1 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-208/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-17/2020 saylı qətnaməsindən (hakim Z.Axundova) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 (əsas borclu) və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (zamin) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC və “xxxx” MMC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 113051,05 manat, faiz borcu üzrə 61460,21 manat, cərimə borcu üzrə 51449,03 manat olmaqla, cəmi 225960,29 manat, cavabdeh Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 231795,41 manat, faiz borcu üzrə 118203,99 manat, cərimə borcu üzrə 95807,20 manat olmaqla, cəmi 445806,60 manat, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqının tutulması və tutmanın xx.xx.2012-ci il tarixli, 37K/12 nömrəli girov müqaviləsi ilə banka girov qoyulmuş 10 ədəd yük avtomobilinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-17/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 MMC və “xxxx” MMC-dən müştərək qaydada xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 113051,05 manat, faiz borcu üzrə 41068,76 manat, cərimə borcu üzrə 1000 manat olmaqla, cəmi 155119,81 manat pulun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsinə əsasən əsas borc üzrə 230656,36 manat, faiz borcu üzrə 80605,86 manat, cərimə borcu üzrə 10000 manat, dövlət rüsumunun 14,60 manat hissəsi və 1 manat (bir) xidmət haqqı olmaqla, cəmi 2 321277,82 manat məbləğində pulun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə tutmanın Cavabdeh1 MMC-nin mülkiyyətində olan yük avtomobillərinə yönəldilməsi, avtomobillərin açıq hərracdan satılması və satış hesabına əldə edilmiş vəsait hesabına xx.xx.2012-ci il tarixli, 37K/12 kredit müqaviləsi üzrə iddiaçıya olan borcun ödənilməsi, dövlət rüsumunun qalan 15,40 manat hissəsinin iddiaçıya aid edilməsi iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verərək qətnamənin Cavabdeh2 MMC-ə aid hissədə ləğv edərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 81K/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 17 faizlə, 45 ay müddətinə 150.000 AZN məbləğində kredit vermişdir. xx.xx.2012-ci il tarixli, 81K/12 nömrəli kredit müqaviləsinin təminatı olaraq “xxxx” MMC ilə İddiaçı ASC arasında xx xxxxxx 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 7.1-ci maddəsində qeyd edilir ki, “Bu müqavilə imzalandığı andan qüvvəyə minir və bu müqavilənin 7.2-ci bəndində və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. Müqavilədən də göründüyü kimi, zaminlik müqaviləsinin müddəti əsas öhdəliyin icrası müddəti ilə məhdudlaşdırılmışdır. MM-nin 477-ci maddəsinin tələbinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi iddiaçının “xxxx” MMC-yə qarşı iddia verməsi üçün tələb olunan müddət bitmişdir, çünki, MM-in 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı 1 il 4 ay keçəndən sonra iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin iclasında iddiaçının nümayəndəsi X2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-17/2020 saylı qətnaməsi qisməncavabdeh “xxxx” MMC-yə qarşı hissədə ləğv edilməli, iddia “xxxx” MMC-yə qarşı hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən “xxxx” MMC-yə qarşı hissədə mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 201(81)- 3 1404/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx xxxxxx 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə «Cavabdeh1” MMC-yə 45 ay müddətinə illik 17% hesablanmaqla, 150000 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsindən görünür ki, qeyd olunan müqaviləyə əsasən zamin “xxxx” MMC borc alan Cavabdeh1 MMC ilə bank arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 81K/12 saylı kredit müqaviləsinə əsasən illik 17% olmaqla, 150000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin durur. Zaminlik müqaviləsinin 7.1-ci bəndində qeyd edilir ki, müqaviləyə 7.2-ci bənddə və ya qüvvədə olan qanunvericilikdə əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqaviləyə aşağıdakı hallarda xitam verilir: Borc alan kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra; zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra. Cavabdeh “xxxx” MMC-nin iddiaya etirazının və apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, MM-in 477.0.4-cü maddəsinə əsasən zaminlik xitam olunduğundan iddia zamin “xxxx” MMC-yə qarşı hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin etirazını əsassız hesab edərək belə qənaətə gəlmişdir ki, zaminlik müqaviləsində müqavilənin qüvvədə olma müddəti borc alan və ya zaminin kredit müqavilələri üzrə öhdəliklərinin tam icrası ilə şərtləndirildiyindən və müqavilənin qüvvədən düşməsi anı tərəflərin öhdəliklərini tam yerinə yetirdiyi tarixədək müəyyən edildiyindən öhdəlik tam icra edilmədiyi üçün zaminliyə xitam verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı zamin “xxxx” MMC-yə qarşı hissədə təmin etməklə MM-in 477.0.4-cü maddəsinin tələbini pozmuşdur. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda xx xxxxxx 2012-ci il tarixli, 81ZA/12 nömrəli zaminlik müqaviləsində onun verilmə müddəti müəyyən edilməmişdir. Zaminlik müqaviləsinin 7.1 və 7.2-ci bəndləri ilə bağlı məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliyin borcalan tərəfindən hansı tarixdə tam icra ediləcəyi əvvəlcədən məlum olmadığından müqavilə zaminliyin verilmə müddəti əvvəlcədən müəyyən edilmədən bağlanmışdır. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi müddətin müəyyənləşdirilməsində 3 formadan istifadə olunur: təqvim tarixi ilə, illər, aylar, həftələr, günlər və ya saatlar ilə və ya hökmən baş verməli olan hadisə ilə. Hazırkı iş üzrə zaminlik müqaviləsinin qüvvədə olma müddəti müəyyənləşdirilərkən bu formaların heç birindən istifadə olunmamışdır. xx xxxxxx 2012-ci il tarixli, 81K/12 saylı təminatlı kredit müqaviləsi üzrə əsas öhdəliyin icra müddəti işdəki kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə bitdiyindən zaminlik həmin tarixdən sonra 1 il, yəni xx.xx.2017-ci ilədək qüvvədə 4 olmuşdur. İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə xx.xx.2017-ci ildə, zaminlik xitam olunduqdan sonra müraciət etdiyindən iddianın zamin “xxxx” MMC-yə qarşı hissədə təmin edilməsi mülki qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən normalarının tələblərinə zidd olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilərək iddia “xxxx” MMC-yə qarşı hissədə rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)- 17/2020 saylı qətnaməsi qismən-cavabdeh “xxxx” MMC-yə qarşı hissədə ləğv edilməli, iddia “xxxx” MMC-yə qarşı hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2 (113)-17/2020 saylı qətnaməsi qismən- cavabdeh “xxxx” MMC-yə qarşı hissədə ləğv edilsin. İddia “xxxx” MMC-yə qarşı hissədə rədd edilsin.. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. 5 6 7
Məhkəmə qərarları › İş №2-2(103)-208/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-208/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver