ərizəsi) ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında imzalanmış və 15 aprel 2015-ci il tarixdən 10 aprel 2017-ci il tarixədək qüvvədə olmuş icarə müqaviləsi üzrə "xxxx" Müəssisəsindən 50.400 manat icarə haqqı borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında imzalanmış 15 aprel 2015-ci il tarixli saziş üzrə "xxxx" ASC olan 338.633 manat kredit borcunun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin "xxxx" MMC-yə aid edilməsi, İddiaçı MMC ilə Nümayəndə3 arasında imzalanmış 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi üzrə Nümayəndə3 75.600 manat icarə haqqı borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC ilə Nümayəndə3 arasında imzalanmış 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi üzrə Nümayəndə3 "xxxx" ASC-yə ödəməli olduğu 799.185 manat kredit borcunun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin Nümayəndə3 aid edilməsi, 2.520 manat məbləğində ödənilməmiş cərimə (MMX) borcu və ödənişin gününə həmin cərimələrə görə hesablanmış dəbbə pulunun cavabdeh Nümayəndə3 alınaraq İddiaçı MMC-yə ödənilməsi, avtobusların təmir etdirilib saz vəziyyətə gətirilməsi üçün tələb olunan 20.000 manat məbləğində pul vəsaitinin Nümayəndə3 alınaraq İddiaçı MMC-də ödənilməsi, 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***, 10-TG017, **-TG-***, **-TG-***, **-TG-***, **- TG-***, **-TG-***, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusların Nümayəndə3 alınaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur.
8. Eyni zamanda, iddiaçı "xxxx" Müəssisəsi cavabdeh İddiaçı MMC-yə qarşı iddia ərizəsi (həmçinin iddia tələbinin həcminin artırılması ərizəsi) ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin direktoru Nümayəndə2 ilə "xxxx" Müəssisəsinin direktoru Nümayəndə3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin və İddiaçı MMC-nin direktoru Nümayəndə2 ilə Nümayəndə3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 7 avtobusun təmirinə çəkilmiş 83.864 manat xərcin İddiaçı MMC-dən "xxxx" Müəssisəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qərardadı ilə həmin işlər bir icraata birləşdirilmişdir.
10. İddiaçı bildirir ki, "xxxx" Müəssisəsi ilə bağlanmış 15 aprel 2015-ci il tarixli icarə müqaviləsi üzrə 7 avtobusun aylıq icarəsi 2.100 manat təşkil etmişdir. Buna baxmayaraq, "xxxx" Müəssisəsi tərəfindən müqavilənin həmin tələbi icra edilməmiş və icarə haqları ödənilməmişdir. Daha sonra "xxxx" Müəssisəsinin direktoru Nümayəndə3 təklif etmişdir ki, mövcud icarə müqaviləsi dəyişdirilib fiziki şəxs olaraq onun özü ilə bağlansın. Onun dediyinə görə bu halda onun vergi və digər xərcləri azalacaqdır. Ona görə də, 10 aprel 2017-ci il tarixdə artıq "xxxx" Müəssisəsi ilə deyil, Nümayəndə3 ilə icarə müqaviləsi bağlanmışdır. Beləliklə, İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında 15 aprel 2015-ci il tarixdə imzalanmış icarə müqaviləsi 10 aprel 2017-ci il tarixdə qüvvədən düşmüşdür. Aylıq 2.100 manat olan icarə haqqı iki ilə 50.400 manat təşkil etmiş və həmin məbləğ bugünə kimi "xxxx" Müəssisəsi tərəfindən ödənilməmişdir. Həmçinin 15 aprel 2015-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinə əsasən icarəçi "xxxx" Müəssisəsi tərəfindən müqavilədən irəli gələn bankın kredit borcları da ödənilməli idi. "xxxx" ASC-nin 20 saylı filialı ilə İddiaçı MMC arasında bağlanmış kredit müqavilələri üzrə həmin 7 ədəd avtobus ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Göstərilən kredit borclarının ödənilməsi barədə İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında 15 aprel 2015-ci il tarixdə əlavə saziş də imzalanmışdır. Həmin sazişin 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən İddiaçı MMC-nin banka olan borclarını "xxxx" Müəssisəsi ödəməyi öz öhdəsinə götürmüş, bu borclar ödənildiyi təqdirdə isə avtobuslar "xxxx" Müəssisəsinin mülkiyyətinə verilməli idi. "xxxx" Müəssisəsi bu öhdəliyini də icra etməmiş, banka heç bir pul ödəməmiş və nəticədə banka olan kredit borclarının üzərinə faizlər gəlmişdir. 10 aprel 2017-ci il tarixli icarə müqaviləsinə görə icarəyə verən İddiaçı MMC özünə məxsus olan 12 ədəd “İSUZU SAZ NP-37” markalı avtobusları icarəçi X2 icarəyə vermişdir. Həmin avtobusların dövlət qeydiyyat nişanları aşağıdakılardır: **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***, **-TG- ***, **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***, **-TG-***. İcarə müqaviləsinin 2-ci bəndinə əsasən bir ədəd avtobusun aylıq icarə məbləği 300 manat müəyyən edilmişdir. Yəni 12 ədəd avtobusun aylıq icarəsi 3.600 manat təşkil etmişdir. Buna baxmayaraq, Nümayəndə3 tərəfindən müqavilənin həmin tələbi icra edilməmiş və icarə haqları bu günə kimi ödənilməmişdir. Beləliklə, həmin icarə müqaviləsi üzrə 3.600 manat olan icarə haqqı bu günə kimi, yəni 2018-ci ilin sentyabr ayına kimi ödənilməmişdir. 17 aylıq icarə haqqı 61.200 manat təşkil edir. Həmçinin 10 aprel 2017ci il tarixli icarə müqaviləsinin 11-ci bəndinə əsasən icarəçi Nümayəndə3 Əlişirin oğlu tərəfindən müqavilədən irəli gələn bankın kredit borcları da ödənilməli idi. Belə ki, "xxxx" ASC-nin 20 saylı filialı ilə İddiaçı MMC arasında bağlanmış kredit müqavilələri üzrə həmin 12 ədəd avtobus ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Nümayəndə3 bu öhdəliyini də icra etməmiş, banka heç bir pul vəsaiti ödəməmiş və nəticədə banka olan kredit borclarının üzərinə faizlər gəlmişdir. Hazırda banka olan borc məbləği aşağıdakı kimidir: 21 fevral 2012-ci il tarixli 01AV/F20-12 saylı kredit müqaviləsi üzrə 67.003 manat (girov təminatı 10- TG-737 və **-TG-*** dövlət qeydiyyat nişanlı avtobuslar), 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 nömrəli kredit müqaviləsi üzrə 460.552 manat (girov təminatı **-TG-***, **-TG-***, **-TG-***, **-TG-*** və **-TG-*** dövlət qeydiyyat nişanlı avtobuslar), 1 may 2012-ci il tarixli 10AV/F20-12 saylı kredit müqaviləsi üzrə 201.611 manat (girov təminatı **-TG-***, **-TG-*** və **-TG-*** nömrəli avtobuslar), 23 aprel 2013-cü il tarxli 48AV/F20-13 saylı kredit müqaviləsi üzrə 70.019 manat (girov təminatı **-TG-*** və **-TG-*** nömrəli avtobuslar). Cəmi dövr müqavilə üzrə 799.185 manat borc məbləği bank tərəfindən tələb olunur.
11. Cavabdeh "xxxx" Müəssisəsi həmin iddiaya etiraz edir və yeni iddia irəli sürərək bildirir ki, İddiaçı MMC 12 ədəd avtobusun alınması üçün "xxxx" ASC-dən kredit götürmüş və götürülmüş kredit hesabına alınmış avtobuslar "xxxx" ASC-yə girov qoyulmuşdur. İddiaçı MMC-nin direktoru Nümayəndə2 kredit öhdəlik öhdəliklərini yerinə yetirə bilmədiyindən, avtobusları banka təhvil vermək qərarına gəlmişdir. "xxxx" Müəssisəsi də "xxxx" ASC-dən kredit götürmək yolu ilə avtobusları alaraq istifadə etmiş və hazırda da istifadə edir. Nümayəndə2 ilə tanışlıq bank vasitəsilə olmuşdur. Bankın əməkdaşları bildirmişlər ki, Nümayəndə2 kredit yolu ilə əldə etdiyi avtobusları artıq işlədə bilmir. Avtobuslar yararsız hala düşmüşdür. Avtobusların kredit borcunu banka ödəmək və sonda avtobusların mülkiyyətə keçmək şərtilə avtobuslar ona təklif olunmuşdur. İlk öncə avtobusların yararsız halda olması səbəbindən təklifi qəbul etməsə də, sonradan bu işlərdə olan təcrübəsinə güvənərək təklif qəbul etmişdir. Nümayəndə2 bildirmişdir ki, bankın onu narahat etməməsini istəyir, avtobuslardan hər hansı formada istifadə edə bilər. Beləliklə, 15 aprel 2015-ci il tarixdə İddiaçı MMC-nin direktoru Nümayəndə2 və "xxxx" Müəssisəsinin direktoru Nümayəndə3 şəxsində saziş bağlanmışdır. Bağlanmış sazişə əsasən "xxxx" ASC-nin 20 saylı filialı ilə İddiaçı MMC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun zamin tərəfindən ödənilməsi müqabilində həmin kredit müqavilələrinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmiş 7 ədəd avtobusu “zamin”in mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin saziş bağlandıqdan sonra 7 ədəd yararsız avtobus ona təqdim edilmişdir. O, həmin avtobusların saz vəziyyətə gətirilməsi üçün hər bir avtobusa 12.000 – 15.000 manat civarında xərc çəkmiş və avtobusları işlək vəziyyətə gətirmişdir. İlk öncə avtobusların işlək vəziyyətə gətirilməsi üçün xərclər həddən çox olduğundan, bank ödənişlərində ləngimələr yaranmışdır. Buna baxmayaraq o, bu zaman banka ödənişlərlə bağlı razılıq əldə etmişdir. Belə ki, onun "xxxx" ASC-də depozit hesabı olduğundan, gələcəkdə həmin kredit borcunu depozitdə olan hesabla əvəzləşdirmək barədə ilkin razılıq əldə olunmuşdur. Saziş bağlandıqdan bir neçə ay sonra Nümayəndə2 7 ədəd avtobusa görə X12 ilə problem yaşamaması, yəni həmin avtobuslar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin İddiaçı MMC-yə aid edilməməsi üçün formal olaraq icarə müqaviləsi bağlanması təklif etmiş, müqaviləsi DYP-yə təqdim etmək üçün lazım olduğunu və bununla da işlərin bitəcəyini bildirmişdir. Beləliklə, 15 aprel 2015-ci il tarixli formal icarə müqaviləsi bağlanmışdır. İki ildən artıq vaxt keçdikdən sonra, 2017-ci ilin sentyabr ayında Nümayəndə2 daha əlavə 5 ədəd avtobusu ona təklif etmişdir. Bu dəfə bank vasitəçi olmamış və danışıqlar onların öz aralarında olmuşdur. Nümayəndə2 həmin 5 əlavə avtobusa görə məsuliyyətdən (kredit borcundan, DYP cərimələrindən və s.) yayınmaq üçün ümumilikdə 12 ədəd avtobusun (əvvəlki 7 ədəd avtobus daxil olmaqla) icarəyə verilməsinə dair Nümayəndə3 ilə 10 sentyabr 2017-ci il tarixli formal icarə müqaviləsi bağlamağa nail olmuşdur. Nümayəndə2 heç bir problemin olmadığını və 5 avtobusu da ona verəcəyini bildirmişdir. 10 sentyabr 2017-ci il tarixdə Nümayəndə2 "xxxx" Müəssisəsinin rəhbəri Nümayəndə3 inandırmaq üçün Bakı şəhəri 50 saylı Notariat Kontorunda ona baş etibarnamə verərək daşınmaz əmlak istisna olmaqla bütün əmlakı üzərində sərəncam vermək hüququ ilə 2 il müddətinə müvafiq səlahiyyətləri etibar etmişdir. Bundan sonra Nümayəndə2 onunla əlaqə saxlamamış və əlavə 5 ədəd avtobusu ona verməmişdir. Məlum olmuşdur ki, 18 sentyabr 2018-ci il tarixdə verilən həmin etibarnamə ləğv edilmişdir. Lakin Nümayəndə2 14 aprel 2015-ci il tarixli sazişə əsasən ona verdiyi 7 ədəd yararsız avtobusun saz vəziyyətə gətirildiyini və normal vəziyyətdə işlədiyini görüb avtobusları geri tələb etməyə başlamışdır. Bu məqsədlə formal bağlanmış 15 aprel 2015-ci il tarixli icarə müqaviləsini əsas tutaraq icarə haqqı və avtobusların qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Formal olaraq bağlanmış 15 aprel 2015-ci il tarixli və 10 sentyabr 2017-ci il tarixli icarə müqavilələri etibarsız sayılmalıdır. Belə ki, 15 aprel 2015-ci il tarixli icarə müqaviləsinin yalan əqd olması ilk öncə onu göstərir ki, müqavilənin 4-cü bəndinə əsasən icarəçi haqqını 1 ay müddətində ödəmədikdə icarəyə verən birtərəfli qaydada müqaviləyə xitam verərək icarəçidən avtobusları geri alır. Müqavilənin bu bəndi göstərir ki, icarə haqqı bir ay müddətində ödənilmədikdə icarə verənin iddia qaldırmaq hüququ yaranır. Onların arasında heç vaxt icarə haqqı ilə bağlı danışıqlar olmamış və o, heç vaxt icarə haqqı ödəməmişdir. Nümayəndə2 da ötən 3 ildən artıq müddətdə ondan icarə haqqı tələb etməmişdir. Çünki, icarə müqaviləsinin formal bağlanmasını Nümayəndə2 özü xahiş etmiş və formal müqaviləyə (yalan əqd) görə icarə haqqı da tələb edə bilməzdi. 15 aprel 2015-ci il tarixli icarə müqaviləsinin şərtləri ilkin olaraq bağlanmış 15 aprel 2015ci il tarixli sazişin şərtlərinə ziddir. Bu da öz növbəsində başqa əqdi (15 aprel 2015-ci il tarixli sazişi) pərdələmək məqsədi ilə bağlanan əqd olmasını göstərir. Digər tərəfdən Nümayəndə2 onunla daha bir yalan əqd, 10 sentyabr 2017-ci il tarixli icarə müqaviləsi bağlamağa nail olaraq, 15 aprel 2015-ci il tarixli icarə müqaviləsinin yalan əqd olmasını bir daha sübut etmişdir. Belə ki, Nümayəndə2 ona baş etibarnamə verib 1 həftə sonra onu ləğv etdirməsi onun 10 sentyabr 2017-ci il tarixli müqavilənin şərtlərinə əməl etməyəcəyini, bununla da yalan əqdi bağlamaqla digər əqdi pərdələmək məqsədi açıq aydın görünür. Həm 15 aprel 2015-ci il tarixli, həm də 10 sentyabr 2017-ci il icarə müqavilələrinin bağlanmasının hüquqi niyyəti avtobusların icarəyə verilməsi olmamışdır.
12. İddiaçı MMC həmin iddiaya etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, bildirir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia üçün müddət 1 il müəyyən edilmişdir. Bundan başqa, tərəflər arasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində İddiaçı MMC-nin "xxxx" Müəssisəsinə qarşı 15 aprel 2015-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və avtobusların geri qaytarılması tələbi barədə mövcud olmuş iddia ərizələri üzrə mübahisə ilə əlaqədar iddianın təmin edilməsi barədə məhkəmənin 1 iyun 2018-ci il tarixli 2-2(82)-511/2018 saylı qərardadının ləğvi barədə "xxxx" Müəssisəsi şikayət verərkən həmin icarə müqaviləsinin Nümayəndə3 ilə İddiaçı MMC arasında başlanmış 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi ilə qüvvədən düşdüyünü bildirməklə həmin müqavilələr təsdiq etmişdir. Bununla da o, mübahisə etmək hüququnu itirmişdir.
13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-2(82)- 159/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddiasının qismən təmin edilməsi, İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında imzalanmış 15 aprel 2015-ci il tarixli icarə müqaviləsi üzrə "xxxx" Müəssisəsindən 50400 manat icarə haqqı borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında imzalanmış 15 aprel 2015-ci il tarixli saziş üzrə "xxxx" ASC olan 225942 manat kredit borcunun ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin "xxxx" MMC-yə aid edilməsi, İddiaçı MMC-nin iddiasının qalan hissədə təmin edilməməsi, iddia qaldırılarkən İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı İddiaçı MMC-nin özünə aid edilməsi, qalan 15 manatı müştərək qaydada "xxxx" Müəssisəsindən, Nümayəndə3 və ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, "xxxx" Müəssisəsinin İddiaçı MMC-yə qarşı «icarə müqavilələrinin etibarsız sayılması və cəkilmiş xərcin qaytarılması» tələbinə dair iddiasının təmin edilməməsi, iddia qaldırılarkən "xxxx" Müəssisəsi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun "xxxx" Müəssisəsinin özünə aid edilməsi qət edilmişdir.
14. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və İddiaçı MMC-nin iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh "xxxx" Müəssisəsi də apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsi, İddiaçı MMC-nin iddiasının 50.400 manat icarə haqqı borcunun tutulması hissəsində rədd edilməsi və "xxxx" Müəssisəsinin iddiasının təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" müəssisəsinin nümayəndəsi və eyni zamanda digər cavabdeh Nümayəndə3 Əlişirin oğlu və onun nümayəndəsi və vəkili Nümayəndə5 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə6 isə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
22. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
25. Həmin Məcəllənin 677.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur (677.1.1); əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər (677.1.2); bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər (677.1.3).
26. Həmin Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
27. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında imzalanmış 15 aprel 2015-ci il tarixli saziş üzrə "xxxx" ASC-yə olan 225942 manat kredit borcunun ödənilməsi öhdəliyinin "xxxx" MMC-yə aid edilməsi hissəsi istisna olmaqla tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə İddiaçı MMC-nin iddiası qismən əsaslı, "xxxx" Müəssisəsinin iddiası isə əsassızdır.
32. Belə ki, İddiaçı MMC tərəfindən irəli sürülən tələblərin bir qismi icarə müqavilələri üzrə icarə haqlarının tutulması və saziş üzrə öhdəliklərin icra edilməsi ilə bağlıdır. Hər iki tələb icarə müqavilələrindən və sazişdən irəli gəlir.
33. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən tərəflər arasında bağlanmış sazişi təfsir edərək kollegiya qeyd edir ki, həmin saziş mahiyyət etibarı ilə alqı-satqı müqaviləsidir.
34. Belə ki, həmin sazişə görə "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanmış kredit müqavilələrindən 3 ədədi üzrə (21 fevral 2012-ci il, 01 may 2012-ci il və 23 aprel 2013cü il tarixli) yaranmış borcun "xxxx" Müəssisəsi tərəfindən hissə-hissə (ödəniş qrafikinə uyğun olaraq) ödənilməsi müqabilində həmin kredit müqavilələrinin təminatı olaraq, ipoteka ilə yüklü edilmiş 7 ədəd avtobusun sonuncunun mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Eyni zamanda, ipoteka saxlayan "xxxx" ASC buna razılıq vermişdir (bu faktı bankın nümayəndəsi etiraf edir).
35. Həmçinin, 15 aprel 2015-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndi istisna olmaqla qalan bəndləri icarə müqaviləsinə aid ünsürləri, müqavilənin 11-ci bəndi isə alqı-satqı müqaviləsinə aid ünsürləri əhatə edir. Belə ki, həmin bəndə görə müqavilədən irəli gələn bankın kredit borclarını icarəyə götürən tərəf öz öhdəsinə götürür. Bu isə həmin müqavilənin Mülki Məcəllənin 390.4-cü maddəsində göstərilmiş qarışıq müqavilə olmasını göstərir.
36. Göründüyü kimi həmin müqavilə və sazişin şərtlərinə əsasən İddiaçı MMC-nin kreditə götürdüyü 7 ədəd avtobusun icarə haqqı və kredit borcu "xxxx" Müəssisəsi tərəfindən tam ödənildikdən sonra sonuncunun mülkiyyətinə keçməsi barədə razılıq əldə edilmişdir.
37. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsası müəyyən olunarkən icarə və alqı-atqı münasibətləri tənzimləyən maddi hüquq normalarına istinad edilməlidir.
38. İcarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
39. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. (İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında bağlanmış 15 aprel 2015-ci il tarixli müqavilə üzrə)
40. Belə ki, həmin müqavilə üzrə 7 ədəd avtobusun "xxxx" Müəssisəsinin istifadəsinə verilməsi və sonuncu tərəfindən icarə haqqı ödənilməməsi işin mübahisəsiz hallarıdır.
41. Göründüyü kimi iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektlərini cavabdehə icarəyə vermiş, lakin cavabdeh "xxxx" Müəssisəsi müqavilə üzrə öz öhdəliklərini pozaraq, 2 illik icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.
42. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 50.400 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır (7 avtobus x 300 manat x 24 ay = 50.400 manat). (İddiaçı MMC ilə Nümayəndə3 arasında imzalanmış 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi üzrə)
43. Kollegiya hesab edir ki, həmin müqavilə üzrə icarə haqqının tutulması barədə tələblər qismən əsaslıdır.
44. Belə ki, müqavilə şərtlərinə əsasən Nümayəndə3 12 ədəd avtobusun icarəyə verilməsi razılaşdırılmışdır. Onlardan 7-sinin (**-TG-***, 10TG-912, **-TG-***, **-TG-***, **-TG- ***, **-TG-***, **-TG-*** dövlət qeydiyyat nişanlı) Nümayəndə3 direktoru olduğu "xxxx" Müəssisəsinin istifadəsinə verilməsi işin mübahisəsiz halıdır.
45. Qalan 5 avtobusun həmin müəssisə və ya Nümayəndə3 istifadəsinə verilməsi isə heç bir mötəbər sübutla təsdiqlənmir. Çünki Nümayəndə3 qalan 5 ədəd avtobusun ona verilmədiyini bildirir. Eyni zamanda İddiaçı MMC də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
46. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı MMC həmin müqavilə üzrə də yalnız 7 ədəd avtobusun icarə haqqının ödənilməsini tələb edə bilər.
47. Ona görə də, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 35700 manat məbləğində icarə haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır (7 avtobus x 300 manat x 17 ay = 35700 manat).
48. Bununla yanaşı, birinci instansiya məhkəməsində cavabdeh tərəfindən etiraf olunan və hazırki apellyasiya baxışının predmetinə aid olmayan 225.942 manat məbləğində pul vəsaitindən əlavə vəsaitin "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin "xxxx" MMC-yə, 799.185 manat kredit borcunun ödənilməsi öhdəliyinin isə Nümayəndə3 aid edilməsi hissəsində İddiaçı MMC-nin iddia tələbləri əsassızdır.
49. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir.
50. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcud deyil.
51. Belə ki, İddiaçı MMC həmin tələbləri onunla "xxxx" Müəssisəsi arasında bağlanmış 15 aprel 2015-ci il tarixli sazişə və "xxxx" ASC ilə onun arasında bağlanmış 4 ədəd - 21 fevral 2012-ci il tarixli, 24 aprel 2012-ci il tarixli, 01 may 2012-ci il tarixli və 23 aprel 2013-cü il tarixli kredit müqavilələrinə istinad edərək irəli sürmüşdür.
52. Halbuki, İddiaçı MMC ilə "xxxx" Müəssisəsi arasında bağlanmış 15 aprel 2015-ci il tarixli sazişdə yalnız 3 ədəd (21 fevral 2012-ci il, 01 may 2012-ci il və 23 aprel 2013-cü il tarixli) kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi müqabilində avtobusların mülkiyyətə keçirilməsi razılaşdırılmışdır.
53. Göründüyü kimi İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 24 aprel 2012-ci il tarixli kredit müqaviləsi hazırki iş üzrə razılaşma predmeti olmamışdır.
54. Həmçinin İddiaçı MMC ilə Nümayəndə3 arasında kredit borcunun ödənilməsi və nəqliyyat vasitələrinin mülkiyyətə keçməsi ilə bağlı hər hansı saziş (mahiyyət etibarı ilə alqı-satqı müqaviləsi) bağlanmamışdır.
55. Nümayəndə3 ilə bağlanan 10 aprel 2017-ci il tarixli icarə müqaviləsinin 11-ci bəndində isə sonuncunun məhz hansı kredit müqaviləsi üzrə kredit borclarını ödəməyi öhdəsinə götürməsi məlum deyildir.
56. Ona görə də kollegiya hesab edir ki, həmin iddia tələbləri Nümayəndə3 aid hissədə rədd edilməlidir.
57. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, kredit borclarının və mahiyyət etibarı ilə həmin kreditlərin təminatı olan avtobusların dəyərinin ödənilməsi öhdəliyi 3 ədəd - 21 fevral 2012-ci il, 01 may 2012-ci il və 23 aprel 2013-cü il tarixli kredit müqaviləsinə münasibətdə yaranmış və yalnız "xxxx" Müəssisəsinə aid olmuşdur.
58. Həmin kredit borclarının həcmi və məbləği isə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər İddiaçı MMC, Nümayəndə2 və "xxxx" Müəssisəsinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair yekunlaşmış digər kommersiya mübahisəsi üzrə müəyyən olunur.
59. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 22(82)-50/2019 saylı qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər İddiaçı MMC, Nümayəndə2 və "xxxx" Müəssisəsinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilərək, 21 fevral 2012-ci il tarixli 01 AV/F20-12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə yaranmış əsas borc 39327,20 (otuz doqquz min üç yüz iyirmi yeddi manat, iyirmi qəpik) manat, faiz borcu 8362,75 ( səkkiz min üç yüz altmış iki manat, yetmiş beş qəpik) manat, cərimə borcu 1000 (min manat), cəmi 48689,95 (qırx səkkiz min altı yüz səksən doqquz manat, doxsan beş qəpik) manat borcun müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən, Nümayəndə2 və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan **-TG-***, 10- TG-738 dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 24 aprel 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixinə yaranmış əsas borc 215245,58 (iki yüz on beş min iki yüz qırx beş manat, əlli səkkiz qəpik), faiz borcu 98183,79 (doxsan səkkiz min yüz səksən üç manat, yetmiş doqquz qəpik) cərimə borcu 1600 ( min altı yüz) manat, cəmi 315029,37 (üç yüz on beş min iyirmi doqquz manat, otuz yeddi qəpik) manat borcun cavabdeh İddiaçı MMC -dən tutularaq, iddiaçı LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan 10-TG895, 10-TG896, **-TG-***, **-TG-*** və 10-TG899 dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 01 may 2012-ci il tarixli 09AV/F20-12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə yaranmış əsas borc 102409,84 (yüz iki min dörd yüz doqquz manat, səksən dörd qəpik), faiz borcu 23099,11 (iyirmi üç min doxsan doqquz manat, on bir qəpik), cərimə borcu 2700 (iki min yeddi yüz), cəmi 128208,95 (yüz iyirmi səkkiz min, iki yüz səkkiz manat, doxsan beş qəpik) manat borcun müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, tutmanın İddiaçı MMC-nin mülkiyyətində olan **-TG-***, **-TG-***, **-TG-*** dövlət nömrə nişanlı İSUZU SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 23 aprel 2013cü il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə yaranmış əsas borc 38386,69 (otuz səkkiz min üç yüz səksən altı manat, altmış doqquz qəpik), faiz borcu 9957,05 (doqquz min doqquz yüz əlli yeddi manat, beş qəpik), cərimə borcu 700 (yeddi yüz) manat, cəmi 49043,74 (qırx doqquz min qırx üç manat, yetmiş dörd qəpik) manat borcun müştərək qaydada cavabdehlər İddiaçı MMC-dən və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi X1 ödənilməsi, tutmanın İddiaçı MMC -nin mülkiyyətində olan **-TG-*** və 10-TG017 dövlət nömrə nişanlı 2 ədəd MİDİBUS SAZ NP 37 markalı avtobuslara yönəldilməsi, həmin avtobusların açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borca ödənilməsi, 145 (yüz qırx beş) manat ekspertiza tədqiqatının dəyərinin LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, İddiaçı MMC-dən Nümayəndə2 və "xxxx" müəssisəsindən müştərək qaydada tutularaq, dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 (iyirmi dörd) manatın tutularaq müştərək qaydada cavabdehlər İddiaçı MMC -dən, Nümayəndə2 və "xxxx" müəssisəsindən tutularaq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir.
60. İddiaçı MMC və cavabdeh "xxxx" Müəssisəsi ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti vermişlər.
61. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli, 2-2(103)-14/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən, cavabdeh "xxxx" müəssisəsinin apellyasiya şikayəti tam təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 2013-cü il 23 aprel tarixli müqaviləyə aid hissədə və "xxxx" müəssisəsinə aid hissədə ləğv edilmiş və həmin hissələrdə iddia rədd olunmuş, qətnamə 2012-ci il 21 fevral tarixli, 2012-ci il 24 aprel tarixli və 2012-ci il 1 may tarixli müqavilələrdə borcların məbləğinə aid hissədə dəyişdirilmiş, 2012-ci il 21 fevral tarixli müqavilə üzrə əsas borc 34.029,82 manat, faiz borcu 8.915,52 manat, cərimə borcu 3.400 manat; 2012-ci il 24 aprel tarixli müqavilə üzrə əsas borc 290.000 manat, cərimə borcu 16.183,18 manat; 2012-ci il 1 may tarixli müqavilə üzrə faiz borcu 41.874,25 manat, cərimə borcu isə 10.000 manat məbləğində müəyyən edilmiş, qətnamənin digər mübahisələndirilən hissələri dəyişdirilmədən saxlanılmışdır.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)-371/2022 saylı qərarı ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər İddiaçı MMC-yə, Nümayəndə2, "xxxx" müəssisəsinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə cavabdeh İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iddiaçı LPO "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 11 yanvar tarixli 2-2(103)-14/2022 saylı qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə qismən – 2012-ci il 24 aprel tarixli 09AV/F20-12 saylı kredit müqaviləsi üzrə faiz borcu hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
63. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli, 2-2(103)-779/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, 2012-ci il 24 aprel tarixli, 09AV/F20-12 saylı kredit müqaviləsi üzrə faiz borcunun 98.183,79 manat məbləğində müəyyən edildiyi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
64. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-178/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-779/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
65. Hazırki işin dayandırılması üçün əsas olmuş həmin işdən görünür ki, kredit müqavilələri üzrə həm də zamin olan "xxxx" müəssisəsinə aid hissədə iddia tələbləri zaminliyə xitam verilməsi əsası ilə rədd edilmişdir.
66. Eyni zamanda həmin işdən görünür ki, yekun olaraq 01 may 2012-ci il tarixli 09AV/F20- 12 saylı kredit müqaviləsi üzrə əsas borc 102409,84 manat, faiz borcu 41874,25 manat, cərimə borcu isə 10000 manat, cəmi 154284,09 manat, 21 fevral 2012-ci il tarixli 01 AV/F20-12 saylı kredit müqaviləsi üzrə əsas borc 34029,82 manat, faiz borcu 8915,52 manat, cərimə borcu 3400 manat, cəmi 46345,34 manat müəyyən olunmuş, 23 aprel 2013-cü il tarixli 48AV/F20-13 saylı kredit müqaviləsinə aid hissədə isə iddia rədd edilmişdir.
67. Ona görə də, kredit borcunun (mahiyyətinə görə avtobusların dəyərinin) cəmi məbləği yalnız 2 ədəd kredit müqaviləsi, yəni 01 may 2012-ci il və 21 fevral 2012-ci il tarixli kredit müqavilələri üzrə müəyyən edilməlidir. Həmin müqavilələr üzrə kredit borclarının cəmi məbləği isə 200.629,43 təşkil edir.
68. Bununla belə, "xxxx" müəssisəsi birinci instansiya məhkəməsində iddianı qismən, yəni “15 aprel 2015-ci il tarixli saziş üzrə "xxxx" ASC-yə olan 225.942 manat vəsaitin ödənilməsi” hissəsində etiraf etmiş və həmin tələb hazırki apellyasiya baxışının predmetini təşkil etmir.
69. Göründüyü kimi "xxxx" müəssisəsinin borcu etiraf etdiyi məbləğ onun yuxarıda qeyd olunan 2 ədəd kredit müqaviləsi, yəni 01 may 2012-ci il və 21 fevral 2012-ci il tarixli kredit müqavilələri üzrə borcunu artıqlaması ilə əhatə edir.
70. Ona görə də, həmin iddia tələbləri təmin edilməyən hissədə əsassızdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissələrdə iddianı rədd etmişdir.
71. Həmçinin 2.520 manat məbləğində ödənilməmiş cərimə (MMX) borcu və ödənişin gününə həmin cərimələrə görə hesablanmış dəbbə pulunun, habelə avtobusların təmir etdirilib saz vəziyyətə gətirilməsi üçün tələb olunan 20.000 manat məbləğində pul vəsaitinin tutulması barədə tələblər də əsassızdır.
72. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
73. Kollegiya qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilmir.
74. Belə ki, cavabdehin istifadəsində olan avtobuslara qeyd olunan məbləğdə cərimələrin İddiaçı MMC tərəfindən ödənilməsi, habelə avtobuslara zərər dəyməsi ilə bağlı sübutlar iddiaçı tərəfindən təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
75. Həmçinin 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş 12 ədəd avtobusun Nümayəndə3 alınaraq İddiaçı MMC-yə təhvil verilməsi hissəsində də iddia tələbləri rədd edilməlidir.
76. Belə ki, əvvəla yuxarıda da qeyd olunduğu kimi 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi üzrə 12 ədəd deyil, cəmi 7 ədəd avtobus cavabdehin sahibliyinə verilmişdir. Qalan 5 avtobusun Nümayəndə3 icarəyə verilməsi isə heç bir mötəbər sübutla təsdiqlənmir.
77. Bununla belə 7 ədəd avtobusun təhvil verilməsi hissəsində də iddia təmin edilə bilməz.
78. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə "xxxx" müəssisəsinin etirafı və 15 aprel 2015-ci il tarixli sazişin şərtlərinə uyğun olaraq onun tərəfindən İddiaçı MMCyə 225.942 manat vəsaitin ödənilməsi qət edilmiş və qətnamənin həmin hissəsi hazırki apellyasiyanın baxış predmetini təşkil etmir. 15 aprel 2015-ci il tarixli sazişin şərtlərinə görə isə kredit müqavilələri üzrə borcun (mahiyyəti üzrə avtobusların dəyərinin) "xxxx" Müəssisəsi tərəfindən ödənilməsi müqabilində ipoteka predmetləri olan həmin avtobusların sonuncunun mülkiyyətinə verilməsi razılaşdırılmışdır.
79. Göründüyü kimi hazırda "xxxx" müəssisəsi tərəfindən 225.942 manatın İddiaçı MMCyə ödənilməsi ilə həmin avtobuslar üzərində "xxxx" müəssisəsinin mülkiyyət hüququ tanınmalıdır.
80. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərti olan “qanunsuz sahiblik” şərtinin mövcüd olması qənaətinə gəlmək üçün əsaslar mövcüd deyil.
81. Eyni zamanda kollegiya hesab edir ki, "xxxx" Müəssisəsi tərəfindən irəli sürülmüş icarə müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı tələblər əsassızdır.
82. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir.
83. Həmin maddəyə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
84. Qeyd olunan maddi hüquq normasının məzmunundan görünür ki, yalan əqd etibarsız əqdlərin bir növü olub başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd onu bağlayan tərəflərin həqiqətən bağlamaq istədikləri digər bir əqdi pərdələyir, yəni görünüş üçün bağlanır. Tərəflərin həqiqi iradəsi “yalan iradənin” bünövrəsində ifadə olunur.
85. Lakin hazırki işdə mübahisələndirilən müqavilələrin yalan əqd olması təsdiq olunmur.
86. Çünki "xxxx" Müəssisəsi qeyd olunan halları təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
87. Əksinə "xxxx" Müəssisəsinin istinad etdiyi hallardan görünür ki, tərəflər arasında həqiqətən icarə hüquq münasibətləri yaranmış və saziş bağlandıqdan sonra 7 ədəd avtobus ona təqdim edilmişdir. İlk öncə avtobusların işlək vəziyyətə gətirilməsi üçün xərclər həddən çox olduğundan, bank ödənişlərində ləngimələr yaranmışdır. Göründüyü kimi "xxxx" Müəssisəsi ilə bağlanan icarə müqaviləsinin yalan əqd olması qənaətinə gəlmək üçün hər hansı bir əsas mövcud deyildir.
88. Nümayəndə3 ilə bağlanan 10 sentyabr 2017-ci il tarixli icarə müqaviləsi üzrə əlavə 5 ədəd avtobusun verilməməsinə istinad etmək hüququ isə "xxxx" Müəssisəsinə deyil, müqavilə tərəfi kimi Nümayəndə3 məxsusdur.
89. Həmçinin işin yuxarıda müəyyən olunan hallarından da görünür ki, həqiqətən də sonuncu ilə bağlanan müqavilə üzrə 5 ədəd avtobus ona təhvil verilməmişdir. Kollegiya qeyd edir ki, həmin hal müqavilənin şərtlərinin birtərəfli qaydada pozulmasıdır ki, bu zaman Nümayəndə3 da həmin sayda avtobusa görə icarə haqlarını ödəməkdən azad edilmişdir.
90. 3 ildən artıq müddətdə ondan icarə haqqının tələb edilməməsi ilə bağlı dəlillər də əsassızdır və icarə müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
91. Belə ki, icarə müqavilələrinin 4-cü bəndində təsbit olunmuşdur ki, icarəçi haqqının bir ay müddətində ödəmədikdə icarəyə verən hərtərəfli qaydada müqaviləyə xitam verərək, icarəçidən avtobusları geri alır.
92. Kollegiya qeyd edir ki, həmin cümlədə “geri alır” ifadəsi işlənsə də, bu imperativ qaydada icarəyə verənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh də öz iddiasında bunu məhz “icarə verənin iddia qaldırmaq hüququ” kimi qeyd etmişdir.
93. Həmçinin, Mülki Məcəllənin 685.2-ci maddəsinə görə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
94. Qeyd olunan maddi hüquq normasının məzmunundan da göründüyü kimi kirayə haqqının ödənilməsinin gecikdirildiyi halda kirayə müqaviləsini ləğv etmək kirayəyə verənin vəzifəsi deyil, hüququdur.
95. Nümayəndə2 Nümayəndə3 baş etibarnamə verib 1 həftə sonra onu ləğv etdirməsi, habelə 15 aprel 2015-ci il tarixli icarə müqaviləsinin şərtlərinin ilkin olaraq bağlanmış 15 aprel 2015-ci il tarixli sazişin şərtlərinə zidd olması, bunun da öz növbəsində başqa əqdi (15 aprel 2015-ci il tarixli sazişi) pərdələmək məqsədi ilə bağlanan əqd olmasını göstərməsi barədə dəlillər də əsassızdır.
96. Belə ki, yuxarıda qeyd olunanlara əsasən icarə müqaviləsinə qarışıq müqavilə, sazişə isə mahiyyət etibarı ilə alqı-satqı müqaviləsi kimi qiymət verilmiş və bu əsasda hüquqi dəyərləndirmə aparılmışdır.
97. Göründüyü kimi həmin iddia tələbləri özü-özlüyündə əsassızdır və bununla bağlı müddətin ötürülüb-ötürülmədiyinə hüquqi qiymət verilməsinə də zərurət yoxdur.
98. Həmçinin kollegiya hesab edir ki, 7 avtobusun təmirinə çəkilmiş 83.864 manat xərcin tutulması ilə bağlı "xxxx" Müəssisəsinin tələbləri də təmin edilə bilməz.
99. Belə ki, Mülki Məcəllənin 677.1-ci maddəsinin dispozisiya şərtləri baxımından həmin tələblərin əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, icarə predmeti olan əşya müqavilədə razılaşdırılmış tələblərə uyğun olmamış, həmin uyğunsuzluq icarəyə verən tərəfindən aradan qaldırılmadığı üçün icarəyə götürən qüsuru özü aradan qaldırmış və bunun üçün zəruri xərclər çəkmişdir.
100. Lakin "xxxx" Müəssisəsi bunun təsdiqi barədə heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
101. "xxxx" Müəssisəsi tərəfindən təqdim edilən akt isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin akt birtərəfli qaydada "xxxx" Müəssisəsi tərəfindən tərtib edilmişdir.
102. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələblər təmin edilə bilməz.
103. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh "xxxx" Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli, qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
104. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" Müəssisəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-2(82)- 159/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı MMC ilə Nümayəndə3 arasında imzalanmış 10 aprel 2017-ci il tarixli icarə müqaviləsi üzrə Nümayəndə3 75.600 manat icarə haqqı borcunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Nümayəndə3 Əlişirin oğlundan 35700 manat məbləğində icarə haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə həmin iddia təmin edilməsin. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Məmməd Məmmədov
Azad İmanov