Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-221/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2040/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh5 MMC, Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx xxxxxx 2018-ci il tarixli RBN-6465/BK saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5926,69 manat, faiz borcuna görə 1343,42 manat, dəbbə borcuna görə 4000 manat olmaqla, cəmi 11270,11 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2040/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh5 MMC, Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh1 xx xxxxxx 2018ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5926,69 manat, faiz borcuna görə 560,67 manat, 300 manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 18 manat olmaqla, cəmi 6805,36 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 12 manat hissəsinin iddiaçıya aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X1 apellyasiya şikayəti verərək, həmin qətnamənin dəbbə puluna aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehlərin məhkəmə proseslərində iştirakını təmin etməmiş, onların iştirakı ilə hər hansı bir araşdırma aparmadan irəli sürülmüş iddianı cərimə hissəsində də təmin etmişdir. Banka kifayət qədər pul ödənilmiş və ona görə də, cavabdehlərdən 300 manat cərimə pulunun tutulması heç bir halda qanuni və əsaslı ola bilməz. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız dəbbə pulunun tutulması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh5 MMC arasında xx xxxxxx 2018-ci il tarixli, RBN-6465/BK saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh5 MMC-yə 15 ay müddətinə illik 24% olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh5 MMC və Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh1 arasında ayrı-ayrılıqda xx xxxxxx 2018-ci il tarixli RBN-6465/BK saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh3, Cavabdeh2 qız, Cavabdeh4, X1, Cavabdeh6 və Cavabdeh1 borclu Cavabdeh5 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı bildirir ki, Cavabdeh5 MMC müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə dəbbə pulu 4000 manat təşkil edir. Cavabdeh X1 dəbbə puluna aid hissədə iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Birinci instansiya məhkəməsi dəbbə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilənin 2.7-ci bəndində öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 4000 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 300 manat məbləğində müəyyənləşdirmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh X1 birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş və iddiaya öz münasibətini bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatın verilibverilməməsini isə X1 deyil, həmin cavabdehlər özləri mübahisələndirə bilərlər. Digər dəlillərə dair qeyd olunur ki, tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulunun tutulması nəzərdə tutulmuş, eyni zamanda Cavabdeh5 MMC tərəfindən müəyyən ödənişlər edilsə də, kredit ödənişləri vaxtında və lazımi qaydada aparılmamışdır. Ona görə də, ondan dəbbə pulunun tutulması üçün əsaslar yaranmış və birinci instansiya məhkəməsi də Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək dəbbə pulunun məbləğini azaltmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2040/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi cərimə pulunun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-221/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-221/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver