Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-220/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ məhkəmə sədrinin və məhkəmə tərkibinin öz-özünə etirazı məsələsi üzrə (Açar sözlər: hakimin, məhkəmə sədrinin özü-özünə etirazı ) hakimlər X1 (sədrlik edən və məruzəçi), X8 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair e-2-2(113)-3766/2024 nömrəli iş üzrə məhkəmə sədrinin öz-özünə etirazı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar, Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. İddiaçı2 (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “hərrac protokolunun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 məxsus ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin 30 faiz endirimlə, 1 823 500 (bir milyon səkkiz yüz iyirmi üç min beş yüz) manata tələbkar X6 (AZE ********) satılmasına dair "xxxx" MMC-nin 13 may 2024-cü il tarixli, 46 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və hərracın alqısatqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 və Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi, xx.xx.2024-cü il tarixli Qərardasdı ilə isə X9, X4, X23, X3, X5, X19 oğlu, X7, X13, X17, X10, X24, X2, X14, X15, X18, X29 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar.
3. Həmin işə baxan hakim Ülkər Həsənova məhkəmə sədrinə “öz-özünə etiraz etmə” barədə ərizə ünvanlayaraq işin başqa hakimin icraatına verilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və qeyriləri hazırkı kommersiya mübahisəsinin icraatda olduğu dövr ərzində müxtəlif dövlət orqanlarına (Ali Məhkəmə, Baş Prokurorluq və sairə) çoxsaylı, eyni məzmunlu şikayətlər edərək iddiaçının Bakı Kommeriya Məhkəməsinin sədrinin yaxın qohumu olduğunu, göstərilən halın işin nəticəsinə birbaşa təsir göstərəcəyini nəzərə alıb işin nəzarətdə saxlanılmasını xahiş etmişlər.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3766/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə sədrinin və məhkəmə tərkibinin öz-özünə etirazının baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Qərardad onunla əsaslandırılmışdır ki, "Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya , inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3766/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadında prosessual hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1.6-cı, 19.1.7-ci, 21.1-ci, 22.5-ci, 22.6-cı, 19-22, 263 və 264-cü maddələrinə istinad edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 19.3. Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.
9. Maddə 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir.
10. Maddə 23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.
11. Maddə 23.2. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, məhkəmə sədrinin özözünə etirazı təmin edilməməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
13. Belə ki, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi hakimə etiraz edilməsinin əsaslarını tənzimləmiş və əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimə etiraz edilə biləcəyini müəyyənləşdirmişdir (MPMnin 19.1-ci maddəsi).
14. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 5.1-ci və 5.5-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və qeyriləri hazırkı kommersiya mübahisəsinin icraatda olduğu dövr ərzində müxtəlif dövlət orqanlarına (Ali Məhkəmə, Baş Prokurorluq və sairə) çoxsaylı, eyni məzmunlu şikayətlər edərək iddiaçının Bakı Kommeriya Məhkəməsinin sədrinin yaxın qohumu olduğunu bildirmişlər və göstərilən bu hal işin nəticəsinə birbaşa təsir göstərəcəkdir.
16. Halbuki, hakimin, habelə məhkəmə sədrinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması qeyd edilməmiş, buna dair sübutlar iş materiallarına əlavə edilməmişdir.
17. Kollegiya onu da qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd hissəsinə əsasən “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.
18. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.
19. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsi sədrinin özü-özünə etirazı təmin olunmamalı, işə baxan hakimin öz-özünə etirazına qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılaraq müvafiq prosessual qərar qəbul olunmalı və işə həmin məhkəmədə baxılması davam etdirilməlidir.
20. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 21, 22, 365 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ: İddiaçı2 Cavabdeh MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin sədrinin özüözünə etirazı təmin edilməsin. İş, işə baxan hakimin öz-özünə etirazına qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılaraq müvafiq prosessual qərar qəbul olunması və iş üzrə məhkəmə baxışının davam etdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.