Məhkəmə qərarları › İş №2-2(103)-215/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-215/2023

26.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-215/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3670/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-3670/2022 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh X6 qarşı pulun tutulması tələbinə dair iddia qismən təmin edilərək, kommunal xidmətləri borcu üzrə 627 (altı yüz iyirmi yeddi) manat məbləğində pulun X3 tutularaq X2 ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq olaraq 100 (yüz) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 (on altı) manat, ümumilikdə 116 (yüz on altı) manat məbləğində pulun X3 tutularaq X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı X5 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsini 01 noyabr 2022-ci il elektron məhkəmə portalı vasitəsi ilə əldə etmişdir. İddiaçı tərəfindən dövlət rüsumu ödənilən zaman səhvə yol verilib və 117 manatın 50 faizi ödənilmə əvəzində 16 manatın yarısı ödənilib. Bu səbəbdən Bakı Kommersiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadından şikayət verilməmiş və 14 dekabr 2022-ci il tarixdə iddiaçı tərəfindən 59 manat dövlət rüsumu ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X5 tərəfindən verilmiş ərizə rədd edilmiş və Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli e2-2(113)-3670/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı X5 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırki işdə də həmin əsaslar mövcuddur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə imzalanmaqla avtomatik olaraq iddiaçı X1 elektron kabinetində yerləşdirilmişdir. Eyni zamanda iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən birinci dəfə apellyasiya şikayəti verilən zaman qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ötürülməmişdir. Həmin apellyasiya şikayəti də müddətin ötürülməsi əsası ilə deyil, digər əsaslarla, yəni dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır. İşin qeyd olunan hallarını, yəni iddiaçı X1 ilk dəfə qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, həmin şikayətin digər əsaslarla geri qaytarıldığını, bundan sonra qısa müddətdə (9 gün ərzində) qüsurlar aradan qaldırılaraq apellyasiya şikayətinin verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3670/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və iddiaçı X5 tərəfindən Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(113)-3670/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar