Məhkəmə qərarları › İş №2-2(103)-25/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-25/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-25/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Şirinovun sədrliyi və məruzəsi ilə, X10 və X4 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-120/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2014- cü il tarixli 11KT saylı kredit müqaviləsinə əsasən borc verən heyvandarlığın inkişafı məqsədilə borc alana 180000 manat məbləğində kredit verməsini öhdəsinə götürür.

2. Müqavilənin 2.4-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti bvə kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür.

3. Müqavilənin 6.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə borcalan banka illik 7 faiz olmaqla faiz ödəməlidir. Kreditin əsas borcu bu müqaviləyə əlavə olunmuş cədvəl üzrə müəyyən edilmiş müddət ərzində ödənilmədikdə həmin tarixə borcun qalığı vaxtı keçmiş borca aid edilir və borcalan kredit qalığı tam ödənilənədək qalmış borca görə illik 28 % olmaqla faiz ödəməlidir.

4. Müqavilənin 6.3-cü bəndinə əsaəsn kredit üzrə əsas borcun ödənişi isə güzəşt müddəti 24 bitdikdən sonra xx.xx.2019-cu il tarixinə qədər hər ayın 30- ödənilir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh2 adına rəsmiləşdirilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 7 bağ sahəsinin bir hissəsi Cavabdeh1 adına rəsmiləşdirilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 7 bağ sahəsinin bir hissəsi olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

9. İddiaçı tərəfindən verrilmiş 16 may 2022-ci il tarixli **********250 nömrəli arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı kredit müqaviləsi üzrə 13 may 2022-ci il tarixə yaranmış tələb əsas borc 173500 manat, faiz borcu 19660,13 manat, cərimə borcu 47080,97 manat, ümumilikdə, 264413,40 manat təşkil edir.

10. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11/2 AK nömrəli sabit girov müqaviləsinə əsasən girov qoyan öz mülkiyyətində olan və bankdan kredit müqaviləsi əsasında götürdüyü kredit hesabına aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili: 2011, tipi: özüboşaldan, şassi: LZZ5EXSC4BN645148, rəng: Ağ) avtomobili, HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili: 2013, Tipi: Özüboşaldan, Şassi: LZGJLDT46DX020082, rəngi: Ağ) avtomobili bundan sonra girov predmeti bank qarşısında girov qoyur.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən tərəflərin razılığı ilə girov predmetinin dəyəri 90000 manat məbləğində müəyyən edilir.

12. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2014- cü il tarixli 11/1KT saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla borcalan arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı kredit müqaviləsinə əsasən 180.000 manat məbləğində 5 il müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminarı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi yəni, 0,085599 ha torpaq sahəsinin girov qoyulması barədə razılığa gəlmişlər.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 60.000 manat məbləğində qiymətləndirilir.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borcalan arasında Bakı şəhərində bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı Kredit müqaviləsinə əsasən verilən kredit, kredit faizlərinin qaytarılmasından ibarətdir.

15. Müqavilənin 4.2-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 180.000 manat məbləğindədir.

16. Müqavilənin 4.3-cü bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik 5 il müddətinə icra edilməlidir.

17. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11KT saylı ipoteka müqaviləsinə əsasən ipoteka salayanla borcalan arasında bağlanmış 30 iyul 2014-cü il tarixli 11 KT saylı Kredit müqaviləsinə əsasən 180000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş ünvan 2 ünvanında yerləşən 218,7 kv.m ümumi 124 kv.m yaşayış və 94,7 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilin girov qoyulması barədə razılığa gəlmişlər.

18. Müqavilənin 3.3-cü bəndinə əsasən sonralı ipoteka ilə yüklü edilmiş əmlak 400.000 manat məbləğində qiymətləndirilir.

19. Müqavilənin 4.1-ci bəndinə əsaəsn ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borcalan arasında Bakı şəhərindı bağlanmış 30 iyul 2014-cü il tarixli 11 KT saylı Kredit Müqaviləsinə əsasən verilən kredit, kredit faizlərinin qaytarılmasından ibarətdir.

20. Müqavilənin 4.2-ci bəndinə əsasən sonrakı ipoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 180.000 manat məbləğindədir.

21. Müqavilənin 4.3-cü bəndinə əsasən sonrakı ipoteka ilə təmin edilmiş öhdəlik 60 ay müddətində icra edilməlidir.

22. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilin likvid dəyəri 450000 manat, bazar dəyəri 509000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinin likvid dəyəri 76000 manat, bazar dəyəri 85000 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

23. İddiaçı LPO İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 (bundan sonra – cavabdehlər) qarşı “borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 173 500 manat əsas, 19 660,13 manat məbləğində faiz borcu, 47080,97 cərimə borcu və 24 172,30 illik 5%-lik gecikdirilmiş vaxt üçün hesablanan borc olmaqla ümumilikdə 264 413,40 manat kredit borcunun cavabdehdən tutulması, - tutmanın bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12 KT saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə yönəldilməsi; 2) həmçinin kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli,12/1 kt saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi yönəldilməsi; 3) bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyanın (bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərə yönəldilməsi. - yuxarıdakı ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin ipoteka predmetlərinin açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, 2) eyni zamanda LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 193 00 manat əsas, 21 567,92 manat məbləğində faiz borcu, 53 074,69 cərimə borcu və 26 933,76 illik 5% gecikdirilmiş vaxtüçün hesablanan borc olmaqla ümumilikdə 295 076,37 manat ödənilməmiş kredit borcunun cavabdehdən tutulması, hər iki kredit müqaviləsi borc məbləğinin cəmi üzrə hesablanmış 450 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, - tutmanın 1) Kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12/1 kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə; 2) eyni zamanda bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli,12 kt saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə; 3) bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyulmuş (bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847Ayük (mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərə yönəldilməsi. - yuxarıdakı ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin ipoteka predmetlərinin açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

24. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana heyvandarlığın inkişafı məqsədilə illik 7 faiz ödənilməsi şərti ilə 60 müddətinə 180 000 manat məbləğində kredit verilmişdir. Bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 11 KT saylı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Eyi zamanda bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 11/1 KT saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bağlanmış 11/2 saylı sabit girov müqaviləsinə əsasən girov qoyan (Cavabdeh1) bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 20.11), HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobilləri girov qoymuşdur. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13.5-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi Bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12/1 KT saylı sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Eyi zamanda bağlanmış kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 12 KT saylı sonrak ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bağlanmış 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən girov qoyan bankdan götürdüyü kredit əsasında aldığı HOWO ZZ3317N3567W-yük ( mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobilləri girov qoymuşdur. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılımüraciətlər olunmasına, o cümlədən mübahisənin mediasiya vasitəsilə həllinə cəhd edilməsinə baxmayaraq, cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, mediyasiya sessiyasında iştirakı təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana illik 7 (yeddi) faiz ödənilməsi şərti ilə 60 ( altmış) ay müddətinə 200 000 ( iki yüz min) manat məbləğində kredit verilmişdir.

25. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-120/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 173500 manat əsas borc, 19660,13 manat faiz borcu, 8000 manat dəbbə pulu, 24169,51 manat illik 5 faizlə hesablanmış borc, ümumilikdə 225329,64 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, ilkin satış qiyməti 76000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə, 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847Ayük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərinə yönəldilməsi,həmin ipoteka və girov predmetləri açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 225329,64 manat məbləğində borc tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi,Cavabdeh2 193500 manat əsas borc, 21567,92 manat faiz borcu, 9000 manat dəbbə pulu, 26933,76 manat illik 5 faizlə hesablanmış borc, ümumilikdə 251001,68 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi,tələb ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzilə, ilkin satış qiyməti 76000 manat müəyyən edilməklə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinə, 12/2 AK saylı sabit girov müqaviləsinə əsasən HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük ( mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərinə yönəldilməsi,həmin ipoteka və girov predmetləri açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına ümumilikdə 251001,68 manat məbləğində borc tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş 850 (səkkiz yüz əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçı LPO İddiaçı ASCyə ödənilməsi,aparılmış ekspertiza tədqiqatları ilə bağlı 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22), 800 (səkkiz yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi,qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

26. Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-120/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx"MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə münasibətdə onu qeyd etmək zəruridir ki, tədqiqat obyektlərinin heç birinə baxış keçirilmədən ekspert rəyi verilmişdir. Ekspert rəyinə baxdıqda görürük ki, X1 müvafiq olaraq metodların-xərc yanaşması, gəlir yanaşması, uyğun satışların müqayisəsi yanaşmasınən adları qeyd edilmiş, ancaq ekspert rəyi qeyd edilən Beynəlxalq QiymətləndirməStandartları nəzərə alınmadan verilmişdir. Həmçinin, Məhkəmə Ekspertizasıhaqqında AR Qanunun 26-cı maddəsinin tələblərinə əsasən, ekspert rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri göstərilir. Qeyd edilənlərə əsasən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyi qeyri-mötəbər olduğu üçün tərəfimizdən qəbul edilmir. Qeyd edilən hal təkrar ekspertiza keçirilməsini zəruri edir. Burdan göründüyü kimi kommersiya məhkəməsinin qeyri-mötəbər ekspert rəyinə istinad edərək qətnamə qəbul etməsi işin hərtərəfli, tam və obyektiv surətdə araşdırmadığını göstərir. Eyni zamanda, mövcud iş üzrə Qətnamənin29cu bəndində istinad edilən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/6630 nömrəli ekspert rəyi ilə də razılaşmırıq, ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmışxx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi üzrə və LPOİddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi üzrə borcun yenidən hesablanması üçün təkrar ekspertiza keçirilməsini xahiş edirik. İpoteka qoyan Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən 218.7 kv.metr ümumi, 124 kv.metr yaşayış və 94.7 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı mənzilin real bazar dəyəri; İpoteka qoyan Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzərrayonu, Buzovna qəsəbəsi, 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinin real bazar dəyəri HOWO ZZ3317N356TW-yük (mühərrik: **********27, buraxılış ili 2011),HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili 2013) və SHACMAN SX3254DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərin real bazar dəyəri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən ipoteka predmetini təşkil edən əşyaların real bazar dəyərinin müəyyən edilməsi borclunun mənafeyi və borcun ödənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Əmlak Ekspert Mərkəzi”MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə baxdıqda görürük ki, tədqiqat obyektlərinə baxış keçirilmədən ekspert rəyi verilmişdir. Nəticə etibarilə, İpoteka qoyan Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzərrayonu, Buzovna qəsəbəsi, 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsinin real bazar dəyəri; İpoteka qoyan Cavabdeh2 məxsus ünvan 6 ünvanındayerləşən 218.7 kv.metr ümumi, 124 kv.metr yaşayış və 94.7 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı mənzilin real bazar dəyəri; 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) HOWO ZZ3317N356TW-yük (mühərrik: **********27, buraxılış ili 2011),HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili 2013) və SHACMAN SX3254DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərinreal bazar dəyəri müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, xahiş etdi.

30. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, xahiş etdi.

31. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

35. 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

36. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

37. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

38. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

39. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

“İpoteka haqqında” Qanun

40. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

41. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

42. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

43. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

44. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

45. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

46. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

47. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı

48. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

49. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

50. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

51. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

55. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

58. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

62. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisləndirilən hissələrində yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

63. Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, apellyator apellyasiya şikayətində iddia tələbinin təmin olunmamasını xahiş etsədə, şikayətin dəlilərinə əsasən əsas borc məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirildiyi müəyyən olunur.

64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, mübahisləndirilən ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir.

65. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

66. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavavbdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

67. İşin hallarından məlum olur ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi, LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq isə Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil; Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi, HOWO ZZ3317N3567W-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili 2013) və SACHMAN SX3254DT404-yük, (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillər göstərilmişdir.

68. Məkhəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də razılaşmamaqları, borcun yenidən hesablanması üçün təkrar ekspertiza keçirilməsi dəlilinə münasibətdə qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yenidən yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizaya əsasən isə xx.xx.2023-cü il tarixli 9/6630 nömrəli ekspert rəyindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 11 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 173 500 manat əsas, 19 660,13 manat məbləğində faiz borcu, 24 169,51 manat illik 5%-lik gecikdirilmiş vaxt üçün hesablanan borcu vardır. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında 01 avqust 2014-cü il tarixli 12 KT saylı kredit müqaviləsi üzrə tərəfin banka 193 500 manat əsas, 21 567,92 manat məbləğində faiz borcu, 26 933,76 manat lik 5% gecikdirilmiş vaxt üçün hesablanan borcu vardır.

69. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş mühasibatlıq ekspertizası üzrə ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən mühasibatlıq ekspertizası təyin edilməsinin prosessual əsasları mövcud deyildir.

70. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsində ipteka predmetinin qiyməti- ünvan 3 ünvanında yerləşən 218.7 kv.m ümumi, 124 kv.m yaşayış və 94.7 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı mənzil 400.000 manat məbləğində, Cavabdeh1 məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 49 saylı bağ sahəsinin bir hissəsi, yəni 0,085599 ha torpaq sahəsi 60.000 manat dəyərləndirilmişdir.

71. İpoteka müqaviləsi bağlanarkən tərəflər arasında dəyərləndirilmiş qiymət ilə bağlı qeyd edilməlidir ki, həmin ipoteka müqaviləsinin bağlanması, yəni sözügedən əmlakların tərəflər arasında dəyərləndirilməsindən 11 ilə yaxın müddət keçmişdir.

72. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, əmtəəçünaslıq ekspertizası üzrə ekspertin xx.xx.2025-ci il tarixli, 9/1723 saylı rəyində Ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən 1 nömrəli nömrəli mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 557247,00 manat (218,7 kv.m 2548 manat), 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 501522,00 manat (557247,00 manat-10%) məbləğində müəyyən edilir, qərardadda qeyd edilən Cavabdeh1 məxsus ünvan 7 bağ sahəsi ekspert baxışına təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmamış, qərardadda qeyd edilən 2011-ci il buraxılışlı “HOWO ZZ3317N356TW” markalı, 99- BD-142 dövlət qeydiyyat nişanlı yük avtomobili, 2013-cü il buraxılışlı “HOWO ZZ3257N3847A” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və 2013-cü il buraxılışlı “SHACMAN SX3254DT404” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin satışına dair məlumat əldə etmək mümkün olmadığından qiymətləndirmə aparmaq mümkün olmadığı qeyd edilmişdir.

73. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ipoteka predmeti olan ünvan 7 bağ sahəsi ekspert baxışına təqdim edilmədiyindən qiymətləndirmə aparmaq mümkün olmadığından təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması X3 həvalə olunması qərara alınmışdır.

74. X2 03 noyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, tədqiq olunan - ünvan 7 ünvandakı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə analoji torpaq sahələrinin (çıxarış sənədli, kommunikasiya (su, işıq, kanalizasiya) xətləri mövcud, magistral yola yaxın və ara küçələri asfalth, ərazisi hamar və s.) hazırkı dövrə təqribi bazar dəyəri 1 kv.metri 276,0 manat olmaqla - 236.253,0 (iki yüz otuz altı min iki yüz əlli üç) manat müəyyən edilir (1 kv.m - 276 manat; 0,085599ha (855,99kv.m) x 276 manat = 236.253,0 manat).Qeyd olunan torpaq sahəsinin likvid dəyəri hesablanarkən isə yuxarıda qeyd olunanları və hazırda həmin ərazi üzrə əmlak bazarındakı tələb-təklifi nəzərə alaraq 5% azalma əmsalı tətbiq etməklə hazırkı dövrə likvid dəyəri - 224.440,0 (iki yüz iyirmi dörd min dörd yüz qırx) manat müəyyən edilir (236.253,0 manat - 5% = 224.440,0 manat).QEYD: HOWO ZZ3317N356TW-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847Ayük (mühərrik: **********87, buraxılış ili 2013), SHACMANSX3254 DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillərin bazar va likvid dəyərlərinin müəyyən edilməsi məqsədilə onlara baxış keçirilməklə texniki vəziyyətlərinin öyrənilməsi zəruridir. Avtomobillər baxışa təqdim edilmədiyindən qiymətləndirici-mütəxəssis qarşısında qoyulmuş sualların avtomobillərə dair hissəsi üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur.

75. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələdirilən ipoteka predmetləriinin qiyməti ilə bağlı bir-birindən fərqlənən qiymətləndirici rəyləri mövcuddur və məhkəmənin istinad etdiyi rəydə göstərilən qiymətlə tərəflərin ipoteka müqaviləsində razılaşdırdıqları qiymət arasındakı kəskin fərq ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alaraq sonuncu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən 1 nömrəli nömrəli ilkin satış qiyməti 501.522,00 manat, ünvan 7 ünvandakı torpaq sahəsinin ilkni satış qiyməti 224.440,0 manat müəyyən edilməlidir. Göründüyü kimi, HOWO ZZ3317N356TW-yük (mühərrik: **********27, buraxılış ili 2011), HOWO ZZ3257N3847A-yük (mühərrik: **********87, buraxılış ili 2013), SHACMANSX3254 DT404-yük (mühərrik: 1113C004409, buraxılış ili 2013) avtomobillər ekspert baxışına təqdim edilmədiyindən onların ilkin satış qiymətlərini müəyyən etmək mümkün olmamışdır.

76. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.

77. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

78. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-120/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsi Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən 1 nömrəli nömrəli mənzilin və ünvan 7 ünvandakı torpaq sahəsinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmdən saxlanılmalıdır.

79. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş əmətəəşünaslıq ekspertizanın dəyəri olan 50 (əlli) manat pul vəsaiti iddiaçı və cavabdehlərdən müştərək qaydada tutularaq ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı mütəxəssis rəyinin tərtib edilməsi üçün 300 (üç yüz) manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq X2 hesabına köçürülməli, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.

80. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

81. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-120/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qətnaməsi Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən 1 nömrəli nömrəli mənzilin və ünvan 7 ünvandakı torpaq sahəsinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilsin. Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti 556/557-ci məhəllə ev 79-da yerləşən 1 nömrəli nömrəli mənzilin ilkin satış qiyməti 501522,00 manat və ünvan 7 ünvandakı torpaq sahəsinin ilkin satış qiyməti 224.440,0 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə Əmətəəşünaslıq ekspertizanın dəyəri olan 50 (əlli) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı mütəxəssis rəyinin tərtib edilməsi üçün 300 (üç yüz) manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq X2 hesabına köçürülsün. Apellyasiya şikayətinin verilıməsi üçün ödənilmiş dövlət rüsumı apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar