Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-208/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vergilər Nazirliyi) qarşı “hərracın yekunlarına dair protokolların və alqı-satqı müqavilələrinin vergi ödənilmədən bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dhəcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin iddaçı İddiaçı QSC tərəfindən sadələşdirilmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin aşağıda qeyd edilən: -xx.xx.2019-cu il tarixli 01/816 saylı və 4318 saylı, xx.xx.2019-cu il tarixli məktubda; xx.xx.2019-cu il tarixli 01/431 saylı və 3714 saylı, xx.xx.2019-cu il tarixli məktubda; xx.xx.2019-cu il tarixli 01/2012 saylı və 7078 saylı, xx.xx.2019-cu il tarixli məktubda; xx.xx.2019-cu il tarixli 01/1702 saylı və 5781 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/1699 saylı və 5782 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2167 saylı və 7451 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2165 saylı və 7450 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/659 saylı və 3986 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/1339 saylı və 4994 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/824 saylı və 4316 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/836 saylı və 4319 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/432 saylı və 3384 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/1276 saylı və 4767 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/3214 saylı və 10406 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/3292 saylı və 11050 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/3041 saylı və 10055 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2784 saylı və 9316 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/3135 saylı və 10405 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2702 saylı və 9190 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2391 saylı və 8147 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2786 saylı və 9317 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2464 saylı və 8184 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/2388 saylı və 8182 saylı, xx.xx.2019-cu il tarixli məktubda, xx.xx.2019-cu il tarixli 01/3375 saylı və 11403 saylı, xx.xx.2019-cu il tarixli məktubda qeyd edilən əmlaklar üzrə cavabdeh “X2 Mərkəzi” MMC-nin üzərinə qoyulması və iddia ərizəsİnin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdehə icra orqanı (məmuru) tərəfindən qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçı bankın xeyrinə yüklü edilmiş əmlakların açıq hərrac keçirməklə satılması üçün sifarişlər göndərmişdir. Həmin sifarişlər əsasında ipoteka predmeti olan əmlaklar açıq hərrac vasitəsi ilə satışa çıxarılmış, alıcı olmadığı üçün «İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan iddiaçı banka təklif olunmuşdur. Bank həmin əmlakları cavabdehin ödəməli olduğu borca uyğun öz balansına götürməyə rəsmi (yazılı şəkildə bildiriş məktubları ilə) razılıq vermiş, lakin cavabdeh əmlakın açıq hərracda satılmasına dair yekun protokollar və alqı-satqı müqavilələri bank tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmadan və həmin vergi ödənilmədən həmin sənədlərin imzalanmayacağını rəsmi olaraq banka bildirərək müvafiq rəsmiləşdirməni həyata keçirməkdən yayınmışdır. İddiaçı iddia tələbinin əsasları kimi Vergi Məcəlləsinin 220, 218, 218.4.3, 218.5.2, Mülki Məcəllənin 319.5, 415.5, 415.6, 415.7, «İpoteka haqqında» Qanunun 41.2, 41.3, 42.4, 42.6, Mülki Prosessual Məcəllənin 26.1, 26.2-ci maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 298.1, “İpoteka haqqında” Qanunun 5-ci, 42.4-cü maddələrindən göründüyü kimi, tutmanın ipoteka predmetinə yönəldilməsi xərcləri ipoteka predmetinin satınalma qiymətindən tutulduğundan həmin xərclərə daxil olan sadələşdirilmiş vergi də satınalma qiymətindən tutulmalıdır. Başqa sözlə, əmlaklar hərracın baş tutmaması nətəicəsində əldə olunmasaydı, yəni qeyri-şəxs tərəfindən hərracdan əldə edilsəydi sadələşdirilmiş vergi ödənilməli idi. Lakin hazırkı vəziyyətdə bank ipoteka predmetini reqress əsaslarla əldə etdininə görə alış qiymətinin icra qürumunun depozit hesabına köçürülməyinə ehtiyac qalmamış, bununla da tələbkar tələbi naturada qəbul etdyindən ilk növbədə onun satış qiymətini və digər xərcləri çıxmaqla qalan dəyərini tələbinin ödənilməsinə yönəldə bilərdi. Məhkəmə qətnamə çıxararkən qeyd olunanları nəzərə almamış, işə hərərəfli baxmamış, hərracın keçirilməsinin mülki qanuvericiliyə uyğun keçrildiyni yoxlamamış, bir tərəfli qadada qərar qəbul etmişdir. Üçüncü şəxs isə apellyasiya şikayətində mübahisələndirmişdir ki, qətnamə qəbul edilərkən məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş, yanlış və əsassız qənaətə gəlmişdir. Belə ki,x xxxxxx 2016-cı il tarixdən vergi qanunvericiliyinə edilən yeni dəyişikliklərlə əlaqədar qüvvəyə minən 218.4.3, 219.3-1, 150.1.9, 150.3-1 və həmin maddələrdə istinad olunan 102.1.3.2, 102.1.18, 16.1.16, 144.1.1 və 144.1.2, 220.8, 220.8- 1-ci maddələri üzrə yalnız mülkiyyətində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunur və onların təqdim edilməsi ilə bağlı müqaviləni təsdiq edən notarius bu vergini yaşayış və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tutaraq dövlət büdcəsinə ödəyir və bununla bağlı müvafiq hesabatı vergi orqanına təqdim edir. Başqa sözlə, sahənin mülkiyyətçisi ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsini təsdiq edən notarius mülkiyyətçinin əldə etdiyi gəlirindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sadələşdirilmiş vergini hesablayaraq ödəmə mənbəyində tutur və dövlət büdcəsinə həmin vergini ödəyərək bu barədə müvafiq hesabatı qanunvericiliklə müəyyən edilmiş vaxtda vergi orqanına təqdim edir. Yəni, həmin əməliyyatda sahəni təqdim edən (satan) mülkiyyətçi və həmin sahəni alan şəxs çıxış edir və təqdim olunma zamanı notarius tərəfindən sadələşdirilmiş vergi, məhz, mülkiyyətçinin əldə etdiyi gəlirindən ödəmə mənbəyində tutulur. Qeyd olunanlardan fərqli olaraq, x xxxxxx 2019-cu il tarixdən qüvvəyə minən 150.1.13-cü maddəsində yaşayış və qeyri-yaşayış sahələrinin, habelə, torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablayaraq tutulması öhdəliyi hərracın nəticələrini «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.2-ci maddəsində müəyən edilmiş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulmuşdur. Qeyd olunan, eyni zamanda, vergi qanunvericiliyinin digər normalarında ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sadələşdirilmiş verginin, məhz, yaşayış və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tutulması göstərilməmişdir.«İpoteka haqqında haqqında» 41.2, 43.8, 47.2, 47.4, 47.5-ci maddələrinin təhlilindən aydın olur ki, borcun ipoteka predmetinə yönəldilməsi haqqında məhkəmə qərarının icrası məqsədilə icra məmuru ipoteka predmetinin satılması üçün hərrac təşkilatlarına sifariş verir və sonuncu tərəfindən hərrac baş tutmadıqda, ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ipoteka saxlayan banka təklif edilir. Bank isə ipotekaya xitam verlməməsi üçün ipoteka predmetini əldə etməyə məruz qalır. Başqa sözlə, həmin əməliyyatda bank ipoteka predmetini əldə edən, hərrac təşkilatı isə ipoteka predmetini satan (mülkiyyətçisi) deyil, məhz, hərracın keçirilməsinə cavabdeh olan bir şəxs kimi çıxış edir. Yəni, həmin əməliyyat zamanı ipoteka predmetinin satıcıcı faktiki mövcud olmur. Göründüyü kimi, ipoteka predmetinin hərrac vasitəsilə təqdim edilməsi zamanı yalnız ipoteka predmetinin alıcısı iştirak edir, satıcı qismində isə əməliyyatda heç bir subyekt iştirak etmir. Məhz, x xxxxxx 2019-cu il tarixdən Vergi Məcəlləsinə əlavə edilmiş 150.1.13-cü maddəsində ipoteka predmeti olan sahənin təqdim edilməsi zamanı ipoteka predmetinin satıcısı (mülkiyyətçisi) qismində heç kim çıxış etmir.Vergi qanunvericiliyinin daşınmaz əmlakın təqdim edilməsi zamanı sadələşdirilmiş verginin «bilavasitə mənbədən» tutulma formasını müəyyən etməsi heç də təsadüfü deyil. Bu baxımdan, sadələşdirilmiş verginin ödəyicisi daşınmaz əmlakı təqdim edən olsa da, vergi məbləği məhz əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulur. Başqa sözlə, vergi məbləği əmlakı əldə edən şəxsin apardığı ödənişdən tutulsa da, bu məbləğ əmlakı təqdim edənin hesabına aid edilir.Vergitutmanın «bilavasitə mənbədən» formasında məqsədləri üçün ödəniş dedikdə isə yalnız pul vəsaiti nəzərdə tutulmur. Bu zaman ödəniş əməliyyatı barter, borcun əvəzləşdirilməsi və ya digər formada reallaşa bilir və hər bir halda əmlakı əldə edən şəxs tərəfindən əmlakı təqdim edən şəxsin xeyrinə edilən müəyyən hərəkətləri ehtiva edir.Hazırkı halda bank ipoteka predmetini öz mülkiyyətinə qəbul etməklə borcu şəxsin borcunu əvəzləşdirir. Başqa sözlə, əmlakın mülkiyyətçisinin gəliri - onun bank qarşısındakı borc öhdəliyinin əvəzləşdirilməsi təşkil edir. Yəni, ipoteka qoyan hər bir halda, ödəmə mənbəyində gəlir əldə edir və bu gəlir də, məhz, bu gəlir ona bank tərəfindən verilmiş sayılır. Bu halları nəzərə alan vergi qanunvericiliyi də sadələşdirilmiş verginin məhz ödəmə mənbəyində, yəni gəliri ödəyən (ödənişin formasından və üsulundan asılı olmayaraq) şəxsdən (bankdan) tutulmasını, lakin bu vergi məbləğiniin gəliri əldə edən yəni əmlakı təqdim edən şəxsin hesabına aid edilməsini müəyyən edir. Məhkəmə kollegiyasının hazırkı iclasında, üçüncü şəxs Azərbaycan Respublikasının Vergilər Nazirliyi, MPM-in 58-ci maddəsinə müvafiq olaraq, prosessual hüquq varisi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi R.Nəcəfquliyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Ramazanov apellyasiya şikayətləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (“MPM”) 135.8-ci və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, mülki qanunvericiliyin normalarına istinadən məhkəmənin qətnaməsini əsassız sayır. Mübahisənin kommersiya xarakterli olduğunu nəzərə alsaq, Mülki Məcəllənin 2.1-ci və 2.5ci, eləcə də, «Normativ-hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddələrinin tələbləri baxımından, mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin normaları tətbiq edilməsi zəruriliyi labüddür. Lakin, mülki qanunvericiliklə açıq hərracın baş tutmadığı halda, ipoteka saxlayan bankın ona borcun əvəzi olaraq təklif olunmuş əmlakları əldə etdiyi zaman ondan ödəmə mənbəyində verginın tutulması ilə bağlı tənzimləyici normalar mövcud deyil. Belə ki, konkret halda mübahisələndirilən məsələ ilə bağlı mülki qanunvericiliyin aşağıdakı normaları ilə əlaqəli şəkildə təhlil aparıldıqda aşağıdakılar müəyyən edilir. Mülki Məcəllənin 419.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Qeyd olunan normadan göründüyü kimi, ipoteka ilə yüklü edilmiş obyektin satınalma qiymətindən tutulmalı xərclərin, o cümlədən, vergilərin kimdən tutulacağı qeyri-müəyyəndir. Eyni zamanda, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərdə tutulur ki, ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən, vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Mülki qanunvericiliyin bu normasında isə ipoteka saxlayanın yalınz ipoteka predmetinin saxlanılması və salamatlığı ilə bağlı vergilər və digər xərclərdən söhbət gedir. Burada da ipoteka predmetinin təqdim edilməsinə görə vergilərin kimdən tutulacağı barədə müddəa mövcud deyil. Həmin Qanunun “hərracın baş tutmamış elan edilməsi” ilə bağlı 43-cü maddəsinin müddəalarına gəldikdə isə, hərrac baş tutmamış elan edildiyi təqdirdə ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətləipoteka saxlayana təklif olunması və sonuncu tərəfindən alınması variantında da vergilərin kimdən tutulacağıtənzimlənməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli Qərarında da, məhz, keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığı vurğulanaraq müvafiq şərhlə məslənin tənzhimlənməsini qeyri-mümkün hesab etmiş və bu baxımdan, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının qüsa müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçıdan ona təklif olunmuş və tərəfindən əldə olunmuş ipoteka predmeti olan əmlaklara görə sadələşdirilmiş vergi ödənilmədən obyektlərin onun adına rəsmiləşdirilməsindən imtina etməsi tamamilə əsassızdır. Məhkəmə kollegiyası həmçinin üçüncü şəxsin də kifayət qədər ziddiyyətli olan dəlilləri ilə razılaşmır. Belə ki, şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, Vergi Məcəlləsinin 150.1.9, 150.3-1, 150.1.13, 218.3.4, 219.3-1-ci maddələrinə istinadən hesab edir ki, ödəmə mənbəyində sadələşdirilmiş vergi, hərracın keçirilməsi əməliyyatında satıcı mövcud olmasa da, ipoteka predmeti olan əmlakları əldə edən iddiaçı bankdan tutulmalıdır. Vergi orqanı bu mövqeyini onunla əsaslandırır ki, bank, borc öhdəliyinin əvəzləşdirilməsi qaydasında gəlir ödəyən şəxsdir, yəni bankın həyata keçirdiyi ödəniş gəlir mənbəyidir, vergitutma obyektidir. Sadələşdirilmiş vergi də məhz, həmin məbləğdən tutulur, amma əmlakı təqdim edənin hesabına aid edilir. Üçüncü şəxsin qeyd olunan dəlilləri aşağıdakılarla təkzib edilir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Vergi Məcəlləsinin 13.2-ci maddəsinin qeyd olunan müddəalarından göründüyü kimi, mallrın, o cümlədən, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergitutma obyektləri sayılır. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokola təsdiq edən ödəmə mənbəyində İxtisaslaşdırılmış təşkilatlar vergini tutmağa borcludur. Həmin Məcəllənin 150.3-cü maddəsinə görə notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Məcəllənin qeyd olunan müddalarından isə göründüyü kimi, yaşayış və qeyri-yaşayış sahələrinin (habelə torpaq sahələrinin) açıq hərrac qaydasında ixtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən təqdim edilməsi zamanı hərrac təşkilatı sadələşdirilmiş vergini hesablayaraq vergi orqanına ödəməyə borclu olduğu təsbit olunsa da, bu zaman, qanunverici tərəfindən həmin verginin kimdən tutulmalı olmasına aydınlıq gətirilməmişdir. Hazırkı iş üzrə ipoteka saxlayan iddiaçıının ipoteka predmeti olan əmlakları təqdim edən “saticı” yerində qoyulması ictisna edildiyi halda, ondan ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması mümkünlüyü də istisna olunur. İddiaçının (bankın) “satıcı” statusunu alması isə, yalnız«İpoteka haqqında» Qanunun 43.9-cu maddəsində nəzərdə tutulan halda mümkündür. Belə ki, Qanunun qeyd olunan 43.9-cu maddəsinin tələbinə görə ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Məhz həmin özgəninkiləşdirmə anı da məhz təqdim etmə anını və ona ödənilən əmlak dəyərindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması momentidir. Hər bir halda, bank tərəfindən hərrac təşkilatçısının təklifi ilə əldə edilmiş ipoteka predmeti olan əmlaklara görə qanunun müəyyən etdiyi məcburi özgəninkiləşdirmə öhdəliyinin icrası anında təqdim edilməsi zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəməsi mümkündür. Hətta, həmin anda əmlakların, onun əldə etdiyi hərrac qiymətindən daha üstün qiymətlə satıldığı təqdirdə, dövlət büdcəsinə ödənilməli verginin məbləği də təbii ki, hərracdakı qiymətindən hesablanacaq vergi məbləği ilə müqayisədə daha çox büdcəyə xeyir gətirməsi də istisna edilmir. Başqa sözlə, qanunvericinin qeyd olunan 43.9-cu maddəsinin tələbi baxımından, iddiaçı bank cavabdeh tərəfindən ona edilən təklif əsasında əldə etdiyi ipoteka əmlaklarına görə vergi qanunvericiliyi ilə müəyyən olunan ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəmək öhdəliyindən yayınmasının mümkünsüz olduğu açıq görünür. Həm də konkret halda, ilkin, yəni, hərrac mərhələsində həmin verginin ödənilməsinin tələb olunub tutulması, gələcəkdə həmin əmlaklar məcburi qaydada özgəninkiləşdirərkən, onun təkrarən eyni vergini ödəməsinə də gətirib çıxarır. Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələbində isə nəzərədə tutulur ki, heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarını tənzimləyici normaların qeyri-müəyyənliyi və mübahisəlndirilən məsələ ilə bağlı aydın olmayan bütün məqamlar ipoteka predmetini əldə edən iddiaçının (bankın) xeyrinə şərh edilməli olan hallar kimi qiymətləndirir. Vergi Məcəlləsinin 3.11-ci maddəsində də məhz imperativ şəkildə təsbit olunur ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Beələliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir və həmin qətnamənin ləğv edilməsi üçün MPM-in 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Qətnamə qanuni və əsaslıdır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyini, tətbiq edilməli olan qanunun düzgün tətbiq edilmədiyini, yanlış və əsassız nəticəyə gəlindiyini mübahisələndirən və qətnamənin ləğvini əsaslaqndırmağa çalışan digər formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1200/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-208/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-208/2020
05.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver