Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-248/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh MMC-nin apellyasiyalarına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azorel“ MMC-dən İddiaçı ASC-nin xeyrinə 2016-ci il 27 may tarixli kredit müqaviləsi üzrə 2.918.101,75 ABŞ dolları əsas, 215.576,05 ABŞ dolları faiz, 70.091,61 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.203.769,41 ABŞ dolları məbləğdə borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh5 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASCyə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; borcun əvəzi girov qoyulmuş Cavabdeh4 Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-8 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvannda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-2 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-1 yaşayış kompleksi barəsində 07/16 nömrəli 12.05.2016cı il tarixli, 08/16 nömrəli 12.05.2016-cı il tarixli, 09/16 nömrəli 12.05.2016-cı il tarixli, 10/16 nömrəli 12.05.2016-cı il tarixli, 17/18 nömrəli 12.05.2016-cı il tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarına yönəldilməsi hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh5 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə “Azorel“ MMC arasında bağlanmış 27 may 2016-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğdə əsas borc, 122.433,77 ABŞ dolları məbləğdə faiz borcu, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulu, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğdə pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 810.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 0,01716 ha torpaq sahəsində yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət olan 31 nömrəli evin 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 288.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31(C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 900.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdehlər ondan apellyasiya şikayətləri verərək, iddiaçı qismən ləğv edilərək, iddianın tam təmin edilməsini, cavabdehlər iddianın qismən təmin edilən hissədə ləğv edilib, iddianın tam rədd edilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadı ilə cavabdehlərin apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdeh MMC apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə yenidən təqdim etmiş, eyni zamanda müddətin bərpasına dair ərizə verərək, müddətin ötürülməmiş hesab olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 30.06.2021-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət cavabdeh MMC-yə münasibətdə bərpa edilmiş və apellyasiya şikayəti 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh MMC eyni vaxtda 28.10.2021-ci il tarixli qərardaddan da şikayət verərək, ləğv edilib, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.11.2021-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın e-2-2(103)-1449/2021 nömrəli iş üzrə 10.12.2021-ci il tarixli qərardadı ilə, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən olunan forma və məzmun şərtlərinə uyğun tərtib edilmədiyi üçün, apellyasiya qeyrimümkün hesab edilmiş, 2-2(103)-248/2022 nömrəli iş üzrə 26.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının və cavabdeh MMC-nin 30.06.2021-ci il tarixli qətnamədən apellyasiyaları icraata qəbul edilmiş, iş 21.02.2022-ci il tarixə məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin hakimi L.Əliyeva 14.01.2022-ci il tarixli məktubla müraciət edib, cavabdeh MMC tərəfindən 28.10.2021-ci il tarixli qərardaddan şikayət və prosessual müddətin bərpa olunmasına dair ərizə verildiyini nəzərə alaraq, işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in tələblərini nəzərə alaraq, hesab edir ki, icraata qəbul qərardadı ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, MPM-in 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı ASC-nin və Cavabdeh3 MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiyalarının icraata qəbul edilməsi haqqında 26 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-248/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-248/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver