Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-235/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi Nümayəndə3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Gənclərin X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “nəqliyyat vasitələri, avadanlıqların, həmin əmlaklara dair sənədlərin təhvil verilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3437/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mahiyyəti ondan ibarətdir ki, İddiaçı Gənclərin X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış 27 iyun 2014-cü il tarixli 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli 062/14 GM-S nömrəli və xx.xx.2015-ci il tarixli 072/İ5- GM-S nömrəli alqı-satqı müqavilələrinə əsasən ödənişini həyata keçirdiyi texnikaların və onlara dair sənədlərin bu vaxta qədər iddiaçıya təhvil verilmədiyi, cavabdeh isə həmin texnika və sənədlərin təhvil-təslim aktlarına əsasən iddiaçıya təhvil verildiyini bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Gənclərin X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələrinin, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, xx.xx.2015-ci il tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyəci, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X15” markalı avtobusun və həmin əmlaklara aid texniki sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə ******* manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 3 alqı-satqı müqaviləsi bağlanmışdır. 27 iyun 2014cü il tarixli, 040/14-GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 180900 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 30 iyun 2014-cü il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 132500 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 31 avqust 2015-ci il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 2 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. 02 noyabr 2015-ci il tarixli, 072/15- GM-S nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyəci, 1 ədəd “Doosan DX35” modelli kiçik həcimli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X15” modelli avtobus satmağı, iddiaçı isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2.3-cü bəndinə əsasən müqavilənin məbləği ƏDV ilə birgə 663000 manat təşkil etmiş, 2.1.1-ci bəndinə əsasən iddiaçı əmlakın dəyərini 06 aprel 2018-ci il tarixində tam ödəmişdir. Müqavilənin 2.2 və 3.3-cü bəndlərinə əsasən cavabdeh əmlakın dəyəri ödənildiyi gündən 3 gün ərzində əmlakın özünü sənədlərlə birlikdə (zavod istehsalçının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri) təhvil-təslim aktı ilə iddiaçıya təqdim etməli idi. Lakin əmlaklar iddiaçıya deyil, tamamilə başqa şəxsə "xxxx" MMC-yə təhvil verilmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbini dəqiqləşdirmək istəyirlər. Belə ki, "xxxx" MMC ilə iddiaçının hər hansı bir hüquqi bağlılığı mövcud olmamışdır. O cümlədən həmin şirkətin iddiaçının adından çıxış etməyə səlahiyyəti yox idi. Belə olan halda isə, cavabdeh tərəfindən əmlakın iddiaçıya təhvil verilmədiyi aşkar şəkildə bəlli olur. 1-ci müqavilə üzrə cavabdeh tərəfindən tərtib edilmiş əmlakın təhvil verilməsinə dair xx.xx.2014-cü il tarixli qaimənin, 2-ci müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin, habelə 3-cü müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin “təhvil aldım” qrafasındakı imza da iddiaçının adından çıxış etmək səlahiyyəti olan hər hansı bir işçisinə, yaxud başqa (etibarnamə əsasında etibar etdiyi şəxsə) məxsus deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli, 39 nömrəli qərarına əsasən (Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında) əsasən iddiaçı alınmış əmlakları qeydiyyatdan keçirməli idi və yalnız bundan sonra onda həmin əmlaklardan istifadə etmək hüququ yaranmış olardı. Lakin sənədlər təqdim edilmədiyinə görə iddiaçı aldığı əmlakları bu günə qədər qeydiyyatdan keçirə və istifadə edə bilməmişdir. Bununla bağlı İddiaçıya külli miqdarda zərər dəymişdir. Bazar iqtisadiyyatı prinsiplərini nəzərə alaraq qarşılıqlı razılaşma yolu ilə ən aşağı qiymətlər ilə icarəyə verilsə idi, iddiaçı ******* manat fayda əldə edə bilərdi.
4. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan müqavilələr üzrə tərəflər arasında imzalanmış və möhürlənmiş rəsmi təhvil-təslim aktları mövcuddur. Həmin təhvil-təslim aktları iddiaçı tərəfindən tələb olunan bütün sənədlərin təqdim edilməsini təsdiq edir. Çünki müqavilələrin 3.3-cü bəndinə əsasən, satıcı (cavabdeh) əmlakın təhvil verilməsi ilə eyni zamanda alıcıya (iddiaçı) aşağıdakı sənədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməmədi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil-təslim aktını imzalamaqdan imtinası üçün əsasdır. Əlavə olaraq qeyd edilməsi zəruridir ki, iddiaçı qeyd etdiyi məbləğdə maddi itkilərə məruz qalmışdırsa, təhvil-təslim aktlarının təsdiq edildiyi müddətdən bugünə qədər (7-8 il ərzində) məhkəməyə müraciət etməməsi iddianın əsaslılığı barədə sual doğurur. Bundan başqa, tələb üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki 27 iyun 2014-ci il tarixli, 040/14- GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 24 iyul 2014-cü ildə, 27 iyun 2014-ci il tarixli, 062/14-GM-S nömrəli müqavilə üzrə təhvil-təslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 27 iyul 2015-ci ildə, 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilə üzrə təhviltəslim aktı hər iki tərəfin rəsmi möhürü və rəhbər şəxslərin imzası ilə 05 noyabr 2015-ci ildə təsdiq edilmişdir.
5. Birinci instansiya məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb eilmişdir.
6. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli və 02 noyabr 2015ci il tarixli, 072/15-GM-S nömrəli müqavilələr üzrə cavabdehdən tələb olunan nəqliyyat vasitələri və avadanlıqlar “X11 X7 MMC-yə verilmişdir. Belə ki, "xxxx" MMC ilə Xəzər GETYM arasında 30 dekabr 2013-cü tarixdə 01-14-MMC nömrəli müqavilə bağlanmış və həmin müqavilənin predmeti "xxxx" MMC-nin maddi texniki bazasının gücləndirilməsi, avtonəqliyyat vasitələrinin alınması, bunun müqabilində "xxxx" MMC İddiaçı GETYM-ə ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsini təmin etmişdir. Həmin müqavilə əsasında İddiaçı GETYM "xxxx" MMC-yə ƏDV daxil olmaqla ******* manat dəyərində hesab faktura, habelə 30 dekabr 2013-cü il tarixli, HG seriyalı, 705679 nömrəli elektron vergi hesab-fakturası təqdim etmişdir. Bundan sonra isə müvafiq nəqliyyat vasitələri və avadanlıqların İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməsi nəzərdə tutulmuşdur. Belə ki, 12 noyabr 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 974452 nömrəli qaiməfakturaya əsasən İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “NEW HOLLAND B115”, 1 ədəd "NEW HOLLAND B110”, 1 ədəd “AUGER TR700” və 1 ədəd “QİRİCİ GB5” markalı nəqliyyat vasitələri və avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974453 nömrəli qaimə-fakturaya əsasən, Xəzər GETYM tərəfindən "xxxx" MMCyə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W’ təkərli ekskavator və 01 ədəd “AUGER” markal avadanlıq, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaiməfakturaya əsasən İddiaçı GETYM tərəfindən "xxxx" MMC-yə təhvil verilməli 2 ədəd “DOOSAN DİST 300 FRONTAL YÜKLƏYİCİ”, 1 ədəd “DOOSAN DX35” kiçik həcmli ekskavator, 1 ədəd DOOSAN modelli işıq qülləsi, 1 ədəd “NEW HOLLAND LM1745" teleskop yükləyici, 4 ədəd “NEW HOLLAND L215” kiçik həcmli yükləyici və 03 ədəd “X15” markalı avtobus, 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974455 nömrəli qaiməfakturaya əsasən isə İddiaçı GETYM "xxxx" MMC-yə təhvil verilməli 1 ədəd “DOOSAN DX 140 W” tırtıllı ekskavator təhvil verilmişdir. Yalnız 12 noyabr 2015-ci il tarixli ÇBT/3 seriyalı, 974454 nömrəli qaimə-fakturada olan 3 ədəd “X15” markalı avtobus hüquqi sənədləri ilə birgə təhvil verilmiş, lakin bu qaimədə olan 1 ədəd “DOOSAN” işıq qülləsinin isə harada olması haqqında məlumat mövcud deyildir. Qeyd edilənlər onu təsdiq edir ki, İddiaçı GETYM 3 müqavilə əsasında ƏDV daxil 976400 manata Cavabdeh MMC-dən 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, "xxxx" MMC ilə bağlanmış 30 dekabr 2013-cü il tarixdə 01-14-MMC nömrəli müqavilə üzrə öhdəliyini icra edərək həmin 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq rəsmi uçot sənədləri əsasında "xxxx" MMC-nin balansına qəbul edilmişdir. Göründüyü kimi, "xxxx" MMC İddiaçı GETYM ilə 30 dekabr 2013-cü il tarixdə müqavilə bağlayarkən və ona ƏDV daxil ******* manat pulu ödəyərkən, İddiaçı GETYM-nin mülkiyyətində 19 ədəd nəqliyyat vasitəsi və avadanlıq olmamış yalnız həmin vəsaiti aldıqdan sonra Xəzər GETYM Cavabdeh MMC-dən yuxarıda qeyd olunan 3 müqavilə əsasında ƏDV daxil 976.400 manat dəyərdə 19 ədəd nəqliyyat vasitəsi və avadanlığı almış, ƏDV daxil 433.600 manat olmaqla, ƏDV-siz isə 367.458 manat mənfəət əldə etmişdir. Balanslarında olduğundan onların Cavabdeh MMC-dən alınaraq Xəzər GETYMyə verilməsi hissəsində iddia tələbi olduğundan təmin edilməməlidir. Həmin nəqliyyat vasitələri və avadanlıqlar hazırda "xxxx" MMC-nin balansına alınsa da, onların hüquqi sənədləri hal – hazıradək təhvil verilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(113)- 3437/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(113)-3437/2022 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı Gənclərin X3 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə, həmin müqavilə əsasında sonuncu tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ******* manat ödənilən pulun mübahisə predmeti olmuş əmlaklarla heç bir əlaqəsinin olmaması müqavilədə və digər sənədlərdə əksini tapmışdır. Məhkəməyə aidiyyatı sənədlər təqdim edilməsinə baxmayaraq, məhkəmənin mübahisə predmeti olmuş həmin əmlakların "xxxx" MMC-nin balansında olması barədə qənaat gətirməsi qəbuledilməzdir. Belə ki, "xxxx" MMC ilə iddiaçının mübahisə predmeti olan əmlaklarla əlaqəli hər hansı bir hüquqi bağlılığı mövcud deyildir. Belə olan halda isə, cavabdeh tərəfindən əmlakın iddiaçıya təhvil verilmədiyi aşkar şəkildə bəlli olur.
10. 1-ci Müqavilə üzrə cavabdeh tərəfindən tərtib edilmiş əmlakın təhvil verilməsinə dair xx.xx.2014-ci il tarixli qaimənin, 2-ci müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin, habelə 3-cü müqavilə üzrə tərtib edilmiş xx.xx.2015-ci il tarixli qaimənin “təhvil aldım” qrafasındakı imza da iddiaçının adından çıxış etmək səlahiyyəti olan hər hansı bir işçisinə, yaxud başqa şəxsə (etibarnamə əsasında etibar etdiyi şəxsə) məxsus deyildir.
11. Baş Nazirin 2020-ci ilin sentyabr ayında, Azərbaycan Respublikasının Alternativ və X13 Mənbələri üzrə dövlət Agentliyinin ləğv edilməsi ilə əlaqəli sərəncamından sonra Dövlət Agentliyinin yanında olan "xxxx" MMC tərəfindən onlara texnikalara aid sənədlərin verilməsi barədə müraciətlər olduqdan sonra onlara verilməli olan texnikaların aidiyyəti olmayan 3-cü şəxsə verilməsi halı aşkarlanmışdır. Bu isə özlüyündə iddia müddətinin ötməsi barədə səsləndirilən fikirlərin əsassız olmasına sübutdur.
12. "xxxx" MMC-nin əməkdaşı mübahisə predmeti olan əmlakların "xxxx" MMC-nin balansına alınsa da onlara aid sənədlərin hələ də təhvil verilmədiyini bildirməsi təhviltəslim prosesinin baş verməsinə sübut olaraq göstərilən fakturaların əsassızlığını bir daha sübut edir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə qətnamə qəbul edərkən hüququn tətbiqində səhv buraxmış, işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, aydınlaşdırmış hallara isə düzgün qiymət verilməmişdir.
13. İddia müddətinin ötürülməsinə münasibətdə qeyd edilməlidir ki, əşya hüquqlarına iddia müddəti tətbiq edilmir. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri üzrə iddia müddəti şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarına əsasən əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir.
14. Əmlakın aidiyyəti olmayan 3-cü şəxs tərəfindən balansa alınması mübahisə predmeti olan əmlakların iddiaçıya təhvil-təslim edilməsi sayıla bilməz. Qaimə-faktura isə təhvil-təslim sənədi deyildir. Təhvil-təslim sənədində əmlaklar və ona aid hissə və sənədlərin adları tam şəkildə göstərilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş qaimə fakturada isə sadəcə əmlaklar və rəqəmləri əksini tapmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdehin apellyasiya şikayətinə etirazı onunla əsaslandırılmışdır ki, “Xəzər" Gənclərin X3 ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında sonuncu tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsi təmin olunmuşdur. Müqavilə əsasında İddiaçı Gənclərin X3 "xxxx" MMC-yə ƏDV daxil olmaqla ******* manat dəyərində hesab faktura, elektron vergi hesab-fakturası təqdim etmiş, qaimə-fakturalara əsasən hal-hazırda tələb etdiyi texnika və avadanlıqları sonuncuya təhvil vermiş və məhz bu sənədlər əsasında həmin əmlaklar "xxxx" MMC-nin balansındadır. Yəni iddiaçı sözügedən malları Cavabdeh MMC-dən tam şəkildə, sənədləri ilə birlikdə təhvil almış və öz alıcısı olan, "xxxx" MMC-yə satmış və ödənişini də almışdır.
16. Həmçinin, tərəflər arasında rəsmiləşdirilmiş təhvil-təslim aktlarının səlahiyyətli şəxslər tərəfindən imzalanmaması ilə bağlı qeyd edilmişdir ki, sözügedən təhvil-təslim aktları imzalardan başqa, İddiaçı Gənclərin X1 möhürü ilə də təsdiq olunmuşdur. Aktlarda möhürün həqiqiliyi mübahisələndirilmədiyi halda həmin aktda hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Tərəflər arasında imzalanmış hər üç müqavilənin 3.3-cü maddəsində göstərilmişdir kı: “Sənədlərdən hər hansı birinin Satıcı tərəfindən Alıcıya təqdim edilməməsi təhvil-təslim aktının imzalanmasından imtina edilməsi üçün əsasdır.” Yəni, təhvil-təslim aktının imzalanması malların və sənədlərin təhvilini sübut edir.
17. Əlavə olaraq, müqavilənin 3.6-cı maddəsinə görə, əmlakın satıcıdan alıcıya verilməsi barədə təhvil-təslim aktının imzalandığı andan əmlaka mülkiyyət hüququ alıcıya keçir. Yəni əmlakın alıcıya verilməsi haqqında təhvil-təslim aktının olması sözügedən əmlaklara qarşı tərəfin mülkiyyətini yaradır. Bununla yanaşı, iddiaçı öz mülahizəsində “cavabdeh əmlakı iddiaçıya təhvil versə də” ifadəsini qeyd etməklə, əmlakları təhvil aldığını etiraf etmişdir ki, bu məqam da iddiaçının mövqeyinin nə qədər əsassız olduğunu təkrar-təkrar sübut edir.
18. İddiaçı hər üç müqavilə üzrə ödənişlərini etmiş və yekunlaşmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
25. Mülki Məcəllənin 568.1 və 568.2-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
26. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə həmin Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
27. Mülki Məcəllənin 570.1 və 570.1.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır.
28. Mülki Məcəllənin 576-cı maddəsinə əsasən əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər.
29. Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
30. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Mülki Məcəllənin 384.0 və 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir.
33. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.
39. İddiaçının tələbi ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 3 alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən dəyəri ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən təqdim edilməli olan 12 ədəd texnika, 3 ədəd avtobus və həmin əmlaklara dair sənədlər bu günə qədər onlara təqdim edilməmişdir. Həmin texnika və avtobuslar tamamilə başqa şəxsə, onlarla heç bir bağlılığı olmayan "xxxx" MMC-yə təhvil verilmişdir.
40. İddiaçı müqavilələrin tələblərinə əsasən əmlakların və onlara aid sənədlərin təqdim edilməsini, eyni zamanda əmlakların və onalara aid sənədlərin təqdim edilməməsinə görə 1.485.000 manat əldən çıxmış faydanın tutulmasını xahiş edir.
41. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, mübahisə predmeti olan müqavilələr üzrə tərəflər arasında imzalanmış və möhürlənmiş rəsmi təhvil-təslim aktları mövcuddur. Həmin təhvil-təslim aktları iddiaçı tərəfindən tələb olunan bütün sənədlərin təqdim edilməsini təsdiq edir. Çünki müqavilələrin 3.3-cü bəndinə əsasən, satıcı (cavabdeh) əmlakın təhvil verilməsi ilə eyni zamanda alıcıya (iddiaçı) zavod istehsalçısının təqdim etdiyi texniki pasportu, texnikanın servis kitabçasını, istismar təlimatını, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri təhvil verir. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil-təslim aktını imzalamaqdan imtinası üçün əsasdır. Bundan başqa, tələb üzrə iddia müddəti də ötürülmüşdür.
42. İş üzrə üçüncü şəxs "xxxx" MMC-nin mövqeyi ondan ibarət olmuşdur ki, hər üç müqavilə üzrə tələb olunan əmlaklar cavabdeh tərəfindən iddiaçıya, iddiaçı tərəfindən isə onlara təhvil verilmişdir. "xxxx" MMC ilə iddiaçı arasında 30 dekabr 2013-cü tarixdə 01-14- MMC nömrəli müqavilə bağlanmış və həmin müqavilənin predmeti "xxxx" MMC-nin maddi texniki bazasının gücləndirilməsi, avtonəqliyyat vasitələrinin alınması olmuş, bunun müqabilində "xxxx" MMC İddiaçı GETYM-ə ƏDV daxil olmaqla ******* manat pulun ödənilməsini təmin etmişdir. Əmlaklar onların balansında olsa da, həmin texnikaların bir hissəsinin texniki pasportlarının verilməsi təmin edilməmişdir.
43. İş materiallarından görünür ki:
44. 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli müqaviləyə və həmin müqaviləyə 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “New Holland B115”, 1 ədəd “New Holland B110”, 1 ədəd “Auger TR700” və 1 ədəd “Qırıcı GB5” modelli texnikaları satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 180900 manat müəyyən olunmuşdur.
45. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” bu müqavilə imzalandığı tarixdən 5 (beş) gün ərzində Əmlakın dəyərinin 180 900,00 (yüz səksən min doqquz yüz) AZN, yəni 100% təşkil edən hissəsini ödəyir.
46. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən “Satıcı”ya ödəniş köçürmə yolu ilə həyata keçirilir.
47. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Satıcı bu müqavilənin şərtlərinə müvafiq olaraq Əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlakların dəyəri bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 3 (üç) gün ərzində, Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
48. 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqaviləyə və həmin müqaviləyə 1 №-li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 1 ədəd “Doosan DX140W təkərli ekskavator” və 1 ədəd “Auger” satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 132500 manat müəyyən olunmuşdur.
49. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” bu müqavilə imzalandığı tarixdən 5 (beş) gün ərzində Əmlakın dəyərinin 132 500,00 (yüz otuz iki min beş yüz) AZN, yəni 100% təşkil edən hissəsini ödəyir.
50. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən “Satıcı”ya ödəniş köçürmə yolu ilə həyata keçirilir.
51. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Satıcı bu müqavilənin şərtlərinə müvafiq olaraq Əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlakların dəyəri bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 2 (iki) gün ərzində, Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
52. 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqaviləyə və 1 №- li əlavəyə əsasən Cavabdeh MMC İddiaçı Gənclərin X3 tərəfindən seçilmiş 2 ədəd “Doosan Disd 300 frontal yükləyici”, 1 ədəd “Doosan DX35 kiçik həcmli ekskavator”, 1 ədəd “Doosan işıq qülləsi”, 1 ədəd “New Holland LM 1745 teleskopik yükləyici”, 4 ədəd “New Holland L215 kiçik həcmli yükləyici” və 3 ədəd “X15 avtobus” satmağı, sonuncu isə əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilənin məbləği ƏDV ilə birgə 663000 manat müəyyən olunmuşdur.
53. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən “Satıcı”nın təqdim etdiyi hesab əsasında “Alıcı” bu müqavilə imzalandığı tarixdən 5 (beş) gün ərzində Əmlakın dəyərinin 663 000,00 (altı yüz altmış üç min) AZN, yəni 100% təşkil edən hissəsini təhvil-təslimdən əvvəl “Satıcı”ya ödəyir.
54. Həmin müqavilənn 2.1.2-ci bəndinə əsasən “Satıcı”ya ödəniş köçürmə yolu ilə həyata keçirilir.
55. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən Satıcı bu müqavilənin şərtlərinə müvafiq olaraq Əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlakların dəyəri bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 3 (üç) gün ərzində, Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
56. Tərəflər arasında bağlanmış 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli və 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilələr müqavilələrin 3.2 və 3.3-cü bəndlərində qeyd olunmuşdur:
57. “3.2. Əmlakın satıcıdan alıcıya təhvil – təslimi təhvil – təslim aktı ilə rəsmiləşdirilir. Əmlakların təhvil – təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla 2 nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.
58. 3.3. Satıcı əmlakların verilməsi ilə eyni zamanda alıcıya aşağıdakı sənədləri təqdim edir: Zavod istehsalçısının təqdim etdiyi texniki pasport, texnikanın servis kitabçası, istismar təlimatı, texniki komplektləşdirmə vərəqəsində göstərilən ehtiyat hissələri və alətləri. Qeyd olunan sənədlərdən hər hansı birinin alıcıya təqdim edilməməsi əmlakın tam göndərilməməsi sayılır və alıcının təhvil – təslim aktını imzalamaqdan imtinası üçün əsasdır.”
59. "xxxx" MMC (Sifarişçi) ilə İddiaçı Gənclərin X3 (İcraçı) arasında bağlanmış 01- 14-MMC saylı 2013-cü il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən əsasən "xxxx" MMC maddi – texniki bazasının gücləndirilməsi, xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınması, külək elektrik stansiyalarına, günəş elektrik stansiyalarına texniki xidmət göstərilməsi, ehtiyat hissələrinin alınması və avtonəqliyyat vasitələrinin alınması işlərinin satın alınması üçün İddiaçı Gənclərin X1 ƏDV daxil olmaqla ******* manat məbləğində təklifini qəbul etmişdir.
60. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2013-cü il tarixli 26 saylı hesab-fakturaya əsasən 01-14 MMC saylı müqavilənin şərtlərinə əsasən avtonəqliyyat vaitələrinin, maddi texniki baza üzrə xüsusi təyinatlı nəqliyyat vasitələri və avadanlıqların, külək və günəş enerjisi stansiyalarının texniki xidmətinin, EİS-in ehtiyat hissələrinin dəyəri olan 1.410.000 manat vəsaitin ödənilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMCyə xx.xx.2013-cü il tarixli 705679 saylı elektron hesab-faktura da göndərilmişdir.
61. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
62. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilələrin 2.1.1-ci bəndinə əsasən əmlakların yüz faiz dəyəri əvvəlcədən ödənilir, 2.2-ci bəndinə əsasən əmlak və ona dair sənədlər dəyəri tam ödənildikdən sonra alıcıya (iddiaçıya) təhvil verilir. 3.2 və 3.3-cü bəndlərinin məzmunundan görünür ki, malların verilməsi təhvil – təslim aktı ilə rəsmiləşdirilir, əmlakla birlikdə ona dair sənədlər də təqdim olunmalıdır, sənədlərin təqdim olunmadığı təqdirdə təhvil – təslim aktı imzalamaqdan imtina etmək alıcının hüququdur.
63. İş materiallarında belə bir təhvil-təslim aktı mövcud deyil.
64. Cavabdeh müqavilə üzrə əmlakların təhvil verilməsinin dəlili kimi onlar tərəfindən iddiaçıya göndərilən 3 ədəd xx.xx.2015-ci il tarixli 188706 nömrəli, xx.xx.2014-cü il tarixli 512463 nömrəli və xx.xx.2015-ci il tarixli qaimə-fakturaları göstərir. Cavabdehin nümayəndəsi həmin qaimə-fakturaların əsllərini təqdim edəcəyini bildirsə də təqdim etməmişdir.
65. İddiaçı cavabdeh tərəfindən təhvil təslim aktı kimi təqdim edilən qaimə-fakturalar ödəniş edilməsi üçün verilən sənəd olduğunu bildirir.
66. İddiaçı ilə cavabdeh arasında ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə yoxdur. Bu barədə ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir.
67. Cavabdeh və üçüncü şəxs iddiaçı ilə cavabdeh arasında bağlanmış üç müqavilə üzrə təhvil verilməli əmlaklarla, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilə üzrə təhvil verilməli əmlakların eyni olduğunu və bu müqavilələrin əlaqəli olduğunu bildirirlər.
68. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin iş üzrə İddiaçı Gənclərin X3 ilə hər hansı bir hüquqi bağlılıq müəyyən edilməmişdir.
69. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ünvanlanan qaimə-fakturaların təhvil-təslim aktı kimi qəbul edilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, yuxarıda qeyd edilən 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli və 02 noyabr 2015-ci il tarixli, 072/15-GM-S nömrəli müqavilələrin 3.2-ci bəndinə əsasən Əmlakın satıcıdan alıcıya təhvil – təslimi təhvil – təslim aktı ilə rəsmiləşdirilir. Əmlakların təhvil – təslim aktı hər bir tərəf üçün bir nüsxə olmaqla 2 nüsxədə tərtib edilir. Satıcı və alıcının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır. Lakin iş materiallarında belə bir akt aşkar edilmədiyi kimi, həmin əmlaklara aid texniki sənədlərin təqdim edilməsi də müəyyən edilməmişdir.
70. Bundan əlavə qeyd edilən müqavilələrin 2.2-ci bəndlərinə əsasən Satıcı bu müqavilələrin şərtlərinə müvafiq olaraq Əmlakı, habelə müqavilənin 3.3-cü bəndində qeyd edilən sənəd və ləvazimatları, əmlakların dəyəri bu müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulan qaydada ödənildiyi gündən 3 (üç) gün ərzində, Alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
71. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən həyata keçirilən ödənişlərə dair sənədlərdən görünür ki, iddiaçı tərəfindən əmlaklara dair ödənişlər müxtəlif tarixlərdə 2014, 2015, 2016, 2017, hətta 2018-ci tarixdə həyata keçirilmişdir.
72. Belə olduğu halda və müqavilələrin 2.2-ci bəndlərində nəzərdə tutulmasına baxmayaraq cavabdeh tərəfindən qaimə-fakturaların təhvil-təslim aktı kimi qəbul edilməsi, ümumiyyətlə 2014 və 2015-ci illərdə ödəniş olmadan əmlakların təhvil verilməsi barədə dəlillər əsassızdır.
73. 24.05.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi texnikaların nəyə görə daha əvvəldən verilməsi sualına, “yalnız tərəflər arasında olan işgüzar münasibətlərlə cavablandıra bilərəm” şəklində cavab vermişdir.
74. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 2014 və 2015-ci illərdə bağlanmış müqavilələrə əsasən ödənişləri 2014-2018-ci illərdə həyata keçirilmiş əmlaklar 2013-cü il tarixli qaimə fakturaya əsasən necə üçüncü şəxsə təhvil verilə bilərdi.
75. Bundan əlavə iddiaçı tərəfindən üçüncü şəxsə göndərilən hesab-fakturada ümumi məbləğ 1.410.000 manat göstərilsə də avtonəqliyyat vasitələrinin dəyəri cəmi 93220,34 manat müəyyən edilmişdir. Belə olan halda həmin əmlakların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməli və dəyəri 976400 manat təşkil edən əmlaklarla eyni olması dəlili də əsassızdır.
76. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir.
77. Məhkəmə kollegiyası iddia tələbinin “əmlaklar və onlara aid texniki sənədlərin təhvil verilməməsinə görə ******* manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, iddia tələbinin həmin hissəsini həmin əmlakların kirayəyə verildiyi təqdirdə gəlir gətirə biləcəyi ilə əsaslandırsa da bu barədə lazımi sübutları əlavə etməmiş, həmin hissədə iddia tələbini əsaslandıra bilməmişdir. Bu səbəbdən həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
78. İddia müddətinin tətbiq edilməsi barədə cavabdehin ərizəsinə münasibətdə isə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi konsensual müqavilə olduğundan, Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən satıcı tərəfindən alış qiyməti ödənilənədək mülkiyyət hüququnun özündə saxlanılması nəzərdə tutulmadığından, hazırkı işdə hər üç müqavilə üzrə iddiaçı tərəfindən həmin əmlakların dəyəri tam şəkildə ödənildiyindən, həmin əmlaklar iddiaçının mülkiyyəti hesab edilir.
79. Belə olan halda cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən təmin edilməməlidir.
80. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 1133 manat, apellyasiya şikayətinin veilməsi ilə əlaqədar ödənilmiş 850 manat və 400 manat mediasiya xərcinin 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
81. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3437/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən – “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində təmin edilməli, ödənilmiş dövlət rüsumunun 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
82. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı Gənclərin X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3437/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən – “nəqliyyat vasitələri, avadanlıqlar və həmin əmlaklara dair sənədlərin təhvil verilməsi” hissəsində təmin edilsin. Tərəflər arasında bağlanmış nəqliyyat vasitələri və avadanlıqların alınması barədə 27 iyun 2014-cü il tarixli, 040/14-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “New Holland B115” modelli ekskavator yükləyici, 1 ədəd “New Holland B110” modelli ekskavator yükləyici, 1 ədəd “TR700” modelli auger və 1 ədəd “GB5” modelli qırıcı nəqliyyat vasitələri, 27 iyun 2014-cü il tarixli, 062/14 GM-S nömrəli müqavilənin predmetini təşkil edən 1 ədəd “Doosan DX140W” modelli təkərli ekskavator və 1 ədəd “Auger” markalı nəqliyyat vasitələri, xx.xx.2015-ci il tarixli 072/İ5-GM-S nömrəli müqavilənin predmetini təşkil edən 2 ədəd “Doosan Disd 300” modelli frontal yükləyici, 1 ədəd “Doosan DX35” modelli kiçik həcmli ekskavator, 1 ədəd “Doosan” modelli işıq qülləsi, 1 ədəd “New Holland LM 1745” modelli teleskopik yükləyici, 4 ədəd “New Holland L215” modelli kiçik həcimli yükləyici və 3 ədəd “X15” markalı avtobus və həmin əmlaklara aid texniki sənədlər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı Gənclərin X2 verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova