Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-226/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh MMC-yə və “CartPool” GMBH –ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddiası üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2 (81)-377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC (hazırda adı “xxxx” ASC) cavabdehlər Cavabdeh MMC-nə və “CartPool” GmbH –ya qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı İKB ASC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 159.717,19 manat faiz, 176.943,07 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 21.959,35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 358.619,61 manat borcun; Cavabdeh MMC-dən və “CartPool” GMBH-dən müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 483.000 manat əsas, 173.895,11 manat faiz, 144.107,64 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 45.353,75 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 846.356,5 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 26 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh MMC İddiaçı İKB ASC-dən illik 13 faizlə 36 ay müddətinə 400.000 manat məbləğində və 2013-cü il 23 oktyabr tarixli kredit müqaviləsinə əsasən illik 13 faizlə 36 ay müddətinə 500.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq “CartPool” GmbH ilə xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı qeyd olunanlara əsaslanaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nə qarşı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 125069,04 manat faiz borcu, gecikməyə görə illik 5 faiz hesablanmaqla 8832,52 manat, ümumilikdə 133901,56 manat faiz borcu və 4000 manat cərimə borcu, xx xxxxxxx 2013cü il tarixli kredit müqaviləsi üzrə 483000 manat əsas borc, 173718,86 manat faiz borcu, gecikməyə görə illik 5 faiz hesablanmaqla 45353,75 manat faiz məbləği, 10000 manat məbləğində cərimə və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin faiz borcunun məbləğlərini müəyyən edərkən iş materiallarındakı ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə faiz borcunun məbləği düzgün müəyyən edilməmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixdə bankdan aldığı 400.000 manat kredit məbləğini gecikmələrlə ödəmişdir. xx.xx.2013-cü il tarixli müqaviləsi üzrə isə əsas borcu ödəməmiş, faiz borcunu isə sonuncu dəfə xx.xx.2014-cü il tarixdə ödəmişdir. Kredit borcu vaxtında ödənilmədiyinə görə borcluya əlavə faiz və cərimə hesablanmışdır. Bundan əlavə ekspert cərimə ilə bağlı suala cavab verməmişdir. İş üzrə rəy vermiş ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməli və ya iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə dəbbə pulu məbləğini azaldarkən kreditorun mənafeyini nəzərə almamış, MM-nin 467-ci maddəsinin tələbini pozmuş, faiz və cərimə borcunun kredit müqaviləsinin şərtlərinə uyğun hesablandığını nəzərə almamışdır. Müqavilə üzrə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmasına baxmayaraq zaminə qarşı hissədə iddianı rədd etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehlərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh “Cavabdeh» MMC-dən dəbbə pulu tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən iddiaçı “xxxx” ASCnin xeyrinə xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 48300 manat dəbbə pulu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə iddiaçı tərəfindən iddianın təmin edilmədiyi hissədə mübahisələndirilir və məhkəmə tərəfindən qətnamənin qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə yoxlanılır. İş materiallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh MMC arasında iki kredit müqaviləsi bağlanmışdır. xx xxxx 2013-cü il 6-BİZ-1-0-87-13 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 13% olmaqla 400.000 AZN manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, krediti və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh MMC-nin 6-BİZ-1-0-87-13 nömrəli kredit müqaviləsi üzrə banka xx xxxxxxxx 2018-ci il tarixinə hesablanmış faiz borcu qalığı 168.542,34 manat, cərimə borcun qalığı 176.943,07 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 21.959,35 manat olmaqla, cəmi 367444,76 manat təşkil edir. İddiaçı İKB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2013-cü il 6-BİZ- 2-0-95-13 nömrəli kredit müqaviləsinə əsasən borc verən borc alana 36 ay müddətinə, illik 13% olmaqla 500.000 AZN manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxxx 2013-cü il 6- BİZ-2-0-95-13 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi zamin “Cartpool” Gmbh (Seyşel adalarında qeydiyyatdan keçmiş hüquqi şəxs) arasında xx xxxxxxx 2013-cü il 6-BİZ-2-0-95-13 (Z) nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh MMC -nin 6-BİZ-2-0-87-95 nömrəli kredit müqaviləsi üzrə banka əsas borc üzrə qalıq məbləği 483.000 manat, faiz borcu qalığı 259.440,6 manat, cərimə borcun qalığı 144.107,64 manat, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 45353,75 manat olmaqla, cəmi borcu 886548,24 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xx xxxx 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə cavabdehlərin üzərlərinə götürdüyü ödəniş öhdəliklərini 5 gün müddətində yerinə yetirməkləri tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9674 saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxx 2013-cü il tarixli 6-BİZ-1 -0-87-13 say kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, Cavabdeh MMC-nin İddiaçı İKB ASC-yə xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) olan cəmi borcu 506.926,8 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 381.857,81 manat, faiz borcu 125.069,04 manat. Tərəflər arasında imzalanmış xx xxxx 2013-cü il tarixli 6-BİZ-1-0- 87-13 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi 5% ilə hesablanmaqla, xx.xx.2018-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı İKB ASC-nə olan cəmi borcu 133.901,56 manat məbləğində müəyyən edilir. xx xxxxxxx 2013-cü il tarixli 6- BİZ-2-0-95-13 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə Cavabdeh MMC-nin İddiaçı İKB ASC -nə olan borcu 656.718,86 manat məbləğində müəyyən edilir, o cümlədən:əsas kredit borcu 483.000 manat, faiz borcu 173718,86 manat, xx xxxxxxx 2013-cü il tarixli 6-BİZ-2-0-95-13 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək illik faiz dərəcəsi 5% ilə hesablanmaqla, xx.xx.2018-ci il tarixə Cavabdeh MMC- nin İddiaçı İKB ASC -nə olan borcu 702.134,24 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 483.000,0 manat, faiz borcu 219.134,24 manat. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-377/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 24276 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi daha əvvəlki ekspert rəyi ilə eynilik təşkil etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh MMC-nin kredit müqavilələri üzrə borcunun məbləğini ekspert rəyini əsas götürərək müəyyən etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 442-ci maddələrinə istinad edərək iddianı əsas borcluya qarşı hissədə qismən təmin etmişdir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərək xx xxxxxxx 2013-cü il 6-BİZ-1-0-87-13 nömrəli kredit müqaviləsi üzrə dəbbə pulu borcunu 10.000 manatadək, xx xxxx 2013-cü il 6-BİZ-1-0-87-13 nömrəli kredit müqaviləsi üzrə dəbbə pulu borcunu 4000 manatadək azaltmışdır. Cavabdeh “Cartpool” Gmbh-yə qarşı hissədə iddianı rədd edərkən məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, zaminlik müqaviləsi xx xxxxxxx 2013-cü il tarixdə bağlanmış, zaminlik müqaviləsində onun verilmə müddəti konkret göstərilməmiş, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən- xx xxxxxxx 2016-cı il tarixdən bir il sonra xx.xx.2017-ci ildə xitam verilmiş, iddiaçı tərəfindən xx xxxxxx 2018- ci il tarixində zaminlik öhdəliyinə xitam verildikdən sonra iddia irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddətinin qurtarması zaminliyə xitam verilməsi əsası kimi göstərilmişdir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin zaminə qarşı iddianın əsassız olduğuna dair mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir. Apellyasiya şikayətinin digər dəlili kredit öhdəlikləri üzrə faiz borcunun ekspertiza tərəfindən düzgün hesablanmadığı olsa da iddiaçı bu dəlili ilə bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Buna görə məhkəmə iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra faizlərin müqavilədə nəzərdə tutulduğu dərəcə ilə hesablanmasına dair tələbini düzgün olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tutulmuş dəbbə pulu məbləğləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 2013-cü il 6-BİZ-1-0-87-13 nömrəli kredit müqaviləsi üzrə əsas borc xx.xx.2017-ci il tarixdə tam qaytarıldığından və iddia qaldırılan tarixə həmin müqavilə üzrə borclunun əsas borc qalığı olmadığından qeyd edilən müqavilə üzrə ümumi kredit məbləğinin 1 %-i məbləğində (4000 manat ) tutulmuş dəbbə pulu faizinin artırılması üçün əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə isə cavabdeh tərəfindən əsas borc üzrə 483000 manatın banka qaytarılması iki ildən artıq gecikdirildiyi halda birinci instansiya məhkəməsi tərəfindən həmin müqavilə üzrə cəmi 10.000 manat dəbbə pulu tutulmuş, məhkəmə dəbbə pulu məbləğini hansı əsasla məhz 10.000 manat müəyyən etdiyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edilən müqavilə üzrə tutulmuş dəbbə pulu məbləğinin iddiaçının əmlak mənafeyinə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilməli, xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh “Cavabdeh» MMC-dən ödənişi gecikdirilmiş əsas borcun 10 %-i məbləğində- 48300 manat dəbbə pulu tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-377/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh “Cavabdeh» MMC-dən dəbbə pulu tutulması hissəsində dəyişdirilməli, Cavabdeh MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 48300 manat dəbbə pulu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-377/2019 saylı, xx.xx.2019-cu il tarixliqətnaməsi xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh» MMC-dən dəbbə pulu tutulması hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən iddiaçı “xxxx” ASC-nin xeyrinə xx xxxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 48300 manat dəbbə pulu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-226/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-226/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver