Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-214/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7268/2022 nömrəli xx.xx.2022-ci il tarixli qəraradından "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Gürcüstan Respublikasında qeydiyyatda olan Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin borcunun cavabdehin mülkiyyətindəki ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında, 10 mərtəbəli binanın 9-cu mətəbəsində yerləşən 5 otaqlı 235 saylı mənzilə tutma yönəldilməklə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti olan mənzilin satıldıdan sonra cavabdeh və ailə üzvlərinin və digər şəxslərin ay ərzində mənzili tərk etmədikləri halda məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7268/2022 nömrəli xx.xx.2022 tarixli qərardadı ilə (hakim Aytən Əliyeva) "xxxx" Bankı ASC tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia ərizəsi cavabdehə çatdırılmadığı üçün geri qaytarılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7268/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsini məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixdə kommersiya işi üzrə üçüncü şəxs olan "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilmişdir (bununla bağlı müvafiq sübutlar iddia ərizəsi verilərkən elektron məhkəmə informasiya sisteminə əlavə edilmişdir). Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, elektron üsulla "xxxx" MMC-nin elektron kabinetinə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur (iddia ərizəsi məhkəməyə xx.xx.2022- ci il tarixində elektron qaydada təqdim edilmişdir). Göründüyü kimi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-yə prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada çatdırılmışdır. Cavabdeh qeyrirezidentdir və onun nümayəndəsi yoxdur. Həmçinin Cavabdeh Dövlət Vergi Xidmətinin informasiya sistemində və Elektron Məhkəmə İnformasiya sistemində elektron kabineti yoxdur. Belə olan halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər kağız daşıyıcıda cavabdehin məlum olan axırıncı yaşayış yerinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən müvafiq xəbərnaməyə şəxsən imza etməklə qəbul edilmişdir (xəbərnamə iddia ərizəsinə əlavə olunmuşdur). Yuxarıda qeyd edilən sübutlarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə və iş üzrə üçüncü şəxsə çatdırılması tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqaviləilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Hazırki mübahisə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlıdır və bu qəbildən olan işlər üzrə mübahisənin məhkəməyə qədər nizama salınması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdətutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunuilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Göründüyü kimi “İpoteka haqqında” Qanuni ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı işlər üzrə mübahisənin məhkəməyə qədər həlli qaydasını müəyyən etmişdir. Bank tərəfindən həmin qaydalara riayət edilmiş, ipoteka qoyana, yəni hazırkı iş üzrə cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, daha sonra həmin bildirişin qeydiyyata alınması barədə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edilmiş və bununla bağlı müvafiq sübutlar iddia ərizəsinə əlavə edilmişdir. Bank tərəfindən hazırkı mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməklə yanaşı, kommersiya işi üzrə üçüncü şəxs olan "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə xəbərdarlıq məktubu da göndərilmişdir. “İpoteka haqqında” Qanunda müəyyən edilmiş hal istisna olmaqla, nə qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilələrdə, ipoteka predmetinə tutmanın yönəldilməsi, borc (kredit) öhdəliklərinin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək ipoteka qoyana və/və ya borcalana xəbərdarlıq məktublarının göndərilməsi, pretenziya qaydasına riayət olunması nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, məhkəmə qərardadı yalnız formal mülahizələrlə əsaslandırılmış, qanunvericiliyin yuxarıda qeyd edilən prosessual normalarına riayət edilməmişdir. Belə olan halda Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-7268/2022 nömrəli qərardadı ləğv edilərək iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-7268/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)- 7268/2022 nömrəli qərardadı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi "xxxx" ASC-nin iddia ərizəsini geri qaytararkən iki əsasa istinad etmişdir: pretenziya məktubunun cavabdehə təqdim edilməsi və iddia ərizəsinin cavabdehin elektron kabinetinə göndərilməsi barədə sübutun məhkəməyə təqdim edilməməsi. Qərardadda qeyd edilir ki, iddiaçı tərəfindən qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edə bilər. Yəni, məhkəmənin mövqeyinə görə bu nöqsanların aradan qaldırldığı halda iddia ərizəsinin kommersiya məhkəməsi tərəfindən icraata qəbul edilməsi mümkündür. Halbuki birinci instansiya məhkəməsi "xxxx" ASC-nin iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünü yoxlayarkən ilk öncə mübahəsinin kommersiya məhkəməsinə aid olub olmadığına hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsəsən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırkı halda iddia ərizəsində cavabdehin fərdi sahibkar olduğu qeyd edilməmiş, bu barədə iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilərək iş birinci instansiya məhkəməsinə qaytarılmalı, birinci instansiya məhkəməsi iddiaya kommersiya məhkəməsində baxılmasının mümkünlüyü məsələsinə hüquqi qiymət verməli, əgər iddiaya kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdırsa iddia əizəsi qaytarılarkən iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-7268/2022 nömrəli qərardadı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: "xxxx" Bankı ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7268/2022 nömrəli qərardadı ləğv edilsin. İş Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-214/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-214/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver