Məhkəmə qərarları › İş №2-2(103)-234/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-234/2021

10.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-234/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla) protokolun təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmeti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikinti altı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin torpağa görə 600 (altı yüz) manat, fərdi yaşayış evinə görə isə 5045,4 manat (beş min qırx beş manat qırx qəpik) olmaqla, cəmi 5645,4 manat (beş min altı yüz qırx beş manat qırx qəpik) sadələşdirilmiş verginin ödənilmədən bağlanması vəzifəsinin Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMC-nin üzərinə qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2 (005)-53/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdehlər X7, X8, X6 və Musayeva Könül Kamandar qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faizlərin və cərimənin cavabdehlərdən tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və qeydiyyatda olanların məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, 71026,79 ABŞ dolları kredit borcu, 60 manat məhkəmə xərclərinin alınması, tutmanın ipoteka predmetinə yönəlməsi və X5 məxsus olan, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeyd edilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 250000 manat müəyyən edilib, açıq hərracdan satılmaqla borcun ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı iş üzrə xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ilə dəbbə borcu 200 ABŞ dolları müəyyən edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5398/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2338/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra Haqqında” AR Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMC-yə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı “xxxx” MMC-nin təşkilatçılığı ilə kreditin təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsi barədə icra sənədi üzrə ipoteka predmetinin xx xxxxxx 2020-ci il tarixdə hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərracın xx.xx.2020-ci il tarixdə təkrar hərraca çıxarılması bildirilmişdir. Lakin təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə “xxxx” MMC-yə təklif olunmuşdur. Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi «xxxx” MMC qanunvericiliyin tələblərini pozaraq torpaq sahəsinə görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 (beş min altı yüz qırx beş) manat sadələşdirilmiş verginin ödənilməsini də xx xxxx 2020-ci il tarixli 101/1 saylı hesabfaktura təqdim etməklə “İpoteka saxlayan”dan tələb etmişdir. İddiaçı Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx MMC-nin xx.xx.2020-ci il tarixli təklif məktubuna cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu xx.xx.2020-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. “Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMC xx xxxx 2020-ci il tarixli hesab-faktura ilə “xxxx” MMC-yə müraciət edərək, icra sənədi üzrə torpağa görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 manat sadələşdirilmiş verginin ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehə xx xxxx 2020-ci il tarixdə pretenziya göndərərək, hərrac üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin alıcıdan və ya ipoteka predmetini əldə edən şəxsdən tutulması hissəsi ilə razılaşmayaraq xx xxxx 2020-ci il tarixinədək hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını xahiş etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Cavabdeh pretenziya məktubuna xx.xx.2020-ci il tarixli məktubu ilə AR VN xx.xx.2019-cu il tarixli məktubuna istinad edərək əmlak üzrə hesablanmış sadələşdirilmiş vergi ödəndikdən sonra protokol və alqı-satqı müqaviləsi tərtib olunacağını bildirmiş və rəsmiləşmə aparılmaqdan imtina edilmişdir. AR Vergi Məcəlləsinin tələblərinə görə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin bilavasitə ipoteka predmetini əldə edən şəxsdən tutulması müəyyən edilməmişdir. Eyni zamanda Vergi Məcəlləsində sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan və malik olmayan şəxlər konkret olaraq göstərilmişdir. “xxxx” MMC əmlakı təqdim edən şəxs deyil, əldə edən şəxsdir və bu halda da qanunvericiliyin tələbinə əsasən sadələşdirilmiş verginin əmlakı əldə edən şəxs tərəfindən ödənilməsi tələb oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdehin hərracın yekunları üzrə alqısatqı müqavilələrinin bağlanmasından imtinası əsassız hesab edilməli, hərracın yekunları üzrə protokol və alqı-satqı müqavilələrinin bağlanması Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMC-nin üzərinə vəzifə kimi qoyulmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli, ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqısatqı müqavilələrinin iddiaçı “xxxx” MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMCnin üzərinə qoyulması, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMC-dən tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, hazırkı halda iddiaçı daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən cavabdehin hərracın yekunlarına dair protokolun tərtib edilməsi və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin "xxxx" MMC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz. Həmçinin məhkəmə qərarında bildirilmişdir ki, mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə keçirilmiş hərracın nəticələrinə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüquqununa malik deyil. Məhkəmənin qeyd edilən bu mövqeyi ilə razı deyilik və bildiririk ki, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvədə olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitutma obyekti həmin Məcəllənin 219.3-1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi “bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur. Qeyd olunan əməliyyatlar çərçivəsində sadələşdirilmiş verginin “bilavasitə mənbədən” tutulmasını həyata keçirmək öhdəliyi yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmə üsulundan asılı olaraq iki fərqli subyekt arasında bölüşdürülmüşdür. Birinci halda, Vergi Məcəlləsinin 150.1.9-ci maddəsinə müvafiq olaraq torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18- ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. İkinci halda isə, vergini ödəmə mənbəyində tutmaq öhdəliyi həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulmuşdur. Beləliklə, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanmasını, tutulmasını və dövlət büdcəsinə ödənilməsini notariuslar və hərracın nəticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar həyata keçirir. Qeyd etmək lazımdır ki, vergitutma ilə bağlı öhdəliyin hansı subyektin üzərinə qoyulmasından asılı olmayaraq, vergitutmanın yalnız “bilavasitə mənbədən” forması nəzərdə tutulur və yaranan münasibətlərdə əmlakı təqdim edən, yəni gəlir əldə edən şəxsin iştirakı birmənalı olaraq istisna edilir. Yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin tutulması, bəyan edilməsi və dövlət büdcəsinə ödənilməsinin qaydası xüsusi olaraq müəyyən edilmişdir. Hazırkı halda ipoteka predmetini öz mülkiyyətinə qəbul etməsi ilə əlaqədar ipoteka saxlayandan tutulan sadələşdirilmiş verginin ipoteka predmetinin dəyərindən ödənilməsi həmin vergi məbləğinin ipoteka qoyanın kredit borcunun əvəzləşdirilən hissəsinin azaldılması yolu ilə baş verir. Xüsusi olaraq göstərmək lazımdır ki, vergi qanunvericiliyi mülkiyyət hüququnun ipoteka qoyana keçməsi formasında ipoteka predmetinin təqdim edilməsini sadələşdirilmiş vergi öhdəliyini istisna edən hal kimi müəyyən etmir. Başqa sözlə, ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi ilə bağlı vergi azadolması nəzərdə tutulmamışdır. Bundan başqa, yuxarıda təsvir olunan vəziyyətdə əmlakın təqdim edilməsi ilə bağlı yaranan sadələşdirilmiş verginin ipoteka qoyandan tutulması həm qanunvericiliyin tələbləri baxımından, həm də praktiki baxımdan mümkün deyildir. Belə ki, ipoteka predmetinin təqdim edilməsi əməliyyatında, yəni hərrac prosesində ipoteka qoyan nə bilavasitə (şəxsən), nə də dolayısı olaraq iştirak etmir və verginin ondan tutulması üçün şərait yaranmır. O, qeyd olunan prosesdə bilavasitə iştirak etməsə də, ipoteka müqaviləsi bağlamaqla özünə məxsus əmlakı yüklü etmiş və ehtimal olunan hərrac prosesinə əvvəlcədən razılıq vermişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılmış və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.2-ci maddəsinin tələblərinə əsasən hərracın təşkili və keçirilməsi üçün Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMC-yə Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən sifariş məktubu göndərilmişdir. Hərrac təşkilatçısı olan Azərbaycan Respublikası Respublika Xammal və X10 Mərkəzi “xxxx” MMC-nin təşkilatçılığı ilə ipoteka predmetinə tələbin yönəldilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə ipoteka predmetinin hərraca çıxarılması iddiaçıya bildirilmişdir. İlkin hərrac baş tutmadığından ipoteka predmeti təkrar hərraca çıxarılmışdır. Təkrar hərrac baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə “xxxx” MMC-yə təklif olunmuşdur. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli təklif məktubuna cavab olaraq ipoteka predmetini balansa qəbul etməyə razı olduğunu xx.xx.2020-ci il tarixli məktubla qeyd edərək, hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını Hərrac Mərkəzindən xahiş etmişdir. Cavabdeh torpaq sahəsinə görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 manat sadələşdirilmiş verginin ödənilməsini xx xxxx 2020-ci il tarixli 101/1 saylı hesab-faktura təqdim etməklə “İpoteka saxlayan”dan tələb etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli hesab-faktura ilə “xxxx” MMC-yə müraciət edərək, icra sənədi üzrə torpağa görə 600 manat, fərdi yaşayış evlərinə görə isə 5045,4 manat olmaqla, cəmi 5645,4 manat sadələşdirilmiş verginin ödənilməsini tələb etmişdir. İddiaçı cavabdehə xx xxxx 2020-ci il tarixdə pretenziya göndərərək, hərrac üzrə ödəmə mənbəyindən tutulan sadələşdirilmiş verginin alıcıdan və ya ipoteka predmetini əldə edən şəxsdən tutulması hissəsi ilə razılaşmayaraq xx xxxx 2020-ci il tarixinədək hərracın yekunları üzrə alqı-satqı müqavilələrinin bağlanmasını xahiş etmiş, əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Cavabdeh pretenziya məktubuna xx.xx.2020-ci il tarixli məktubu ilə əmlak üzrə hesablanmış sadələşdirilmiş vergi ödəndikdən sonra protokol və alqı-satqı müqaviləsi tərtib olunacağını bildirmiş və rəsmiləşmə aparılmaqdan imtina edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni qanuni və əsaslı, apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə hesab edir ki, mübahisəyə hüquqi qiymət verilməsi üçün aşağıdakı normalara nəzər salınmalıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.3-cü maddəsinə görə, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Vergi Məcəlləsinin 150-ci maddəsində ödəmə mənbəyində verginin tutulması qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 2018-ci il 30 noyabr tarixində əlavə edilmiş 150.1.13-cü maddəsinə uyğun olaraq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmağa borcludur. Adıçəkilən maddədə istifadə edilən “malların təqdim edilməsi” müddəasının anlayışı Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində verilmişdir. Bu maddəyə görə, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Hazırkı mübahisə baş tutmamış hərrac zamanı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı onun vergi ödəmək vəzifəsinin yaranıbyaranmaması ilə bağlı olduğundan qanunvericilikdə bu məsələni tənzimləyən müvafiq normalar olub-olmadığı araşdırılmalıdır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu halda əmlakı əldə edən ipoteka saxlayan tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyi üçün ödəmə mənbəyindən verginin tutulması ilə bağlı Vergi Məcəlləsinin yuxarıda qeyd edilmiş normalarının tətbiqi mümkün olmur. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka saxlayan hərrac baş tutmadıqda ipoteka predmetini məcburiyyət qarşısında qalaraq əldə edir və “İpoteka haqqında” Qanunun 43.9-cu maddəsinə uyğun olaraq, xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməyə məcbur olur. Həmin əmlaklar özgəninkiləşdirilərkən bank tərəfindən ödəmə mənbəyindən vergi ödənildiyindən bank bir vergini iki dəfə-həm əmlakı ələ edərkən, həm də özgəninkiləşdirərkən ödəmiş olur ki, bu da vergi qanunvericiliyinə əsasən qanunsuzdur. Məhkəmə kollegiyası qeyd edilənlərə və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçının bu vergini ödəmək vəzifəsi olduğuna dair cavabdehin və vergi orqanının mövqeyi əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual pozuntulara yol verilmədiyindən və mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Üçüncü şəxs Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-2186/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar