Məhkəmə qərarları › İş №2-2(103)-212/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-212/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-212/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı-nin Cavabdeh MMC-ə qarşı "kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, və sair" tələbinə dair kommersiya işi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2016-cı il tarixli, 2- 2(82)-1179/2016 saylı qətnaməsindən üçüncü şəxslər Ərizəçi və digərləri tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli, 2-2(82)- 1179/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 61.539.768,49 (altmış bir milyon beş yüz otuz doqquz min yeddi yüz altmış səkkiz manat qırx doqquz qəpik) manat əsas borc, 1338.159.00 (bir milyon üç yüz otuz səkkiz min yüz əlli doqquz) manat faiz borcu, cəmi 62.877.927.49 (altmış iki milyon səkkiz yüz yetmiş yeddi min doqquz yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus olan Qusar rayonu, Avaran kəndində yerləşən cəmi sahəsi 199.661002 ha, Qayakənd kəndində yerləşən cəmi sahəsi 103.8278 ha, Xürel kəndində yerləşən cəmi sahəsi 162.685646 ha, Avaranqışlaq kəndində yerləşən cəmi sahəsi 20.591375 ha, Çiləgir kəndində yerləşən cəmi sahəsi 274.528091 ha, Düztahir kəndində yerləşən cəmi sahəsi 93.61 ha torpaq sahələrinə və həmin torpaq sahələrində əkilmiş 230824 ədəd fındıq ağaclarına; ünvan 1i ünvanında 0.60 ha torpaq sahəsinə və onun üzərində yerləşən cavabdehə məxsus 218 kv.m ümumi, 90.7 kv.m əsas, 127.3 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisədə olan Cavabdeh MMC-yə məxsus avadanlıqlara; Xaçmaz rayonu, Maqsudkənd kəndində yerləşən cəmi sahəsi 103.72197 ha və Şollar kəndində yerləşən cəmi sahəsi 138.011009 ha torpaq sahələrinə və həmin torpaq sahələrində əkilmiş 50000 ədəd fındıq ağaclarına; Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən qeyri-yaşayış binasına ictimai iaşə və ticarət obyekti; ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına (emal sexi), həmçinin həmin emal sexinə və Maqsudkənd bağ sahəsinə aid daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar), Oğuz şəhərində 0.49 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh MMC-nin mülkiyyətində olan fındıq emalı müəssisəsinə, o cümlədən həmin müəssisədə olan Cavabdeh MMC-yə məxsus avadanlıqlara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) -Qax rayonu, Marsan kəndində yerləşən qeyri-yaşayış binasına (fındıq emalı sexi); ünvan 3 ünvanında yerləşən 9.253,1 kv.m qeyri yaşayış sahəsinə, habelə həmin qeyri yaşayış sahəsinə aid olan və Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri), Balakən rayonu, Talalar kəndində yerləşən cəmi sahəsi 69.7592 ha və Tülü kəndində yerləşən cəmi sahəsi 1.41 ha olan torpaq sahələrinə; Qax rayonu, Böyük Alatəmir kəndində yerləşən cəmi sahəsi 0.3042 ha, Əlibəyli kəndində yerləşən cəmi sahəsi 1.9638 ha, Qaxinqiloy kəndində yerləşən cəmi sahəsi 4.6959 ha, Qaxbaş kəndində yerləşən cəmi sahəsi 134.96 ha, Ağçay kəndində yerləşən cəmi sahəsi 0.5 ha olan torpaq sahələrinə; Oğuz rayonu, Padar kəndində yerləşən cəmi sahəsi 92.168832 ha və Bayan kəndində yerləşən cəmi sahəsi 22.570627 ha olan torpaq sahələrinə və həmin torpaq sahələrində əkilmiş 35 787 ədəd fındıq ağaclarına; Qax rayonu, Ağçay kəndində 0.5 ha torpaq sahəsinə və üzərində yerləşən cavabdehə məxsus ümumi sahəsi 753.79 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə, o cümlədən Qax bağ sahəsinə və Qax emal sexinə aid olan və Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar); Oğuz şəhərinin cənub-şərqində yerləşən 0.49 ha torpaq sahəsinə və onun üzərində yerləşən Cavabdeh MMC-yə məxsus əmlak kompleksi kimi müəssisəyə (fındıq emalı zavodu), o cümlədən Oğuz bağ sahəsinə və Oğuz emal sexinə aid olan və Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar); Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.06 ha torpaq sahəsinə və onun üzərində yerləşən “Bakı Fındıq Emalı" MMC-yə məxsus ümumi sahəsi 540 kv.m. olan qeyriyaşayış binasına (anbar), Zaqatala rayonu, Aşağı Tala kəndində 0.24 ha torpaq sahəsinə və onun üzərində yerləşən Cavabdeh MMC-yə məxsus 9 girişli, 844.49 kv.m ümumi, 436.94 kv.m əsas, 407.55 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (kənd təsərrüfatı məhsullarının emal müəssisəsi), Cavabdeh MMC-nin istifadəsində olan Zaqatala rayonu, Əli-Bayramlı kəndində 0.711 ha torpaq sahəsində yerləşən, onun mülkiyyətində olan ümumi sahəsi 6526.35 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və Cavabdeh MMC-yə məxsus Zaqatala rayonu, Yuxarı Tala kəndində torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 1098.1 kv.m olan qeyri-yaşayış binasına, o cümlədən 1 və 2 saylı Zaqatala emal sexlərinə, Zaqatala bağ sahəsinə, Zaqatala bölgəsi üzrə dayaq məntəqəsinə aid olan və Cavabdeh MMC-yə məxsus daşınar əmlaklara (o cümlədən nəqliyyat vasitələri və texnikalar) yönəldilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin yuxarıda qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin, Azərbaycan Respublikası DİN BDYPİ-nin və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Baş X5 Müfəttişliyinin üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyi qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi ********.33 (otuz üç milyon doxsan dörd min səkkiz manat 33 qəpik) manat dəyəri çıxıldıqdan sonra, borcun ********.16 (iyirmi doqquz milyon səkkiz yüz əlli doqquz min iki yüz yetmiş doqquz manat 16 qəpik) manat məbləğində qalan hissəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin digər əmlaklarına yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu apellyasiya şikayəti vermiş, qətnamənin maraqlarına toxunması nəzərə alınıb həmin şəxslər üçüncü şəxs qismində işə cəlb olunaraq apellyasiya şikayətləri mümkün sayılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)-612/2019 saylı qətnaməsi ilə üçüncü şəxslər Ərizəçi, X1, Əzizov (Yetimov) Azad Cabbarxan oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilmiş, kredit üzrə borcun tutulması tələbinin üçüncü şəxslərə məxsus, Balakən rayonu, Talalar kəndində yerləşən 1,18 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının mülkiyyətinə verilməsi hissəsində iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni iddia tələbinin MMCyə məxsus, Balakən rayonu, Talalar kəndində yerləşən 1,18 ha-dan ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının mülkiyyətinə verilməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edib, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 3/021 saylı 24.11.2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 22 oktyabr tarixli, 2-2(103)-612/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 09.03.2022-ci il tarixə təyin edilmiş, cavabdehə və üçüncü şəxslərə işə baxılmanın vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2016-cı il tarixli, 2- 2(82)-1179/2016 saylı qətnaməsindən Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli, 2-2(82)-1179/2016 saylı qətnaməsi qismən ləğv edilərkən məhz Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli 2(019)-696/2018 nömrəli qətnaməsinə istinad edilmişdir. Həmin qətnamə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə üçüncü şəxslərə münasibətdə ləğv edilmiş, iddiaçı Ərizəçi cavabdehlər Cavabdeh MMC-yə və X4 qarşı "06 aprel 2008-ci il tarixli 4-Ə-135 nömrəli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və ailələrinin payına verilmiş 1.18 ha torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair" iddiası rədd edilmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında qeyd edilmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 oktyabr tarixli qətnaməsinin hissəvi ləğvi üçün qanuni əsaslar aradan qalxmış olduğundan qeyd edilən qətnamənin qanuni qüvvəyə minib-minmədiyi dəqiqləşdirilmədən hazırkı iş üzrə yekun nəticəyə gəlmək mümkün deyildir. İş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərildikdən sonra məhkəmə kollegiyası tərəfindən Şəki Apelyasiya Məhkəməsinə sorğu göndərilmiş və sorğuya 31/197 saylı, 18.02.2022-ci il tarixli məktubu əsasında müəyyən olunmuşdur ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-803/2021 nömrəli 01 iyun 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş, qüvvəyə minmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətində 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26.10.2016-cı il tarixli, 2- 2(82)-1179/2016 saylı qətnaməsinin onların hüquq və vəzifələrinə toxunması ilə bağlı istinad etdikləri qətnamə ləğv edildiyindən apellyasiya şikayətlərinin mümkün hesab edilməsi üçün əsas hal aradan qalxmış olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.2.-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2016-cı il tarixli, 2- 2(82)-1179/2016 saylı qətnaməsindən Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.10.2016-cı il tarixli, 2- 2(82)-1179/2016 saylı qətnaməsindən Ərizəçi, X1 və Əzizov (Yetimov) Azad Cabbarxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar