Məhkəmə qərarları › İş №2-2(103)-215/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-215/2021

04.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-215/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Törəmə ASC-nin (VÖEN **********, hüquqi ünvanı- AZ1053, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Binəqədi qəsəbəsi, qanuni təmsilçi-X2) Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1038/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən mülki işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m üəyyən е t d i: İddiaçı “xxxx” X8 Cəmiyyəti Cavabdehnə qarşı 28.02.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “xxxx” TASC-nə (abonent kodu: **********00001) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli, ******* saylı akt əsasında əsassız olaraq dəymiş ziyan kimi hesablanmış 28900,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı X6 Departamenti tərəfindən təsdiq edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli, ******* saylı aktda Cəmiyyətdə 27.12.2019- cu il tarixdə sayğacdan kənar xəttin aşkarlandığı göstərilmiş və həmin akt əsasında kənar xəttdən istifadə nəticəsində qaz sərfiyyatı 144804 m3 göstərilməklə dəymiş ziyan kimi Cəmiyyətə (abonent kodu: **********00001) 28900,80 manat hesablanmışdır. Lakin Cəmiyyət tərəfindən heç vaxt sayğacdan kənar xətdən istifadə edilməmiş, aşkarlanmış xəttin Cəmiyyətlə heç bir əlaqəsi olmamış və həmin xətt Cəmiyyətin qaz şəbəkəsinə, onun hər hansı bir avadanlığına qoşulmamışdır. Bununla yanaşı, Cəmiyyətin əksər bina, tikili, qurğuları və 237277,70 m2 torpaq sahəsi 11.06.2019-cu il tarixdən təhvil-qəbul aktı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmişdir. Həmin bina, tikili, qurğuların, 237277,70 m2 torpaq sahəsinin yerləşdiyi ərazinin isə məhz qaz sayğacının və borularının yerləşdiyi ərazi olduğundan həmin ərazi və orada yerləşən bina, tikili və qurğular artıq Cəmiyyətin balansında deyil və Cəmiyyətin həmin ərazidən istifadə etmək hüququ yoxdur. Digər tərəfdən isə, Cəmiyyət kənar xəttdən istifadə etsəydi, 27.12.2019-cu il tarixdən etibarən onun qaz sərfiyyatı keçmiş aylarla müqayisədə nəzərə çarpacaq şəkildə ən azı 2 dəfə artardı. Lakin Cəmiyyətin qaz sərfiyyatı həmin tarixdən sonra nəzərə çarpacaq şəkildə artmamışdır. Belə ki, qazın sərfiyyatı 2019-cu ilin noyabr ayında 1015,60 manat, dekabr ayında 937,60 manat, 2020-ci ilin yanvar ayında 1338,40 manat olmuşdur. 2020-ci ilin yanvar ayının sərfiyyatı ilə 2019-cu ilin noyabr və dekabr ayı arasında olan fərq təxminən 322 manat - 400 manat arası olmuşdur ki, bu da nəzərə çarpacaq qədər fərq deyildir və bu fərq Cəmiyyətə olunan sifarişlərdən və istehsalatın həcmindən asılı olaraq yaranmışdır. Cavabdeh eyni zamanda qanunsuz olaraq hesablanmış 28900,80 manat borcun ödənilməsini tələb edir. Həmin xəttin Cəmiyyətin hər hansı bir avadanlığına qoşulması və Cəmiyyət tərəfindən həmin xəttdən istifadə edilməsi sübuta yetirilməmişdir və cavabdeh hüquqdan sui-istifadəyə yol verməklə istehlakçı kimi Cəmiyyətin hüquqularını pozmuş, Cəmiyyətə əsassız olaraq dəymiş ziyan kimi 28900,80 manat borc hesablamışdır və əsassız olaraq həmin məbləğin ödənilməsini Cəmiyyətdən tələb edir. Göründüyü kimi, Cavabdeh tərəfindən akt əsasında hesablanmış ziyan (28900,80 manat) əsassızdır və həmin məbləğ silinməlidir. Cəmiyyət tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək əsassız olaraq dəymiş ziyan kimi hesablanmış 28900,80 manat pulun silinməsi xahiş edilsə də, cavabdeh tərəfindən həmin məbləğin silinməsi istiqamətində heç bir tədbir görülməmişdir. 27.02.2020-ci il tarixdə isə cavabdeh heç bir xəbərdarlıq etmədən (müvafiq bildiriş göndərmədən) Cəmiyyətin qaz təchizatını dayandırmışdır. Belə olan halda isə Cəmiyyət qazdan istifadə edə bilmir və həm istehsalatın işi dayanmış olur, həm də hazırkı soyuq aylarda işçilərin işlədiyi otaqlar həddən artıq soyuq olur. İşçilərin iş keyfiyyəti aşağı düşür, onlar tez-tez xəstələnir və işə gələ bilmirlər. Bu isə Cəmiyyətin normal fəaliyyətini iflic edir. Digər tərəfdən isə Cəmiyyətin əsas sifarişçisi ARDNŞ-dir və Cəmiyyətə heç bir xəbərdarlıq edilmədən qazın verilişinin kəsilməsi səbəbindən yuxarıda da qeyd olunduğu kimi, istehsalatda ləngimələr və dayanmalar baş verir ki, bu da ARDNŞin sifarişlərinin vaxtında icra oluna bilməməsi və Cəmiyyətə maddi zərərin dəyməsi ilə nəticələnir. Qeyd olunanlar isə ARDNŞ ilə Cəmiyyət arasında uzun illərdir ki, mövcud olan işgüzar münasibətlərin pozulmasına da gətirib çıxara bilər. Cavabdeh İB tərəfindən soyuq aylarda Cəmiyyətin qaz təchizatının dayandırılması və əsassız hesablanmış borcun ödənilməsinin tələb etməsi qanunsuzdur və bu hallar bir istehlakçı kimi Cəmiyyətin hüquqlarını kobud şəkildə pozur. Cavabdeh İB-nin əməkdaşlarının qeyri-qanuni hərəkətləri nəticəsində “xxxx” TASC-nin sahibkarlıq fəaliyyətində ciddi problemlər yaranmış, əsassız olaraq ziyan ödətdirilməsi təhlükəsi ilə qarşılaşmışdır. Beləliklə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri, “xxxx” TASCnin Konstitusiya ilə qorunan mülkiyyət, istehlakçı hüquqları kobud surətdə pozulmuşdur. Eyni tarixdə iddiaçı ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək iddianı təmin etmə tədbiri kimi “xxxx” TASC-nin (abonent kodu: **********00001) qaztəchizatının dayandırılmasının CavabdehİB-nə,Cavabdeh İB-nin departamentlərinə və qaz istismar sahələrinə, digər hüquqi və fiziki şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1038/2020 saylı, 03.03.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, “xxxx” TASC-yə (VÖEN: **********, abonent kodu **********00001) məxsus qeyri-yaşayış sahəsinə qaz təchizatının verilməsinin dayandırılması Cavabdehnə qadağan olunmuş, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən qərardaddan şikayət verilməmişdir. Həmin tarixdə icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 06.05.2020-ci il tarixdə cavabdeh qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1038/2020 saylı, 14.05.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1038/2020 saylı, 03.03.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-360/2020 saylı,17 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Baxışova, C.Yusifov, R.Qurbanov) cavabdehin şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1038/2020 saylı, 03.03.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli, ******* saylı aktın ləğv olunması və “xxxx” TASC-nə (abonent kodu: **********00001) həmin akt əsasında əsassız olaraq dəymiş ziyan kimi hesablanmış 28900,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra 21.10.2020-ci il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli, ******* saylı akt əsasında “xxxx” TASC-nə ziyan kimi hesablanmış 28900,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1038/2020 nömrəli qətnaməsi ilə (hakim Z.Axundova) iddia təmin edilmiş, iddiaçı “xxxx” X8 Cəmiyyətinə məxsus sənaye obyektinə (abonent kodu 10**********000) Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 28900,80 manat məbləğində borcun silinməsi qət edilmişdir. 29.10.2020-ci il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1038/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən 23.01.2020-ci il tarixdə xidməti əraziyə baxış keçirilən zaman “xxxx” Törəmə ASC-yə məxsus qeyri yaşayış sahəsində təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. Aşkar edilmiş qanunsuz istifadə faktı əməkdaşlar tərəfindən müvafiq qaydada 23.01.2020-ci il tarixli, ******* saylı aktla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz kəmərinə qanunsuz müdaxilə edərək təbii qazı talamışdır. Bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.01.2020-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 28900,80 manat məbləğində itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Abonent saldosundan da göründüyü kimi qanunsuz xətt ləğv edildikdən sonra istehlakçının ay ərzində etdiyi ödənişlər iki dəfə artıq olmuşdur. Lakin məhkəmə buna əhəmiyyət verməmiş, borcun silinməsinə və dövlət əmlakının talanmasına səbəb olan qanunsuz qətnamə qəbul etmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqısına dair müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri, habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərəri paylayıcı istehlakçıdan tələb etməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1038/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, Məhkəmə Kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - - “xxxx” X8 Cəmiyyəti ilə Cavabdeh İB arasında 31.07.2013-cü il tarixdə bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 1350-07-13 nömrəli müqavilədən müəyyən olunur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Sənaye obyektində istilik sistemini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-400 markalı, 80093146 nömrəli qaz sayğacı quraşdırılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən qazın qiyməti hər 1 kub metr üçün 0,10 manat məbləğində müəyyən edilmişdir: 3.4-cü bəndinə əsasən hesab paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. - 21 yanvar 2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki 27.12.2019-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən “xxxx” X8 Cəmiyyətinə məxsus sənaye obyektinə təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlaması həyata keçirilən zaman sayğacdan kənar xətt aşkarlanması və dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. - 23.01.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “xxxx” X8 Cəmiyyətə məxsus sənaye obyektində (abonent kodu 10**********000) 23.01.2020-ci il tarixli ******* nömrəli akt əsasında Qaz işlədicilərindən PQ-4-ün (restoran tipli) maksimal saatlıq qaz sərfi 4.5 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 16 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Qızdırıcı kürənin maksimal saatlıq qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, SQQ-nin maksimal saatlıq qaz sərfi 20 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1.8 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan (4.5x24x90=9720kub.m, 16x2x24x90=69120 kub.m, 6x24x90 =12960 kub.m, 1.8x24x90=3888 kub.m, 2.6x24x90=5616 kub.m) cəmi 144504 kub.m hesablanmışdır. - “xxxx” X8 Cəmiyyətinin (abonent kodu 10**********000) 01.10.2020-ci il tarixli abonent saldosundan görünür ki, müəssisəyə 2020-ci ilin yanvar ayına akt üzrə 28900,80 manat borc hesablanmışdır. - 24.02.2020-ci il tarixdə 01/10 nömrəli iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən tərtib edilmiş qanunsuz akt əsasında hesablanmış borcun silinməsi xahiş olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5- ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin tərəfindən “Təbii qazdan istifadə qaydalarınının pozulmusı haqqında” 23.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 28900,80 manat borcun hesablanmasının qanuni olması iş materialları ilə müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1038/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq, q ə t е t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1038/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193-cü məhəllə) kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar