Məhkəmə qərarları › İş №2-2(103)-202/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-202/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-202/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh2 MMC və digərlərinə qarşı pulun tutulması tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(113)-3368/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə bağlanmış 31 oktyabr 2019-cu il tarixli 005R********** saylı kredit razılaşması, 29 iyul 2019cu il tarixli 005R********** saylı kredit razılaşması və onlara əlavə bağlanmış sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 16793,32 manat məbləğində əsas borc, 3944,40 manat məbləğində faiz borcu və 3387,87 manat məbləğində cərimə olmaqla, 005R********** saylı kredit razılaşması üzrə 11245,18 manat məbləğində kredit borcu, 3005,77 manat məbləğində faiz borcu və 2755,08 manat məbləğində cərimə olmaqla, ümumilikdə 41131,62 manat məbləğində borcun, 218 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mükiyyətli mənzilin açıq hərracdan satılması, 41131,62 manat məbləğində borcun, 218 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3 və Cavabdeh2 MMC-dən ümumi qaydada tutulması; Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mükiyyətli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mülkiyyətli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(113)-3368/2022 saylı qərardadına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iş üzrə tələbin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mükiyyətli mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Şirin Mirzəyev küçəsində 56a saylı evdə ümumi sahəsi 114.1 kv.m, yaşayış sahəsi 59.9 kv.m, yardımçı sahəsi 54.2 kv.m olan 3 otaqlı 88 nömrəli xüsusi mülkiyyətli mənzildən çıxarılması və həmin mənzilin boşaldılması hissəsində icraata xitam verilmişdir. "xxxx" QSC Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2- 2(113)- 3368/2022 nömrəli qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Cavabdehlər mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün İddiaçı QSC qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldildiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Razılıq ərizəsi Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilən zaman iddia ərizəsinə əlavə edilərək təqdim edilmişdir. Yuxarıda qeyd olunan maddənin tələbi baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Hazırki işdə iddiaçı həmin norma tətbiq olunmaqla, ipoteka qoyanın əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra onun həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsini tələb edir. İddiaçının bu tələbləri əmlakın satılmasından sonra yaranan hüquqi nəticələrə uyğundur və təmin olunmasını istisna edən hal yoxdur. Lakin Bakı Kommersiya Məhkəməsi baxılan işdə “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsini səhv təfsir etmişdir. Ona görə də ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində də İddiaçı QSC-nin iddiası təmin olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3368/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3368/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 30 dekabr 2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmiş, həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə (İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci bir ay) ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Hazırkı iş üzrə tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2019-cu il tarixdə, qanuna edilmiş dəyişiklikdən sonra bağlanmışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, qanunda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının məhkəmədən kənar həlli qaydasını (ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılma) müəyyən etdiyindən iddiaçının bu tələbinə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3368/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3368/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar