Məhkəmə qərarları › İş №2-2(103)-249/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-249/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-249/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və X3rşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Açar söz: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X9, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə (borcalan), Cavabdeh2 (zamin), Cavabdeh3 (vərəsə) və X7 (vərəsə) qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-25/2022 saylı qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh3 və X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2014-cü il tarixli PB/GTC220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X16 imzalanmışdır.

2. Bank Xidmətlərinin Göstərilməsinə dair X16 çərçivəsində tərəflər arasında 05 iyun 2014-cü il tarixli K1087 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalan Cavabdeh1nə inşaat işlərinin tamamlanması məqsədilə 05 iyun 2018ci il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 635000 manat məbləğində tranşlarla kredit vermişdir.

3. Bank Xidmətlərinin Göstərilməsinə dair X16 çərçivəsində tərəflər arasında 05 noyabr 2015-ci il tarixli maliyyələşdirmə üçün ərizənin 1 saylı əlavəsinə əsasən kreditin müddəti 05 oktyabr 2019-cu il tarixinədək illik faiz dərəcəsi 15% olmaqla 05 iyun 2014-cü il, K1087 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtləri dəyişdirilmişdir.

4. Bank Xidmətlərinin Göstərilməsinə dair X16 çərçivəsində tərəflər arasında 04 fevral 2015-ci il tarixli, K1430 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalan Cavabdeh1nə investisiya xərcləri məqsədilə 04 fevral 2019-cu il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 600000 manat məbləğində tranşlarla kredit verilmişdir.

5. Bank Xidmətlərinin Göstərilməsinə dair X16 çərçivəsində tərəflər arasında 05 noyabr 2015-ci il tarixli maliyyələşdirmə üçün ərizənin 1 saylı əlavəsinə əsasən kreditin müddəti 05 oktyabr 2019-cu il tarixinədək illik faiz dərəcəsi 15% olmaqla 04 fevral 2015-ci il tarixli, K1430 saylı maliyyələşdirmə üçün ərizə formasının şərtləri dəyişdirilmişdir.

6. Hər iki tranş üzrə kredit öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 05 iyun 2014-cü il tarixdə X14 ilə Z0574 saylı, Z1111 saylı, X11 Z0575 saylı zaminlik müqaviləsi bağlanmış, 15 noyabr 2015-ci il tarixdə kredit müqabiləsinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar hər iki zaminlə Z1386 saylı və Z1385 saylı yeni zaminlik müqavilələri bağlanmışdır.

7. 03 noyabr 2022-ci il tarixli, PB/PBL-OUT-01374-2022 saylı maliyyə arayışına əsasən Cavabdeh1 K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 487968,85 manat əsas borc, 260626,38 manat faiz borcu, 85003,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-cİ il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 76719,55 manat olmaqla, cəmi 910318,54 manat təşkil edir. Gecikmə günün sayı -2345 gün təşkil edir. K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556558,32 manat əsas borc, 296265,09 manat faiz borcu, 96574,8 manat cərimə borcu, 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi İlə hesablanan faiz borcu 87503,34 manat olmaqla, cəmi 1036901,55 manat, gecikmə günün sayı – 2396 gün təşkil edir.

8. İşdəki ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 dekabr 2020-ci il tarixdə vəfat etmişdir.

9. Bakı şəhəri 13 saylı notariat ofisinin İddiaçı ASC-yə ünvanlanmış 24 avqust 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X4 miras əmlakına şəhadətnamə verilməsi üçün vərəsələri Cavabdeh3 və X8 ərizəsi əsasında vərəsəlik işi açılmışdır.

10. K1087 kredit razılaşmasının təminatı kimi X6 məsxus olan Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ipoteka müqaviləsində bazar dəyəri 595000 manat göstərilmiş zirzəmi) 05 iyun 2014-cü il tarixli İ0696 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, sonradan həmin müqaviləyə 1 nömrəli Əlavə imzalanmış, həmin Əlavə dövlət reyestrində qeydə alınmışdır. X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ipoteka müqaviləsində bazar dəyəri 235.000 manat 27/1 saylı mağaza) 05 iyun 2014-cü il tarixli, İ0704 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, sonradan həmin müqaviləyə 05 noyabr 2015-ci il tarixli Əlavə imzalanmış, qeyd olunan Əlavə dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, 04 fevral 2015-ci il tarixli K1430 nömrəli Maliyyələşdirmə üçün ərizə, 05 iyun 2014-cü il tarixli K1087 nömrəli Maliyyələşdirmə üçün ərizə və onlara edilmiş 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavələrdən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E ünvanında yerləşən, çıxarışa əsasən ümumi sahəsi 486,8 kv.m olan (ipoteka müqaviləsində bazar dəyəri 598800 manat qeyd edilmiş 1 mərtəbəli A, B, C tikililərindən ibarət) əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müracit edərək, xx.xx.2022-ci il tarixdə iddiaya əlavə verərək cavabdehlərdən K1087 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 487968,85 manat əsas borc, 260626,38 manat faiz borcu, 85003,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 76719,55 manat olmaqla, cəmi 910318,54 manat borcun, K1430 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 556558,32 manat əsas borc, 296265,09 manat faiz borcu, 96574,8 manat cərimə borcu, 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 87503,34 manat olmaqla, cəmi 1036901,55 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması, K1087 saylı kredit üzrə tutmanın Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsinə hərracdan ilkin satış qiyməti 595000 manat olmaqla; Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (27/1 saylı mağaza) hərracdan ilkin satış qiyməti 235000 manat olmaqla; K1430 və K1087 saylı kreditlər üzrə tutmanın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə hərracdan ilkin satış qiyməti 598800 manat olmaqla yönəldilməsi, qeyd edilən daşınmaz əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin İddiaçı ASC qarşısında olan kredit borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin iddiaçı qarşısında olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X5 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2014-cü il tarixli, PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X16 imzalanmışdır. Tərəflər arasında müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 05 iyun 2014-cü il tarixli, K1087 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana 05 iyun 2018-ci il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 635000 manat məbləğində tranşlarla kredit vermişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 may 2014-cü il tarixli, PB/GTC- 220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X10 ayrılmaz tərkib hissəsini təşkil edən 04 fevral 2015-ci il tarixli, K1430 saylı Maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Qeyd olunan Ərizə formasına əsasən Bank tərəfindən Borcalana xx.xx.2019-cu il tarixinədək illik faiz dərəcəsi 12% (illik cərimə faizi 21%, gündəlik 0,0583%) olmaqla, 600000 manat məbləğində tranşlarla kredit verilmişdir. Sonradan tərəflər arasında imzalanmış 05 iyun 2014-cü il tarixli K1087 saylı və 04 fevral 2015-ci il tarixli K1430 saylı Maliyyələşdirmə üçün ərizə formalarına 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavələr imzalanaraq, borcalana verilmiş kreditlərin illik faiz dərəcəsi 15%, illik cərimə faizi 180%, gündəlik 0,5 % müəyyən edilmiş, verilmiş kreditlərin müddətləri isə 05 oktyabr 2019-cu il tarixədək uzadılmışdır. 05 iyun 2014-cü il tarixli, K1087 saylı Maliyyələşdirmə üçün Ərizə forması üzrə Borcalanın Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə 05 iyun 2014-cü il tarixli İ0696 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 10 iyun 2014-cü il tarixli RX0412407 saylı (Reyestr nömrəsi: **********37-05101-083012; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan tərəflər arasında qeyd olunan İ0696 nömrəli 05 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə 05 noyabr 2015-ci il tarixli 1 nömrəli Əlavə imzalanmış, həmin Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX0758880 saylı (Reyestr nömrəsi: **********37- 05101-083012; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyriyaşayış sahəsi (27/1 saylı mağaza) İddiaçı ASC-nin xeyrinə 05 iyun 2014-cü il tarixli, İ0704 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 07 iyun 2014-cü il tarixli RX0412359 saylı (Reyestr nömrəsi: **********37-05101-083015; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan tərəflər arasında İ0704 nömrəli 05 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə 05 noyabr 2015-ci il tarixli Əlavə imzalanmış, qeyd olunan Əlavə dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX0758881 saylı (Reyestr nömrəsi: **********37-05101- 083015; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda, 04 fevral 2015-ci il tarixli K1430 nömrəli Maliyyələşdirmə üçün ərizə, 05 iyun 2014-cü il tarixli K1087 nömrəli Maliyyələşdirmə üçün ərizə və onlara edilmiş 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavə formalarından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə: X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin xeyrinə 05 noyabr 2015-ci il tarixli İ1573 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 14 noyabr 2015-ci il tarixli RX0758918 saylı (Reyestr nömrəsi: **********02-12301; Qeydiyyat nömrəsi: 1********) dövlət reyestrindən çıxarış verilmişdir. Bundan başqa K1087 saylı, K1430 saylı kreditlər və 05 noyabr 2015-ci il tarixli 1 saylı əlavə formaları üzrə Borcalanın Bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə Bank ilə X11 (bundan sonra “Zamin”) arasında 05 noyabr 2015-ci il tarixli, Z1385 saylı, Cavabdeh2 (bundan sonra “Zamin”) arasında 05 noyabr 2015-ci il tarixli Z1386 saylı zaminlik müqavilələri bağlanmışdır. Lakin Borcalan K1087 nömrəli Kredit üzrə 1389 gün, K1430 nömrəli Kredit üzrə isə 1423 gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalana 03 fevral 2020-ci il tarixli PBCOS-163 saylı xəbərdarlıq məktubu, Zaminlərə isə 03 fevral 2020-ci il tarixli PBCOS-165, 03 fevral 2020-cu il tarixli PBCOS-164 saylı bildiriş məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyan X6 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanına bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdırlar.

13. 05 iyun 2014-cü il tarixli, Z0575 saylı və 15 noyabr 2015-ci il tarixli, Z1385 zaminlik müqaviləsi üzrə X2 17 fevral 2020-ci il tarixdə vəfat etdiyindən X4 vəsiyyət üzrə vərəsəsi Cavabdeh3 və qanun üzrə vərəsəsi X12 iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) iddia qismən təmin edilərək K 1087 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 485878,05 manat əsas borc, 243343,90 manat faiz borcu, 24000 manat cərimə, müqavilə müddəti bitdiyi 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 74336,35 manat olmaqla, ümumilikdə 827558,3 manat, K 1430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 552066,13 manat əsas borc, 265064,83 manat faiz borcu, 27500 manat cərimə, 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu 84467,54 manat olmaqla, ümumilikdə 929098,5 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1ndən, Cavabdeh2, Cavabdeh3 və X5 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, K 1087 nömrəli kredit üzrə tutma 827558,3 manat məbləğində borcun ödənilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 (27/1 saylı mağaza) qeyri-yaşayış sahəsinə yönədilsin, həmin əmlakların ilkin satış qiyməti müvafiq olaraq 605000 manat və 242000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına Kİ087 saylı kredit üzrə 827558,3 manat məbləğində borc ödənilsin, əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılsın və alıcıya təhvil verilməsi, K 1430 və K 1087 nömrəli kreditlər üzrə tutma borcun ödənilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108E ünvanında yerləşən əmlak kompleksinə yönədilsin, həmin əmlakın ilkin satış qiyməti 603000 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına K 1087 nömrəli kredit üzrə 827558,3 manat və K 1430 nömrəli kredit üzrə 929098,5 manat manat məbləğində borc ödənilməsi qət edilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2(113)- 1405/2020 saylı qərardadına əsasən X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (zirzəmi və 27/1 saylı mağaza) və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksinin likvid qiymətinin müəyyən olunması və kredit borcunun hesablanması məqsədilə iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli, LP-016/21 nömrəli hesabatda Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (27/1 saylı mağaza) likvid qiyməti 242000 manat, eyni tarixli LP-017/21 nömrəli hesabatda Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 605000 manat, eyni tarixli LP-018/21 nömrəli hesabatda Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E ünvanında yerləşən əmlak kompleksinin likvid qiyməti 603000 manat müəyyən olunmuşdur.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/4504 saylı rəyində xx.xx.2019-cu il tarixə cavabdehlərin kredit öhdliyi üzrə borcunun K1430 saylı kredit razılaşmasının şərtləri və əlavələr nəzərə alınmaqla əsas borc üzrə 552066,13 manat, faiz borcu üzrə 265064,83 manat olduğu qeyd edilmişdir.

18. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçının vəsatətinə əsasən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyul 2021-ci il tarixli, 9/2154 №-li rəyinə əsasən 05 iyun 2014-cü il tarixli K1087 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 485878,05 manat, faiz borcu üzrə 243343,9 manat, 04 fevral 2015-ci il tarixli K1430 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 552066,13 manat, faiz borcu üzrə 265064,83 manat borcunun olması müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən məbləğlər əsas götürülərək tutulmalı olan məbləğ K 1087 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 485878,05 manat əsas borc, 243343,90 manat faiz borcu, K 1430 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 552066,13 manat əsas borc, 265064,83 manat faiz borcu kimi müəyyən olunmalıdır.

19. Məhkəmə iddiaçının tələbini əsas və faiz borcu hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyul 2021-ci il tarixli, 9/2154 №-li rəyini nəzərə alaraq borcalan və zaminlərə qarşı iddianı qismən təmin etmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində tələb olunan K1087 saylı müqavilə üzrə müqavilə müddəti bitdikdən (05 oktyabr 2019-cu il tarixdən) 27 oktyabr 2022-ci il tarixədək illik 5%-lə hesablanan faiz borcu 76719,55 manat, K1430 saylı müqavilə üzrə isə 87503,34 manat göstərilsə də, məhkəmə hesab edir ki, K1087 saylı müqavilə üzrə 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5% 74336,35 manat miqdarında (485878,05 : 100 x 5 = 24294 : 365 = 66,55 (1 gün üçün 5%); 1117 (05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək olan müddət) x 66,55 = 74336,35), K1430 saylı müqavilə üzrə 05 oktyabr 2019-cu il tarixdən 27 oktyabr 2022-ci il tarixədək illik 5% 84467,54 manat miqdarında (552066,13 : 100 x 5 = 27603 : 365 = 75,62 (1 gün üçün 5%); 1117 x 75,65 = 84467,54 manat müəyyən edilməlidir.

21. Məhkəmə K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə 487968,85 manat əsas borca 85003,76 manat, K1430 saylı maliyyələşdirmə üçün ərizə üzrə 556558,32 manat əsas borca 96574,8 manat cərimə hesablanmasını əsaslı hesab etməmişdir. Belə ki, öhdəliklərin icrası uzun müddət ərzində gecikdirilsə də, iddiaçı tərəfindən məhkəməyə hər 2 müqavilənin müddəti bitdikdən bir neçə ay sonra – 20 aprel 2020-ci il tarixə müraciət olunmuş, bununla da zərərin həcminin artmasına şərait yaratmışdır.

22. Buna görə də məhkəmə hesab etmişdir ki, K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 85003,76 manat dəbbə pulunun məbləği azaldılaraq 24000 manat, K1430 maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 96574,8 manat dəbbə pulunun məbləği azaldılaraq 27500 manat məbləğində müəyyən edilməlidir.

23. X1 vərəsələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, zamin 17 dekabr 2020-ci il tarixdə vəfat etmiş, onun miras əmlakına şəhadətnamə verilməsi üçün vərəsələri Cavabdeh3 və X8 ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olsa da Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli, 2(103)-4413/2022 saylı qərardadına əsasən Cavabdeh3 və X13 arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmiş və qərardad qanuni qüvvəsini almışdır. Barışıq sazişinin şərtlərinə əsasən iooteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E ünvanında yerləşən əmlak kompleksi üzərində hər iki vərəsənin ½ hissədə, Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahələri (zirzəmi və 271 saylı mağaza) üzərində Cavabdeh3 pay hüququ olduğu tərəflər arasında razılaşdırılmışdır. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

24. Məhkəmə tələbi ipoteka predmetinə tutuma yönəldilməsi hissəsində də əsaslı hesab etmiş və qeyd etmişdir ki, əmlakların likvid qiyməti müəyyən olunarkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 fevral 2021-ci il tarixli, LP-016/21, LP-017/21 və LP- 018/21 nömrəli hesabatları əsas götürülərək, Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (27/1 saylı mağaza) likvid qiyməti 242000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 605000 manat, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E ünvanında yerləşən əmlak kompleksinin likvid qiyməti 603000 manat müəyyən olunmalıdır.

25. Məhkəmə iddianın “ipoteka predmeti olan əmlakın boşaldılması” hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd olunan normanın məzmunundan görünür ki, mənzildən çıxarılma ilə bağlı ayrıca məhkəmə qərarı tələb olunmur və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi həmin tələbin təmin olunması üçün əsasdır.

26. İddianın “əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 30 dekabr 2018-ci il tarixdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Lakin hazırkı mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda dəyişikliyin edildiyi tarixdən (30 dekabr 2018-ci il) əvvəl bağlandığına görə hazırkı mübahisə üzrə qanunun həmin tarixdən əvvəlki redaksiyada olan müddəaları tətbiq olunmalıdır. Həmin müddəalar nəzərə alındığı təqdirdə məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, normada “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda” ifadəsi işlənir qeyd olunur ki, iddianın bu hissədə təmin olunduğu təqdirdə məhkəmə qərarı ehtimala əsaslanır. Digər tərəfdən isə bu halda iddia irəli sürmək hüququnun mülkiyyətçi olaraq iddiaçıya məxsus olub – olmayacağı məlum deyildir

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

27. Qətnamədən iddiaçı və cavabdehlər Cavabdeh3 və X12 tərəfindən apellyasiya şikayəti verilmişdir.

28. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsinin əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Cavabdeh X12 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsinin Cavabdeh3 münasibətdə ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, imzalanmış 27 may 2014-cü il tarixli, PB/GTC-220/2014 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X10 İV bölməsinin 3-cü bəndində kreditin məbləği, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin miqdarı və ödənilməsi şərtləri nəzərdə tutulmuşdur. Müştərinin bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir (3.8). Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müqavilənin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunana tarixdə ödənilir(3.6). Həmçinin “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinə (30 dekabr 2018ci il tarixədək qüvvədə olan) əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi iddianı əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi hissəsində də təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin boşaldılmaması, gələcəkdə mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnəcək və yeni mübahisələrin yaranmasına yol açacaqdır. Bu da bank üçün əlavə vaxt, zaman və zərər itkisinə səbəb olacaqdır.

32. Cavabdeh X12 apellyasiya şikayətini onunla əsaslanmışdırdır ki, məhkəmə nəzərə almamışdır ki, mülki qanunvericiliyin tələblərinə əsasən vərəsə yalnız qəbul etdiyi miras həcmində kreditorun öhdəlikləri üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi məhkəmə tərəfindən Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Digər tərəfdən məhkəmə borcu müştərək qaydada tuturkən Mülki Məcəllənin 470.1 və 472.1-ci maddələrinə istinad etmişdir. Halbuki ona münasibətdə vətəndaşı olduğu dövlətin- Rusiya Federasiyasının Mülki Məcəlləsinin maddi hüquq normaları tətbiq edilməli idi. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respubikası Qanununun 25.1.13-cü maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, zaminlik müqaviləsinə zaminin yaşadığı ölkənin hüququ tətbiq edilir. Göründüyü kimi məhkəmə tərəfindən qanunun bu tələbi nəzərə alınmamışdır. Məhkəmə öz qətnaməsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 fevral 2021-ci il tarixli, LP-016/21, LP-017/21 və LP-018/21 nömrəli hesabatlarını əsas götürərək Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (27/1 saylı mağaza) likvid qiymətinin 242000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiymətinin 605000 manat və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 108 E/ ünvanında yerləşən əmlak kompleksinin likvid qiymətini 603000 manat müəyyən etmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin səkkizinci abzasında nəzərdə tutulan məcburi qiymətləndirmə icra məmurunun sifarişi ilə həyata keçirildiyi halda, icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. “İcra haqqında” AR Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Əmlakın qiymətləndirilməsi həvalə edilmiş hüquqi şəxs – "xxxx" MMC-nin qiymətləndirmə sahəsində ən azı 5 ildən az olmayaraq təcrübəyə malik olması iş materialları ilə təsdiq olunmur. Beləliklə qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatlar özü-özlüyündə etibarsızdır və məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyəri həmin hesabatlara görə müəyyən edilə bilməz. Bu səbəbdən məhkəmə tərəfindən ipoteka predmetləri olan əmlaklar qanunun yuxarıda göstərilən tələbləri baxımından əlavə ekspertiza təyin edilməsi yolu ilə qiymətləndirilməlidir. Bundan başqa "xxxx" MMC tərəfindən tərtib edilmiş ipoteka predmetlərinin likvid dəyərləri ilə bağlı hesabatların əsassızlığı eyni zamanda digər hallarla da təsdiq olunur. Belə ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 saylı ünvanda yerləşən (95,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi) əmlakın likvid dəyəri 235.000 manat müəyyən edilmişdir. Nəzərə alsaq ki, həmin vaxtdan 8 ildən çox vaxt keçmişdir və bu müddət ərzində respublikada həm devolvasiya, həm də inflasiya baş verərək daşınmaz əmlakların dəyərləri bir neçə dəfə qalxmışdır, bu halda "xxxx" MMC-nin hesabatı əmlakın real likvid dəyərini əks etdirmir. Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 108E saylı daşınmaz əmlakın likvid dəyəri xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən 598800 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən isə əsassız olaraq 2022-ci il üçün həmin əmlakın likvid dəyəri 603.000 manat müəyyən edilmişdir. Halbuki hazırda həmin əmlakın real bazar dəyəri 1.500.000 manat təşkil edir, likvid dəyəri isə 1.100.000-1.200.000 manat civarındadır. Beləliklə "xxxx" MMC tərəfindən daşınmaz əmlakın likvəd dəyəri ilə bağlı tərtib etdiyi hesabatlar ipoteka predmetlərinin likvid dəyərlərinə dair mötəbər sübut növü kimi qəbul edilə bilməz. Bu səbəbdən də ipoteka predmetlərinin likvid dəyəri yenidən müəyyən edilməli və həmin əmlakların açıq hərracda ilk satış qiymətləri yeni müəyyən edilmiş qiymətlərlə həyata keçirilməlidir.

33. Cavabdeh3nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi X6 məxsus olan əmlakların likvid qiymətinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyinin verilməsi "xxxx" MMC-ə həvalə edilib və şirkət tərəfindən həmin əmlakların likvid qiyməti müəyyən edilib. Məhkəmə MMC-nin hesabatlarını əsas götürüb. Cavabdeh hesab edir ki, MMC tərəfindən əmlakların likvid qiyməti düzgün müəyyən edilməyib, həmin əmlakların yerləşdiyi ərazidə olan başqa əmlakların qiymətləri ilə müqayisəli təhlili aparılmayıb, likvid qiymətinin hansı kriteriya əsasında müəyyən edildiyi izah edilməyib. Bundan əlavə, cavabdeh məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, həmin əmlaklardan biri X6 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 108E ünvanında yerləşən əmlak 3 mərtəbədən ibarətdir, həmin əmlakın 1 və 2-ci mərtəbələrin çıxarışı olsa da, 3-cü mərtəbəsi üzrə mülkiyyət hüquqları qeydiyyatdan keçməyib. Buna görə də həmin əmlaka tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması halları mümkün olmayacaq. Məhkəmə qətnamə qəbul edərkən bu xüsusata diqqət yetirməyib. İddiaçı iddia qaldırarkən təqdim etdiyi arayışda borcalanın 20 aprel 2020-ci il tarixinə İddiaçı ASC qarşısında borcunu aşağıdakı kimi qeyd edib: 05 iyun 2014cü il tarixli K1087 saylı Kredit üzrə əsas borc 487968,85 manat, faiz borcu 118953,44 manat, cərimə borcu 226676,7 manat təşkil edir. Cəmi öhdəlik üzrə borc 833598,99 manat təşkil edir. 04 fevral 2015-ci il tarixli, K1430 saylı Kredit üzrə isə əsas borc 556558,32 manat, faiz borcu 135307,1 manat, cərimə borcu 257532,79 manat təşkil edir. Cəmi öhdəlik üzrə borc 949398,21 manat təşkil edir. Sonradan iddiaçı iddia tələblərinin həcmini artırıb və daha artıq məbləği cavabdehlərdən tələb edib. Məhkəmə iş üzrə 20 avqust 2020-ci il və 11 mart 2021-ci il tarixli qərardadlarla məhkəmə mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizası təyin edib. Ekspertiza rəylərində müəyyən edilmiş əsas və faiz borcu iddiaçının özünün təqdim etdiyi arayışdakı borc məbləğindən fərqli və daha yüksək olub. Belə ki, iddiaçı 20 aprel 2020-ci il tarixinə borcalanın K1087 saylıkredit üzrə əsas borcun 487968,85 manat, faiz borcu 118953,44 manat, K1430 saylı Kredit üzrə isə əsas borc 556558,32 manat, faiz borcu 135307,1 manat olduğunu qeyd edib. Sonuncu ekspertiza rəyində isə borcalanın müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu ilə qədər K1087 saylı kredit üzrə əsas borc üzrə 485878,05 manat, faiz borcu üzrə 243343,9 manat, K1430 saylı kredit üzrə əsas borc üzrə 552066,13 manat, faiz borcu üzrə 265064,83 manat borcunun olması müəyyən edilib. Göründüyü kimi, iddiaçının təqdim etdiyi arayışda əsas və faiz borcunun xx.xx.2020-ci il tarixinə daha az olması göstərilib. Bu halda məntiqlə ekspertiza rəyində borcun 05 oktyabr 2019-cu il tarixinədək məbləği daha aşağı olmalı idi. Bu hal məhkəmə tərəfindən araşdırılmayıb və ziddiyyət aradan qaldırılmayıb. Məhkəmə illik 5%-lə hesablanan faiz borcunun məbləğini də yüksək hesablayıb. Məhkəmə müqavilə müddəti bitdiyi tarixdən – 05 oktyabr 2019-cu ildən 27 oktyabr 2022-ci il tarixədək K1087 saylı müqavilə üzrə 74336,35 manat, K1430 saylı müqavilə üzrə isə 84467,54 manat illik 5%-lə hesablanan faiz borcunu hesablayıb. Cavabdeh hesab edir ki, həmin məbləğin ondan tutulması əsassızdır. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsi gecikdirildiyi halda həmin məbləğ tutula bilər. İndiki halda borclu kredit borcunu ödəmədiyi halda zamin onun öhdəliklərinə məsuliyyət daşıyır və zamin 17 fevral 2020-ci ildə vəfat etdiyinə görə, həmin tarixə qədər həmin məbləğ hesablana bilər. Digər tərəfdən, məhkəmə həmin faiz borcunun 27 oktyabr 2022-ci il tarixə qədər nəyə görə hesablandığını izah etməyib. X2 vəfat etdikdən sonra onun vərəsələri onun öhdəliklərinə görə məsuliyyət daşısalar da, bu məsuliyyət F.Əliyevin öldüyü tarixə qədər olan öhdəlik olmalıdır. Buna görə də məhkəmə illik 5%-lə hesablanan faiz borcunun məbləğini də düzgün müəyyənləşdirməyib. Bundan əlavə, məhkəmə dəbbə pulunun da məbləğini düzgün müəyyən etməyib. ddiaçı məhkəməyə zamin vəfat etdikdən sonra müraciət edib, buna görə də cərimə borcunun zaminin vərəsələrindən tutulması tamamilə əsassızdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

35. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaçının verdiyi apellyasiya şikayətinə etiraz edərək tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 36 Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdirlər.

37. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 445.7-ci maddə-borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən-əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 466.1-ci maddə-əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.3 və 39.3.3-cü maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cu maddə- ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddə (30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

38. Qətnamə iddiaçı və cavabdehlər Cavabdeh3 və X12 tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verərək hesab edir ki, kredit öhdliyi cavabdehlərin məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcunun məbləğinin artırılması üçün əsaslar yoxdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının sonuncu 08 iyul 2021-ci il tarixli, 9/2154 №-li rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə müqavilə müddətinin bitdiyi 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 485878,05 manat, faiz borcu üzrə 243343,9 manat, 04 fevral 2015ci il tarixli K1430 saylı kredit razılaşmasının və həmin razılaşmanın əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq 05 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 552066,13 manat, faiz borcu üzrə 265064,83 manat borcunun olması müəyyən edilmişdir. İddiaçı məhkəmənin qeyd edilən ekspert rəyi ilə razılaşmaması üçün konkret əsas göstərə bilməmişdir. Cərimə ilə bağlı hissədə məhkəmə MM-nin 467-ci maddəyə istinad edərək hesab etmişdir ki, K1087 saylı maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 85003,76 manat dəbbə pulunun məbləği azaldılaraq 24000 manat, K1430 maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış 96574,8 manat dəbbə pulunun məbləği azaldılaraq 27500 manat məbləğində müəyyən edilməlidir. Tutulmuş dəbbə pulu məbləğləri formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq əsas kredit borclarının təxminən 5%-i məbləğində müəyyən edildiyindən həmin hissədə də qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

41. Birinci instansiya məhkəməsinin qətnaməsi eyni zamanda “əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” barədə iddia tələbinin rədd edildiyi hissədə mübahisələndirilir. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, gələcəkdə yaranacağı və pozulacağı ehtimal olunan hüququn bərpası ilə bağlı tələb irəli sürülə bilməz. MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi halda məhkəmədə iş başlanıldığından iddiaçının ipoteka predmeti olan əmlakları gləcəkdə əldə edə biləcəyi ehtimalı əsasında əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi barədə tələb irəli sürməyə subyektiv hüququ yoxdur.

42. Cavabdehlərin apellyasiya şikayətləri ilə bağlı məhkəmə qeyd edir ki, hər iki apellyasiya şikayətində ipoteka predmeti olan əmlakların məhkəmə tərəfindən müəyyən edilmiş likvid dəyərinin düzgün olmadığı qeyd edilərək qiymətləndirmə ilə bağlı təkrar ekspertiza həyata keçirilməsi xahiş olunsa da, apellyasiya şikayətlərinə əmlakları likvid dəyərinin işdəki rəydən daha artıq olduğuna dair sübutlar əlavə edilmədiyindən təkrar ekspertiza üçün qanuni əsaslar olmadığı üçün məhkəmə tərəfindən təkrar ekspertiza təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Hazırkı halda "xxxx" MMC-nin qiymətləndirmə rəyləri kifayət qədər əsaslandırıldığından məhkəmənin həmin rəylərlə razılaşmaması üçün əsaslar müəyyən edilmir. "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə bağlı ən azı 5 il təcrübəyə malik olması ilə bağlı işdə sübut olmaması həmin rəyin məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alınmaması üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsi icra məmurunun sifarişi əsasında təyin edilən qiymətləndirmə fəaliyyəti ilə bağlı olduğundan hazırkı mübahisə üzrə tətbiq edilə bilməz.

43. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 işə apellyasiya qaydasında baxılarkən təqdim etdiyi, Bakı şəhəri, Nərimanov rayonu, X21 prospekti, 106 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m üzrə bazar dəyərinin 8500-10.000 manat olduğuna dair “Əmlak Ekspert Mərkəzi”nin arayışı ilə bağlı məhkəmə qeyd edir ki, həmin arayışda əmlakların qiyməti həmin əmlaklara baxış keçirmədən, yalnız yerləşdiyi ərazi nəzərə alınmaqla müəyyən edildiyindən və bu qiymət müəyyən edilərkən hansı meyarların əsas götürüldüyü qeyd edilmədiyindən mötəbər hesab edilə bilməz.

44. Cavabdeh X12nın Rusiya Federasiyasının vətəndaşı olması ilə əlaqədar mübahisənin Rusiya Federasiyasının qanunvericiliyi tətbiq ediməklə həll edilməli olduğuna dair hissədə də apellyasiya şikayəti əsassızdır. Belə ki, hazırkı halda zaminlik müqaviləsi Azərbaycan Resublikasının vətəndaşı ilə Azərbaycan Respublikasında qeydə alınmış hüquqi şəxs arasında bağlandığından həmin müqavilədən irəli gələn mübahisə də Azərbaycan Respublikası qanunvericiyi əsasında həll edilməlidir. Qeyd edilən müqavilədən irəli gələn öhdəliklərin vərəsəlik qaydasında xarici vətəndaşa keçməsi mübahisə üzrə tətbiq edilməli olan hüququ dəyişmir. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsinə bu barədə vəsatət verməmiş, o cümlədən öz apellyasiya şikayətini də Azərbaycan Respublikasının qanunvericiliyinə istinad etməklə əsaslandırmışdır.

45. X1 vərəsələrinin kredit üzrə öhdəliyə görə yalnız 17 dekabr 2020-ci il tarixədək (zaminin vəfat etdiyi tarix) məsuliyyət daşıdıqlarına dair cavabdehin apellyasiya şikayətinin dəlili də məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, işin hallarından görünür ki, hər iki kredit öhdəliyi üzrə öhdəliyin icra müddəti 05 oktyabr 2019-cu il tarixdə, yəni X11 vəfat edənədək bitdiyi üçün F.Əliyevin həmin tarixədək kredit üzrə əsas borcu və faizləri ödəmək öhdəliyinin yarandığı və zaminin ölümünün öhdəliyə xitam verilməsi üçün əsas olmadığı nəzərə alınaraq vərəsələr həm zaminin öldüyü tarixədək, həm də həmin tarixdən sonra yaranmış faiz və cərimə borclarına görə də qəbul etdikləri miras əmlak həddində məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, zaminlik və ipoteka müqavilələrindən irəli gələn vəzifələr şəxsi xarakterli olmayan və şəxsən icranı tələb etməyən, zaminin öldüyü təqdirdə onun miras qalmış əmlakı hesabına icrası mümkün olan öhdəlikdir.

46. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verildiyi müəyyən edilməmişdir.

47. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı ASC və cavabdehlər Cavabdeh3 və X12 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-25/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar