Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-23/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibiQasımova Nərgiz Emin qızının katibliyi, İlkin iddia üzrə iddiaçının vərəsəsinin nümayəndəsi və vəkili X12, İlkin iddia üzrə cavabdehin nümayəndəsi X11, Üçüncü şəxsin nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X1rşı 31İP/F20-12 nömrəli, xx.xx.2012-ci tarixli girov müqaviləsinin ləğv edilməsi, girovda olan avtomobillərin girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə olunması tələbinə dair ilkin iddiası və ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondunun İddiaçı qarşı 31AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxx 2019-cu il tarixə ləğv prosesində olan Cavabdeh ASC qarşısında əsas borc üzrə 182024.41 (yüz səksən iki min iyirmi dörd manat qırx bir qəpik) manat, faiz borcu üzrə 23402.44 (iyirmi üç min dörd yüz iki manat qırx dörd qəpik) manat, cərimə borcu üzrə 67585.02 (altmış yeddi min beş yüz səksən beş manat iki qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 17670.72 (on yeddi min altı yüz yetmiş manat yetmiş iki qəpik) manat, cəmi 290682.59 (iki yüz doxsan min altı yüz səksən iki manat əlli doqquz qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması və tutmanın girova yönəldilməsinə dair qarşılıqlı iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iqtisadi işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin X1rşı məhkəmədə iddia qaldıraraq, girovda olan 17 ədəd “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG388 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobusların girovdan azad olunması və bu barədə cavabdeh tərəfindən DİN-in Baş Dövlət X19 məktubla müraciət edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31İP/F20-12 nömrəli xx.xx.2012-ci tarixli girov müqaviləsinin ləğv edilməsi, habelə girovda olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-***, “İSUZU ECOBUS” markalı **- RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG433 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **- RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobusların girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı 780 300 manat kredit verilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam icra olunmuş, sonuncu ödəniş 2017-ci ilin yanvar ayında aparılmaqla öhdəliklərin icrası yekunlaşmışdır. Ümumilikdə kredit müqaviləsi üzrə banka 999.558,50 manat pul ödənilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etsə də, səhhətində yaranmış ciddi problemlərə görə uzun müddət həkim nəzarəti altında müalicə olunmuşdur. Bu səbəbdən avtobusların girovdan azad olunması üçün banka müraciət etmək imkanı olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən müavilə üzrə öhdəliklər yerinə yetiriləndən sonra belə cavabdeh tərəf əmlakların girovdan azad olunması barədə Baş Dövlət X19 məktub göndərməli olduğu halda bunu etməmişdir. Bütün bunlardan əlavə Ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondundan xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya ünvanlanmış məktubda guya onun banka 285427,30 manat qalıq borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə etdiyi 999558,50 manat ödəniş, Cavabdeh ASC-nin özünün təqdim etdiyi hesabdan çıxarışla tam təsdiq olunur. Belə olan halda iddiaçıya əlavə borcun hesablanması tamamilə qanunsuzdur. Eyni zamanda Ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 31AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxx 2019-cu il tarixə cavabdeh İddiaçı ləğv prosesində olan Cavabdeh ASC qarşısında əsas borc üzrə 182024.41 (yüz səksən iki min iyirmi dörd manat qırx bir qəpik) manat, faiz borcu üzrə 23402.44 (iyirmi üç min dörd yüz iki manat qırx dörd qəpik) manat, cərimə borcu üzrə 67585.02 (altmış yeddi min beş yüz səksən beş manat iki qəpik) manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 17670.72 (on yeddi min altı yüz yetmiş manat yetmiş iki qəpik) manat, cəmi 290682.59 (iki yüz doxsan min altı yüz səksən iki manat əlli doqquz qəpik) manat borcun və ləğv prosesində olan Cavabdeh ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehdən tutulması və tutmanın girova yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31AV/F20-12 nömrəli, xx.xx.2012-cl il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 56 ay müddətinə, 20 %-lə 780300 (yeddi yüz səksən min üç yüz) manat məbləğində kredit verilmişdir. 31AV/F20-12 saylı kredit müqaviləsinin təminatı olaraq, 31 İP/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli girov müqaviləsinə əsasən İddiaçı məxsus 2012-ci il buraxılışlı, 17 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobusları girov qoyulmuşdur, cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdeh İddiaçı borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır.İddiaçı tərəfindən cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fonduna ünvanlanmış iddia ərizəsində qeyd edilir ki, o, müqavilə öhdəliklərini tam yerinə yetirmiş, sonuncu ödəniş 2017-ci ilin yanvar ayında aparılmaqla öhdəliklərin icrası yekunlaşmışdır. Lakin “Cavabdeh" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 31AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə xx xxxxx 2019-cu il tarixə cavabdeh İddiaçı ləğv prosesində olan Cavabdeh ASC qarşısında əsas borc üzrə 182024.41 (yüz səksən iki min iyirmi dörd manat qırx bir qəpik) manat əsas borc, faiz borcu üzrə 23402.44 (iyirmi üç min dörd yüz iki manat qırx dörd qəpik) manat cərimə 67585.02 (altmış yeddi min beş yüz səksən beş manat iki qəpik) manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 17670.72 (on yeddi min altı yüz yetmiş manat yetmiş iki qəpik) manat, 290682.59 (iki yüz doxsan min altı yüz səksən iki manat əlli doqquz qəpik)manat borc yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı xx xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ilkin iddia üzrə İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 31İP/F20-12 nömrəli,xx.xx.2012-ci tarixli girov müqaviləsi üzrə girov predmeti olan “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG363 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobusların girovuna xitam verilmiş, ilkin iddia qalan hissədə təmin edilməmiş, ləğv prosesində olan Cavabdeh ASC-nin X2 Fondunun İddiaçı qarşı onunla Ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 31AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən xx xxxxx 2019-cu il tarixə əsas borc üzrə 182024.41 (yüz səksən iki min iyirmi dörd manat qırx bir qəpik)manat, faiz borcu üzrə 23402.44 (iyirmi üç min dörd yüz iki manat qırx dörd qəpik) manat, cərimə borcu üzrə 67585.02 (altmış yeddi min beş yüz səksən beş manat iki qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc 17670.72 (on yeddi min altı yüz yetmiş manat yetmiş iki qəpik) manat, cəmi 290682.59 (iki yüz doxsan min altı yüz səksən iki manat əlli doqquz qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması və tutmanın girova yönəldilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan ilkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2- 2(82)-581/2019 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən yalnız qarşı tərəfin izahatlarına və təqdim etdiyi sübutlara əsaslanmış, iş üzrəbankın verdiyi maliyyə arayışına, hesabdan çıxarışlara heç bir qiymət verməmişdir. Belə ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində iddiaçı tərəfindən verilmiş izahatlara əsaslanmış, iddiaçının bank qarşısında 999.558.50 manat ödəyərək heç bir borcunun olmaması barədə izahatını əsas götürərək cavabdehin bank qarşısında heç bir borcunun olmaması qənaətinə gəlmiş, ilkin iddia tələbini qəbul edərək girov predmeti olan avtobusları girovdan azad etmişdir. Lakin bank tərəfindən verilmiş maliyyə arayışlarında və hesabdan çıxarışlarda açıq aşkar cavabdehin bank qarşısında 285.427,30 manat qalıq borcunun olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2019-cu il tarixli AZ-İİ seriyalı 037175 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iş apellyasiya icraatında olarkən xx.xx.2019-cu il tarixdə tarixdə vəfat etmişdir. İddiaçının vərəsəsi X13 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etdiyini, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyini bildirmiş və iş üzrə İddiaçı əvəzinə prosessual hüquq varisi qismində tanınmağını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2014-cü il tarixli, AZ-İ 924791 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X13 ilə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan 39 saylı notariat orqanı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə ölmüş İddiaçı həyat yoldaşı X14 miras əmlakı qəbul edərək vərəsə kimi tanınmışdır. Məhkəmə kollegiyası iddiaçının vərəsəsi X10 ərizəsini təmin edərək, hazırki iş üzrə onu İddiaçı əvəzinə prosessual hüquq varisi qismində tanımışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vərəsəsinin nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi və bildirdi ki, iş materiallarında iddiaçının borcunun olmasını hər hansı sübut təsdiq etmir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələr əsl olmayın sürətdir və ziddiyətlidir. Ekspert rəyi isə tamamilə əsassızdır və mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyi üçün apellyasiya instansiya məhkəməsi qətnaməni bütövlükdə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd etmiş və öz qətnaməsini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirdiyi məqamın, yəni İddiaçı kredit borcu olması müəyyən olunmamışdır. Belə ki, kreditin hansı faizlə verilməsi halına hüquq qiymət verilməsi mümkün olmamışdır. Bununla yanaşı kredit məbləğinin 780300 manat, girov predmetinin isə 918000 manat təşkil etməsi, ilkin iddia üzrə iddiaçı tərəfindən 995237.52 manat pulun ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən İddiaçı öhdəliklərini yerinə yetirməməsini təsdiq edən hər hansı sübutun təqdim olunmaması hallarına qiymət verərək məhkəmə belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə götürülmüş məbləğin ödənilməsi şübhə doğurmur, habelə həmin ödəniş girov predmetinin qiymətindən artıq olmuşdur. Bu isə öz növbəsində məhkəməyə İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda bu nəticənin əksini sübut edən hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən Cavabdeh ASC tərəfindən borcalan İddiaçı illik 20% olmaqla 48 ay müddətinə 780.300 manat məbləğində kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Bu müqavilənin 1.2-ci bəndinə əsasən borc alan kredit məbləğini yeni alınacaq 17 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarının maliyyələşdirilməsi üçün istifadə edəcəyi müəyyən olunmuşdur. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü 780300 manat məbləğində kredit öhdəliklərinin təminatı olaraq kreditor Cavabdeh ASC-nə ümumi dəyəri 918000 manat olan 17 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarını xx.xx.2012-ci il tarixli, 31İP/F20-12 nömrəli girov müqaviləsinə əsasən girov qoymuşdur. İş materiallarına əlavə edilmiş “hesabdan çıxarış”-ın təsdiq olunmuş surətindən və cavabdehin xx xxx 2019-cu il tarixli **********516 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində ümumilikdə 995237,52 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 14 ədəd İSUZU ECOBUS markalı sərnişin daşıma avtobuslarının şəhadətnamələrindən görünür ki, qeyd olunan nəqliyyat vasitələri İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********150 nömrəli məktubdan görünür ki, 31AV/F20-12 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 285427,30 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işlə bağlı tərəflərin mübahisələndirdiyi məsələ- kredit borcunun məbləğinin müəyyən edilməsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmədən, yalnız ilkin iddiaçının müəyyən qədər pul vəsaiti ödəməklə kredit borcunu ödədiyi və onun kredit borcunun olmadığı nəticəsinə gəlmiş və bu nəticədən çıxış edərək girov müqaviləsinə xitam verilməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1.-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 87.2.-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1.-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası işə apellyasiya qaydasında baxan zaman hesab etmişdir ki, hazırki işdə tərəflərin kredit münasibəti üzrə öhdəliklərini yerinə yetirməsi vəziyyətini müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-23/2020 saylı qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 5116 saylı rəydən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, xx xxxxxxxx 2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2017-cı il tarixə İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 18660,96 manat faiz borcu olmaqla, cəmi 191.803,92 manat məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək faiz borcu illik 5% dərəcəsi ilə hesablanmaqla, və xx.xx.2019-cu il tarixdə aparılmış 3000,0 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 30.137,64 manat faiz borcu olmaqla, cəmi 203.280,6 manat məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək faiz borcu hesablanmamaqla, və xx.xx.2019-cu il tarixdə aparılmış 3000,0 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-nə olan borcu 173.142,96 manat əsas və 15.660,96 manat faiz borcu olmaqla, cəmi 188.803,92 manat məbləğində müəyyən edilir. Bank tərəfindən xx.xx.2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan təminatlı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Ekspert rəyindən görünür ki, xx xxxxxxxx 2012-ci il tarixli 31AV/F20-12 saylı təminatlı kredit müqaviləsi üzrə cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan təminatlı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı cərimələrin hesablanması barədə məhkəməyə hesabdan çıxarış məlumatlarını təqdim etmədiyinə görə qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir və cərimə hesablanmadan müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək faiz borcu hesablanmamaqla və xx.xx.2019-cu il tarixdə aparılmış 3000,0 manatın faiz borcundan silinməsi nəzərə alınmaqla, İddiaçı Cavabdeh ASC-nə olan kredit borcu əsas kredit borcu 173.142,96 manat, faiz borcu 15.660,96 manat olmaqla, ümumilikdə 188.803,92 manat məbləğində müəyyən edildiyindən qarşılıqlı iddia bu hissədə təmin edilməlidir. Göründüyü kimi, iddiaçı girovla təmin olunmuş əsas öhdəliyi tam icra etməmiş, 173.142,96 (bir yüz yetmiş üç min bir yüz qırx iki manat doxsan altı qəpik) manat əsas borc, 15.660,96 (on beş min altı yüz altmış manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 188.803,92 (bir yüz səksən səkkiz min səkkiz yüz üç manat doxsan iki qəpik) manat pul borcu ödənilməmiş qalmışdır.. Belə olan halda birinci instansiya məhkəməsi girovla təmin olunmuş öhdəliyin iddiaçı tərəfindən yerinə yetirilməsi və ilkin iddianın girova xitam verilməsi tələbini əsaslı hesab etməsi barədə gəldiyi nəticədə düzgün olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin iddia tələbi girov müqaviləsinə xitam verilməsi ilə bağlı olduğundan və girov müqaviləsi müstəqil müqavilə olmamaqla, təminat verdiyi əsas öhdəliyə (kredit müqaviləsinə) istinad etdiyindən, nəhayət, kredit müqaviləsinin kontragenti kimi ilkin iddiaçı həmin müqavilənin bir nüsxəsini özündə saxlamalı olduğundan, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin ilkin iddia üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi səbəbindən kredit borclarına görə 20% hesablanmalı olmaması nəticəsini əsaslı hesab etmir. Bundan əlavə, həmin müqavilənin ilkin iddiaçının özündə olmalı olan nüsxəsi məhkəməyə təqdim edilmədiyi halda, onun özü tərəfindən dolayısıyla mübahisələndirilmiş, həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini iddia edərək, onun təminat verdiyi girov müqaviləsi üzrə öhdəliklərinə xitam verilməsini xahiş etmişdir. İlkin iddiaçının iddia tələblərinin əsaslandığı halların sübutu kimi həmin kredit müqaviləsinin onun tərəfindən məhkəməyə təqdim edilmədiyini nəzərə almayan birinci instansiya məhkəməsi, sübutetmə yükünün ilk növbədə ilkin iddiaçının üzərinə düşdüyünə əhəmiyyət verməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə ilk növbədə ilkin iddiaçı tərəfindən riayət edilmədiyinə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1.-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 294-cü maddəsində girova xitam verilməsinin əsasları göstərilmişdir ki, onlardan biri də girovla təmin edilmiş öhdəliyə xitam verilməsidir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən isə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Hazırki işdə əsas öhdəlik tam icra olunmadığından Mülki Məcəllənin 294.1.1-ci maddəsinə istinad edilə bilməzdi. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdeh ləğv prosesində olan “Bank of Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin X2 Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-581/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia üzrə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X1rşı 31İP/F20-12 nömrəli, xx.xx.2012-ci tarixli girov müqaviləsinin ləğv edilməsi, girovda olan avtomobillərin girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar İddiaçı arasında xx xxxxxxxx 2012-ci il tarixli 31AV/F20-12 saylı kredit müqaviləsi üzrə 173.142,96 manat əsas borc, 15.660 manat faiz borcu və 30 manat dövlət rüsumu İddiaçı vərəsəsi kimi ona keçən miras həddində X9 tutulmalı və tutma xx.xx.2012-ci il tarixli 31İP/F20-12 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 17 ədəd “İsuzu Ecobus” markalı sərnişin daşıma avtobuslarına yönəldilməli, qarşılıqlı iddia qalan hissədə təmin olunmamalı, iş üzrə ödənilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərci ilkin iddia üzrə iddiaçının vərəsəsi X9 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (hesab: AZ34CTRE********************) köçürülməldir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385, 388, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh ləğv prosesində olan “Bank of Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin X2 Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-581/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin X1rşı 31İP/F20-12 nömrəli, xx.xx.2012-ci tarixli girov müqaviləsinin ləğv edilməsi, girovda olan avtomobillərin girovdan azad olunması və bununla bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar İddiaçı arasında xx xxxxxxxx 2012-ci il tarixli 31AV/F20-12 saylı kredit müqaviləsi üzrə 173.142,96 manat əsas borc, 15.660 manat faiz borcu və 30 manat dövlət rüsumu İddiaçı vərəsəsi kimi ona keçən miras həddində X9 tutulsun və tutma xx.xx.2012-ci il tarixli 31İP/F20-12 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 17 ədəd “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RJ-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı 90-RG388 dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı, “İSUZU ECOBUS” markalı **-RG-*** dövlət nömrə nişanlı avtobuslara yönəldilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərci ilkin iddia üzrə iddiaçının vərəsəsi X9 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, təqdim edildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-23/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-23/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver