Məhkəmə qərarları › İş №2-2(103)-232/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-232/2020

05.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-232/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC–nin Cavabdeh MTK-ya qarşı “pul tələbinə”dair kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-737/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MTK-ya qarşı elektron kabinet vasitəsilə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan 517.920 manat məbləğində borcun, 51.792 manat məbləğində dəbbə pulunun(cərimənin) və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 569.742 manat məbləğində pulun Cavabdeh MTK-ya məxsus ünvan 1 ünvanında inşası nəzərdə tutulan “X5” layihəsində 161 kv.m ibarət yaşayış sahəsinə və ünvan 2 57 və 59 ünvanında inşası nəzərdə tutulan “Panorama Bayıl” layihəsində 94 kv.m ibarət yaşayış sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracdan satılması yolu ilə ödənilməsi, qeyd edilən əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin Cavabdeh MTK-dan pul şəklində tutularaq “X6” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-737/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK-dan iddiaçının xeyrinə 102.920 manat pul məbləği 5.146 manat dəbbə pulu, ümumilikdə 108.066 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin iedilməməsi qət olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə həmin qətnamə icraya yönəldilmiş və məhkəmə tərəfindən icra vərəqi verilmişdir (İcra vərəqində xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini aldığı qeyd olunmuşdur). Bundan sonra, xx.xx.2020-ci il tarixdə iddiaçı poçt vasitəsilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(82)-737/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İddiaçının həmin apellyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşıdırb hesab edir ki, şikayət üzrə apellyasiya qeyri mümkün hesab edilməli və onu vermiş şəxsə qaytarılması birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Prosessual qanunuvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq şikayət və ona əlavə edilməş sənədlər iş materitalları ilə birlikdə araşdırılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayət prosessual qanunvericiliyin tələbləri qaydasında verilməmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir və iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə velmişdir. MPM-in qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, apellyasiya şikayətinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Lakin işin qeyd olunan hallarndan göründüyü kimi, iddiaçı apellyasiya şikayətini qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə göndərmişdir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd olunan tələbinə diqqət yetirməmiş, apellyasiya şikayətini MPM-in 152.1.1-ci maddəsinin tələbi qaydasında onu vermiş şəxsə geri qaytarmamışdır (Bundan əlavə onu da qeyd etmək lazımdır ki, məhkəmə, xx xxxxxx 2020-ci il tarixdə verdiyi icra vərəqində qətnamənin xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini aldığını qeyd etməsinə baxmayaraq, MPM-in 360-cı maddəsi ilə müəyyən olunan bir aylıq apellyasiya şikayəti vermə müddətinin ötürülüb-ötürülmədyini, bununla da MPM-in 152.1.3-cü maddəsində göstərilən əsasın olub-olmadığını da yoxlamamışdır). MPM-in 364-cü maddəsinin tələbində isə nəzərdə tutulur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar