Məhkəmə qərarları › İş №2-2(103)-207/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-207/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-207/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-758/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə banka olan 32285,37 manat əsas, 6160,26 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi 59510,09 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsumun və ödənilən 402 (dörd yüz iki) manat məbləğində mediasiya rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmeti olan əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdeh, borcalan və ipoteka qoyan - Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinə əsasən borcalana illik faiz dərəcəsi 21% olmaqla, 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin xx.xx.2020-ci il tarixli, 1 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43593,41 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2020-ci il tarixinədək əlavə № 2 üzrə ödənişlərə güzəşt verilmişdir. xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin xx.xx.2021ci il tarixli 2 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43172,37 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2021-ci il tarixinədək əlavə № 3 üzrə ödənişlərə güzəşt verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, F7_1454/İ-19 saylı tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığına əsasən 100000 (bir yüz min) manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli, F7_1454/İ-19 saylı ipoteka müqaviləsinin xx.xx.2020-ci il tarixli, 1 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43593,41 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2020-ci il tarixinədək əlavə № 2 üzrə ödənişlərə güzəşt verilmişdir. xx.xx.2019-cu il tarixli, F7_1454/G-19 saylı girov müqaviləsinin xx.xx.2021-ci il tarixli, 1 saylı əlavəsinə əsasən həmin müqavilə üzrə 43172,37 manat məbləğində qalıq əsas borcun ödənişinə xx.xx.2021-ci il tarixinədək əlavə № 3 üzrə ödənişlərə güzəşt verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 32285,37 manat əsas, 6160,26 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi borcu 59510,09 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən illik 42% olmaqla cərimə faizi ödəyir. 3.1.7-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var.

3. Daha sonra iddiaçı AR MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbinin azaldılması barədə ərizə vermiş, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K- 19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki “Nur” filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə banka olan 29986 manat əsas, 7099 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi 58150,27 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsumun və ödənilən 402 (dörd yüz iki) manat məbləğində mediasiya rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmeti olan əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdeh, borcalan və ipoteka qoyan - Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçı yenidən AR MPM-nin tələblərinə uyğun olaraq ərizə vermiş, İddiaçı ASC-nin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K19 saylı kredit müqaviləsi üzrə banka olan 25335,37 manat əsas, 3248,56 manat faiz, 21065,27 manat cərimə borcu olmaqla, cəmi 49649 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsumun və 402 (dörd yüz iki) manat məbləğində mediasiya rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus (DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, xx.xx.2019-cu il tarixli, BK № Ozəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsinin təminatı olan ipoteka predmeti olan əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc məbləğinin cavabdeh, borcalan və ipoteka qoyan - Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-758/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətininin “Neftçilər” (əvvəlki Nur filialı) filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə banka olan 25335,37 manat (iyirmi beş min üç yüz otuz beş manat otuz yeddi qəpik) əsas borc, 1500 manat (min beş yüz) cərimə, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 (qırx beş) manat məbləğində rüsum və 402 (dörd yüz iki) manat mediasiya xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin Cavabdeh qaytarılması, ipoteka predmeti olan, ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ**********981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT: İBAZAZ2X) köçürülməsi qət edilmişdir.

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-758/2023 saylı Qətnaməsini qismən ləğv edərək, iddia tələbinin faiz hissəsində tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü iltarixli 9/1255 saylı ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən Turan Bank ASC tərəfindən alınmış xx.xx.2019-cu il tarixli, BK F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə qüvvdə olduğu tarixədək) olan borcu 32285.95 AZN (otuz iki min iki yüz səksən beş manat doxsan beş manat) əsas, 2661.20 manat faiz borcu müəyyən edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ü il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh Turan Bank ASC-yə olan borcu, 32285.95 manat əsas, 3271.05 manat faiz borcu təşkil edir. Ekspertiza rəyindən görünüyü kimi həm xx.xx.2022-ci il tarixə, əsas və faiz borcu ümumlikdə 34947.15 AZN (otuz dörd min doqquz yüz qırx yeddi manat on beş qəpik) həmçinin xx.xx.2023-cü il tarixə əsas və faiz borcu üzrə ümumi məbləğ 35557 AZN ( otuz beş min beş yüz əlli yeddi manat) təşkil edir. Bu məbləğlər tərəfimizdən verilmiş son dəqiqləşmə ərizəsində olan əsas və faiz boru üzrə ümumi borc (28583.93 AZN (iyirmi səkkiz min beş yüz səksən üç manat doxsan üç qəpik)) məbləğindən çoxdur. Göründüyü kimi, məhkəmə borc məbləğini müəyyən edərkən faiz məbləğinin olmadığını, dəqiqləşmə ərizəsində olan 3248.56 (üç min iki yüz qırx səkkiz manat əlli altı qəpik) faiz məbləğindən mart ayından sonra ödənilmiş 3850 AZN (üç min səkkiz yüz əlli manat) məbləğinin silindiyi qənaətinə gəlmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi ilkin iddia tələbində kredit müqaviləsi üzrə faiz məbləği 6160.26 AZN (altı min bir yüz altmış manat iyirmi altı qəpik) məbləğində olmuş və ödənişlər edildikdən sonra məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışa əsasən 3248.56 (üç min iki yüz qırx səkkiz manat əlli altı qəpik) faiz məbləği qalmışdır. Bu da göstərir ki, 3850 AZN (üç min səkkiz yüz əlli manat) məbləğində ödəniş edildikdən sonra, ödəniş məbləğinin müəyyən hissəsi 6160.26 AZN (altı min bir yüz altmış manat iyirmi altı qəpik) məbləğindən çıxılmışdır. Beləliklə, müqavilə üzrə faiz borcu qətnamə çıxdığı tarixə 3248.56 AZN (üç min iki yüz qırx səkkiz manat əlli altı qəpik) məbləği təşkil etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən yuxarıda göstərilən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, faiz borcunun müəyyən edilməsi zamanı kobud səhvə yol vermişdir. İddianın predmeti olan borcun məbləğinin müəyyənləşdirilməsi məhkəmə tərəfindən tam araşdırılmamışdır. Əgər araşdırılma tam həyata keçirilsə idi, bu halda sonuncu dəqiqləşmə məbləği qətnamə ilə uyğunluq təşkil edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, iş üzrə ilkin iddia tələbində cavabdehin kredit müqaviləsi üzrə 32285.37 AZN əsas, 6160.26 AZN faiz, 21065.27 cərimə borcu olmaqla, ümumi borcu 59510.09 AZN təşkil etmişdir. Daha sonra cavabdeh ödənişlər etdiyindən TuranBank ASC tərəfindən xx.xx.2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə ərizəsi verilmiş, cavabdehin kredit müqaviləsi üzrə 25335.37 əsas, 3248.56 faiz, 21065.27 cərimə borcu və ümumilikdə 49649 AZN borcun olduğu məhkəmənin nəzərinə çatdırılmışdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində xx.xx.2023-cü il tarixli ekspertiza rəyinə əsaslanmış, müqavilə müddətinin sonuna faiz borcunun 2661.20 AZN təşkil etdiyi qeyd edilmişdir. Həmçinin 2023-cü ilin mart ayından sonra cavabdeh tərəfindən ödənişlər edildiyi və edilmiş ödənişlərdən müvafiq olaraq əsas, faiz və cərimə borcundan silinmələr olduğu və cavabdehin faiz borcundan 3850 AZN (üç min səkkiz yüz əlli manat) silindiyi, faiz borcunun qalmadığı, buna görə də faiz borcunun tutulması hissəsində iddia tələbinin təmin edilmədiyi bildirilmişdir. Lakin ekspertiza rəyinə diqqətlə baxdıqda görünür ki, məhkəmə tərəfindən qətnamənin əsaslandırma hissəsində ekspertiza rəyindəki məbləğlərə dair təhriflərə yol verilmişdir. Belə ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü iltarixli 9/1255 saylı ekspert rəyinə əsasən, Cavabdeh tərəfindən Turan Bank ASC tərəfindən alınmış xx.xx.2019-cu il tarixli, BK F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə qüvvdə olduğu tarixədək) olan borcu 32285.95 AZN əsas, 2661.20 manat faiz borcu müəyyən edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ü il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh TuranBank ASC-yə olan borcu, 32285.95 manat əsas, 3271.05 manat faiz borcu təşkil edir. Ekspertiza rəyindən görünüyü kimi həm xx.xx.2022-ci il tarixə, əsas və faiz borcu ümumlikdə 34947.15 AZN həmçinin xx.xx.2023-cü il tarixə əsas və faiz borcu üzrə ümumi məbləğ 35557 AZN təşkil edir. Bu məbləğlər tərəfimizdən verilmiş son dəqiqləşmə ərizəsində olan əsas və faiz boru üzrə ümumi borc 28583.93 AZN məbləğindən çoxdur. Göründüyü kimi, məhkəmə borc məbləğini müəyyən edərkən faiz məbləğinin olmadığını, dəqiqləşmə ərizəsində olan 3248.56 faiz məbləğindən mart ayından sonra ödənilmiş 3850 AZN məbləğinin silindiyi qənaətinə gəlmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi ilkin iddia tələbində kredit müqaviləsi üzrə faiz məbləği 6160.26 AZN məbləğində olmuş və ödənişlər edildikdən sonra məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışa əsasən 3248.56 faiz məbləği qalmışdır. Lakin bir məqamı məhkəmənin diqqətinə çatdırım ki, tərəf biz apellyasiya şikayəti ilə məhkəməyə müraciət edən zaman 4500 manat ödəniş etmişdir. Biz həmin ödənişi faiz borcundan çıxmışıq, hazırda vətəndaşın heç bir faiz borcu yoxdur.

11. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız iddiaçı tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı faiz borcuna aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsassızdır.

20. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K19 saylı kredit müqaviləsi bağlanmış, illik faiz dərəcəsi 21% olmaqla, 36 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit Cavabdeh verilmişdir. Daha sonra kredit müqaviləsinə xx.xx.2020 və xx.xx.2021-ci il tarixli əlavələr edilmişdir. Nəticədə əsas borcun ödənişinə xx.xx.2021-ci il tarixinədək güzəşt verilmişdir. Eyni zamanda Cavabdeh öhdəliklərini icra etməsi məqsədilə tərəflər arasında F7_1454/İ-19 saylı xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh məxsus ünvan 1 ünvanında istifadədə olan 0.067 ha torpaq sahəsində yerləşən 254 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

21. Birinci instansiya məhkəməsi əsas borcunun tutulması hissəsində iddianı tam, və cərimə borcuna aid hissədə qismən təmin etmiş, faiz borcuna aid hissədə rədd etmişdir.

22. Hazırda iddiaçı cavabdehdən 3248,56 manat (üç min iki yüz qırx səkkiz manat əlli altı qəpik) məbləğində faiz borcunun tutulmasını xahiş edir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1255 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-dən alınmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 32285, 95 manat, faiz borcu 2661,20 manat. Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli, BK № Özəl (1) F7_1454/K-19 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023 tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 32285,95 manat, faiz borcu üzrə 3271,05 manat təşkil edir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

27. Hazırkı məhkəmə araşdırması zamanı xx.xx.2023-cü il tarixli, 9/1255 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.

28. Adıçəkilən ekspert rəyində müqavilə müddətinin sonuna faiz borcunun 2661,20 manat təşkil etdiyi göstərilmişdir.

29. 2023-cü ilin mart ayından sonra cavabdeh tərəfindən borcundan ödənişlər edilmiş və edilmiş ödənişlərdən müvafiq olaraq əsas, faiz və cərimə borcuna silinmələr olmuşdur. Ona görə də iddiaçı iddia tələbinin həcmini azaltmışdır.

30. Bank hesabı çıxarışından məlum olur ki, xx.xx.2022-ci il tarixindən (müqavilənin qüvvədən düşdüyü tarix) sonrakı dövrdə cavabdeh tərəfindən edilmiş ödənişlərdən (2023cü ilin mart ayından başlayaraq edilmiş) 3850 manat faiz borclarından silinmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

32. Apellyasiya baxışı zamanı bank hesabı çıxarışlarından müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü ildə edilmiş 4500 AZN ödənişdən 3248,36 manat əsassız olaraq kredit müqaviləsi üzrə faiz borcundan çıxılmışdır. Həmin ödənişlər icra mərhələsində nəzərə alınmalıdır.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-758/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar