Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-201/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qanuni nümayəndə Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5249/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Qanuni nümayəndə Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarı və qanunsuz olaraq ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən Xaçmaz rayonu, Xudat şəhəri, X.Natəvan küçəsində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə yazılmış 3024 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus obyektə cavabdehin əməkdaşları baxış keçirərkən guya obyektə olan qaz cihaz və avadanlıqlarının saatlıq qaz həcmini aşdığı və sayğacın sərfiyyata uyğun olmadığı üçün ******* saylı, xx.xx.2023-cü il tarixli aktla əsassız və qanunsuz 3024 manat cərimə yazmışlar. Bu akt barədə yenicə məlumatlanmışdır. Bundan sonra onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə cavabdehə müraciət etmişdir. Onlar hər dəfə bir bəhanə gətirərək ona haqsız və qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. O da hər ay istifadə etdiyim qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri vardır. O, bu borcla bağlı cavabdehə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən akt yazılmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5249/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Qanuni nümayəndə əsassız olaraq hesablanmış 3024 (üç min iyirmi dörd) manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi, ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı Qanuni nümayəndə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(119)-5249/2023 saylı qətnaməsini ləğv edib, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Qanuni nümayəndə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış KY231931119 nömrəli ÇİXARİŞA əsasən Yoxlayıcı orqan Dövlət Neft Şirkətinin Cavabdehnə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Qanuni nümayəndə sahibkarlıq fəaliyyəti subyektinə yoxlama keçirilməsinə icazə verilmişdir. Qətnamədən görünür ki, məhkəmə işə baxarkən cavabdehin iştirakını təmin edilməmiş və cavabdehdən iş ilə bağlı heç bir sübut tələb edilməmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə Qətnaməni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulmasına əsasən qəbul etmişdir. Hakim işə baxarkən xx.xx.2023-cü il tarixə, saat 11:40-a hazırlıq iclası təyin etmişdir. İclas günü Cavabdeh İstehsal Birliyinin nümayəndələri iclas iştirak edə bilməmişlər. Hakim isə işi araşdırmadan dərhal xx.xx.2023-cü il tarixə, saat 12:30-a məhkəmə baxış iclası təyin etmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən mülki prosessual məcəllənin 9, 77, 88, 171, 209-cu maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə işi tam, obyektiv və ədalətli araşdırmamışdır. Əgər məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin müddəalarına əməl olunsa idi işin mahiyyəti məhkəməyə və ədalətli qərar çıxarılması üçün tam aydın olardı. Qətnamənin 12-ci bəndində hakim qeyd etmişdir ki, Cavabdeh İstehsal Birliyi tərəfindən iddiaçının təqsiri nəticəsində yazılmış borc ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh İstehsal Birliyi böyük təşkilat olduğu üçün iş prinsipi üzrə məhkəmə işləri regional hüquq şöbələri üzrə bölünür. Cavabdeh X3 Hüquq Şöbəsinə bu işlə bağlı heç bir məhkəmə bildirişi gəlməmişdir. Hər bir halda hakim hazırlıq iclasını işin tam, obyektiv və ədalətli araşdırılması Cavabdeh İstehsal Birliyinin nümayəndəsini işdə iştirakının təmin olunması üçün təxirə salınmalı olduğu halda birbaşa məhkəmə baxış iclasına keçirmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Qanuni nümayəndə isə məhkəməyə öz mənafeyinə uyğun olmayan digər sübutları məhkəməyə təqdim etməmişdir. Bu da məhkəmə işinin ədalətsiz keçərək yekunlaşmasına səbəb olmuşdur. Qeyd edim ki, xx.xx.2023-cü il tarixdə abonent Qanuni nümayəndə ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT tərtib olunmuşdur. Sahibkarlıq fəaliyyətiilə məşğul olan fiziki şəxs Qanuni nümayəndə obyektində yoxlama keçirmək üçün Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən icazə alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış KY231931119 nömrəli ÇİXARİŞA əsasən Yoxlayıcı orqan Dövlət Neft ŞirkətininCavabdehnə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Qanuni nümayəndə sahibkarlıq fəaliyyəti subyektinə yoxlama keçirilməsinə icazə verilmişdir. xx.xx.2023-cü il tarixdə müəssənin qaz avadanlıqlarına baxış keçirən zaman bir sıra nöqsanlar aşkar olunmuşdur. Müəssisəyə məxsus ******* nömrəli qaz sayğacı quraşdırılan obyekt maksimal saatlıq qaz sərfiyyatı 6m3 olduğu halda, obyektə baxış keçirərkən obyektdə olan qaz cihaz və avadanlıqlarının saatlıq qaz həcminə uyğun olmadığı aşkar olunmuşdur. Sərfiyyata uyğun olmayan avadanlıların siyahısı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-da qeyd olunmuşdur. Belə ki, bu halların heç biri məhkəmə müzakirə mövzusu olmamışdır və iş mahiyyəti üzrə araşdırılmamışdır. Qətnamənin 19-31-dək olan bəndlərində hakim yalnız Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaması barədə müddəaları qeyd etmişdir. Lakin həmin yoxlama faktiki olaraq Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
10. 3.5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
11. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
12. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
13. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
15. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
18. Dəymiş zərərin bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta 12096 m3 zərər hesablanmışdır.
19. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, 19 iyun 2023-cü il tarixində iddiaçıya məxsus ünvanda yerləşən sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, müəssisəyə məxsus ******* nömrəli qaz sayğacı quraşdırılan obyekt maksimal saatlıq qaz sərfiyyatı 6 m3 -luqdur, lakin obyektə baxış keçirərkən obyektdən qaz cihaz və avadanlıqlarının saatlıq qaz həcmini aşdığı aşkar olunmuşdur. Sayğac sərfiyyata uyğun deyil. Dəymiş ziyan hesablansın və ödənilsin.
20. İddiaçıya məxsus abonent saldosundan görünür ki, iddiaçıya 2023-cü ilin iyun ayında 3024 manat məbləğində akt əsasında borc hesablanmışdır.
21. Cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
22. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan borc tələb oluna bilməz.
23. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
24. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.
25. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi hazırlıq və baxış iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya etiraz etməmiş, iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmiş və hər hansı sübut təqdim etməmişdir. Hazırda isə cavabdeh apellyasiya şikayətinə yeni sübut (sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış) əlavə etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və yeni sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallar və sübutlar yalnız o halda qəbul edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, həmin faktlar və sübutlar qəbul edilmir və kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır.
26. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən həmin akta görə iddiaçının abonent hesabına hesablanmış borc silinməlidir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5249/2023 saylı, 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova