Məhkəmə qərarları › İş №2-2(103)-206/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-206/2021

15.01.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-206/2021 15.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı firmasının cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “borcun girov qoyulmuş pul vəsaitinə yönəldilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3359/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" Firması cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" ASC ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış ******* ABŞ dolları məbləğində borcu həmin tarixli girov müqaviləsi üzrə girov qoyulmuş pul vəsaitinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3359/2020 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, ona əlavə edilmiş sənədlər və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə birlikdə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, , iddia ərizəsinin yolverilməzliyinə görə qəbul etməkdən imtina üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 153.2-ci maddəsində sadalanan əsaslar mövcud olmadığı halda, birinci instansiya məhkəməsi qanunvericiliyin həmin tələblərini pozaraq, əsassız olaraq iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayət - İddiaçı firmasının nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır. Lakin İddiaçı firması tərəfindən vəkil Vəkil verilmiş etibarnamədə sonuncunun məhkəmə aktlarından şikayət vermə səlahiyyəti xüsusi olaraq göstərilməmişdir. Halbuki, MPM-in 74.2-ci maddəsinin imperativ tələbinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda, İddiaçı firmasının məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından şikayəti onu imzalamağa hüquq olmayan şəxs tərəfindən imzalanmış hesab edilməlidir. MPM-in 363.1.1-ci maddəsinin tələbindən isə görünür ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına və prosessual qanunvericiliyin tələblərinə diqqət yetirməmiş, iddiaçı firmanın nümayəndəyə verdiyi etibarnaməsində sonuncunun məhkəmə aktlarından şikayət vermə səlahiyyəti xüsusu olaraq göstərilmədiyinə görə şikayəti onu vermiş şəxsə qaytarmalı olduğu halda, birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının şikayəti üzrə apellyasiya icraatının mümkünlüyü üçün əsaslar müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2- 2(113)-3359/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı firmasının Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 3359/2020 saylı qərardadından verdiyi şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Şikayət onu vermiş İddiaçı firmasına qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsnə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar