Məhkəmə qərarları › İş №2-2(103)-241/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-241/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-241/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızından, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), X2 və X1 qarşı kredit borcunun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi barədə iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, e-2-2(113)- 14/2021 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “X3” MMC-yə, X2 və X1 qarşı kredit borcunun tutulması və tutulmanın girov qoyulmuş əmlaka yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, e-2-2(113)-14/2021 saylı qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı ərizə ilə müraciət edərək icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, e-2-2(113)-14/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı 07.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, e-2-2(113)-14/2021 saylı qərardadının ləğv edilməsini, icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi həmin ərizəni qərardaddan verilmiş şikayət kimi qəbul edərək 10.12.2021-ci il tarixdə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı Əlavədə qətnamədən və ya qərardaddan verilən apellyasiya şikayətinin forması nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçı Bakı Kommersiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, e- 2-2(113)-14/2021 saylı qərardadından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada apellyasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası hesab edir ki, şikayət mümkün hesab edilməməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, e-2-2(113)- 14/2021 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar