Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-218/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3496/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı Firması tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Firması Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı Firmasının xeyrinə 31 iyul 2015-ci il tarixli, 02/2015 saylı müqaviləsi üzrə ƏDV daxil 994625 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və ödənilmiş 1636 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edərək, Cavabdeh MMC-dən İddiaçı Firmasının xeyrinə 31 iyul 2015-ci il tarixli, 02/2015 saylı müqaviləsi üzrə ƏDV daxil 994625 ABŞ dolları borcun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla və ödənilmiş 1636 manat dövlət rüsumunun, eləcə də İddiaçı Firmasına məxsus 3 ha torpaq sahəsinə vurulmuş ziyana görə 542000 manat və xx.xx.2022-ci il tarixdən bu günə qədər İddiaçı Firmasını məhrum etdikləri gəlirə görə 715000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair İddiaçı Firması tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. İddiaçı Firması həmin qərardaddan da şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəməyə təqdim etdiyi ərizənin "iddia tələbinin dəqiqləşdirilməsinə dair" ərizə olduğunu qeyd etsə də, ərizənin məzmunundan görünür ki, iddiaçı iddia tələbinin həcmini artıraraq əvvəlki tələblə yanaşı İddiaçı Firmasına məxsus 3 ha torpaq sahəsinə vurulmuş ziyana görə 542000 manat və xx.xx.2022-ci il tarixdən bu günə qədər İddiaçı Firmasını məhrum etdikləri gəlirə görə 715000 ABŞ dollarının cavabdehdən tutulmasını xahiş etmişdir. Eyni zamanda həmin ərizə xx.xx.2022-ci il tarixdə, yəni işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra məhkəməyə təqdim edilmişdir. İddiaçı isə iddia tələbinin həcmini artırmaq üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlmiş olmasını və ya bunun işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Həmçinin, iddiaçı tərəfindən verilmiş ərizənin çatdırılmasını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin geri qaytarılması nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Firması tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3496/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-218/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-218/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver