Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-201/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh1 MMC-yə qarşı “kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 407/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh “X2 Company” MMC-yə qarşı iddia ərrizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2019-cu il tarixinə olan: - xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 516000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 419586,69 manat illik beş faiz olmaqla, cəmi 3936586,69 manat; - xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 516000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 419586,69 manat illik beş faiz, cəmi 3936586,69 manat; - xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 785150,33 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 647200,50 manat illik beş faiz, cəmi 5958051,41 manat - məbləğində kredit borcun və iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən etmişdir. İddianın əsaslarına görə tərəflər arasında qeyd olunan üç kredit müqaviləsi bağlanmışdır. Cavabdehə: birinci kredit müqavilə üzrə 9 ay müddətinə illik 6 faizlə 3000000,00 manat, ikinci müqavilə üzrə 8 ay müddətinə illik 6 faizlə 3000000,00 manat, üçüncü müqavilə üzrə 8 ay müddətinə 6 faizlə 4.700000,00 manat məbləğində kredit verilmiş, lakin borcalan üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetirməmiş, aldığı krediti faizləri ilə birlikdə banka qaytarmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-407/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət olunmuşdur : “ İddia qismən təmin edilsin . “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən: - xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2977410,87 manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148870,54 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 378792,83 manat illik beş faiz; -xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2974216,27 manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148710,81 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 378386,40 manat illik beş faiz; -xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 226206,70 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 543871,94 manat illik beş faiz - tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,68 manat məbləği “X3 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 3,32 manat məbləği isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 133,42 manat məbləği cavabdehdən, qalan 16,58 manat məbləği isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.” İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnaməni ləğv edib, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,ekspert qarşısında cavabdehin kredit müqaqviləsi üzrə cərimə borcunun hesablanması isə sual kimi qoyulduğu halda ekspert ödənişləri yalnızca əsas və faiz borcu üzrə silinmə edərək hesablamış və cərimə borcunu hesablanmamışdır, ekspert rəyində cərimə borcu ilə bağlı heç bir məlumat yoxdur. kredit müqavilələrinin 2.5-ci bəndinə əsasən, Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) uyğun olaraq həyata keçirilir. Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə 1) nəzərdə tutulmuş tarislərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbıəğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 36% cərimə faizi ödəyir. kredit müqaviləsinin bu bəndini ekspertizalar şöbəsinin eksperti nəzərə almayaraq yalnış nəticəyə gəlmişdir, əgər kredit müqaviləsinin cərimələrlə bağlı bəndi nəzərə alınsaydı, silinmələr yalnızca əsas və faiz məbləğdən silinməyəcək və həmin məbləğlərdə azalma olmayacaqdı. Təkrar ekspertiza təyin edilməsi barədə verilmiş vəsatət təmin edilməmişdir. Bununla da birinci instansiya məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmamışdır. iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbimiz təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Cavabdeh də, həmçinin, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə-mühasibatlıq ekspertizası düzgün hesablama aparmamış və iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmişdir. Belə ki, hətta məhkəmə də xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borcla bağlı rəqəmin Maliyyə arayışında göstərilən məbləğdən artıq olması səbəbindən qəbul etməmişdir. Bundan əlavə bank tərəfindən ekspertizaya qeyd olunan müqavilələr üzrə cərimənin hesablanmasını əks etdirən çıxarışlar təqdim olunmamış, bu səbəbdən də cərimə borcu müəyyən olunmamışdır. Buna baxmayaraq, məhkəmə tərəfindən qətnamə ilə təmin edilmiş adıçəkilən müqavilələr üzrə təyin edilən cərimələrin hansı əsaslarla və necə hesablandığı məlum deyildir. İstər əsas borc və borca görə faizlərin hesablanmasına dair ekspertiza düzgün aparılmamış, habelə məhkəmə tərəfindən əsas borcun, borca görə müddətin sonuna və digər faizin, habelə cərimənin necə hesablanması ilə bağlı məsələlərə heç bir aydınlıq gətirilməmişdir. Məhkəmənin müddətin sonuna hesablanan faizləri də ayrıca qeyd etməsi və tələbin hansı əsasla təmin edilməsi anlaşılan deyildir. Bundan əlavə birinci instansiya məhkəməsi iş üzrə cavabdehin sonuncu məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə bildirişləri göndərməmiş və ya gec göndərmiş, bununla məhkəmədə cavabdeh tərəfin ekspertizanın rəyinə münasibət bildirməsinə, habelə çıxış etməsinə şərait yaratmamış və bununla da tərəflərin çəkişmə prinsipini pozmuş, ona riayət etməmişdir. Belə ki, cavabdeh tərəf əsas borc, borc görə hesablanan faizlər və cərimə ilə razı deyil. Cavabdeh tərəf hesab edir ki, hər üç kredit müqavilələri üzrə borc, borca görə hesablanmış faiz, habelə cərimələr şübhəlidir və qeyriobyektiv hesablanmanın nəticəsində yaranmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual normalarına, tərəflərin çəkişmə prinsipinə riayət etməmiş, habelə gəldiyi nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının və cavabdehin nümayəndələrinin hər biri apellyasiya şikayətlərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalidir. İş materiallarından və tərəflərin apellyasiya şikayətinin dəlilərindən görünür ki. qeyd olunan kredit müqavilələrinin bağlanması və həmin müqavilərin şərtlərinə uyğun olaraq kredit məbləğlərinin iddiaçı tərəfindən cavabdehə verildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. Hər iki tərəfin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, qətnamənin onların xeyrinə olmayan hisələrindən, o cümlədən, iddiaçı iddianın təmin olunmayan hissəsindən, cavabdeh isə kredit məbləğlərinin ona verildiyini mübahisələndirməsə də, qətnamənin ondan tutulması qət olunan əsas, faiz, cərimə borcu hissələrindən narazı olub, sanki heç kredit almamış və borcu m.övcud olmamış kimi, ümumiyyətlə, qətnaməni ləğv edib iddianın tamamilə rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əsasən isə müəyyən olunur ki, hər iki tərəfin apellyasiya şikayətinin qeyd olunan dəlillərinin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq, ekspertlər qarşısında həll edilməsi üçün kredit müqavilələri üzrə nə vaxt və hansı məbləğdə ödəniş aparılması, aparılmış ödənişlərin nə qədər məbləğinin əsas, nə qədər məbləğinin faiz borcuna çıxılması və cərimənin necə hesablanması barədə suallar qoyulmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və sonuncu tərəfindən qərarda icra edilərək xx xxxx 2020-ci il tarixli 9/1112 saylı ekspert rəyi verilmişdir. Ekspert rəyindən görünür ki, cavabdeh “X1” MMC tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və kredit müqavilələrinin şərtləri əsas götürülməklə, cavabdehin xx xxxxx 2019-cu il tarixinə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) banka olan borcu aşağıdakı kim müəyyən edilmişdir: -xx xxxxxxx 2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə, 3.356.203,70 manat məbləğində, o cümlədən: əsas borc üzrə 2.977.410,87 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenumnun qərarına əsasən hesablanmış 378.792,83 manat illik 5 faiz; -xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə, 3.352.602,68 manat məbləğində, o cümlədən əsas borc üzrə 2.974.216,27 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumnun qərarına əsasən hesablanmış 378.386,40 manat illik 5 faiz; -xx xxxxxx 2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 5.081.389,89 manat məbləğində, o cümlədən, əsas borc üzrə 4.537.517,94 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 543.871,94 manat illik 5 faiz. Rəydən həmçnin görünür ki, ekspertiza ilə bank tərəfindən həmin kredit müqavilələri üzrə hesablanan cərimə borclarının hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcları hesablanmamışdır Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert gəldiyi nəticəni ekspertiza tədqiqatının aparılması üçün ona təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, tədqiq edilən ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Daha sonra qətnamədə məhkəmə ekspert rəyi və iş materiallarında olan sənədlərlə cavabdehin iddiaçıya olan əsas borcu: xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2.977.410,87 manat, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2.974.216,27 manat məbləğində müəyyən olunduğunu qeyd edərək hesab etmişdir ki, qeyd olunan hşər iki müqavilə üzrə əsas borc məbləğləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. xx xxxxxx 2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə əsas borca münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ekspert rəyində göstərilən əsas borcməbləği (4.537.517,94 manat) iddiada tələb olunan məbləğdən (4.524.133,84 manatdan) artıq olması müəyyən olunsa da, iddiaçının verdiyi tələb üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə də razılaşır. Belə ki, məhkəmənin istinad etdiyi ekspert rəyinin tədqiqi-əsaslandırıcı hissəsindən görünür ki, mübahisələndirilən kredit müqaviləsi üzrə hərtərəfli tədqiqat aparılmış, hər müqavilə üzrə qrafik şəkilində, cavabdehin bütün ödənişləri nəzərə alınmaqla, cavabdehin əsas borcu və müqavilə müddəti bitdikdən sonra, maliyyə arayışı tarixi xx.xx.2019-cu il tarixinə olan illik beş faiz məbləğləri hesablanaraq aylar üzrə müəyyənləşdirilmişdir. Lakin tərəflərin apellyasiya şikayətlərindən görünür ki, ekspert rəyindən təsbit olunan borc məbləğlərinin hansı meyarlara əsasən, hansı qrafikdə təsbit olunan elementlərinin ödənişlərə və hesablamalara uyğun olmadığı, hansı bəndlərində səhvə yol verildiyi əsaslandırılmamış, özləri isə əsaslandırılimış düz mövqelərini də ortaya qoya bilməmişlər. Məhkəmə kollegiyası, həmçinin, MPM-in qeyd olunan 218.3-cü maddəsinin qeyd olunan tələbi baxımından, qətnamə ilə iddiaçının müqavilədə nəzərədə tutulan faiz borcu tələbinin də bankın xx.xx.2019-cu il tarixli maliyyə arayışlarında təsbit olunan hədd dəaxilində təmin edilməsini, o cümlədən: birinci və ikinci kredit müqavilələrinin hər biri üzrə 1000 manat, üçüncü kredit müqaviləsi üzrə isə 566,76 manat məbləğində müəyyənləşdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulmasının qət olunmasını əsaslı sayır. Çünki, istinad olunan maliyyə arayışlarından və bank hesabından çıxarışdan görünür ki, həmin illik faiz məbləğləri müqavilədə nəzərdə tutulan illik faiz miqdarı çərçivəsində iddiaçının ödənişlərinə uyğun olaraq Mülki Məcəllənin 432.4-cü maddəsinə müvafiq qaydada müqavilə müddətinə hesablanmış faiz borcu məbləğlərini ehtiva edir. Mülki əcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Bununla yanaşı, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin məhkəmənin qətnaməsini cərimə hissəsində əsassız hesab edən dəlləri ilə də razılaşmır. Belə ki, qətnamədən görünür ki, kredit müqavilələrinin 2.6-cı bəndləri ilə müəyyən olunmuş, iddiaçı tərəfindən birinci və ikinci kredit müqaviləsi üzrə hər gecikdirilmiş gün üçün müəyyən olunan 1%-lə hesablanmış cərimə məbləğləri, məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilməklə, 516.0xx xxxxxxxx 148870,54 manata, üçüncü kredit müqaviləsi üzrə hesablanmış 785150,33 manat cərimə məbləği isə 226206,70 manata daha konkret, qeyd olunan əsas borc məbəlğlərinin 5 faizi həddinə qədər azaldılmışdır. Mülki Məcəllənin 467-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ən azından, respublika daxilində və ütün dünya miqyasında yayılmış pandemiya şəraiti - tərəflərin, o cümlədən, cavabdeh tərəfin əmlak və əsaslı mənafelərinə öz mənfi təsirini göstərməməməsi ağlabatan deyil. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamədə cərimə tələbi hissəsində də gəldiyi nəticə ilə də razılaşır. Beləliklə qeyd olunanlar onu göstərir ki, tərəflərin şikayətlərinin birinci instanesiya məhkəməsinin qətnaməsi ilə kredit müqavilələri üzrə əsas, faiz, illik beş faiz və cərimə borcu ilə razılaşmayan dəlilləri əsassızdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, tərəflərin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən ekspert rəyinə və iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədiyini. əsassız qətnamə qəbul olunduğunu mübahisələndiriən dəlillərinin əsassız olduğu sübuta yetirilir. MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, məhkəmə kollegiyası qətnamə ilə gəlinən nəticəni faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-407/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Tərəflərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-407/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-201/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-201/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver