Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-241/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1048/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(113)-1048/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» MMC-nin iddia tələbinin qismən təmin edilmiş və Cavabdeh MMC-dən 593.487,52 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh MMC-nin həmin qətnamədən poçt xidməti vasitəsilə Bakı Kommersiya Məhkəməsinə göndərdiyi apellyasiya şikayəti məhkəmənin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir ( Qətnamədən həm də iddiaçı tərəfindən elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir). Məhkəmə kollegiyası iş materiallarını araşıdırb hesab edir ki, Cavabdeh MMC-nin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və ona qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 366.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası prosessual qanunuvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq cavabdehin şikayəti və ona əlavə edilməş sənədlər iş materitalları ilə birlikdə araşdırılarkən müəyyən etmişdir ki, şikayət prosessual qanunvericiliyin tələbləri qaydasında verilməmişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir, iddiaçının iddia ərizəsi və ona əlavə etdiyi sənədlər onun tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə verilmiş, eyni zamanda, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini də elektron kabinet vasitəsilə vermişdir. MPM-in qüvvədə olan 10-1.3-cü maddəsinin tələbinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Ən azından, Məcəllənin sözügedən norması kommersiya mübahisələri üzrə iddia ərizəsinin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Lakin iş materiallarından görünür ki, Cavabdeh MMC prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1048/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətini elektron kabinet vasitəsilə deyil, poçt xidməti vasitəsilə məhkəmə göndərmişdir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin qeyd olunan imperativ tələbinə diqqət yetirməmiş, cavabdehin apellyasiya şikayətini MPM-in 152.1.1-ci maddəsinin tələbi qaydasında geri qaytarmalı olduğu halda, birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 364-cü maddəsinin tələbində isə nəzərdə tutulur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə də qeyd olunan prosessual pozuntuları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC-nin birinci instansiya məhkəməsinin qətənaməsindən verdiyi şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 402 və 405-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti geri qaytarılması üçün iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-241/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-241/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver