Məhkəmə qərarları › İş №2-2(103)-224/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-224/2023

02.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-224/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23500 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti olan 39950 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə faiz olaraq 4609 manat məbləğinin və mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğinin, məhkəməyə müraciət edərkən ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 44779 manat pul məbləğinin cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 MMC, onun təsisçisi Cavabdeh2, direktoru Cavabdeh3 birgə fəaliyyət göstərirlər və qarşılıqlı olaraq bir-biri ilə bağlıdırlar. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 MMC-nin direktoru olan digər Cavabdeh3 atasıdır, onlar birlikdə sahibkarlıq fəaliyyətini həyata keçirməklə Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən istixananı birgə idarə ediblər. Cavabdehlər istixananın istifadəsi üçün lazım olan gübrə və pestisidlərin təmin edilməsi üçün İddiaçı1 MMC ilə alqısatqı münasibətlərində olmaqla malları (gübrə və pestisidləri) iddiaçıdan əldə ediblər. Tərəflər arasında əqdin mövcudluğunu və alqı-satqı əməliyyatları yazılı tərtib olunmuş, təqdim etmə və qəbulu təsdiq edən satış qaimələri mövcuddur. Həmin qaimələr təsdiq edir ki, mallar Abşeron rayonu Zirə qəsəbəsində yerləşən istixanada cavabdehlərə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilib və mallar Cavabdeh2 tərəfindən qaimələrə imza qoyulmaqla qəbul edilib. Qaimələrə əsasən, 29 avqust 2017-ci il tarixdə 8904,20 manat, 19 sentyabr 2017-ci il tarixdə 3279,75 manat, 01 iyun 2018-ci il tarixdə 30745,55 manat, 03 avqust 2018-ci il tarixdə 238,14 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehlərə təhvil verilmişdir. Cavabdehlər tərəfindən alınmış malların əvəzi iddiaçıya ödənilmədiyindən yaranmış borc məbləğinin mövcudluğunu təsdiq etmək və ödəniş vaxtını razılaşdırmaq üçün iddiaçı ilə cavabdehlər arasında, onları təmsil edən Cavabdeh2 şəxsində 18 iyul 2020-ci il tarixli üzləşmə aktı tərtib edilmiş və imzalanmışdır. Üzləşmə aktından görünür ki, həmin tarixədək gübrə və pestisidləri aldıqlarına görə cavabdehlərin iddiaçıya 23.500 ABŞ dolları məbləğində borcu yaranmışdır. Həm üzləşmə aktından, həm də 18 iyul 2020-ci il tarixli üzləşmə aktına əlavədən aydın olur ki, cavabdehlər Cavabdeh2 şəxsində təsdiq olunmuş 23500 ABŞ dollarını 30 noyabr 2020-ci ilədək ödəməyi öhdələrinə götürüblər. Tərəflər arasında gübrə və pestisidlərinin alğı-satqı münasibətlərinin əvəllər mövcud olduğu və davam etdiyi Cavabdeh1 MMC arasında 12 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsi, həmçinin Cavabdeh2 şəxsində cavabdehlərlə iddiaçı arasında bağlanılmış 18 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə də təsdiq olunur. Həmin müqavilələrin bağlanması sonrakı münasibətlərdə cavabdehlərin birinin digərindən fərqləndirilməsinə və məsuliyyətinin konkretləşdirilməsinə yönəlmişdir. Cavabdehlərin müştərək məsuliyyət daşımasının əsasını həm də birgə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi, iddiaçıdan alınmış malların istifadə olunduğu sahibkarlıq obyektinin bir və eyni olması, habelə Abşeron rayonu, Zirə qəsəbəsində yerləşən istixananın əvvəllər Cavabdeh2 məxsus olması, sonradan onun təsisçisi olduğu Cavabdeh1 MMC-nin sahibliyinə keçməsidir. İddiaçı ilə Cavabdeh1 MMC arasında 12 iyun 2020-ci il tarixdə bağlanmış müqaviləni MMC-nin təsisçisi Cavabdeh2 imzalamışdır. Qeyd olunan müqavilənin Cavabdeh2 tərəfindən imzalanmasına digər cavabdeh, MMC-nin direktoru Cavabdeh3 tərəfindən müqavilə imzalanan zaman etiraz edilməməsi, cavabdehlərin birlikdə hərəkət etdiyini göstərir. Göstərilənlərə əsasən cavabdehlər öhdəliklərin yerinə yetirilməməsinə görə birgə cavabdehlik daşımalıdırılar. Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 39950 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı1nə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 197 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı1nə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd təmin edlməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh2 tərəfindən Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyindən Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-969/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı1 MMC-nin apellyasiyasının icraata qəbul edilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh3 qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qərardadı ilə İddiaçı1 MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qərardadı ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan şikayət verilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı1 MMC ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş üzrə iddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, İddiaçı1 MMC tərəfindən verilmiş ərizəni araşdıraraq, hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 MMC-nin apelyasiya şikayətindən imtina etməsi və həmin iş üzrə apellyasiya icraatına xitam verilməsi işdə iştirak edən şəxslərin hüquq və mənafelərinə toxunmur, həmçinin qanuna zidd deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı iddiaçıya münaibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İddiaçı eyni zamanda məhkəməyə göndərdiyi ərizədə tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını da xahiş etmişdir. Apellyasiya şikayətindən görünür ki, **********23 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırda iddiaçı apellyasiya şikayətindən imtina etdiyindən və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verildiyindən apellyasiya şikayəti verilərkən ödənilmiş 110 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2 (113)-562/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına İddiaçı1 MMC-yə münasibətdə xitam verilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 110 manat məbləğində dövlət rüsumu İddiaçı1 MMC-yə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar