Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-222/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə, Cavabdeh4nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit borcunun tutulması, ipoteka predmetinə yönəltmə. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 42/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (Borc verən qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsinin şərtlərindən görünür ki, Borc verən Borc alana 48 (qırx səkkiz) ay müddətində (xx.xx.2023cü il tarixədək) 1 000 000.00 (bir milyon) ABŞ dolları məbləğində, kredit xəttindən istifadəyə görə illik 6 (altı) % ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür (1.1). Kredit xəttinin təyinatı: Dövriyyə vəsaitinin artırılması (1.2). Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində 759/1 saylı, 759/2 saylı ipoteka müqavilələri üzrə ipoteka predmeti olan əmlak obyektləri və 759/3, 759/4 və 759/5 saylı Zaminlik müqavilələri çıxış edir (1.3). Kredit xətti üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 6 (altı) faiz təşkil edir (1.4). Kredit xətti Borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və Borc verənin daxili qaydalarında nəzərdə tutullmuş sənədlərin Borc verənə təqdim edilməsindən sonra 10 (on) iş günü ərzində Borc verən tərəfindən açılır. Kredit xətti üzrə krediti bütünlüklə və ya tranşlarla almaq üçün Borc alan Borc verənə tələb olunan məbləğ göstərilməklə yazılı müraciət təqdim edir. Bu Müqaviləyə əsasən verilən kredit üzrə əsas borcun ümumi məbləği 1.1-ci bənddə müəyyənləşdirən kredit xəttinin məbləğini aşa bilməz. Bu bənddə nəzərdə tutulan müraciətdə göstərilən məbləği Borc verən Borc alan üçün Borc verəndə açılan AZ88İBAZ******************** №-li cari hesaba köçürməklə verir. Borc alan kredit xəttindən bu Müqavilənin bağlandığı tarixdən 10 (on) ay ərzində istifadə edə bilər. Kredit xətti çərçivəsində istifadə edilən hər tranşın maksimal müddəti 36 (otuz altı) ay müəyyən olunur (3.1). Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə əlavələrdə əks olunan Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (3.2).
2. Həmin müqaviləyə 01 nömrəli xx.xx.2019-cu il tarixli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022ci il tarixi olmaqla ümumilikdə 400 000 ABŞ dolları əsas borc, 43747,03 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır.
3. Həmin müqaviləyə 02 nömrəli xx.xx.2019-cu il tarixli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 400 000 ABŞ dolları əsas borc, 43747,03 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır.
4. Həmin müqaviləyə 03 nömrəli xx.xx.2019-cu il tarixli əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022ci il tarixi olmaqla ümumilikdə 200 000 ABŞ dolları əsas borc, 21873,53 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır.
5. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən, tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Borc verən qarşısında Müqavilə üzrə əsas borcunun məbləği 956 567,33 (doqquz yüz əlli altı min beş yüz altımış yeddi ABŞ dolları, otuz üç cent) ABŞ dolları təşkil edir (2-ci bənd). Müqavilənin 3.2-ci bəndi aşağıdakı redaksiyada verilsin: “3.2. Kredit xətti çərçivəsində verilmiş hər tranş üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi Müqavilənin əlavələri hesab edilən hər tranş üzrə tərtib edilən Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”.
6. 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 193 804 ABŞ dolları əsas borc, 18530,06 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır (1-ci tranş).
7. 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 375 154,9 ABŞ dolları əsas borc, 34876,49 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır (2-ci tranş).
8. 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəlinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 387 608,43 ABŞ dolları əsas borc, 36778,39 ABŞ dolları faiz borcunun ödənilməsi razılaşdırılmışdır (3-cü tranş).
9. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə cavabdeh Qanuni nümayəndə (Zamin qismində) arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759/3 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh4 MMC ilə Bank arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği – 1 000 000 (bir milyon) ABŞ dolları; kreditin müddəti - 48 (qırx səkkiz) ay; kredit üzrə illik faiz dərəcəsi - 6 (altı) %; kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzədə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi. Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
10. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərindən görünür ki, bu Sazişin predmetini Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlərə güzəştin tətbiq edilməsi ilə bağlı Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Bank qarşısında zaminliklə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir (2-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (3-cü bənd): müqavilənin 1.2-ci bəndində “28 iyun 2019-cu tarixli 759 saylı Kredit xətti müqaviləsindən” sözlərindən sonra “21 iyul 2020-ci il tarixli, _1_ saylı Əlavə sazişlə edilmiş dəyişikliklər redaksiyasında)” sözləri əlavə edilsin. Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlər yuxarıda qeyd edilmiş Əlavə sazişlə təsdiq edilən yeni Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilsin.
11. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 759/5 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh4 MMC ilə Bank arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği – 1 000 000 (bir milyon) ABŞ dolları; kreditin müddəti - 48 (qırx səkkiz) ay; kredit üzrə illik faiz dərəcəsi - 6 (altı) %; kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzədə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi. Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
12. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərindən görünür ki, bu Sazişin predmetini Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlərə güzəştin tətbiq edilməsi ilə bağlı Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Bank qarşısında zaminliklə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir (2-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (3-cü bənd): müqavilənin 1.2-ci bəndində “28 iyun 2019-cu tarixli 759 saylı Kredit xətti müqaviləsindən” sözlərindən sonra “21 iyul 2020-ci il tarixli, _1_ saylı Əlavə sazişlə edilmiş dəyişikliklər redaksiyasında)” sözləri əlavə edilsin. Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlər yuxarıda qeyd edilmiş Əlavə sazişlə təsdiq edilən yeni Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilsin.
13. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 759/4 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş Kredit xətti müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür (1.1). Bu Müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Cavabdeh4 MMC ilə Bank arasında bağlanmış 28 iyun 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir (1.2). Zamin təsdiq edir ki, Kredit müqaviləsinin aşağıdakılar da daxil olmaqla bütün mühüm şərtləri ilə tanışdır (1.3): kreditin məbləği – 1 000 000 (bir milyon) ABŞ dolları; kreditin müddəti - 48 (qırx səkkiz) ay; kredit üzrə illik faiz dərəcəsi - 6 (altı) %; kredit üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Zaminin Bank qarşısında məsuliyyətinin əsaslarını aşağıdakılar üzrə Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir (1.4): kreditin və ya onun bir hissəsinin Kredit müqaviləsində nəzədə tutulmuş müddətdə qaytarılmaması; faizlərin, penyanın və digər maliyyə sanksiyalarının Kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi; Kredit müqaviləsi üzrə kreditin vaxtından əvvəl qaytarılması və hesablanmış faizlərin ödənilməsi ilə bağlı Bankın tələblərinin Borc alan tərəfindən icra edilməməsi. Zamin Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərini tam həcmdə icra etməlidir (1.6).
14. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 21 iyul 2020ci il tarixli 01 nömrəli əlavə sazişin şərtlərindən görünür ki, bu Sazişin predmetini Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlərə güzəştin tətbiq edilməsi ilə bağlı Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi təşkil edir (1-ci bənd). Tərəflər təsdiq edir ki, bu Sazişin bağlandığı tarixə Borc alanın Bank qarşısında zaminliklə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir (2-ci bənd). Tərəflər bu Sazişin 1-ci bəndinə müvafiq olaraq razılığa gəldilər ki (3-cü bənd): müqavilənin 1.2-ci bəndində “28 iyun 2019-cu tarixli 759 saylı Kredit xətti müqaviləsindən” sözlərindən sonra “21 iyul 2020-ci il tarixli, _1_ saylı Əlavə sazişlə edilmiş dəyişikliklər redaksiyasında)” sözləri əlavə edilsin. Müqavilə ilə təmin edilmiş kredit xətti üzrə ödənişlər yuxarıda qeyd edilmiş Əlavə sazişlə təsdiq edilən yeni Ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilsin.
15. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixə 1-ci tranş (193 804 ABŞ dolları) üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19 986,57 ABŞ dolları, cərimə borcu 24 173,41 ABŞ dolları, 2-ci tranş (375 154,90 ABŞ dolları) üzrə 349 218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları, cərimə borcu 49 378,65 ABŞ dolları, 3-cü tranş (387 608,43 ABŞ dolları) üzrə 369 926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18 805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41 462,63 ABŞ dolları, cərimə borcu 55 533,71 ABŞ dolları təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh4nə (bundan sonra Cavabdeh4 MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək:cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci tranş üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 9861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19 986,57 ABŞ dolları, cərimə borcu 24 173,41 ABŞ dolları olmaqla cəmi 234 804,56 ABŞ dolları, 2-ci tranş üzrə 349 218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 8226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları, cərimə borcu 49 378,65 ABŞ dolları olmaqla cəmi 446 644,14 ABŞ dolları, 3-cü tranş üzrə 369 926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 18 805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41 462,63 ABŞ dolları, cərimə borcu 55 533, 71 ABŞ dolları olmaqla cəmi 485 728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə 167 177,5 ABŞ dolları məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1702,10 manat dövlət rüsumu və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması; Tələbin xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə vo xx.xx.2019cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338,7 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onların satışından əldə olunmuş vəsaitin xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş üzrə cəmi borcunun 1 167 177,50 ABŞ dolları, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 1782,10 manat dövlət rüsumunun və 3,10 manat bank xidmət haqqının, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 273,96 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi; İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197,2 kv.m olan qeyri-yaşayış sahəsinə və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338,7 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra həmin sahələrin cavabdehlər X2 və Cavabdeh1 tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında bağlanmış 759 nömrəli xx.xx.2019- cu il tarixli kredit xətti müqaviləsinə əsasən illik 6 faiz olmaqla 48 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində dövriyyə vəsaitlərinin artırılması məqsədilə bərpa olunmayan kredit xətti açılmışdır. Həmin müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən cavabdeh kredit xətti üzrə 956 567,33 ABŞ dolları məbləğində pulu istifadə etmiş, kredit xətti çərçivəsində verilmiş hər tranş üzrə əsas borcun qaytarılması və hesablanmış faizlərin ödəniməsi müqavilənin əlavələri hesab edilən hər tranş üzrə tərtib edilən ödəniş cədvəllərinə müvafiq həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit xətt müqaviləsinin təminatı kimi Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 arasında bağlanmış 759/3, 759/4 və 759/5 nömrəli xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri və qeyd olunan zaminlik müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş imzalanmışdır. Həmçinin kredit xətt müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.2 kv.m olan qeyriyaşayış sahəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019, yüklü edilən əmlakın reyestr nömrəsi: **********91-05101-083002) ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi və ona əlavə və dəyişiklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338.7 kv.m olan qeyri-yaşayış sahəsi (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019, yüklü edilən əmlakın reyestr nömrəsi: **********40-06301) ipoteka ilə yüklü edilmişdir. Hər iki ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 759 nömrəli xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə sazişə üzrə 1-ci tranş üzrə 200 000 ABŞ dolları, 2-ci tranş üzrə 400 000 ABŞ dolları, 3-cü tranş üzrə isə 400 000 ABŞ dolları məbləğində vəsaitlər Cavabdeh4 MMC-nin hesabına köçürülmüşdür. Belə ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən cavabdehlərin borcu aşağıdakı kimidir: 1-ci tranş (193 804 ABŞ dolları) üzrə 180 783, 09 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (xx.xx.2022-ci il tarixinə) 9861,48 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 19 986,57 ABŞ dolları (180 783,09 x 5% / 360 = 25,108; 25,108 x 796 (müqavilə müddəti bitdikdən sonrakı dövr) = 19 986,57), cərimə borcu 24 173,41 ABŞ dolları olmaqla cəmi 234 804,56 ABŞ dolları, 2-ci tranş (375 154,90 ABŞ dolları) üzrə 349 218,28 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (xx.xx.2022-ci il tarixinə) 8226,63 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 39 820,58 ABŞ dolları (349 218.28 x 5% / 360 = 48.502; 48,502 x 821 = 39 820,58), cərimə borcu 49 378,65 ABŞ dolları olmaqla cəmi 446 644,14 ABŞ dolları, 3-cü tranş (387 608,43 ABŞ dolları) üzrə 369 926,80 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə (xx.xx.2022-ci il tarixinə) 18 805,66 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonrakı vaxt ərzində 5 faizlə hesablanmış faiz borcu 41 462,63 ABŞ dolları (369 926,80 x 5% / 360 = 51,378; 51,378 x 807 (müqavilə müddəti bitdikdən sonrakı dövr) = 41 462,63), cərimə borcu 55 533,71 ABŞ dolları olmaqla cəmi 485 728,80 ABŞ dolları, ümumilikdə 3 tranş üzrə cəmi borc 1 167 177,50 ABŞ dolları təşkil edir. Cavabdeh4 MMC kredit müqaviləsi üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Cavabdehlərə 759 nömrəli xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə saziş üzrə borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait iddiaçıya geri qaytarılmamışdır. Bundan əlavə, 759 nömrəli xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsinə və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə dair təminat qismində olan əmlaklara X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 197.2 kv.m olan qeyri-yaşayış sahəsinə və Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1338.7 kv.m olan qeyri-yaşayış sahəsinə ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmin bildirişin dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair 273,96 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Bundan başqa, cavabdehə kredit vəsaiti sahibkarlıq məqsədi üçün verildiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilmiş, razılıq əldə edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. İlkin mediasiya sessiyası üçün də 400 manat ödəniş edilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Hazırkı mübahisə üzrə iddia qiymətinə uyğun olaraq 3,1 manat bank xidməti haqqı da ödənilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-42/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180 783,09 ABŞ dolları əsas borc, 5047,87 ABŞ dolları faiz borcu, 5430 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 19 986,57 ABŞ dolları, 2-ci tranş üzrə 345 470,28 ABŞ dolları əsas borc, 5207,86 ABŞ dolları faiz borcu, 10400 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 39 393,14 ABŞ dolları, 3-cü tranş üzrə 369 724,23 ABŞ dolları əsas borc, 17 111,28 ABŞ dolları faiz borcu, 11000 ABŞ dolları cərimə, əsas borca illik 5% ilə hesablanmaqla 41439,9 ABŞ dolları olmaqla ümumilikdə 1 050 994,22 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 416 000 manat müəyyən edilməklə ünvan 1ys ünvanında yerləşən 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan ilkin satış qiyməti 4 182 000 manat müəyyən edilməklə Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 1338,7 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilərək əmlakların açıq hərracda satılması, əmlakların satışından əldə olunan vəsaitin "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti üzrə 1 050 994,22 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1171 manat, ödənilmiş xidmət haqqının əvəzi olaraq 3,10 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 240 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və 400 manat mediasiya xərcinin ödənilməsinə yönəldilməsi, ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin "xxxx" ASC ilə Cavabdeh4 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 48 ay müddətində (28 iyun 2023-cü il tarixədək) 1 000 000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 6% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə kreditin 3 tranşda verilməsi razılaşdırılmışdır; 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsinə 21 iyul 2020-ci il tarixli əlavə saziş bağlanaraq kredit restrukturizasiya edilmiş, 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəllərinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 193 804 ABŞ dolları əsas borc, 18530,06 ABŞ dolları faiz borcunun (1-ci tranş), ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 375 154,9 ABŞ dolları əsas borc, 34876,49 ABŞ dolları faiz borcunun (2-ci tranş), ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 387 608,43 ABŞ dolları əsas borc, 36778,39 ABŞ dolları faiz borcunun (3-cü tranş) ödənilməsi razılaşdırılmışdır; adıçəkilən kredit xətti və əlavə saziş üzrə üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 ilə müvafiq olaraq 28 iyun 2019-cu il və 01 iyul 2019-cu il tarixli zaminlik müqavilələri və 21 iyul 2020-ci il tarixdə 01 nömrəli əlavə sazişlər bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. kreditlərin müddəti 1-ci tranş üzrə xx.xx.2022- ci il tarixədək, 2 və 3-cü tranş üzrə müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixədək olmuşdur. İş materiallarından görünür ki, 28 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iddiaçı və cavabdehlər Cavabdeh4 MMC və Qanuni nümayəndə iştirak etmiş, qeyd olunan tarixdə 2 və 3-cü tranş üzrə kreditlərin müddəti başa çatmış, 1- ci tranş üzrə isə başa çatmamışdır. Beləcə iddiaçı kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi ilə 1-ci tranş üzrə də müqavilənin ləğvi ilə bağlı iradəsini ifadə etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixdə borcalan Cavabdeh4 MMC-yə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Odur ki, 2-ci tranş üzrə kreditin müddəti xx.xx.2022-ci il və 3-cü tranş üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, iddiaçı 2 və 3-cü tranş üzrə müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixədək, 1-ci tranş üzrə isə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsas və müqavilə müddətinə faiz) məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər, iddiaçı isə 19 sentyabr 2024-cü il tarixli ekspert rəyindən ekspertin silinmələri düzgün aparmadığına istinad edərək ekspert rəyi ilə razılaşmamışdır. Halbuki iddiaçının nümayəndəsi (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iddia tələblərini ekspert rəyi ilə sistemlərində uyğunlaşdırma aparmaqla dəqiqləşdirmişlər. Belə olan halda, məhkəmə bildirir ki, iddiaçının bir tərəfdən ekspert rəyinə uyğunlaşdırma aparmaqla tələbini dəqiqləşdirdiyi halda, digər tərəfdən ekspertin rəyini mübahisələndirməsi ilə bağlı mövqeyi ziddiyyətli olmaqla əsassızdır. Cavabdeh4 MMC-yə məxsus ******************** nömrəli bank hesabından xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinin verilmə tarixindən sonra hər hansı ödəniş olmadığı görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinə əsasən, 21 iyul 2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixə əsas borc 181 359,38 ABŞ dolları, faiz borcu 5319,9 ABŞ dolları, 2-ci tranş üzrə əsas borc 345 470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü tranş üzrə əsas borc 369 724,23 ABŞ dolları, faiz borcu 17111,28 ABŞ dolları təşkil edir. İddiaçının 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə biləcəyini nəzərə alan məhkəmə qeyd edir ki, ekspert tərəfindən faiz borcu üzrə hesablamaya (rəyin təsviri hissəsində 1-ci tranş üzrə hesablama cədvəli) əsasən, xx.xx.2022-ci il tarixə faiz borcu 4987,41 ABŞ dolları təşkil edir, iyul və avqust ayı üçün hər günə düşən faiz borcu isə 30,23 ABŞ dollarıdır. Belə olan halda aydın olur ki, 2 günün (26.07.və xx.xx.2022) faiz məbləği 60,46 ABŞ (2*30,23) dolları təşkil edir. Beləliklə, müəyyən olunur ki, 1-ci kredit tranşı üzrə müqavilədən imtina edilən xx.xx.2024-cü il tarixə faiz borcu 5047,87 (xx.xx.2022-ci il tarixə 4987,41 ABŞ dolları + 2 gün üçün faiz borcu 2*30,23) ABŞ dollarıdır. Yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə (iddiaçının bəzi borcları ekspertin müəyyən etdiyi məbləğdən az tələb etdiyi nəzərə alınaraq) məhkəmə bu qənaətə gəlir ki, 28.06 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci kredit tranşı (193 804 ABŞ dolları) üzrə əsas borc 180 783,09 ABŞ dolları, faiz borcu 5047,87 ABŞ dolları, 2-ci kredit tranşı üzrə (375 154,90 ABŞ dolları) əsas borc 345 470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü kredit tranşı üzrə (387 608,43 ABŞ dolları) əsas borc 369 724,23 ABŞ dolları, faiz borcu 17111,28 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180 783,09 ABŞ dolları əsas borc, 5047,87 ABŞ dolları faiz borcu, 2-ci tranş üzrə 345 470,28 ABŞ dolları əsas borc, 5207,86 ABŞ dolları faiz borcu, 3-cü tranş üzrə 369 724,23 ABŞ dolları əsas borc, 17 111,28 ABŞ dolları faiz borcu cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi müqaviləsinin 6.2-ci bəndlərinə əsasən, Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün Müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə Borc verən tərəfindən Borc alan penya hesablana bilər. 28 iyun 2019-cu il tarixli 759/3 nömrəli, 01 iyul 2019-cu il tarixli 759/4 nömrəli və 759/5 nömrəli zaminlik müqavilələrinin 1.3-cü bəndləri ilə zaminlər təsdiq etmişlər ki, kredit üzrə penya gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3- cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Həmin müqavilələrin 1.4-cü bəndləri ilə zaminlərin iddiaçı qarşısında məsuliyyətinin əsaslarını o cümlədən faizlərin, penyanın və digər maliyyə sanksiyalarının kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi üzrə borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, borcalan müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə sonuncu ödəniş xx.xx.2022-ci il, 2-ci tranşı üzrə sonuncu ödəniş xx.xx.2022-ci il, 3-cü tranşı üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq cavabdehlərdən tutulmalı cərimə məbləğinin xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 5430 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 10400 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 11000 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2019cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 5430 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 10400 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 11000 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 2-ci tranşı üzrə xx.xx.2022-ci il, 3-cü tranş üzrə xx.xx.2022-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixədək tutulmalıdır. 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ üzrə hesablama ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 1-ci tranşı üzrə kreditdən istifadəyə görə faiz borcunu xx.xx.2022-ci il tarixə, əsas borca illik beş faizlə ilə hesablanmış məbləği xx.xx.2022-ci il tarixdən hesablanmaqla tələb edir. Lakin məhkəmə müəyyən etmişdir ki, 1ci tranş üzrə kredit xx.xx.2022-ci il tarixdən xitam edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan 10 gün üçün faiz borcu tələb edildiyindən, lakin həmin müddət üçün kreditdən istifadəyə görə faiz hesablana bilmədiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən həmin müddət üzrə də əsas borca illik beş faizlə məbləğ hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ xx.xx.2022-ci il tarixdən iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixədək tutulmalıdır. 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinə əsasən, 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 19219,06 ABŞ dolları, 1 günə düşən məbləğ isə 25,19 ABŞ dolları, 2-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 37809,80 ABŞ dolları, 1 günə düşən məbləğ isə 47,98 ABŞ dolları, 3cü tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 39745,35 ABŞ dolları, 1 günə düşən məbləğ isə 51,35 ABŞ dolları təşkil edir. Belə olan halda, xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 1-ci tranş üzrə 20303,14 (1 günə düşən məbləğ 25,19*806 gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan 10 gün + xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə olan 796 gün) ABŞ dolları, 2-ci tranş üzrə 39393,14 (xx.xx.2024-cü il tarixə 37809,8 + xx.xx.2024-cü il tarixədək 33 gün üçün 33*47,98) ABŞ dolları, 3-cü tranş üzrə 41439,9 (xx.xx.2024-cü il tarixə 39745,35 + xx.xx.2024-cü il tarixədək 33 gün üçün 33*51,35) ABŞ dolları təşkil edir. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 19986,57 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 39393,14 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 41439,9 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) və Cavabdeh1 (İpoteka qoyan qismində) arasında bağlanmış, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan (reyestr nömrəsi - **********40-06301) Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsində istifadədə olan 0,06225 ha torpaq sahəsində yerləşən 51C nömrəli 1338,7 kv.m ümumi, 1193,8 kv.m əsas, 144,9 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri- yaşayış binası olan olan xx.xx.2019-cu il tarixli 759/1 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 759 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti - 1.000.000,00 (bir milyon) manat; kreditin xəttinin müddəti - 48 (qırx səkkiz) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 6 (altı) % (2.1.3); kredit xətti üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (2.1.5). Həmin müqavilələrə 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, bu Sazişin bağlandığı tarixə Borc alanın İpoteka saxlayan qarşısında ipoteka ilə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki: Müqavilənin 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin: “2.1.5. kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə borcun restrukturizasiya edildiyi tarixindən etibarən 6 (altı) aylıq dövr ərzində kredit xətti çərçivəsində verilmiş hər bir tranş üzrə Borc alana güzəşt müddəti təyin edilir. Qeyd edilən müddət ərzində əsas borc üzrə hər hansı ödəniş aparılmır. Güzəşt müddəti ərzində faizlərin ödənilməsi və güzəşt müddəti bitdikdən sonra əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər tranş üzrə tərtib olunan ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi üzrə 48 ay müddətinə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi, 51C qeyriyaşayış binası, müalicə mərkəzinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. İddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) və Cavabdeh2 (İpoteka qoyan qismində) arasında bağlanmış, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan (reyestr nömrəsi - **********91-05101-083002) ünvan 5 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan xx.xx.2019-cu il tarixli 759/2 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 759 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti - 1.000.000,00 (bir milyon) manat; kreditin xəttinin müddəti - 48 (qırx səkkiz) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 6 (altı) % (2.1.3); kredit xətti üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (2.1.5). Həmin müqavilələrə 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, bu Sazişin bağlandığı tarixə Borc alanın İpoteka saxlayan qarşısında ipoteka ilə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki: Müqavilənin 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin: “2.1.5. kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə borcun restrukturizasiya edildiyi tarixindən etibarən 6 (altı) aylıq dövr ərzində kredit xətti çərçivəsində verilmiş hər bir tranş üzrə Borc alana güzəşt müddəti təyin edilir. Qeyd edilən müddət ərzində əsas borc üzrə hər hansı ödəniş aparılmır. Güzəşt müddəti ərzində faizlərin ödənilməsi və güzəşt müddəti bitdikdən sonra əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər tranş üzrə tərtib olunan ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi üzrə 48 ay müddətinə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 64 (q\s) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilən İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan və sonuncu tərəfindən iddiaçıya ünvanlanan məktublardan yuxarıda qeyd edilən 2 ipoteka predmetinə münasibətdə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatın alındığı təsdiqlənir. Məhkəmə ipoteka müqavilələrin bağlanmasının üzərindən xeyli müddət keçdiyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)- 289/2023 nömrəli qərardadı yuxarıda qeyd edilən 2 əmlakın likvid və real bazar dəyərinin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Sonuncu tərəfindən aparılmış qiymətləndirmələr ilə məhkəmə əsassızlığına görə razılaşmamış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-289/2023 nömrəli komission məhkəmə tikinti-texniki ekspertizası haqqında qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252- 9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki: Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 4647000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 4182000.0 manat; ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 462000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 416000.0 manat məbləğində təşkil edir. Məhkəmə 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252-9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının komission qaydada aparıldığını və tədqiqatın aparılmasında 4 ekspertin iştirak etdiyini nəzərə alaraq hesab edir ki, adıçəkilən ipoteka predmetlərinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252-9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilən likvid qiyməti həmin əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
20. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM 462, 467, 470, 471, 472, 739.1, 739.2, 741-ci maddələrini, İpoteka haqqında Qanunun 1.0.9 və 9.3.3-cü maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
21. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-42/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-42/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir.
23. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsas, faiz və 5 faiz borcu, əmlakların qiymətləndirilməsi və əmlakların boşadılması hissələrində ləğv edilməlidir. Birinci hal ondan ibarətdir ki, ekspertin tərtib etdiyi qiymətləndirmə rəyləri arasında müddət az olmağına baxmayaraq, hər iki rəy arasında kəskin fərq vardır. xx.xx.2023-cü il tarixli məhkəmə qiymətləndirmə ekspertizasının rəyi ilə razı olduğumuzu qeyd etsək də, yenidən qiymətləndirmə təyin edilmiş, xx.xx.2023-cü il tarixli ekspertiza rəyində Binəqədi rayonunda yerləşən əmlak üzrə qiymət şişirdilmiş halda müəyyən edilmişdir. Hər iki ekspert rəyi arasında 5 ay fərq olmasına baxmayaraq, həmin əmlakın dəyəri 2 710 000 manatdan 4 118 000 manata qalxması qiymətləndirmə zamanı obyektivliyin qorunmamasını şübhə altına alır. Deyə bilərik ki, qiymət artımı 1 əmlak üzrə müşahidə edilir. Daha sonra xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Binəqədi rayonunda yerləşən əmlakın likvid dəyəri 4 182 000 manat müəyyən edildiyi halda, digər əmlakın (Nəsimi rayonunda yerləşən) qiyməti 416 000 manat göstərilmişdir. Buradan belə bir sual ortaya çıxır: 10 ay müddət fərqi ilə əmlakın dəyəri (4 182 000 – 2 710 000) 1 472 000 manat arta bilər? Yaranan fərqi 10 aya böldükdə (1 472 000 : 10) hər ay üzrə artım 147 200 manat müəyyən edilmiş olur. Sözsüz ki, Binəqədi rayonunda yerləşən heç bir əmlakın dəyəri hər ay 147 200 manat artım müşahidə edilmir. Belə bir nəticəyə gəlmək olar ki, ekspertin göstərilən rəqəmləri necə əldə etməsi müəmma yaradır. İkinci hal ondan ibarətdir ki, məhkəmə mühasibatlıq ekspertizası nəticəsi düzgün aparılmamışdır. Belə ki, hər 3 tranş üzrə hesablamalar düzgün aparılmamışdır. 1-ci tranş üzrə (193804 ABŞ dolları) faiz borcu azaldılmışdır. Kredit müqaviləsinin 6.2-ci bəndini nəzərə almamışdır. Qeyd edilən bəndə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən edilmiş illik faiz dərəcəsinin 2 misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Müqavilənin 1.1-ci bəndində illik faiz dərəcəsi 6 faiz müəyyən edilmişdir. 2 misli dedikdə illik 12 faiz olmaqla cərimə hesablanacaqdır. Ekspert müqavilənin bu bəndini nəzərə almadan rəyi tərtib etmişdir. Belə ki, 2741.95 ABŞ dolları cərimə borcunu faiz borcundan silinmə kimi qəbul etmiş və faiz borcunu azaltmışdır. 2-ci tranş üzrə ekspert rəyinə əsasən əsas borc, faiz borcu və illik 5 faiz borcu azaldılmışdır. Eyni ilə 1-ci tranş kimi bu tranş üzrə də cərimə borcuna ödənilmiş 3472,95 ABŞ dolları məbləği ekspert əsas borca ödəniş kimi qəbul etmiş, nəticədə əsas borcu azaltmış və ona nisbətdə faiz və illik 5 faiz borcunu az qeyd etmişdir. 3-cü tranş üzrə borca gəldikdə isə, ekspert əsas, faiz və illik 5 faiz borcunu azaltmışdır. Belə ki, faiz borcuna silinmə maliyyə arayışında 28 311.48 ABŞ dolları qeyd edildiyi halda ekspert rəyində isə 28108,91 ABŞ dolları qeyd edilmişdir. Nəticədə 202.57 ABŞ dolları əsas borca ödəniş kimi qəbul edilmiş və əsas borc azaldılaraq 369 724.23ABŞ dolları müəyyən edlmişdir. Rəydə göstərilən əsas borca nisbətdə faiz və illik 5 faiz borcu da azaldılmışdır. Halbuki ekspert müqavilənin 3.6-cı bəndində qeyd edilən silinmə ardıcıllıqlarını nəzərə almamışdır. Bənddə qeyd edilmişdir ki, borc alanın xeyrinə həyata keçirilən ödəniş onun borc verən qarşısında cari tarixə bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin icrası üçün kifayət etmədikdə, müvafiq pul vəsaitləri borc alanın borc verən qarşısında bu müqavilə üzrə mövcud bütün borc öhdəliklərinin ödənilməsinə növbəlilik qaydasında aparılır. 1-ci növbədə məhkəmə və ya məhkəmədənkənar qaydada tələbin irəli sürülməsi və bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasına nail olmaq üçün borc verənin xərcləri, cərimə, penya hesablanmış faiz, əsas borc sonuncu silinir. Lakin ekspert müqavilənin 3.6-cı bəndini nəzərə almadan rəy tərtib etmişdir. Nəticədə əsas borcun azaldılması faiz və illik 5 faiz borcunun azalmasına səbəb olmuşdur. Üçüncü hal ondan ibarətdir ki, əmlakın boşaldılması əsassız qaydada təmin edilməmişdir. Belə ki, İpoteka haqqında qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Düzdür, sözügedən maddə üzrə ipoteka predmeti olaraq yaşayış evi və mənzil göstərilmişdir. Lakin qeyri-yaşayış sahələri üçün əmlakın boşaldılması mexanizmini tənzimləyən norma olmadığı üçün göstərilən normanın tətbiq edlməsi zəruridir. Belə ki, əmlakın boşaldılaraq təhvil verilməsi qətnamədə də qeyd edildiyi kimi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsinin ayrılmaz tərkibidir. Məhkəmə qərarında da belə bir normanın olmamağını qeyd edir. Belə olduğu təqdirdə qanunun analogiyası tətbiq edilməlidir. X4 haqqında Azərbaycan Respublikası Konstitusiya Qanunun 16-cı maddəsinə əsasən hüququn və qanunun analogiyasından istifadə olunmasını istisna edən hallar bunlardır: qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda. Göstərilən hal üzrə qanunun analogiyasını istisna edən hallar mövcud deyildir. Sözsüzki əmlakın boşaldılması prosesi tutma mərhələsi yekunlaşdıqdan sonra həyata keçirilir. Tələbdə əmlakın boşaldılması tutma yönəldikdən sonrakı mərhələni nəzərdə tutur. Yəni əmlakın yeni mülkiyyətçisi olduqda boşaldılıb təhvil verilməsi yeni mülkiyyətçiyə olacaqdır.
24. Cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi qətnamə üzrə tutulan cərimə hissəsində cavabdehlərin artıq maliyyə vəziyyətinin pisləşməsi barədə məlumatlı olsa da ədalətsiz qətnamə qəbul edərək onların vəziyyətini daha da ağırlaşdırmışdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi məhkəmə cavabdehlərdən 1-ci tranş üzrə 5430 ABŞ dollar, 2-ci tranş üzrə 10400 ABŞ dollar, 3-cü tranş üzrə 11000 ABŞ dollar məbləğində cərimə tutulmasını qət etmişdir. Bu zaman məhkəmə 63-cü abzasında iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almasını qeyd etmişdir. Lakin məhkəmə qətnaməsindən görünən odur ki, cavabdehlərin bütün mənafelərini (pul, əmlak, vəs.) nəzərə alınmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə qoyulan öhdəlikdən başqa qeyd olunmalıdır ki, Qanuni nümayəndə uğursuz biznes fəaliyyəti nəticəsində müflis olmuşdur. Bu isə şəxsin artıq maliyyə vəziyyətinin tam aşağı olmasını göstərir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
26. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçı "xxxx" ASC tərəfindən iddianın təmin olunmayan hissəsində tam və cavabdeh Qanuni nümayəndə tərəfindən dəbbə pulu hissəsində qismən mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətlərii təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-42/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh4 MMC arasında 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 48 ay müddətində (28 iyun 2023-cü il tarixədək) 1 000 000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 6% ödəmək şərtilə bərpa olunmayan kredit xətti açmağı, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri iddiaçıya ödəməyi, habelə kreditdən təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə kreditin 3 tranşda verilməsi razılaşdırılmışdır; 28 iyun 2019-cu il tarixli 759 nömrəli kredit xətti müqaviləsinə 21 iyul 2020-ci il tarixli əlavə saziş bağlanaraq kredit restrukturizasiya edilmiş, 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişə 01 nömrəli əlavə olan ödəniş cədvəllərinə əsasən, ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 193 804 ABŞ dolları əsas borc, 18530,06 ABŞ dolları faiz borcunun (1-ci tranş), ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 375 154,9 ABŞ dolları əsas borc, 34876,49 ABŞ dolları faiz borcunun (2-ci tranş), ilk ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 387 608,43 ABŞ dolları əsas borc, 36778,39 ABŞ dolları faiz borcunun (3-cü tranş) ödənilməsi razılaşdırılmışdır; adıçəkilən kredit xətti və əlavə saziş üzrə üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1, Qanuni nümayəndə və Cavabdeh2 ilə müvafiq olaraq 28 iyun 2019-cu il və 01 iyul 2019-cu il tarixli zaminlik müqavilələri və 21 iyul 2020-ci il tarixdə 01 nömrəli əlavə sazişlər bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. kreditlərin müddəti 1-ci tranş üzrə xx.xx.2022- ci il tarixədək, 2 və 3-cü tranş üzrə müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixədək olmuşdur. İş materiallarından görünür ki, 28 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iddiaçı və cavabdehlər Cavabdeh4 MMC və Qanuni nümayəndə iştirak etmiş, qeyd olunan tarixdə 2 və 3-cü tranş üzrə kreditlərin müddəti başa çatmış, 1- ci tranş üzrə isə başa çatmamışdır. Beləcə iddiaçı kredit müqaviləsi üzrə əsas borcun tələb edilməsi ilə 1-ci tranş üzrə də müqavilənin ləğvi ilə bağlı iradəsini ifadə etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Belə olan halda, iddiaçının xx.xx.2022-ci il tarixdə borcalan Cavabdeh4 MMC-yə bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Odur ki, 2-ci tranş üzrə kreditin müddəti xx.xx.2022-ci il və 3-cü tranş üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən, iddiaçı 2 və 3-cü tranş üzrə müvafiq olaraq xx.xx.2022 və xx.xx.2022-ci il tarixədək, 1-ci tranş üzrə isə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsas və müqavilə müddətinə faiz) məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər, iddiaçı isə 19 sentyabr 2024-cü il tarixli ekspert rəyindən ekspertin silinmələri düzgün aparmadığına istinad edərək ekspert rəyi ilə razılaşmamışdır. Halbuki iddiaçının nümayəndəsi (xx.xx.2024-cü il tarixli məhkəmə iclası) məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iddia tələblərini ekspert rəyi ilə sistemlərində uyğunlaşdırma aparmaqla dəqiqləşdirmişlər. Belə olan halda, məhkəmə bildirir ki, iddiaçının bir tərəfdən ekspert rəyinə uyğunlaşdırma aparmaqla tələbini dəqiqləşdirdiyi halda, digər tərəfdən ekspertin rəyini mübahisələndirməsi ilə bağlı mövqeyi ziddiyyətli olmaqla əsassızdır. Cavabdeh4 MMC-yə məxsus ******************** nömrəli bank hesabından xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinin verilmə tarixindən sonra hər hansı ödəniş olmadığı görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinə əsasən, 21 iyul 2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixə əsas borc 181 359,38 ABŞ dolları, faiz borcu 5319,9 ABŞ dolları, 2-ci tranş üzrə əsas borc 345 470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü tranş üzrə əsas borc 369 724,23 ABŞ dolları, faiz borcu 17111,28 ABŞ dolları təşkil edir. İddiaçının 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə biləcəyini nəzərə alan məhkəmə qeyd edir ki, ekspert tərəfindən faiz borcu üzrə hesablamaya (rəyin təsviri hissəsində 1-ci tranş üzrə hesablama cədvəli) əsasən, xx.xx.2022-ci il tarixə faiz borcu 4987,41 ABŞ dolları təşkil edir, iyul və avqust ayı üçün hər günə düşən faiz borcu isə 30,23 ABŞ dollarıdır. Belə olan halda aydın olur ki, 2 günün (26.07.və xx.xx.2022) faiz məbləği 60,46 ABŞ (2*30,23) dolları təşkil edir. Beləliklə, müəyyən olunur ki, 1-ci kredit tranşı üzrə müqavilədən imtina edilən xx.xx.2024cü il tarixə faiz borcu 5047,87 (xx.xx.2022-ci il tarixə 4987,41 ABŞ dolları + 2 gün üçün faiz borcu 2*30,23) ABŞ dollarıdır. Yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən kənara çıxmamaq şərtilə (iddiaçının bəzi borcları ekspertin müəyyən etdiyi məbləğdən az tələb etdiyi nəzərə alınaraq) məhkəmə bu qənaətə gəlir ki, 28.06 2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi və 759 nömrəli kredit xətti müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən 1-ci kredit tranşı (193 804 ABŞ dolları) üzrə əsas borc 180 783,09 ABŞ dolları, faiz borcu 5047,87 ABŞ dolları, 2-ci kredit tranşı üzrə (375 154,90 ABŞ dolları) əsas borc 345 470,28 ABŞ dolları, faiz borcu 5207,86 ABŞ dolları, 3-cü kredit tranşı üzrə (387 608,43 ABŞ dolları) əsas borc 369 724,23 ABŞ dolları, faiz borcu 17111,28 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixdə bağlanmış 759 nömrəli kredit xətti müqaviləsi üzrə 1-ci tranş üzrə 180 783,09 ABŞ dolları əsas borc, 5047,87 ABŞ dolları faiz borcu, 2-ci tranş üzrə 345 470,28 ABŞ dolları əsas borc, 5207,86 ABŞ dolları faiz borcu, 3-cü tranş üzrə 369 724,23 ABŞ dolları əsas borc, 17 111,28 ABŞ dolları faiz borcu cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi müqaviləsinin 6.2-ci bəndlərinə əsasən, Borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün Müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə Borc verən tərəfindən Borc alan penya hesablana bilər. 28 iyun 2019-cu il tarixli 759/3 nömrəli, 01 iyul 2019-cu il tarixli 759/4 nömrəli və 759/5 nömrəli zaminlik müqavilələrinin 1.3-cü bəndləri ilə zaminlər təsdiq etmişlər ki, kredit üzrə penya gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 1.3.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Həmin müqavilələrin 1.4-cü bəndləri ilə zaminlərin iddiaçı qarşısında məsuliyyətinin əsaslarını o cümlədən faizlərin, penyanın və digər maliyyə sanksiyalarının kredit müqaviləsində nəzərdə tutulmuş müddətlərdə ödənilməməsi üzrə borcalanın kredit müqaviləsi üzrə iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməməsi təşkil edir. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, borcalan müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 1-ci tranşı üzrə sonuncu ödəniş xx.xx.2022-ci il, 2-ci tranşı üzrə sonuncu ödəniş xx.xx.2022-ci il, 3-cü tranşı üzrə sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq cavabdehlərdən tutulmalı cərimə məbləğinin xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 5430 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 10400 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 11000 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 5430 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 10400 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 11000 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinin 2-ci tranşı üzrə xx.xx.2022-ci il, 3-cü tranş üzrə xx.xx.2022-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixədək tutulmalıdır. 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ üzrə hesablama ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 1-ci tranşı üzrə kreditdən istifadəyə görə faiz borcunu xx.xx.2022-ci il tarixə, əsas borca illik beş faizlə ilə hesablanmış məbləği xx.xx.2022-ci il tarixdən hesablanmaqla tələb edir. Lakin məhkəmə müəyyən etmişdir ki, 1-ci tranş üzrə kredit xx.xx.2022-ci il tarixdən xitam edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan 10 gün üçün faiz borcu tələb edildiyindən, lakin həmin müddət üçün kreditdən istifadəyə görə faiz hesablana bilmədiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən həmin müddət üzrə də əsas borca illik beş faizlə məbləğ hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, 1-ci tranşı üzrə əsas borca illik beş faizlə hesablanmış məbləğ xx.xx.2022-ci il tarixdən iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixədək tutulmalıdır. 19 sentyabr 2024-cü il tarixli 9/5343 nömrəli ekspert rəyinə əsasən, 1-ci tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 19219,06 ABŞ dolları, 1 günə düşən məbləğ isə 25,19 ABŞ dolları, 2ci tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 37809,80 ABŞ dolları, 1 günə düşən məbləğ isə 47,98 ABŞ dolları, 3-cü tranş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 39745,35 ABŞ dolları, 1 günə düşən məbləğ isə 51,35 ABŞ dolları təşkil edir. Belə olan halda, xx.xx.2024-cü il tarixə illik 5 faizlə hesablanan məbləğ 1-ci tranş üzrə 20303,14 (1 günə düşən məbləğ 25,19*806 gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan 10 gün + xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə olan 796 gün) ABŞ dolları, 2-ci tranş üzrə 39393,14 (xx.xx.2024-cü il tarixə 37809,8 + xx.xx.2024-cü il tarixədək 33 gün üçün 33*47,98) ABŞ dolları, 3-cü tranş üzrə 41439,9 (xx.xx.2024-cü il tarixə 39745,35 + xx.xx.2024-cü il tarixədək 33 gün üçün 33*51,35) ABŞ dolları təşkil edir. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 19986,57 ABŞ dolları, 2-ci kredit tranşı üzrə 39393,14 ABŞ dolları, 3-cü kredit tranşı üzrə 41439,9 ABŞ dolları məbləğində pul cavabdehlər Cavabdeh4 MMC, Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) və Cavabdeh1 (İpoteka qoyan qismində) arasında bağlanmış, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan (reyestr nömrəsi - **********40- 06301) Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsində istifadədə olan 0,06225 ha torpaq sahəsində yerləşən 51C nömrəli 1338,7 kv.m ümumi, 1193,8 kv.m əsas, 144,9 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri- yaşayış binası olan olan xx.xx.2019-cu il tarixli 759/1 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 759 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti - 1.000.000,00 (bir milyon) manat; kreditin xəttinin müddəti - 48 (qırx səkkiz) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 6 (altı) % (2.1.3); kredit xətti üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (2.1.5). Həmin müqavilələrə 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, bu Sazişin bağlandığı tarixə Borc alanın İpoteka saxlayan qarşısında ipoteka ilə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki: Müqavilənin 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin: “2.1.5. kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə borcun restrukturizasiya edildiyi tarixindən etibarən 6 (altı) aylıq dövr ərzində kredit xətti çərçivəsində verilmiş hər bir tranş üzrə Borc alana güzəşt müddəti təyin edilir. Qeyd edilən müddət ərzində əsas borc üzrə hər hansı ödəniş aparılmır. Güzəşt müddəti ərzində faizlərin ödənilməsi və güzəşt müddəti bitdikdən sonra əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər tranş üzrə tərtib olunan ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi üzrə 48 ay müddətinə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi, 51C qeyri-yaşayış binası, müalicə mərkəzinin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. İddiaçı (İpoteka saxlayan qismində) ilə Cavabdeh4 MMC (Borc alan qismində) və Cavabdeh2 (İpoteka qoyan qismində) arasında bağlanmış, ipoteka predmeti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li çıxarışa əsasən ipoteka qoyanın mülkiyyətində olan (reyestr nömrəsi - **********91-05101-083002) ünvan 5 ünvanında yerləşən 5 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində 197,2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan xx.xx.2019-cu il tarixli 759/2 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin predmetini Müqavilənin 1.2-ci bəndində göstərilən kredit xətti müqaviləsinə əsasən Borc alanın İpoteka saxlayan qarşısında götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə İpoteka qoyana mülkiyyət hüququ ilə məxsus olan Müqavilənin 1.3-cü bəndində göstərilən əmlakın İpoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi təşkil edir (1.1). Bu Müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik Borc alanla İpoteka saxlayan arasında bağlanmış xx.xx.2019-cu il tarixli 759 saylı Kredit xətti müqaviləsindən irəli gələn bütün pul tələbləridir. İpoteka predmeti olan əmlak İpoteka saxlayanın tələblərini faktiki təminat məqamında, əsas borc, faizlər, penya, İpoteka saxlayana dəymiş zərər və bu Müqavilə üzrə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi ilə bağlı xərclər də daxil olmaqla, tam həcmdə təmin edir (1.2). Kredit xətti müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən kredit Borc alana aşağıdakı mühüm şərtlərlə verilir (2.1): kreditin xəttinin limiti - 1.000.000,00 (bir milyon) manat; kreditin xəttinin müddəti - 48 (qırx səkkiz) ay; kredit xətti üzrə illik faiz dərəcəsi - 6 (altı) % (2.1.3); kredit xətti üzrə penya - gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 2.1.3-cü yarımbənddə nəzərdə tutulmuş illik faiz dərəcəsinin 2 (iki) misli miqdarında illik faiz dərəcəsi ilə hesablanır. Kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: Kredit xətti çərçivəsində hər tranşın təqdim olunduğu tarixdən ilk 6 (altı) aylıq dövr ərzində Borc alana güzəşt müddəti müəyyən edilir, bu müddət ərzində kredit üzrə əsas borcun qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilmir. Güzəşt müddəti bitdikdən sonra kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi Annuitet ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir (2.1.5). Həmin müqavilələrə 21 iyul 2020-ci il tarixli 01 nömrəli əlavə sazişlərdən görünür ki, bu Sazişin bağlandığı tarixə Borc alanın İpoteka saxlayan qarşısında ipoteka ilə təmin edilmiş kredit xətti müqaviləsi üzrə əsas borcunun məbləği 956 567,33 ABŞ dolları təşkil edir. Tərəflər bu Sazişin 1-ci maddəsinə müvafiq olaraq razılığa gəldilər ki: Müqavilənin 2.1.5-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin: “2.1.5. kreditin qaytarılması və hesablanmış faizlərin ödənilməsi qaydası: kredit xətti üzrə borcun restrukturizasiya edildiyi tarixindən etibarən 6 (altı) aylıq dövr ərzində kredit xətti çərçivəsində verilmiş hər bir tranş üzrə Borc alana güzəşt müddəti təyin edilir. Qeyd edilən müddət ərzində əsas borc üzrə hər hansı ödəniş aparılmır. Güzəşt müddəti ərzində faizlərin ödənilməsi və güzəşt müddəti bitdikdən sonra əsas borcun qaytarılması və hesablanmış faizlərin ödənilməsi hər tranş üzrə tərtib olunan ödəniş cədvəllərinə müvafiq olaraq həyata keçirilir”. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, xx.xx.2019-cu il tarixli 759 saylı kredit xətti müqaviləsi üzrə 48 ay müddətinə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 64 (qys) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilən İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan və sonuncu tərəfindən iddiaçıya ünvanlanan məktublardan yuxarıda qeyd edilən 2 ipoteka predmetinə münasibətdə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatın alındığı təsdiqlənir. Məhkəmə ipoteka müqavilələrin bağlanmasının üzərindən xeyli müddət keçdiyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 289/2023 nömrəli qərardadı yuxarıda qeyd edilən 2 əmlakın likvid və real bazar dəyərinin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Sonuncu tərəfindən aparılmış qiymətləndirmələr ilə məhkəmə əsassızlığına görə razılaşmamış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-289/2023 nömrəli komission məhkəmə tikinti-texniki ekspertizası haqqında qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252- 9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki: Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 4647000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 4182000.0 manat; ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 462000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 416000.0 manat məbləğində təşkil edir. Məhkəmə 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252-9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının komission qaydada aparıldığını və tədqiqatın aparılmasında 4 ekspertin iştirak etdiyini nəzərə alaraq hesab edir ki, adıçəkilən ipoteka predmetlərinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/252-9/183 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilən likvid qiyməti həmin əmlakların ilkin satış qiyməti kimi müəyyən edilməlidir.
32. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əsas borc və faiz məbləği ekspert rəyi əsasında müəyyən edilib, ekspert rəyinin mötəbərliyini şübhə altına alan dəlillər və sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilmiş və məhkəməyə rəy təqdim edilmişdir. İddiaçı ipoteka predmetinin yüksək dəyərləndirilməsini əsas gətirərək ekspert rəyi ilə razılaşmadığını bildirir. Kollegiya qeyd edir ki, ipoteka predmetinin yüksək məbləğdə dəyərləndirilməsi kreditor və ipoteka saxlayanın mənafeyi üçün hər hansı risk və təhlükə doğurmur, əksinə kreditorun maraqlarının təmin edilməsinə və borc məbləğinin tam ödənilməsinə yönəldilir. Yekun olaraq ipoteka predmetinin dəyərinin yüksək məbləğdə müəyyən edilməsi kreditorun hər hansı hüququnu pozmur. Digər tərəfdən, iddiaçı ipoteka predmetinin dəyərinin reallığı əks etdirmədiyini bildirsə də bununla bağlı məhkəməyə ekspert rəyini təkzib edən və ya ipoteka predmetinin real dəyərinin müəyyən edilməsinə yönəlmiş hər hansı sübut təqdim etməmişdir. İpoteka predmetlərinin boşaldılması tələbi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyil, belə ki, AR MM-nin 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi bu hüquqa mülkiyyətçi sahibdir, iddiaçı isə mülkiyyətçi deyil sadəcə ipotekasaxlayandır, gələcəkdə qətnamənin icra edilməsi mərhələsində hərracın qalibinin şəxsiyyəti müəyyən deyil, xülasə olaraq mövcud hazırkı vəziyyət iddianın həmin hissədə təmin edilməsinə rəvac vermir.
33. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin dəbbə pulunun tutulması hissəsində maddi hüquq normalarını düzgün tətbiq etmiş, dəbbə pulunun məbləği ilə bağlı ədalətli və qanuni nəticəyə gəlmişdir. AR MM-nin 467-ci maddəsinin tələbinə əsasən məhkəmənin yüksək məbləğdə dəbbə pulunu azaltmaq səlahiyyəti borclunun əmlak mənafeyini, əsas borca mütənasibliyini nəzərə alaraq və ədalət, insaf, humanizm prinsiplərinə dayanaraq həyata keçirilir. Bundan əlavə, dəbbə pulu öhdəliyin icra edilməsinin təmini üsullarından biridir və borclunu öhdəliyi vaxtında icra etməsi üçün intizamlandırmaq xarakteri daşıyır, kreditorun haqlı maraqlarının təmin edilməsinə yönəlib. İş materiallarından da müəyyən edilir ki, borclular kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməmişlər, nəticədə kreditorun mənafeyini təhlükəyə məruz qoymuşlar. Tərəflər arasında imzalanmış müqavilələrdə dəbbə pulunun ödənilməsi öhdəliyi birbaşa göstərilmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC və cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-42/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.