Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-243/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 936/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş materiallarını Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il tarixl8i KT 012 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, müddət sonuna hesablanmış 6013 manat 35 qəpik faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 22.371 manat 42 qəpik borc, cəmi, 178.384 manat 77 qəpik məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2011- ci il tarixli, KT 012 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik faiz dərəcəsi 7% ödənilmək şərtilə 150.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüş, lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-936/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iş üzrə yeni məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi və ekspertizanın nəticəsinə görə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə reallığı əks etdirmir. Belə ki, iddiaçının ona qarşı tələbindən göründüyü kimi, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə bank tərəfindən ona 60 ay müddətinə, illik faiz dərəcəsi 7 faiz ödəmək şərti ilə 150.000 manat məbləğində kredit vermişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə alınmış ekspert rəyinə əsasən cavabdehin xx.xx.2011-ci il tarixli KTO-12 saylı kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixinə əsas borcu – 150.000 manat, faiz borcu 37.455,02 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin o, hesab edir ki, bu rəy reallığı əks etdirmir, çox şişirdilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilmiş tərəflər (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(«MPM») 376.2-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs R.Hüseynov tərəflər arasında artıq yazılı şəkildə müvafiq razılıq əldə olunğunu qeyd edərək, məsələnin həllini məhkəmənin səlahiyyətnə buraxdığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən tərəflər arasında bağlanmış xx xxxx 2011-ci il tarixli KT 012 saylı kredit müqaviləsinin mülki qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamışdır. Belə ki, həmin müqaviləyə əsasən iddiaçı bank tərəfindən maldarlığın inkişafı üçün illik cavabdeh borcalana 7 faizi ilə xx xxxx 2016-cı il tarixinədək ödənilməsi şərti ilə 150.000 manat məbləğində kredit vermişdir (1.1-ci bəndi). Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, həmin kredit məbləğini aldığı və məhkəməyə qədər onun tərəfindən ödəniş edilmədiyi mübahisələndirilmir. Onun mübahisələndirdiyi hal yalnız ondan ibarətdir ki, iş üzrə alınmış məhkəməmühasibatlıq ekspertizasının rəyi reallığı əks etdirmir borc məbləği şişirdilmişdir. Məhkəmə kollegiyası MPM-in 372-.6-cı maddəsinin tələbi baxımından hesab edir ki, işə şikayət həddində baxılıb qiymət verilməlidir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, onun mübahisəlndirdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 21923 nömrəli ekspert rəyindən görünür ki, aldığı kreditinə dair bank hesabından çıxarış materiallarında əks olunan məlumatlara əsasən ekspert müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə onun İddiaçı ASC-yə xx xxxx 2019-cu il tarixinə 150.000 manat əsas borcu, 37.455,02 manat faiz borcu vardır. Konkret halda isə, iddiaçının irəli sürdüyü iddia tələbindən isə göründüyü kimi, cavabdehdən 150.000 manat əsas borc, müddət sonuna hesablanmış 6013,35 manat faiz borcu və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 22.371,42 manat faiz məbləği, cəmi 178.384,77 manat məbləğində kredit borcunun bankın xeyrinə tutlmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış həmin müqavilənin yuxarıda qeyd olunan 1.1-ci bəndindən göründüyü kimi, həmin 150.000 mant məbləğində kredit borcalana xx.xx.2016cı il tarixinədək, yəni 5 il müddətinə, illik 7 faiz dərəcəsi ilə verilmişdir. Belə olan halda, ən azından, cavabehin aldığı həmin 150.000 manat kreditin hər illinə görə 7%-lə hesalanmalı olan faiz məbləği 10.500 (150.000x7% ) manat təşkil edir. Cavabdeh tərəfindən isə iddia tələbində tutulmasını tələb etdiyi faiz məbləği, cəmi 6.013,35 manat təşkil edir. Yəni, cavabdehdən tutulmasını tələb etdiyi faiz məbləğini belə əhatə etmir, ondan xeyli aşağıdır. MPM-in 218.3-cü maddəsinin tələbində də nəzərdə tutulur ki, hakim, işdə iştirak edən şəxslərin verdiyi tələbləri üzrə qətnamə çıxarır. Belə olan halda, cavabdehin ekspert rəyində gəlinən nəticəni mübahisələndirməsi formal xarakter daşıdığı və hüquq cəhətdən əhəmiyyətsiz olduğu aydın görünür və məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilməsinə heç bir lüzüm da qalmır. Bu baxımdan cavabdehin qeyd olunan dəlilləri əsassızdır. İddiaçının Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinadən ödənilməsi tələb olunan 22.371,42 manat faiz məbləğinə gəldikdə isə, iddiaçı tərəfindən həmin faiz məbləğinin də şişirdilməsindən söhbət belə gedə bilməz. Belə ki, Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət dapşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğtələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, xx.xx.2016-cı il tarixdə müqavilə müddəti başa çatdığı halda, cavabdeh tərəfindən 2019-cu ilin iyun ayına kimi, yəni məhkəmədə iddia qaldırılan qədər olan üç il müddət ərzində cavabdeh aldığı kreditdən heç bir ödəniş həyata keçirməmişdir. Mülki qanunvericiliyin qeyd olunan normaları baxımından, ən azından, gecikdirilmiş ödəniş müddətinin hər bir ilinə görə hesablan beş faiz 7500 (150.000x5%) manat təşkil etdiyini nəzərə alsaq, üç ilə görə hesablanan məbləğ 22.500(7500x3) manat təşkil etmiş olur. İddiaçı isə tələbində bundan da az, 22.371,42 manat məbləğində gecikmə faizinin ödənilməsini tələb edir. Odur ki, cavabdehin qeyd olunan faiz məbləği ilə də razılaşmayan dəlilləri də əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, məhkəmə iddianın təmin edilməsi barədə işin sübutlarla müəyyən edilən hallarına və mülki qanunvericilyin tələblərinə uyğun nəticəyə gəlmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənləri məcmu halında qiymətləndirərək yekunda cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin reallığı əks etdirmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə, gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-936/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-936/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-243/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-243/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver