Məhkəmə qərarları › İş №2-2(103)-221/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-221/2020

12.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-221/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2ndan, X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və ərizəçi «xxxx» MMC-nin nümayəndəsi(vəkili) Həsənov Əkrəm Şirvan oğlunun, Kredtorlardan: «xxxx» ASC-nin nümayəndəsi Aydınov Teymur Vidadi oğlunun (işçisi) «xxxx» MMC-nin nümayəndəsi (vəkili) Əliyev Kənan Saleh oğlunun, «xxxx» MMCnin nümayəndəsi (işçisi) Məmmədov İlqar Əli oğlunun, «xxxx» ASC-nin nümayəndəsi (işçsi) Hacıyev Anar İsa oğlunun, «xxxx» ASC-nin nümayəndəsi (işçisi) Nəsirov Rauf Arif oğlunun, «xxxx» ASC-nin nümayəndəsi (işçisi) Cavadov Elnur Əbdülhəsən oğlunun, «xxxx» MMC-nin nümayəndsi (qanuni təmsilçi) Həsənov Vüsal Mirzərəhim oğlunun iştirakı ilə, Ərizəçi «xxxx» MMC-nin (kreditorlar: «xxxx» ASC və qeyriləri) müflis elan edilməsi barədə» ərizəsinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 982/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” MMC ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müflis elan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ərizəçinin kreditorlarından olan “xxxx” ASC (nümayəndəsi T.Aydınov) vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC və Əliyev Pərviz Gülağa oğluna qarşı pul tələbinə dair iddiası üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan e-2-2(82)-982/2019 saylı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-982/2019 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC və Əliyev Pərviz Gülağa oğluna qarşı pul tələbinə dair iddiası üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iş üzrə icraat dayandırılmışdır. Ərizəçinin nümayəndəsi (vəkili) şikayət verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-421/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ərizəçinin şikayətinin əsaslarna görə məhkəmə tərəfindən hazırkı işin, kreditor «xxxx» ASC-nin ona (“xxxx” MMC-yə ) qarşı «pul tələbinə dair» başqa məhkəmədə baxılan işdən asılılığı barədə mövqeyini bildirilməyib. Çünki heç bir asılılıq və işə baxılmasının mümkünsüzlüyü halı yoxdur. Bundan əlavə ərizəçinin digər şəxslərə də borcu var. Qərardad məhkəmə təcrübəsinə ziddir. Məhkəmə iflas işi üzrə icraatı dayandıraraq, həm iflas prosedrunun qanuna uyğun müddətdə keçirilməsinə, həm də kreditorların tələblərinin maneə törətmişdir. Məhkəmə qısa müddət ərzində işə baxmalı idi. Məhkəmənin cari mövqeyi birmənalı olaraq kreditorlardan yalnız biri olan «xxxx» ASC-nin maraqlarına xidmət edir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən ərizəçinin nümayəndəsi Ə.Həsənov şikayətində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Kreditor «xxxx» ASC-nin nümayəndəsi T.Aydınov iş üzrə icraatın dayandırılmasında israrlı olmuş və birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən digər kreditorlardan «xxxx» MMC-nin nümayəndəsi K.Əliyev, «xxxx» ASC-nin nümayəndəsi R.Nəsirov və «xxxx» MMC-nin nümayəndəsi İ.Məmmədov ərizəçinin şikayəti ilə razılaşaraq işə baxımasının davam etdirilməli olduğunu, işdə iştirak edən digər kreditorların nümayəndələri isə iş üzrə icraatın dayandırılmasına etirazları olmadıqlarını bildirmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, ərizəçinin şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülkii-Prosessual Məcəlləsinin («MPM») 254.1.4-cü maddəsinə əsasən Kontitusiya Məhkəməsinin icdraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydaıncda baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Hazırkı işin halları isə prosessual qanunvericiliyin qeyd olunan normasının tətbiq edilməsi zəruriliyini yaratmır. Belə ki, iş üzrə kredtor «xxxx» ASC vəsatətində icraatın dayandırılmasının əsası kimi, ərizəçi «xxxx» MMC-yə qarşı pul tələbinə dair Xəzər Rayon Məhkəməsində iddia qaldırıldığını və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 2(003)- 2896/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin olunduğunu, lakin həmin qətnamədən apellyasiya şikayəti verilməsi ilə bağlı işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi ilə əlaqələndirmişdir. Ərizəçinin izahatına əsasən, eyni zamanda, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, artıq adıçəkilən iş üzrə cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən mahiyyəti üzrə baxılmış və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hazırkı qərardadında iş üzrə icraatın dayandırarkən, MPM-in qeyd olunan 254-cü maddəsinə istinadən etməklə yanaşı öz mövqeyini aşağıdakılarla əsaslandırmışdır. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Göründüyü kimi, hər iki məhkəmənin icraatında olan işlər bir-biri ilə tam şəkildə əlaqəli olduğundan və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan yuxarıda göstərilən iş üzrə yekun məhkəmə aktı ilə müəyyən ediləcək hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin iş həll edilməyincə hazırkı işə baxmaq mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC və Əliyev Pərviz Gülağa oğluna qarşı pul tələbinə dair iddiası üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmalıdır.» Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi MPM-in 254.1.4cü maddəsinə və Konstitusiya Məhkəməsinin qeyd olunan xx xxxx 2004-cü il tarixli qərarına istinad edərək, hazırkı işin mülki icraat qaydasında, ümumi məhkəmədə baxılan iddiaçı “xxxx” ASC-nin cavabdehlər “xxxx” MMC və Əliyev Pərviz Gülağa oğluna qarşı «pul tələbinə dair» başqa işlə əlaqəli olduğuna və həmin iş üzrə yekun məhkəmə aktı ilə müəyyən ediləcək halların hazırkı işdə preyudisial əhəmiyyət daşıyacağı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qeyd olunan mövqeyi hazırkı iş üzrə icraatın dayandırılması üçün kifayətedici əsaslar kimi qəbul edilə bilməz. Çünki, MPM-in qeyd olunan 254.1.4-cü maddəsinin mənasından aydın göründüyü kimi, iş üzrə icraat o halda dayandırıla bilər ki, mülki mübahisə üzrə baxılan başqa işin həllindən, yəni, nəticəsindən tam asılı olsun. Hətta, birinci instansiya məhkəməsinin özünün istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında da, məhz, vurğulanır ki, 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün məhz, işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». Hazırkı işin hallarından isə görünür ki, qeyd olunan başqa işdən elə bir asılığı mövcud deyil ki, həmin başqa işə baxılmayınca, hazırkı işə baxılması mümkün olmasın. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, hazırkı işin predmetini ərizəçinin müflis elan olunması tələbi təşkil edir və onun kreditoru təkcə «xxxx» ASC-dən ibarət deyil. Sonuncunun ərizəçiyə qarşı başqa bir iş üzrə pul tələbinin mövcud olması və bu tələbin həcminin artıb-azalmasının məhkəmə tərəfindən təsdiq olunmasından asılı olmayaraq, ən azından, ərizəçi “xxxx” MMC-nin çoxlu sayda digər kredorlarının mövcudluğu və bu sonunculara əhəmiyyətli borcunun olması - bütün bunlar hazırkı işin mübahisələndirilən başqa işdən nəinki asılılığını istisna edir, əksinə, baxılmasını zəruri edir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən həm MPM-in 254.1.4-cü maddəsi, həm də Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında verilən şərhlə bağlı düzgün qiymətləndirmə aparıldığı müəyyən olunmur, əksinə, səhv təsfir edildiyi anlaşılır. Ümumiyyətlə, qərardadan görünür ki, məhkəmə hazırkı işin qeyd olunan başqa işdən asılılığı məqamına diqqət yetirməmiş, o cümlədən, bu asılılığın nədən ibarət olması və hazırkı işin baxılmasını mümkünsüz etməsinə aydınlıq gətirməmiş və bununla bağlı konkret səbəb göstərmədən iş üzrə icraatın dayandırılması barədə səhv nəticəyə gəlmişdir. MPM-in 264.0.5-cü maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi ayrıca akt şəklində qəbul edilən qərardadda göstərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400 və 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Ərizəçi «xxxx» MMC-nin şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-982/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar