Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-234/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC BOKT-un Cavabdeh MMC-yə qarşı “əldən çıxmış fayda və zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4879/2022 saylı qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" ASC ilə Cavabdeh MMC arasında 01 aprel 2011-ci il tarixdə 10770 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə "xxxx" ASC və digər müəssisələrin sifarişi ilə ölkəyə yol tikintisi məqsədilə zəruri olan texnikanın gətirilməsi üçün illik 16 % tətbiq edilməklə, 36 ay müddətinə 5.770.000,00 manat məbləğində kredit xətti açılmışdır. 09 aprel 2014-cü il tarixdə müqaviləyə 1 saylı əlavə edilərək müqavilənin müddəti 36 ay uzadılmaqla, kredit vəsaitindən istifadə müddətinin 11 aprel 2017-ci il tarixdə bitməsi razılaşdırılmışdır. 01 aprel 2011-ci il tarixli, 10770 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilmə üsulu kimi Nümayəndə2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksi (“Qızıl Balıq” X5) Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılan tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirləri Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq tələb hüququ "xxxx" ASCdən “Aqrarkredit QSC Bank olmayan Kredit Təşkilatına ötürülmüşdür.
3. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əsasən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarların Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə banka məxus problemli aktivlərin bankdan satın alınmasnı və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri banka verir, eyni zamanda bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-111/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Bank olmayan Kredit Təşkilatı QSC-nin cavabdehlər Cavabdeh MMC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Nümayəndə2 qarşı “kredit və zaminlik müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 2295404,07 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı QSC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbədi, Gürgan-Zirə Şahidli yolu, 9-cu km., 10 ünvanında yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X5”) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin ******* manat müəyyən edilməklə açıq hərracdan satılması və evin satışından əldə edilmiş vəsait hesabına 2295404,07 manat məbləğində borcun ödənilməsi, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan- Zirə-Şahidli yolu, 9-cu km., 10 ünvanında yerləşən, ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1,99342 ha olan əmlak kompleksinə (“Qızıl Balıq” X6) tutma yönəldikdən və satıldıqdan sonra həmin əmlakın boşaldılması, satışdan əldə olunan vəsaitin borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq məbləğin "xxxx" MMC-dən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ümumi qaydada tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(103)- 4558/2021 nömrəli qətnaməsi ilə həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması barədə tələbin rədd edilməsi hissəsində və cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə ləğv edilmiş, faiz borcunun tutulması barədə tələb qismən təmin edilmiş, faiz borcu kimi 965174,24 manat məbləğində pulun Cavabdeh MMCdən tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, faiz borcunun tutulması barədə tələbin qalan hissədə rədd edilməsi, iddianın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə aid hissədə rədd edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-14/22 saylı qərarı ilə İddiaçı QSC BOKT cavabdeh Nümayəndə2 və digərlərinə qarşı işi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(103)-4558/2021 saylı qətnaməsindən İddiaçı QSC BOKT və cavabdeh X1 kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli 2(103)-4558/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4558/2021-002 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı BOKT İddiaçı QSC BOKT Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il tarixli, 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.085.949,29 manat məbləğində əldən çıxmış faydanın, əsas borca Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanlarına əsasən İddiaçı QSC tərəfindən dövlət zəmanəti əsasında istiqrazlar emissiya edilmiş və illik 4 % olmaqla Azərbaycan Respublikası Mərkəzi Bankında illik 4 % komissiya ödəmək şərti ilə hesablanmış 457.040,45 manat məbləğində zərərin, həmçinin ödənilmiş 1561,50 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.544.551,24 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması; borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı bildirir ki, Cavabdeh MMC xx.xx.2011-ci il tarixli, 10770 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün cavabdehə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məhkəmə qərarları ilə təsdiq edilmiş 2.295.404,07 manat əsas borca Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış 1.542.989,74 manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Cavabdehlə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən əldən çıxmış fayda və dəymiş zərərin iddiaçıya qaytarılması mümkün deyil və o, borcun qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə etiraz etmir. Buna görə də, qeyd edilən borcun hüquqi şəxsə məxsus daşınar və daşınmaz əmlaklara, bank hesablarındakı pul vəsaitlərinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların, bank hesabındakı pul vəsaitlərinin iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı ilə cavabdeh arsında xx.xx.2011-ci il tarixli 10770 saylı kredit müqaviləsi üzrə 2016-2022-ci illərdə məhkəmə mübahisələri olmuş və hazırki mübahisəyə məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Həmçinin, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına "xxxx" MMC-nin "xxxx" ASC-yə olan 4484575,58 manat borc üzrə tələb hüququ keçdiyindən hazırda iddiaçı yaranmış borca görə əldən çıxmış fayda və zərər tələbinə dair iddia ərizəsi ilə iddia qaldıra bilməzdi.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4879/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
12. İddiaçı QSC BOKT apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz iddiaya münasibətlə eyni qaydada əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iddiaçının nümayəndələri X3 və X7 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
18. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
19. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
22. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
23. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir.
24. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, ...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”.
25. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”.
26. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, məsuliyyətə cəlb edilə bilməz.
27. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir.
28. Ona görə də, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyiə uyğun olaraq cavabdehin hərəkətlərinə bu aspektdən, yəni kredit müqaviləsi üzrə borcalan kimi deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə borclu kimi qiymət verilməlidir.
29. Bu baxımdan qiymət veriləndə isə cavabdehin təqsiri müəyyən edilmir. Belə ki, iş materiallardan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4558/2021-002 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi cavabdehin hərəkətləri nəticəsində deyil, ipoteka predmetinin açıq hərracda satılmasının mümkün olmaması səbəbindən icra sənədinin icrasının sona çatdırılması mümkün olmamışdır.
30. Belə ki, "xxxx" MMC tərəfindən Xəzər rayon icra şöbəsinə göndərilmiş 26 sentyabr 2022-ci il tarixli 348 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4558/2021-02 saylı icra vərəqi və Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli 2412Q saylı sifariş məktubuna əsasən Nümayəndə2 Vladimirovnaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1.99342 ha olan əmlak kompleksinin (X10 Turizm Kompeksi) dəyərinin yüksəkliyini və işin həcmini nəzərə alaraq qeyd olunan məsələlərə aydınlıq gətirilməsi üçün qısa müddət ərzində mütəxəssis dəvət edilməsi və texniki pasportun işə əlavə olunması xahiş olunmuşdur.
31. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən Capitals Auction” MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli 13507 12Q nömrəli məktubdan görünür ki, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə- Şahidli yolu 9-cu km, 10 ünvanında yerləşən torpaq sahəsinin real sahəsini, dəqiq sərhədlərininin müəyyən olunması üçün mütəxəssis dəvət olunması ilə bağlı qərar qəbul edilmiş, eyni zamanda həmin əmlak kompleksinə dair sənədlərin əldə olunması üçün müvafiq sorğular göndərilmişdir.
32. Bakı şəhər Xəzər rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş məktubdan görünür ki, Nümayəndə2 Vladimirovnaya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən ümumi sahəsi 1602,3 kv.m, torpaq sahəsi 1.99342 ha olan əmlak kompleksinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün mütəxəssis iştirakının təmin edilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur.
33. "xxxx" MMC tərəfindən Bakı şəhər, Xəzər rayonu İcra Şöbəsinə göndərilmiş 28 sentyabr 2022-ci il tarixli 349 nömrəli məktubdan görünür ki, Nümayəndə2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Gürgan-Zirə-Şahdili yolu, 9-cu km, 10 ünvanında yerləşən torpaq sahəsinin real sahəsinin və dəqiq sərhədlərinin müəyyən olunması üzrə dəvət etdikləri mütəxəssis rəyinin və həmin əmlak kompleksinə dair digər sənədlərin əldə olunması üçün göndərdikləri müvafiq sorğulara cavabın işə əlavə edilərək sifarişin yenidən göndərilməsi üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 61.3.3 və 61.3.4-cü maddələrinin tələblərinə əsasən sifariş üzrə təyin olunmuş xx.xx.2022-ci il tarixli açıq hərac təxirə salınaraq sənədlər toplusu icra olunmadan qaytarılmışdır.
34. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 4558/2021-02 saylı icra sənədinin hazıradək icra olunmamasına görə cavabdeh məsuliyyət daşımır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə bağlı hər hansı sübut (onun tərəfindən icranın yubadılması ilə əlaqədar hərəkətlərin və ya hərəkətsizliyin edilməsi, şikayətlərin verilməsi və s.) təqdim edilməmişdir. Göründüyü kimi icra sənədinin hərəkətsiz qalmasında cavabdehin təqsiri olmamışdır.
35. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 21.2, 443.1, 445.7 və 449.1ci maddələrinin tələbləri baxımından iddiaçı tərəfindən faizlərin və zərərin əvəzinin ödənilməsini tələb edilməsi əsassızdır.
36. Eyni zamanda iddia tələbi pulun tutulması hissəsində əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin hüquqi həllindən bilavasitə asılı olan digər iddia tələbləri də müzakirə edilmədən rədd edilməlidir.
37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4879/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn