Məhkəmə qərarları › İş №2-2(103)-232/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-232/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-232/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh2nə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4422/2023 saylı qətnaməsindən cavabdeh Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borc alana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10,645 (on min altı yüz qırx beş) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir.

2. Borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Nümayəndə2 arasında xx.xx.2022-ci il tarixli DG**********266 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilələr tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Nümayəndə2, Cavabdeh2nə qarşı cavabdehlər Cavabdeh2ndən, Nümayəndə2 birgə qaydada DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10,645 (on min altı yüz qırx beş) manat əsas borc, 1,712.88 (bir min yeddi yüz on iki manat səksən səkkiz qəpik) manat faiz borcu, 220.32 (iki yüz iyirmi manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,578.20 (on iki min beş yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat məbləğində borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10,645 manat əsas borc, 2,073.63 manat faiz borcu, 331.07 manat cərimə borcu olmaqla, cəmi 13,049.70 manat məbləğində borcun və mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-08072LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixli DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10,645 (on min altı yüz qırx beş) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Cavabdeh2 MMC asında bağlanmış DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Nümayəndə2 arasında xx.xx.2022ci il tarixli DG**********266 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan DC00459296-01 saylı Maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini icra etməyərək müvafiq olaraq 287 gün kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 4422/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Nümayəndə2 və Cavabdeh2ndən birgə qaydada DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10,645 manat əsas borc, 2,073.63 manat faiz borcu, 331.07 manat cərimə borcu olmaqla, cəmi 13,049.70 manat məbləğində borc və mediasiya prosesi üzrə ödənilmiş 200 manatın tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilələrin, maliyyə arayışının və ödəniş planının müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 10.645 manat məbləğində pul cavabdehə ödənilmişdir. Müqavilə üzrə borclular üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 10.645 manat əsas borc, 2.073,63 manat faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, 331,07 manat dəbbə pulunun tələb edilməsi hissəsində də iddia əsaslıdır. Qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.2.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən borclu krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün cərimə ödəməlidir . Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul da, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Həmin qətnamədən cavabdeh Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə əsassız qətnamə qət etmişdir. Belə ki, iş materiallarında olan müqavilənin 5.2-ci maddəsindən də görünür ki, bu müqavilə çərçivəsində bank aşağıdakı hallarda müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Lakin hazırki iddia tələbindən də göründüyü kimi, iddiaçı "xxxx" ASC cavabdehlər Nümayəndə2 və Cavabdeh2nə qarşı borcun tutulması tələbinə dair iddia ərziəsi ilə məhkəməyə müraciət edərkən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etmədən birbaşa kreditin geri ödənilməsini tələb etmişdir. Hazırki iddia tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinin tələblərinə ziddir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası tərəfindən BakıKommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4422/2023 qətnaməsi ləğv edilməli, iddiaçı"xxxx" ASC-nin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qət olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

11. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

12. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Nümayəndə2 apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-08072LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin şərtlər toplusunda müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh2 MMC tərəfindən banka təqdim edilmiş və bank tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizəyə (kredit müqaviləsinə) əsasən Cavabdeh2 MMC -yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 10.645 manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq digər cavabdeh Nümayəndə2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DG**********266 saylı zaminlik müqaviləsinə əsasən Nümayəndə2 Cavabdeh2 MMC-nin həmin müqavilədən irəli gələn öhdəliklərinə zamin durmuşdur.

18. İddiaçı ASC müqavilədə nəzərdə tutulmuş krediti Cavabdeh2 MMC -yə verməklə kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC həmin müqavilə üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

19. Odur ki, iddiaçı Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 743-cü maddələrinin, eləcə də Mülki Məcəllənin 472.2-ci maddəsinin tələblərinə əsasən kredit müqaviləsi üzrə borcun borc alan və zamindən tutulmasını tələb etməkdə haqlıdır.

20. Tutulmalı olan borcun məbləğinə münasibətdə isə apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspetizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xx.xx.2024-cü il tarixli, 9/2156 saylı ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizə (kredit müqaviləsi) üzrə Cavabdeh2 MMC-nin banka xx.xx.2023-cü il tarixə əsas borcu 10645 manat, faiz borcu 1353,12 manat; xx.xx.2023-cü il tarixə əsas borcu 10645 manat, faiz borcu 1.453,66 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 10645 manat, faiz borcu 1594,41 manat; xx.xx.2023-cü il tarixə əsas borcu 10645 manat, faiz borcu 1750,24 manat məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

22. Faiz borcunun hansı tarixədək olan müddət üçün hesablanmalı olması məəsləsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlansa da, həmin məktubda kredit müqaviləsi üzrə bütün borcun deyil, xəbərdarlığın verilməsi tarixinə gecikdirilmiş borc məbləğinin qaytarılması xahiş edilmişdir. Odur ki, həmin məktubunun müqavilənin ləğvinə yönəldilmiş bildiriş kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur. Belə olan halda isə birinci instansiya məhkəməsi qəbul edilənədək kredit müqaviləsi qüvvədə olduğundan iddiaçı həmin kredit müqaviləsi üzrə kredit məbləğindən istifadəyə görə tutulacaq faiz borcu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi tarixədək olan müddət üçün hesablanmaq hüququna malik olmuşdur.

1. Odur ki, ekspert rəyini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehlərdən müştərək qaydada 10645 manat əsas borcun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, faiz borcunun tutulması hissəsində isə birinci instansiya məhkəməsi dəyişdirilərək cavabdehlərdən müştərək qaydada tutulacaq faiz borcu 1750,24 manat məbləğində müəyyən edilməlidir.

2. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Digər tərəfdən iddiaçı tərəfindən ödənilməsi tələb edilən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək deyildir, odur ki, onun azaldılması üçün əsaslar yoxdur.

23. İddiaçının müqavilənin ləğv edilməsini tələb etmədən kreditin qaytarılmasını tələb etməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixdə cavabdehlərə xəbərdarlıq məktubu göndərilməklə gecikdirilmiş borcun ödənilməsi tələb edilmiş və həmin borc ödənilmədiyi təqdirdə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Digər tərəfdən İddiaçı ASC-nin kreditin verilməsi müddəti başa çatanadək irəli sürdüyü kredit borcunun tam qaytarılması barədə tələbi faktiki olaraq kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini də ehtiva edir.

24. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tuutlması hissəsində dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

25. Apellyasiya şikayəti qismən təmin edildiyindən MPM-in 119.1 və 119.5-ci maddələrinin tələblərinə əsasən məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi iddiaçıdan tutularaq cavabdeh Nümayəndə2 ödənilməli, dövlət rüsumunun qalan hissəsi isə cavabdehin özünə aid edilməlidir.

26. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 95 manat hissəsi cavabdeh Nümayəndə2 müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4422/2023 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin, cavabdehlər Nümayəndə2 və Cavabdeh2ndən birgə qaydada DC00459296-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən tutulacaq faiz borcunun məbləği 1750,24 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi iddiaçıdan tutularaq cavabdeh Nümayəndə2 ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 95 manat hissəsi cavabdeh Nümayəndə2 müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar