Məhkəmə qərarları › İş №2-2(103)-217/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-217/2025

09.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-217/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (ləğv prosesindədir) cavabeh Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi Açar söz: dəymiş zərər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elmam qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (ləğv prosesindədir) cavabeh Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1913/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmış və Cavabdeh2 qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan nəhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

2. Qeyd edilmiş hökmdə, iş üzrə zərərçəkmiş şəxs QSC “Bank Standart” KB-yə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (ləğv prosesindədir) cavabeh Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cinayət əməlləri nəticəsində 7.219.939,6 manat məbləğində dəymiş ziyanın, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 4.399,97 manat dövlət rüsumunun cavabdehdən iddiaçı zərərçəkmiş LPO QSC “Bank Standard” KB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmünə əsasən, Cavabdeh2 Asif oğlunun törətdiyi cinayət üzrə Banka xx.xx.2007-ci il tarixli, 377B/7 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 146B/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 126B/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 136P/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 266VH8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 267VH8 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1xx/xx/2753/13 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı kredit müqaviləsi, xx.xx.2015-cü il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, LC-CHUDO-BCP- 185 saylı kredit müqavilələri üzrə ziyan dəymişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-2295/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, xx.xx.2007-ci il tarixli, 377B/7 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 146B/8 saylı kredit müqaviləsi, xx.xx.2008ci il tarixli, 126B/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 136P/8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 266VH8 saylı kredit müqaviləsi, xx.xx.2008-ci il tarixli, 267VH8 saylı kredit müqavilələri üzrə borcun cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan QSC “Bank Standard” KB-nin "xxxx" MMC-yə ayırdığı kreditlərlə bağlı aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı kredit müqaviləsi üzrə 2.927.782,86 manat məbləğdə əsas, 510.614,96 manat məbləğdə faiz, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı kredit müqaviləsi üzrə 180.000 manat məbləğdə əsas, 107.938,26 manat məbləğdə faiz, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı kredit müqaviləsi üzrə 812.000 manat məbləğdə əsas, 465.315,44 manat məbləğdə faiz, xx.xx.2013-cü il tarixli, 1xx/xx/2753/13 saylı kredit müqaviləsi üzrə 286.941 manat məbləğdə əsas, 140.026,90 manat məbləğdə faiz, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı kredit müqaviləsi üzrə 799.768,54 manat məbləğdə əsas, 216.430,59 manat məbləğdə faiz, xx.xx.2015-ci il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqaviləsi üzrə 425.650 manat məbləğdə əsas, 98.811,67 manat məbləğdə faiz, xx.xx.2015-ci il tarixli, LCCHUDO-BCP-185 saylı kredit müqaviləsi üzrə 187.455,83 manat məbləğdə əsas, 61.203,55 manat məbləğdə faiz olmaqla ümumilikdə Banka 7.219.939,6 manat məbləğində ödənilməmiş ziyan mövcuddur.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-1913/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı iddia xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı kredit müqaviləsi, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 1xx/xx/2753/13 saylı kredit müqaviləsi, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı kredit müqaviləsi, xx.xx.2015-ci il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqaviləsi, xx.xx.2014cü il tarixli müqavilənin və onun 01 saylı əlavəsi olan xx.xx.2015-ci il tarixli, LCCHUDO- BCP-185 saylı müqavilələr üzrə dəymiş ziyanın tələb edilməsi ilə bağlıdır İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı, xx.xx.2013-cü il tarixli, 1xx/xx/2753/13 saylı, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı, xx.xx.2015-ci il tarixli, 1xx/xx/3693/15 saylı, xx.xx.2014-cü il tarixli müqavilə və onun 01 saylı əlavəsi olan xx.xx.2015-ci il tarixli, LC-CHUDO-BCP-185 saylı müqavilələrdən görünür ki, qeyd edilmiş müqavilələr QSC “Bank Standart” Kommersiya Bankı ilə "xxxx" MMC arasında bağlanmış və "xxxx" MMC-nin adından, onun kənar idarəçisi olan “X3” MMC-nin direktoru kimi qeyd edilmiş X2 tərəfindən imza edilmiş və möhürlə təsdiq edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Mülki qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmünün 60-cı səhifəsindən görünür ki, "xxxx" MMC kənar idarəçilik sistemi ilə idarə olunarkən, qeyd edilən kənar idarəçi olan və bankın İdarə Heyətinin sədri Səlim Krimanın təsisçiliyi ilə yaradılan “X3” MMC vasitəsilə "xxxx" MMC-nin adına xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı, xx.xx.2012-ci il tarixli 1xx/xx/2497/12, xx.xx.2012-ci il tarixli 1xx/xx/25963/12 saylı, xx.xx.2013-cü il tarixli, 1xx/xx/2753/13 saylı, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı, xx.xx.2014-cü il tarixli, LÇ-CHUDO-BCP-185 saylı, xx.xx.2015-ci il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqavilələri üzrə vəsait götürülmüşdür. Məhkəmə qeyd edir ki, işə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmü nəzərdən keçirilərkən aydın olur ki, qeyd edilmiş hökm, hazırda zərər tələb edilən xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı, xx.xx.2013-cü il tarixli, 1xx/xx/2753/13 saylı, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı, xx.xx.2015-ci il tarixli, 1xx/xx/3693/15 saylı, xx.xx.2014-cü il tarixli müqavilə və onun 01 saylı əlavəsi olan xx.xx.2015-ci il tarixli, LC-CHUDO-BCP-185 saylı müqavilələr üzrə deyil, digər müqavilələr üzrə mövcud olmuş epizodlara dair qəbul edilmiş və Cavabdeh2 təqsirli bilinmişdir. Məhkəmə qeyd etmişdir ki, Bankın qeyd edilmiş müqavilələr üzrə dəymiş zərərin nəyə görə Cavabdeh2 tələb etməsi izah edilə bilən deyildir. Yuxarıda qeyd edilmiş deliktə görə məsuliyyətin yaranmasının dispozisiya şərtlərinə dair heç bir ünsür mövcud olmadığından Məhkəmə hesab etmişdir ki, iddia təmin edilə bilməz.

7. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1913/2024 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1913/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində qeyd edilir ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)- 320/2018 saylı hökmünün 60-cı səhifəsindən görünür ki, "xxxx" MMC kənar idarəçilik sistemi ilə idarə olunarkən, qeyd edilən kənar idarəçi olan və bankın İdarə Heyətinin sədri Səlim Krimanın təsisçiliyi ilə yaradılan “X3” MMC vasitəsilə "xxxx" MMC-nin adına xx.xx.2012-ci il tarixli, 1xx/xx/1655/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2448/12 saylı, xx.xx.2012-ci il tarixli, 1xx/xx/2497/12 saylı, xx.xx.2012-ci il tarixli 1xx/xx/2497/12, xx.xx.2012-ci il tarixli 1xx/xx/25963/12 saylı, xx.xx.2013-cü il tarixli, 1xx/xx/2753/13 saylı, xx.xx.2014-cü il tarixli, 1xx/xx/3253/14 saylı, xx.xx.2014-cü il tarixli, LÇ-CHUDO-BCP-185 saylı, xx.xx.2015-ci il tarixli, 1xx/xx/3693/15 saylı kredit müqavilələri üzrə vəsait götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmünün 60-cı səhifəsində məhkəmənin əsaslandığı abzasdan sonrakı abzasda qeyd edilir ki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cavabdeh2 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Bakı Kommersiya Məhkəməsi qətnamədə Bankın qeyd edilmiş müqavilələr üzrə dəymiş zərərin nəyə görə Cavabdeh2 tələb etməsinin izah edilə bilən olmamasını qeyd edir. Əgər Bakı Kommersiya Məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi Cavabdeh2 yuxarıda qeyd edilmiş müqavilələr nəticəsində Banka zərər vurması müəyyən edilməmişdirsə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə həmin hissə ilə bağlı münasibət bildirilməli və ya Banka zərər vurmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilməli idi. Cinayət işi həmin müqavilələrə münasibətdə ətraflı araşdırılmış, hətta kredit müqavilələrdəki imza nümunələrinin də eyniləşdirilməsinə dair ekspertiza keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Bakı Kommersiya Məhkəməsinin qətnaməsindəki mövqeyindən fərqli olaraq, "xxxx" MMC-nin kənar idarəçi olan “X3” MMC-nin idarəçiliyi dövründə götürülmüş kreditlər üzrə Banka ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə hökmündə şahid ifadələrində "xxxx" MMC-nin kənar idarəçi olan “X3” MMC vasitəsilə idarə edilən zaman da Cavabdeh2 şirkətin idarəçiliyində iştirak etməsi, həmçinin, şirkət kənar idərəçiliyə verilməsinə baxmayaraq daxil olan vəsaitlərin idarə edilməsinin Cavabdeh2 birbaşa tabe olan baş mühasibinin tərəfindən həyata keçirilməsi qeyd edilmişdir. Bu da Bankın Cavabdeh2 qarşı iddia tələbinin əsaslı olmasını sübut edir. Cinayət işinin materiallarında olan QSC “Bank Standard” KB-nin "xxxx" MMC-yə ayırdığı kreditlərlə bağlı aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2017-ci il tarixli mütəxəssis rəyindən görürür ki, hazırda həmin müqavilələr üzrə QSC “Bank Standard” KB-yə 7.219.939,6 manat ziyanın dəymişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə ki, Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)- 320/2018 saylı hökmü ilə müəyyənləşdirilmiş faktı nəzərə almamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmündə Bankın iddia tələbində sadalanan müqavilələr üzrə QSC “Bank Standard” KB-yə dəymiş ziyanın məbləği göstərilmiş, həmçinin,Cavabdeh2 təqsiri müəyyən edilmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Məhkəmə baxışının bilavasitəliyi prinsipinə əsasən, işi həll edən hakimlər işdə toplanmış sübutları şəxsən tədqiq etməlidirlər və işin həlli yalnız məhkəmə iclasında araşdırılmış və təsdiq edilmiş dəlillərə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 175-ci maddəsinə uyğun olaraq məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin, Məhkəmə tərəfindən işin tam araşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu verilmiş, lakin müraciət müvafiq orqan tərəfindən cavablandırılmadan yekun məhkəmə aktı qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi kommersiya işi materiallarında olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, işi obyektiv araşdırmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (ləğv prosesindədir) tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1913/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmış və Cavabdeh2 qəti olaraq 03 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan nəhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qeyd edilmiş hökmdə, iş üzrə zərərçəkmiş şəxs QSC “Bank Standart” KB-yə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, “Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmünün 60cı səhifəsində məhkəmənin əsaslandığı abzasdan sonrakı abzasda qeyd edilir ki, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cavabdeh2 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Bakı Kommersiya Məhkəməsi qətnamədə Bankın qeyd edilmiş müqavilələr üzrə dəymiş zərərin nəyə görə Cavabdeh2 tələb etməsinin izah edilə bilən olmamasını qeyd edir. Əgər Bakı Kommersiya Məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi Cavabdeh2 yuxarıda qeyd edilmiş müqavilələr nəticəsində Banka zərər vurması müəyyən edilməmişdirsə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə həmin hissə ilə bağlı münasibət bildirilməli və ya Banka zərər vurmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilməli idi. Cinayət işi həmin müqavilələrə münasibətdə ətraflı araşdırılmış, hətta kredit müqavilələrdəki imza nümunələrinin də eyniləşdirilməsinə dair ekspertiza keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Bakı Kommersiya Məhkəməsinin qətnaməsindəki mövqeyindən fərqli olaraq,"xxxx" MMC-nin kənar idarəçi olan “X3” MMC-nin idarəçiliyi dövründə götürülmüş kreditlər üzrə Banka ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə hökmündə şahid ifadələrində "xxxx" MMC-nin kənar idarəçi olan “X3” MMC vasitəsilə idarə edilən zaman da Cavabdeh2 şirkətin idarəçiliyində iştirak etməsi, həmçinin, şirkət kənar idərəçiliyə verilməsinə baxmayaraq daxil olan vəsaitlərin idarə edilməsinin Cavabdeh2 birbaşa tabe olan baş mühasibinin tərəfindən həyata keçirilməsi qeyd edilmişdir. Bu da Bankın Cavabdeh2 qarşı iddia tələbinin əsaslı olmasını sübut edir.”. Lakin iddiaçının qeyd etdiyi kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-320/2018 saylı hökmündə iddiaçının iddia tələbində qeyd edilən müqavilələr üzrə Cavabdeh2 tərəfindən mənimsənilməsi qeyd edilməmişdir. Sadəcə olaraq məhkəmə iş materiallarında olan müqavilələrin mövcudluğuna dair məlumat xarakterli müqavilələrin bağlandığını qeyd etmişdir. Bu isə cavabdeh tərəfindən hər hansısa delikt törədilməsini sübut edən dəlil qismində istifadə oluna bilməz.

20. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, ədalətli və qanuni nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1913/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar