Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-220/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Cavabdehxxxx“MMC-nin fəaliyyəti barədə məlumatın verilməsi və mənfəətin təsisçi payına uyğun olaraq ödənilməsi” tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3779/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehxxxx“MMC-nin fəaliyyəti barədə məlumatın verilməsi və mənfəətin təsisçi payına uyğun olaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin inşa etdiyi ünvan 25 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi və Cavabdeh MMC-nin illik fəaliyyətinin yekunları barədə İddiaçı hesabat verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə, göstərilmiş binadan satılmış mənzillərə görə alınmış pul vəsaitlərindən əldə edilmiş mənfəətin təsisçi payına uyğun olaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 25 ünvanında yerləşən binada mənzillərin satılmasının Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-3779/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 88 saylı sərəncamı ilə Cavabdeh MMC-yə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun cənub şərq hissəsində yaşayış binası tikintisinə icazə verilmişdir. “Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun cənub şərq hissəsi” ünvanı ilə “ünvan 25” ünvanı eynilik təşkil edir. “ünvan 25” bina tikildikdən sonra ünvan kimi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmi internet saytından çıxarışa əsasən, Cavabdeh MMC-yə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun cənub şərq hissəsində yaşayış binası tikintisinə “Tikinti obyektinə verilmiş kodun nömrəsi 00100003-3-1101-001181/1217-dir. İddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddianı təmin etmə institutu iddianın əsaslılığı prezumpsiyasına söykənir, iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəyə baxılarkən güman olunur ki, iddia əsaslıdır və təmin olunacaq. İddianı təmin etmə tədbirinin məqsədi bu prezumpsiyaya uyğun müəyyən olunub: məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir (AR MPM, maddə 157.2). Məqsəd baxımından ünvan 25 ünvanında yerləşən binada mənzillərin satılması Cavabdeh MMCyə və digər şəxslərə o halda qadağan edilə bilər ki, qadağa tətbiq edilməyəcəyi təqdirdə qətnamənin icrası qeyri-mümkün və ya çətin olsun. Əgər iddiaçının irəli sürdüyü iddia tələbi təmin olunarsa, o cümlədən, mübahisəli göstərilmiş binadan satılmış mənzillərə görə alınmış pul vəsaitlərindən əldə edilmiş mənfəətin təsisçi payına uyğun olaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunacaq. Qətnamə icraya yönəldilənə qədər mənzillər satılarsa və satışdan əldə vəsait digər istiqamətlərə xərclənərsə, qətnamənin icrası çətin olacaq. Belə ki, qətnamənin icra edilməsi üçün əlavə hüquqi prosedurlara ehtiyac olacaq. Göründüyü kimi, məqsəd baxımından iddianı təmin etmə tədbirinin tətbiqi üçün əsas mövcuddur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-3779/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilsə də, tərəflər məhkəmə iclasında üzürlü səbəb olmadan iştirak etməmişlər, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 3779/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülməsi barədə ərizə təqdim etmiş iddiaçı bu tədbir görülmədiyi halda qətnamənin icrasının hansı səbəbdən mümkün olmayacağını və ya çətinləşəcəyini əsaslandırmağa borcludur. İddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olmalıdır, iddia tələbinə qeyri-mütənasib olan hər hansı iddianı təmin etmə tədbiri görülməsi qanunsuzdur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı təsisçisi olduğu Cavabdeh MMC-nin mənfəətindən onun təsisçi payına düşən hissəni tələb etdiyindən işə baxılanadək həmin MMC tərəfindən inşa edilmiş binadakı mənzillərin satışının qadağan edilməsi növündə iddianı təmin etmə tədbiri iddia tələbinə mütənasib tədbir olmadığı üçün birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3779/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3779/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-220/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-220/2021
27.01.2021 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver