Məhkəmə qərarları › İş №2-2(103)-21/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-21/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-21/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və X2 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh “Cavabdeh2” MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər “Cavabdeh2” MMC-yə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-8/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı ASC) cavabdehlər “Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra “Cavabdeh2” MMC) və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh1) qarşı məhkəmədə iddia qaldıraraq, 2.895.828,88 ABŞ dolları (iki milyon səkkiz yüz doxsan beş min səkkiz yüz iyirmi səkkiz ABŞ dolları 88 sent) əsas borcun, 322.942,33 ABŞ dolları (üç yüz iyirmi iki min doqquz yüz qırx iki ABŞ dolları 33 sent) faiz borcunun, cəmi 3.218.771,21 ABŞ dolları (üç milyon iki yüz on səkkiz min yeddi yüz yetmiş bir ABŞ dolları 21 sent) mələğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun hesablanaraq cavabdehlər “Cavabdeh2s” MMC-dən və Cavabdeh1-dən müştərək qaydada tutularaq İddiaçı ASC- yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı ASC-nin Rabitə filialı ilə cavabdeh “Cavabdeh2” MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli 03 saylı əlavə razılaşmaya əsasən 1.733.037,88 ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2016-cı il tarixə 55.565,94 ABŞ dolları faiz borcu, bu tarixdən sonra illik hesablanmış 424.442,39 ABŞ dolları əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq cavabdehlər “Cavabdeh2s” MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-8/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehlər “Cavabdeh2s” MMCdən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İddiaçı ASC-nin Rabitə filialı ilə cavabdeh “Cavabdeh2” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 03 saylı əlavə razılaşmaya əsasən 1.733.037,88 (bir milyon yeddi yüz otuz üç min otuz yeddi ABŞ dolları, 88 sent) ABŞ dolları əsas, kredit müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2016-cı il tarixə 55.565,94 (əlli beş min beş yüz altmış beş ABŞ dolları, 94 sent) ABŞ dolları faiz borcu, bu tarixdən sonra illik hesablanmış 424.442,39 (dörd yüz iyirmi dörd min dörd yüz qırx iki ABŞ dolları, 39 sent) ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, qətnamədən cavabdeh “Cavabdeh2” MMC tərəfindən də apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın qismən təmin olunması, cavabdehlərdən müştərək qaydada 1.733.037,88 ABŞ dolları məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya icraatı zamanı iddiaçı 135000/1205 saylı, xx xxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsi hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina edilməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, iddia tələbindən imtina edilmə barədə ərizə qəbul edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-08/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı ASC-nin iddiadan imtina barədə ərizəsi təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-8/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər “Cavabdeh2” MMC-yə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar