Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-24/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsinin ləğv olunması, kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3051/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 055R********** saylı krеdit razılaşmasının və xx.xx.2021-ci il tarixli 055R**********S saylı sazişin ləğv edilməsini, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 055R********** saylı krеdit razılaşması üzrə 34901,12 manat məbləğində krеdit bоrcu, 7835,59 manat məbləğində faiz bоrcu və 16437,20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 59173 manat 91 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulmasını, tələbin Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində xüsusi mülkiyyətdə olan, 32 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 59173 manat 91 qəpik məbləğində bоrcun, tərəfimizdən ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 ümumi müştərək qaydada tutulmasını, Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində xüsusi mülkiyyətdə olan, 32 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5 istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 055L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 055R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli 055R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 5098,88 manat ödəmiş, onun 34901,12 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 320 gün üçün hesablanmış faiz borcu 7835,59 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 320 gün üçün hеsablanmış cərimə 16437.2 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və zamin Cavabdeh6 və bank arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 3M-99 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsində xüsusi mülkiyyətdə olan, 32 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən elektron çıxarışla məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsi, 32, mənzil 20 Cavabdeh6 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Qeyd edilən mənzildə qeydiyyatda olanlar Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsində xüsusi mülkiyyətdə olan, 32 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsi, 92, M2, m2) İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3051/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 055R********** saylı krеdit razılaşma və xx.xx.2021-ci il tarixli 055R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 müştərək qaydada 34901,12 manat əsas borc, 6877,05 manat faiz borcu və 721,83 manat cərimə cəmi 42500 manat, həmçinin 400 manat mediasiya xərci, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 man dövlət rüsumunun və 30 manat xidmət haqqının tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh6 məxsus ilkin satış qiyməti 65000 manat olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsi, 32 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 20 nömrəli mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, Hüseynbala Əliyev küçəsi, 92, M2, m2) yönəldilməsi, həmin ipoteka predmetinin hərracda satılması və əldə olunan vəsaitin hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin borcunun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 müştərək qaydada tutulması, iddianın digər hissədə təmin edilməməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün 100 manat məbləğində xərcin 71,82 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 müştərək qaydada, 28,18 manatının isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3051/2022 saylı qətnaməsini ləğv edərək iş üzrə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, o, 2022-ci ilin may ayında 5000 manat İddiaçı QSC-yə pul ödəmiş, amma bank bunu nəzərə almamışdır. Hazırkı iş üzrə isə məhkəmə onun prossesdə iştirakını təmin etmədiyi üçün o sübutlarını məhkməyə təqdim edə bilməmiş və məhkəmə yalnız iddiaçının verdiyi əsassız sübutlar əsasında qeyri-obyektiv qətnamə qəbul etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi sənədlər əsasında qeyri-qanuni qətnamə qəbul etmişdir. Belə ki, sözü gedən müqavilə üzrə borcunun çox hissəsini ödəmiş və İddiaçı QSC-yə iddia ərizəsində göstəriləndən çoz az borcu qalmışdır. Belə ki, iddiaçı ərizəsində əsas borcu, faiz borcunu və cəriməni həddindən artıq şişirdilmiş şəkildə təqdim etmiş və məhkəmədə əsassız olaraq iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
8. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
19. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətinin sonunda qətnamənin ləğv edilməsi xahiş edilsə də, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı kredit borcu (əsas, faiz və cərimə) məbləğinin təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia qismən əsaslıdır.
22. xx.xx.2020-ci il tarixli 055L**********37 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün ******* manat məbləğində uzunmüddətli kredit xəttini açır.
23. 31 may 2020-ci il tarixli 055R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində krеdit vermişdir.
24. Kredit razılaşmasının 4.2.2-ci bəndindən görünür ki, borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir.
25. 26 sentyabr 2022-ci il tarixli 9/5453 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə 35704,52 manat əsas, 6877,05 manat faiz borcu vardır.
26. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində tam, 26 sentyabr 2022-ci il tarixli 9/5453 nömrəli ekspert rəyinə uyğun olaraq faiz və cərimə borcunun tutulması hissəsində isə iddianı qismən təmin etmişdir.
27. Apellyasiya baxışı zamanı 13 iyul 2023-cü il tarixli qərardadla iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 6 dekabr tarixli, 9/9032 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 055R********** saylı kredit razılaşması və xx.xx.2021-ci il tarixli 055R**********S saylı sazişə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 35704,52 manat, faiz borcu üzrə 5877,33 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 35704,52 manat, faiz borcu üzrə 6877,05 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 35704,52 manat, faiz borcu üzrə 7939,26 manat, xx.xx.2022-ci il tarixə əsas borc üzrə 35704,52 manat, faiz borcu üzrə 8668,23 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 35704,52 manat, faiz borcu üzrə 11270,32 manat müəyyən edilmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
29. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
30. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
31. Hazırkı məhkəmə araşdırması zamanı 2023-cü il 6 dekabr tarixli, 9/9032 saylı saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
32. Beləliklə, ekspert rəyi ilə əsas borc məbləği 35704,52 manat müəyyən edilsə də, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi məbləğdə - 34901,12 manat əsas borc məbləğinin cavabdehdən tutulmasının təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
33. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir.
34. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 16437,20 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 721,83 manat məbləğində müəyyənləşdirmişdir.
35. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, hesabdan çıxarışı araşdıraraq və Mülki Məcəllənin 462 və 467-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, dəbbə puluna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023 tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
37. Həmin Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
38. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh1 göndərilmiş 10 yanvar 2022-ci il tarixli, xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarılmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və banka borclu olduğu 56737,23 AZ məbləğin (34901,12 AZN təşkil edən əsas məbləğ, 7004,36 AZN faiz məbləği və və 14831,75 AZN cərimə məbləği, həmçinin xx.xx.2022-ci il tarixdən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün müraciət ediləcəyi qeyd edilmiş. Bu halda təkcə banka borclu olduğları deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəkləri barədə bildirilmişdir.
39. Faiz borcu məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 10 yanvar 2022-ci il tarixli pretenziya məktubu göndərməklə 21 yanvar 2022-ci il tarixdən kredit müqaviləsi üzrə öhdəliklərin vaxtından əvvəl icra edilməsinə və belə olan halda mübahisəli kredit müqaviləsinin ləğv edilməsinə dair iradəsini qarşı tərəfə bildirmiş, bununla da mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir.
40. 2023-cü il 6 dekabr tarixli, 9/9032 saylı ekspert rəyində olan cədvəl məlumatlarından görünür ki, 10 yanvar 2022-ci il tarixindən sonra günə düşən faiz məbləği dəyişməz olaraq 20,83 AZN müəyyən edilmişdir. Müqaviləyə xitam verildiyi tarixədək -21 yanvar 2022-ci il tarixədək olan 11 gün üçün isə faiz məbləği 229,13 AZN təşkil edir.
41. Odur ki, iddiaçı yalnız müqaviləyə xitam verildiyi tarixədək olan müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququna malik olduğundan mübahisəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcu ekspert rəyində 10 yanvar 2022-ci il tarixinə 5877,33 manat və həmin gündən sonra 11 gün üçün 229,13 AZN (11x20,83=229,13) olmaqla xx.xx.2022-ci il tarixə olan faiz borcu cəmi 6106,46 AZN müəyyən edilməlidir.
42. Bununla yanaşı, hesabdan çıxarış məlumatlarından, ekspert rəyindən göründüyü kimi 21 yanvar 2022-ci il tarixindən sonra cavabdeh xx.xx.2022-ci il tarixdə faiz məbləği üzrə 5000 AZN ödəniş edilmişdir.
43. Odur ki, cavabdeh tərəfindən ödənilməli faiz borcunun məbləği ödənilən məbləğ çıxıldıqdan sonra 1106,46 AZN məbləğində (6106,46 AZN- 5000 AZN=1106,46 AZN) müəyyən edilməlidir.
44. Beləliklə, kollegiya hesab edir ki, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, 31 may 2020-ci il tarixli 055R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliklərini tam icra etmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən 1106,46 AZN məbləğində faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
45. Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza xərcinin 70 manatı İddiaçı QSC-dən, 30 manatı isə Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.
46. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3051/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi qismən – 055R********** saylı krеdit razılaşması üzrə cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilməli, İddiaçı QSC-nin xeyrinə tutulmalı faiz borcu 1106,46 manat, cəmi borc 36.729,41 manat müəyyən edilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3051/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsi qismən – 055R********** saylı krеdit razılaşması üzrə cavabdehlərdən tutulmalı olan faiz borcunun, bundan asılı olaraq cəmi borcun tutulması hissəsində dəyişdirilsin, İddiaçı QSC-nin xeyrinə tutulmalı faiz borcu 1106,46 manat, cəmi borc 36.729,41 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərcinin 70 manatı İddiaçı QSC-dən, 30 manatı isə Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova