Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-215/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə («MTK») qarşı «siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1109/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında araşdırıb m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1109/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə olan 260.041 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 420.000,00 manat dəyərində olan əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əldə olunmuş məbləğdən 260.041 manat məbləğində vergi borcunun və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, artıq qalan məbləğin Cavabdeh MTK-ya qaytarılması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir ( İş xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur). Lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələblərinə müvafiq olaraq apellyasiya şikayəti və ona əlavə edilməş sənədlər iş materitalları ilə birlikdə araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin Bakı Apellyasiya Məhkəməsinə mümkünlüyü məsələləri, o cümlədən, şikayətin tərtib olunmasının MPM-in 361-ci ilə müəyyən olunan qaydalarına, eləcə də həmin Məcəllənin 363-cü maddəsində nəzərdə tutulan şikayətin qaytarılması üçün əsasların mövcud olub-olmadığı yoxlanılmamışdır. Halbuki, iş materiallarından görünür ki, qətnamə cavabdehə xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə (poçt göndərişinin ştrix kodu (SS636660899) rəsmi qaydada verilmiş, sonuncu həmin qətnamədən apellyasiya şikayətini ilkin olaraq xx.xx.2020-ci il tarixində poçta təqdim etsə də, xx.xx.2020-ci il tarixində ona geri qaytarılmış, bundan 5 gün keçdikdən sonra təkrarən məhkəməyə ünvanlanmış apellyasiya şikayətini, müddətin bərpası barədə vəsatət əlavə olunmadan, xx.xx.2020-ci il tarixində poçta təqdim etmişdir. Belə olan halda, xx.xx.2019-cu il tarixdə başlanan, MPM-in 360-cı maddəsi ilə müəyyən olunan bir aylıq şikayət vermə müddəti buraxılmış olur. Halbuki, həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə müddət keçdikdən sonra verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin qeyd olunanlar birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmadan, cavabdehin apellyasiya şikayəti işlə birlikdə birbaşa Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 364-cü maddəsinin tələbində isə nəzərdə tutulur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264 və 402-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MTK-nın apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər işlə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə riayət edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-215/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-215/2020
28.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver