Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-224/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin CavabdehMMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC CavabdehMMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, CavabdehMMC ilə bağlanmış 147K/12 nömrəli, 1012.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixə Cavabdeh MMC-nin ləğv prosesində olan İddiaçı ASC qarşısında 7.285 manat əsas borc, faiz borcu üzrə 7.450,29 manat, cərimə borcu üzrə 3.575,60 manat, kredit üzrə müddət bitəndən sonra illik 5% ilə hesablanan borc 1.539,05 manat, cəmi 19.850,41 manat borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 147K/12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən “Cavabdeh" MMC-yə 24 (iyirmi dörd) ay müddətinə 19 %-lə 11,000.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh MMC-nin mülkiyyətində olan 2012-ci il buraxılışlı, 1 (bir) ədəd Toyota Corolla (Ban № JTNBV58EXOJ197465, qeydiyyat nişanları: 10PL190 mühərrik 1088402, rəngi qara, sedan tipli, İstehsal tarixi 2012-ci il) markalı avtomobili girov predmeti kimi banka təqdim edilmiş və bu barədə xx xxxxxx 2012-ci il tarixli, 147K/12 nömrəli girov müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81 )-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən X2 İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddia tələbinin hüquqi əsası kimi yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 465.2, 467, 445.2-ci maddələrinə istinad olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etməkdə haqlı olmamışdır. Borcluya kredit borcunun ödənilməsi barədə pretenziya məktubları göndərilsə də, öhdəlik icra olunmamışdır. İddiaçının iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı mövqeyi öyrənilməmiş, iddiaçının subyektiv hüququnun pozulub-pozulmadığı ilə bağlı məsələni məhkəmə həll etməmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş təminatlı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2012-ci il tarixli 147K/12 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən “borc verən” “borc alana” 11.000 AZN məbləğində 24 ay müddətinə illik 19 faizlə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri həmin müddətdə geri qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 147K/12 saylı girov müqaviləsindən görünür ki, kredit öhdəliyinin təminatı kimi CavabdehMMC-nin mülkiyyətində olan “Toyota Corolla” markalı avtomobil bank qarşısında girov qoyulmuş və tərəflərin razılığı ilə avtomobil 18000 AZN dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nəqliyyat X1 əsasən, “Toyota Corolla”minik markalı, **-PL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilmiş çıxarışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 147K/12 saylı girov müqaviləsi 066643 nömrəli ilə xx xxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1404/2016 saylı qərarı ilə, İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, X2 isə İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə cavabdehin əsas borcu – 7.285,47, faiz borcu – 7.450,29, kredit üzrə maliyyə arayışının təqdim edilmə gününə cərimə borcu – 3.575,60 olmuş, kredit üzrə sonuncu dəfə xx.xx.2013-cü il tarixdə 1.687,55 manat ödəniş edilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə xəbərdarlıq məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, xx.xx.2012-ci il tarixli, 147K/12 saylı kredit müqaviləsi üzrə borcun 5 iş günü müddətində tam ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab edir ki, iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair xx.xx.2014-ci il tarixli qərarında da öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən kredit öhdəliyi üzrə sonuncu ödəniş xx.xx.2013-cü il tarixdə edilmişdir. Öhdəliyin icra müddəti xx.xx.2014-cü ildə, öhdəlikdən irəli gələn tələb üzrə iddia müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. İddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən mübahisə həll edilərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozulduğunu, iddia müddətinin tətbiqini istisna edən halların mövcudluğunu əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-224/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-224/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver