Məhkəmə qərarları › İş №2-2(103)-244/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-244/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-244/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh5 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh6 MMC, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 qarşı pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)-132/2023 saylı qətnaməsindən İddiaçı ASC, cavabdehlər Cavabdeh6 MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh6, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6 MMC-dən və Cavabdeh8 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 412034 manat əsas borc, 64890,98 manat faiz borcu, 869,5 manat cərimə olmaqla, cəmi 477794,48 kredit borcu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumu və 120 manat xidmət haqqının ödənilməsi, cavabdehlər Cavabdeh6 MMC-dən və Cavabdeh8 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 258153 manat əsas borc, 41151,55 manat faiz borcu, 543,34 manat cərimə olmaqla, cəmi 299847,89 manat kredit borcu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumu və 120 manat xidmət haqqının ödənilməsi, cavabdehlər Cavabdeh6 MMC-dən və Cavabdeh8 müştərək qaydada İddiaçıASC-nin xeyrinə 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ- 5-0-182-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0- 182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 212174 manat əsas borc, 32759,7 manat faiz borcu, 742,63 manat cərimə olmaqla, cəmi 245676,33 manat kredit borcu, dövlət rüsumu olaraq ödənilmiş 1301,66 manat (400 manatı mediasiya xərci olaraq ödənilmişdir), ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumu və 90 manat xidmət haqqının ödənilməsi, 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə tutmanın Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh8 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, 07 avqust 2018-ci il tarixli, 6- BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə tutmanın Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahəsindən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə, Cavabdeh8 mülkiyyətindəki Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə və Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə tutmanın Cavabdeh8 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh7 mülkiyyətindəki ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh8 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldikdən və həmin torpaq sahələri satıldıqdan 1 ay sonra həmin torpaq sahələrinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və torpaq sahələrinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahəsindən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahəsindən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə sahəsinə tutma yönəldikdə və həmin torpaq sahəsi satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və torpaq sahəsinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh8 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldikdən və həmin torpaq sahələri satıldıqdan 1 ay sonra həmin torpaq sahələrinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və torpaq sahələrinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh7 mülkiyyətindəki ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh7 və Cavabdeh5 ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh7 və Cavabdeh5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh6 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı, 07 avqust 2018- ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı və 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı Baş kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh6 MMC-yə 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı Baş kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) illik 36 faizlə 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. 2018-ci il 09 iyul tarixli, 6-BİZ-3-0-105-18/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh6 MMC "xxxx" İKB ASC-nin (İddiaçı ASC) “MXD” filialından illik 15%-lə 48 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evi 12 iyul 2018-ci il tarixli ipoteka müqaviləsilə, Cavabdeh8 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsi 09 iyul 2018-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh8 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsi 09 iyul 2018-ci il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh8 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsi 09 iyul 2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və Cavabdeh8 ilə 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18(Z) nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh6 MMC-yə 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) illik 36 faizlə 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh6 MMC "xxxx" İKB ASC-nin (İddiaçı ASC) “MXD” filialından illik 15%-lə 48 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahəsindən ibarət 40 nömrəli evin 2 nömrəli mənzili 09 avqust 2018-ci il tarixli ipoteka müqaviləsilə, Cavabdeh8 mülkiyyətindəki Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsi 10 avqust 2018-ci il tarixli ipoteka müqaviləsilə, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzili 22 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi ilə, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzili 22 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və Cavabdeh8 ilə 07 iyul 2018ci il tarixli, 6-BİZ-4-0-123-18(Z) nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh6 MMC-yə 22 oktyabr 2018-ci il tarixli, № 6-BİZ-5-0-182-18 saylı Baş kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (İddiaçı ASC) illik 36 faizlə 120 ay müddətinə 250000 (iki yüz əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0- 182-18/1 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh6 MMC "xxxx" İKB ASC-nin (İddiaçı ASC) “MXD” filialından illik 15%-lə 36 ay müddətinə 250000 (iki yüz əlli min) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh8 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsi 22 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsilə, Cavabdeh8 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsi 22 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsilə, Cavabdeh7 mülkiyyətindəki ünvan 7 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzil 22 oktyabr 2018-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və Cavabdeh8 ilə 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 (Z) nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il iyunun 10-dək borcalan olan Cavabdeh6 MMCnin banka 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 nömrəli kredit müqaviləsi üzrə 412034 manat əsas borc, 64890,98 manat faiz, 869,5 manat cərimə borcu olmaqla, cəmi 477794,48 manat borcu vardır. 2022-ci il iyunun 10-dək borcalan olan Cavabdeh6 MMCnin banka 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 nömrəli kredit müqaviləsi üzrə 258153 manat əsas borc, 41151,55 manat faiz, 543,34 manat cərimə borcu olmaqla, cəmi 299847,89 manat borcu vardır. 2022-ci il iyunun 10-dək borcalan olan Cavabdeh6 MMCnin banka 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 nömrəli kredit müqaviləsi üzrə 212174 manat əsas borc, 32759,7 manat faiz, 742,63 manat cərimə borcu olmaqla, cəmi 245676,33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh6 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. İddiaçı ASC cavabadehlər Cavabdeh6 MMC, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh7 və Cavabdeh5 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh6 MMC-dən və Cavabdeh8 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 412034 manat əsas borc, 103636,69 manat faiz, 20186,5 manat cərimə borcu olmaqla, cəmi 535857,19 manat kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi; cavabdehlər Cavabdeh6 MMC-dən və Cavabdeh8 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 258153 manat əsas borc, 65432,65 manat faiz, 12142,28 manat cərimə borcu olmaqla, cəmi 335727,93 manat kredit borcunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi; cavabdehlər Cavabdeh6 MMC-dən və Cavabdeh8 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 saylı kredit verilməsinə dair razılaşma üzrə 212174 manat əsas borc, 52708,4 manat faiz, 19278 manat cərimə borcu olmaqla, cəmi 284160,4 manat kredit borcunun, dövlət rüsumu olaraq ödənilmiş 1367,87 (400 manat mediasiya xərci olaraq ödənilmişdir) manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və 90 manat xidmət haqqının ödənilməsi; 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0- 105-18 saylı baş kredit müqaviləsinə bağlanmış 9 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0-105-18/1 saylı kredit verilməsinə dair razılaşması üzrə tutmanın Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh8 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 07 avqust 2018-ci il tarixli, 6-BİZ- 4-0-123-18 saylı baş kredit müqaviləsinə bağlanmış 09 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0- 123-18/1 saylı kredit verilməsinə dair razılaşması üzrə tutmanın Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə, Cavabdeh8 mülkiyyətindəki Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə və Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı baş kredit müqaviləsinə bağlanmış 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18/1 saylı kredit verilməsinə dair razılaşması üzrə tutmanın Cavabdeh8 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh7 mülkiyyətindəki ünvan 8 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh8 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən 4 otaqlı, 261.37 kv.m ümumi, 66.2 kv.m yaşayış, 195.17 kv.m yardımçı sahədən ibarət 15K nömrəli fərdi yaşayış evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh8 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinə, Cavabdeh8 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldikdə və həmin torpaq sahələri satıldıqdan 1 ay sonra həmin torpaq sahələrinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və torpaq sahələrinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 4-cü küçə, 12 nömrəli həyətyanı sahə ünvanında yerləşən 0.06 ha sahədən ibarət torpaq sahəsinə sahəsinə tutma yönəldikdə və həmin torpaq sahəsi satıldıqdan 1 ay sonra həmin torpaq sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və torpaq sahəsinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh8 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə və Cavabdeh8 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinə tutma yönəldikdə və həmin torpaq sahələri satıldıqdan 1 ay sonra həmin torpaq sahələrinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və torpaq sahələrinin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh7 mülkiyyətindəki ünvan 8 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh7 və Cavabdeh5 ünvan 8 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh7 və Cavabdeh5 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh6 MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 09 iyul 2018-ci il tarixli, 6-BİZ-3-0- 105-18 saylı, 07 avqust 2018-ci il tarixli, 6-BİZ-4-0-123-18 saylı və 22 oktyabr 2018-ci il tarixli, 6-BİZ-5-0-182-18 saylı baş kredit müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-132/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı ASC, cavabdehlər Cavabdeh6 MMC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri vermişlər. İddiaçı apellyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-132/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh6 MMC qətnamənin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini, Cavabdeh2 ilə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişini və barışıq sazişinin təsdiq edilməsi barədə barədə ərizələri təqdim etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 və Cavabdeh5 barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-132/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-132/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-132/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ASC ilə cavabdehlər qismində çıxış edən Cavabdeh6 MMC, Cavabdeh8, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 arasında aşağıdakı məzmunda bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin:

1. Cavabdehlər Cavabdeh6 MMC və Cavabdeh8 İddiaçı ASC-yə 09 iyul 2018-ci il tarixli № 6-BİZ-3-0-105-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 2018-ci il 09 iyul tarixli 6-BİZ-3-0-105-18/1 №li kredit müqaviləsi üzrə 279 000 manat (iki yüz yetmiş doqquz min manat) əsas, 64 890.98 manat (altmış dörd min səkkiz yüz doxsan manat doxsan səkkiz qəpik) faiz, 869.50 manat (səkkiz yüz altmış doqquz manat əlli qəpik) cərimə borcu olmaqla, ümumilikdə cəmi 344 760.48 manat (üç yüz qırx dörd min yeddi yüz altmış manat qırx səkkiz qəpik) borcun, 07 avqust 2018-ci il tarixli № 6-BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 2018-ci il 09 avqust tarixli 6-BİZ-4-0-123-18/1 №li kredit müqaviləsi üzrə 205 000 manat (iki yüz beş min manat) əsas, 41 151.55 manat (qırx bir min yüz əlli bir manat əlli beş qəpik ) faiz, 543.34 manat (beş yüz qırx üç manat otuz dörd qəpik) borcu olmaqla ümumilikdə cəmi 246 694.89 manat (iki yüz qırx altı min altı yüz doxsan dörd manat səksən doqquz qəpik) borcun, 22 oktyabr 2018-ci il tarixli № 6-BİZ-5- 0-182-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 2018-ci il 22 oktyabr tarixli 6-BİZ-5-0- 182-18/1 №li kredit müqaviləsi üzrə 212 000 manat (iki yüz on iki min manat) əsas, 32 759.70 manat (otuz iki min yeddi yüz əlli doqquz manat yelmiş qəpik) faiz, 742.63 manat (yeddi yüz qırx iki manat altmış üç qəpik) cərimə borcu olmaqla ümumilikdə cəmi 245 502.33 manat (iki yüz qırx beş min beş yüz iki manat otuz üç qəpik) olmaqla, hər üç kredit müqaviləsi üzrə cəmi 836 957.70 manat (səkkiz yüz otuz altı min doqquz yüz əlli yeddi manat yetmiş qəpik) borcunun olmasını qəbul edir. 2.Cavabdeh8 məxsus ünvan 1 ünvanında yerləşən 0.11668 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiyməti) 96000 manat (doxsan altı min ) təşkil edir. 3.Cavabdeh8 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiyməti) 66000 (altmış altı min) manat təşkil edir. 4.Cavabdeh8 mülkiyyətindəki ünvan 3 ünvanında yerləşən 0.12 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiyməti) 99000 (doxsan doqquz min) manat təşkil edir. 5.Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsində yerləşən 2 otaqlı, 55.5 kv.m ümumi, 36.8 kv.m yaşayış sahədən ibarət 40 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti (likvid qiyməti) 122000 (yüz iyirmi iki min) manat təşkil edir. 6.Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən 2 otaqlı, 47.7 kv.m ümumi sahədən ibarət 23 nömrəli evin 3 nömrəli mənzilinin ilkin satış qiyməti (likvid qiyməti) 64000 (altmış dörd min) manat təşkil edir. 7.Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 3 otaqlı, 118.9 kv.m ümumi, 61.4 kv.m yaşayış və 57.5 kv.m yardımçı sahədən ibarət 115 nömrəli evin 87 nömrəli mənzilinin ilkin satış qiyməti (likvid qiyməti) 260000 (iki yüz altmış min) manat təşkil edir. 8.Cavabdeh8 mülkiyyətindəki ünvan 5 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiyməti) 95000 (doxsan beş min) manat təşkil edir. 9.Cavabdeh8 mülkiyyətindəki ünvan 6 ünvanında yerləşən 0.08 ha sahədən ibarət torpaq sahəsinin ilkin satış qiyməti (likvid qiyməti) 95000 (doxsan beş min) manat təşkil edir. 10.Cavabdeh7 mülkiyyətindəki ünvan 9 ünvanında yerləşən 85.7 kv.m ümumi sahədən ibarət 135 nömrəli mənzilinin ilkin satış qiyməti (likvid qiyməti) 118000 (yüz on səkkiz min) manat təşkil edir. 11.Cavabdehlər Cavabdeh6 MMC və Cavabdeh8 İddiaçı ASC-ya 09 iyul 2018-ci il tarixli №6-BİZ-3-0-105-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 2018-ci il 09 iyul tarixli 6-BİZ-3-0-105-18/1 №li kredit müqaviləsi üzrə qalıq 279 000 manat əsas, 33000 manat faiz borcu olmaqla cəmi 312 000 manat məbləğində borcu barışıq sazişinin 13-cü bəndində göstərilmiş qrafik üzrə ödəməyi öz öhdələrinə götürürlər. 12.Cavabdehlər tərəfindən borc məbləği qrafik üzrə lazımı qaydada ödənildiyi təqdirdə müddətin sonundakı 31890.98 manat faiz və 869.50 manat cərimə məbləğləri İddiaçı ASC tərəfindən güzəşt olunacaqdır, lazımı qaydada icra olunmadığı təqdirdə isə nəzərdə tutulmuş güzəşt ləğv olunaraq tam məbləğ tələb olunacaqdır. 13.

Gün/Ay/il Ödəniş Əsas Faiz Güzəşti nəzərdə Güzəşti nəzərdə tutulmuş faiz tutulmuş cərimə 1 xx.xx.2025 6,000 5,200 800 2 xx.xx.2025 18,000 15,000 3,000 3 xx.xx.2025 6,000 5,200 800 4 xx.xx.2025 6,000 5,200 800 5 xx.xx.2025 6,000 5,200 800 6 xx.xx.2025 6,000 5,200 800 7 xx.xx.2025 6,000 5,200 800 8 xx.xx.2025 6,000 5,200 800 9 xx.xx.2025 6,000 5,200 800 10 xx.xx.2025 48,000 44,000 4,000 11 xx.xx.2026 6,000 5,200 800 12 xx.xx.2026 6,000 5,200 800 13 xx.xx.2026 6,000 5,200 800 14 xx.xx.2026 6,000 5,200 800 15 xx.xx.2026 18,000 17,000 1,000 16 xx.xx.2026 6,000 5,200 800 17 xx.xx.2026 6,000 5,200 800 18 xx.xx.2026 6,000 5,200 800 19 xx.xx.2026 6,000 5,200 800 20 xx.xx.2026 6,000 5,200 800 21 xx.xx.2026 6,000 5,200 800 22 xx.xx.2026 48,000 44,000 4,000 23 xx.xx.2027 6,000 5,200 800 24 xx.xx.2027 6,000 5,200 800 25 xx.xx.2027 6,000 5,200 800 26 xx.xx.2027 6,000 5,200 800 27 xx.xx.2027 18,000 17,000 1,000 28 xx.xx.2027 6,000 5,200 800 29 xx.xx.2027 6,000 5,400 600 30 xx.xx.2027 18,000 17,000 1,000 31890.98 869.5 Toplam 312,000 279,000 33,000 31890.98 869.5

14.Cavabdehlər Cavabdeh6 MMC və Cavabdeh8”oğlu İddiaçı ASC-yə 22 oktyabr 2018-ci il tarixli № 6-BİZ-5-0-182-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 2018-ci il 22 oktyabr tarixli 6-BİZ-5-0- 182-18/1 №li kredit müqaviləsi üzrə qalıq 212 000 AZN əsas, 17 000 manat faiz borcu olmaqla ümumilikdə cəmi 229 000 manat məbləğində borcu barışıq sazişinin 16-cı bəndində göstərilmiş qrafik üzrə ödəməyi öz öhdələrinə götürürlər. 15.Cavabdehlər tərəfindən borc məbləği qrafik üzrə lazımı qaydada ödənildiyi təqdirdə müddətin sonundakı 15759.70 manat faiz və 742.63 manat cərimə məbləği İddiaçı ASC tərəfindən güzəşt olunacaqdır, lazımı qaydada icra olunmadığı təqdirdə isə nəzərdə tutulmuş güzəşt ləğv olunaraq tam məbləğ tələb olunacaqdır. 16. Gün/Ay/il Ödəniş Əsas Faiz Güzəşti nəzərdə Güzəşti nəzərdə tutulmuş faiz tutulmuş cərimə 1 xx.xx.2025 4,150 4,150 500 2 xx.xx.2025 14,000 13,500 500 3 xx.xx.2025 4,150 4,150 500 4 xx.xx.2025 4,150 4,150 500 5 xx.xx.2025 4,150 4,150 500 6 xx.xx.2025 4,150 4,150 500 7 xx.xx.2025 4,150 4,050 600 8 xx.xx.2025 4,150 4,050 600 9 xx.xx.2025 4,150 4,050 600 10 xx.xx.2025 34,000 33,500 500 11 xx.xx.2026 4,650 4,050 600 12 xx.xx.2026 4,650 4,050 600 13 xx.xx.2026 4,650 4,050 600 14 xx.xx.2026 4,650 4,050 600 15 xx.xx.2026 14,000 13,500 500 16 xx.xx.2026 4,650 4,050 600 17 xx.xx.2026 4,650 4,050 600 18 xx.xx.2026 4,650 4,050 600 19 xx.xx.2026 4,650 4,050 600 20 xx.xx.2026 4,650 4,050 600 21 xx.xx.2026 4,650 4,050 600 22 xx.xx.2026 34,000 33,500 500 23 xx.xx.2027 4,650 4,050 600 24 xx.xx.2027 4,650 4,050 600 25 xx.xx.2027 4,650 4,050 600 26 xx.xx.2027 4,650 4,050 600 27 xx.xx.2027 14,000 13,500 500 28 xx.xx.2027 4,650 4,050 600 29 xx.xx.2027 4,650 4,050 600 30 xx.xx.2027 7400 6,800 600 15759.7 742.63 Toplam 229,000 212,000 17,000 15759.7 742.63

17.Cavabdehlər Cavabdeh6 MMC və Cavabdeh8 İddiaçı ASC-yə 07 avqust 2018ci il tarixli № 6-BİZ-4-0-123-18 saylı Baş kredit müqaviləsinə bağlanmış 2018-ci il 09 avqust tarixli 6-BİZ-4-0- 123-18/1 №li kredit müqaviləsi üzrə qalıq 205000 manat əsas, 21000 manat faiz borcu olmaqla cəmi 226000 manat məbləğində borcu barışıq sazişinin 19-cu bəndində göstərilmiş qratik üzrə ödəməyi öz öhdələrinə götürürlər. 18.Cavabdehlar tərəfindən borc məbləği qrafik üzrə lazımı qaydada ödənildiyi təqdirdə müddətin sonundakı 20151.55 manat faiz və 543.34 manat cərimə məbləğləri İddiaçı ASC tərəfindən güzəşt olunacaqdır, lazımı qaydada icra olunmadığı təqdirdə isə nəzərdə tutulmuş güzəşt ləğv olunaraq tam məbləğ tələb olunacaqdır. 19. Gün/Ay/il Ödəniş Əsas Faiz Güzəşti nəzərdə Güzəşti nəzərdə tutulmuş faiz tutulmuş cərimə 1 xx.xx.2025 4,350 3,750 600 2 xx.xx.2025 13,000 12,000 1,000 3 xx.xx.2025 4,350 3,750 600 4 xx.xx.2025 4,350 3,750 600 5 xx.xx.2025 4,350 3,750 600 6 xx.xx.2025 4,350 3,750 600 7 xx.xx.2025 4,350 3,750 600 8 xx.xx.2025 4,350 3,750 600 9 xx.xx.2025 4,350 3,750 600 10 xx.xx.2025 28,000 27,000 1,000 11 xx.xx.2026 4,350 3,750 600 12 xx.xx.2026 4,350 3,750 600 13 xx.xx.2026 4,350 3,750 600 14 xx.xx.2026 4,350 3,750 600 15 xx.xx.2026 13,000 12,000 1,000 16 xx.xx.2026 4,350 3,750 600 17 xx.xx.2026 4,350 3,750 600 18 xx.xx.2026 4,350 3,750 600 19 xx.xx.2026 4,350 3,750 600 20 xx.xx.2026 4,350 3,750 600 21 xx.xx.2026 4,350 3,750 600 22 xx.xx.2026 28,000 27,000 1,000 23 xx.xx.2027 4,350 3,750 600 24 xx.xx.2027 4,350 3,750 600 25 xx.xx.2027 4,350 3,750 600 26 xx.xx.2027 4,350 3,750 600 27 xx.xx.2027 13,000 12,000 1,000 28 xx.xx.2027 4,350 3,750 600 29 xx.xx.2027 4,350 3,750 600 30 xx.xx.2027 26,600 25,000 1,600 20151.55 543.34 Toplam 226,000 205,000 21,000 20151.55 543.34

20.Girovların vaxtından əvvəl girovdan azad edilməsi və ya satılmasına razılıq verilməsi tərəflər arasında razılaşdırılaraq həyata keçiriləcək. Beləki, girov qoyulmuş hərhansı bir əmlakın bu sazişin 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci ,9-cu, 10-cu bəndində qeyd edilmiş dəyəri qədər ödəmələr olduqdan sonra həmin əmlak girovdan azad oluna bilər.

21. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

22. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. 23.Bu barışıq sazişi 9 əsl nüsxədə Bakı şəhərində, 14 mart 2025-ci il tarixdə imzalanmışdır. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar