Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-200/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin Cavabdehna qarşı vergi borcunun tutulması tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-1588/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentitərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Vergilər Departamenti cavabdeh fərdi sahibkar qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə olan 4414,92 manat borcun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 (81)-2854/2014 saylı xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Cavabdeh ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-1588/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilərək işin icraatının təzələnməsi qərara alınmış, eyni zamanda eyni tarixli qərardadla iddiaçı Bakı şəhəri X2 Nazirliyi yanında Bakı şəhəri X8 Departamenti ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-1588/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-1588/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında mülki iş üzrə icraata xitam verilməsinin əsası kimi Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən həqiqətən vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malik olduğu lakin bu maddi hüquq normalarının ümumi xarakter daşıdığını, bu hüququn reallaşdırma qaydasının isə Vergi Məcəlləsinin 89 -90-cı maddələri ilə müəyyən edilməsini, vergi orqanının yalnız siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilməsini, iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilməsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Vergi Məcəlləsinin 52 və 90.1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarını göstərmişdir. Vergi Məcəlləsinin 23.1,15-1-ci maddəsi və MPM-nin 26.2.8-ci maddəsi məhkəmənin qərardadında qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarından sonra yeni redaksiyada verilmişdir. Qeyd edilən dəyişikliyin əsaslarından biri də qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması olmuşdur ki, məhkəmə tərəfindən qərardad qəbul edilərkən qeyd edilən hal nəzərə alınmamışdır. Əgər Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində təsbit edilmiş hüququn reallaşdırılması qaydası həmin Məcəllənin 89-90-cı maddələri ilə məhdudlaşdırılmış olsaydı, bu halda, MPM-nin 26.2.8-ci maddəsinin mətni aşağıdakı şəkildə verilmiş olmalı idi: “vergi ödəmələri ilə bağlı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr”. Lakin şərh edilənlərdən də göründüyü kimi, məhkəmənin mülahizəsində qeyd edilən şəkildə Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində təsbit edilmiş hüququn reallaşdırılması qaydası həmin Məcəllənin 89-90-cı maddələri ilə məhdudlaşdırılmır və bu mənada məhkəmənin təsbiti qanuni və əsaslı deyildir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-1588/19 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehşikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-1588/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaların dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qeyd edilən norma ümumi qaydada vergi orqanlarının vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını təsbit edir, bu hüququn realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə tənzimlənmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90-cı maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Sadalanan normaların tələblərini nəzərə alan məhkəmə hesab edir ki, vergi borclarının məhkəmə qaydasında alınması üçün vergi orqanı yalnız vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Vergi orqanı öz səlahiyyətləri daxilində məhkəmədə iddia qaldırmadan da borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilər. Belə ki, Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə görə, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Bundan əlavə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci və 82.2-ci maddələrinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid olduğundan onun qərarı əsasında həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddiayaməhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-1588/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə MPM-in 261, 263, 264, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Vergilər Nazirliyi yanında Bakışəhəri X8 Departamenti tərəfindən verilmiş şikayət təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-1588/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-200/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-200/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver