Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-253/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2291/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02\3-2103 saylı abunə kodu üzrə əsassız hesablanmış 12202.56 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonunun Kor-göz qəsəbəsində yerləşən daş karxanasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxx 2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri 007613 saylı akt tərtib edərək həmin aktda qeyd olunmuşdur ki, “1354450 nömrəli narıncı rəngli möhürdə müdaxilə izləri vardır. Sim keçən dəliklərində genişlənmə və cızıq izləri möhürün narıncı içliyində də cızıq izləri vardır. Hər 3 fazada gərginlik açılması vardır.” Bundan başqa, cavabdeh “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” akt tərtib etmiş, təxminən 5 gün sonra cavabdeh xx xxxx 2020-ci il tarixdə ********** saylı hesab ödəniş vərəqi təqdim edərək istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx xxxx 2020-ci il tarixədək 12.202.56 manat borcunun olması bildirmiş və xx xxxx 2020-ci il tarixədək ödənilməsi qeyd edilmişdir. Aktda 801880 nömrəli sayğaca müdaxilə olunma barədə qeyd edilmişdir. Akt əsassız olduğu üçün iddiaçı tərəfindən imzalanmamış, sayğaca müdaxilə iddiaçı tərəfindən edilməmiş, bu barədə cavabdehin nümayəndələri iddiaçıya hər hansı irad bildirməmişlər. İddiaçının aktı imzalamaması qeyd edilən qüsurların iddiaçı tərəfindən edilməməsi mənasını verir. Aktda göstərilənlər hər hansı kənar təsir nəticəsində mümkün ola bilər. Eyni zamanda həmin ərazidə bu sahəyə bələd olmayan adamın sayğaca müdaxilə etməsi qeyri-mümkündür. Sayğaca müdaxilə olubsa belə, həmin müdaxilə iddiaçı tərəfindən olmamışdır. İstinad edilən aktda iddiaçıdan tələb olunan pulun sənaye və məişət sayğaclarının kalibirləmə laboratoriyasında yoxlanılmasının nəticələri gözlənilmədən hesablandığını bildirmək mümkündür. Bundan başqa, iddiaçıya itirilmiş enerjinin dəyərinin hesablanması komissiyasının rəyi təqdim edilməmişdir. Cavabdeh heç bir əsaslandırma olmadan iddiaçının şəxsi hesabına 12202.56 manat borc yazmışdır. Tələbdə göstərilən həcmdə borcun hesablanması və sayğacın yoxlanılmasının Qaydalarda müəyyən edilən tələblərə uyğun həyata keçirilməsi və sair bu kimi halları sübut etmək yükü cavabdehin üzərindədir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2291/2020 saylı xx.xx.2020-ci qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya hesablanmış 12202.56 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi qət olunmuşdur. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, qanunsuz və əsassızdır. Belə ki, iddiaçı sahibkarlıq subyekt olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyənin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X3 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, qeyd edilən normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə mübahisəyə düzgün olmayaraq Qaydaların 8.17-ci bəndini tətbiq etməli olduğu halda, 8.33-cü bəndini tətbiq etmişdir. Akt komissiyasının xx.xx.2020ci il tarixli icra vərəqinə əsasən istehlakçı ilə 140 gün müddənə yenidən hesablaşma aparılaraq, 135584 kvts əlavə sərfiyyat (12.202,56 manat borc) hesablanmışdır. Qeyd edilən hesablaşma EEİQ-in 8.17-ci bəndinə əsaslanmışdır. Həmin bəndə əsasən, istehlakçının təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonen issna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Aktda göstərilən hallar EEİQ-nin 8.17-ci bəndində nəzərdə tutulan hesablaşma uçot cihazlarının zədələnməsi halını ifadə etmişdir. Sözügedən hal sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair laborator müayinə protokolu ilə öz təsdiqini tapmışdır. Habelə, sayğac-uçot kompleksinin iddiaçıya məxsus KTM-də quraşdırıldığını nəzərə alaraq hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik istehlakçının üzərinə düşmüşdür. Bundan başqa, sayğac yenisi ilə əvəz edildikdən sonra sərfiyyatda arm müşahidə olunmuş, əvvəlki aylarda sərfiyyat 2-4 min manat civarında olduğu halda, sonrakı aylarda 6 min manat olmuşdur. Belə olan halda, məhkəmə mübahisəyə EEİQ-nin 8.17-ci bəndini tətbiq edib iddianı rədd etməli olduğu halda, əsassız olaraq tətbiq etməmiş və bununla maddı hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün sayımışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirir. Ona görə də MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində baxılmalıdır. İş materiallarına əsasən isə müəyyən olunur ki, cavabdehin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını əsaslandıran mövqeyi əsasızdır. Belə ki, birincisi, cavabdeh tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektində elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanılmasına dair tərtib olunmuşxx.xx.2020-ci il tarixli NDQ seriyalı 007613 saylı aktda təsbit olunan - “sayğac və cərəyan transformatorlarının quraşdırıldığı xüsusi qutunun qapısına vurulmuş narıncı möhürün stəkanının daxili divarında, sim keçən dəliklərində və narıncı içliyində genişlənmə və cızıq izlərinin” mövcud olması heç də iddiaçı tərəfindən həmin möhürə müdaxilə olunmasını təsdiqedici məlumatlar kimi qiymətləndirilə bilməz. İkincisi, həmin aktda təsbit olunur ki, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək hər 3 fazada gərginlik açılması olmuş, nəticədə sayğacın göstəricisinin kompyuter informasiya məlumat bazasına düzgün daxil edilməmişdir. Bu halda isə iddiaçının təqsirli hərəkətlərinin nədən ibarət olduğu görünmür və qyeri-müəyyəndir. Burada, sayğacın göstəricisinin kompyuter informasiya məlumat bazasına düzgün daxil edilmə öhdəlyi isə, məhz, enerji təchizatçısı cavabdehin üzərinə düşən bir öhdəlikdir. Bu baxımdan, kompyuter informasiya məlumat bazasında düzgün olmaayn göstəricisi əsasında əvvəllər istelakçıya düzgün olmayan hesabların verilməsi məsuliyyətini də enerji təchizatçısı daşıyır. Belə ki, “X3 Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 10.8.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasındakı balans mənsubiyyəti sərhədində elektrik enerjisinin tələb olunan keyfiyyət göstəriciləri standartlara və “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun müəyyən edilir. 10.9-cu bəndinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Üçüncü bir tərəfdən, onu da qeyd etmək lazımdır ki, xx.xx.2020-ci il tarixli 188406 saylı protokola əsasən verilmiş “narıncı möhürə müdaxilə edilməsi, xx.xx.2020 xx.xx.2020-ci il tarixlərində gərginlik açılması barədə” rəydə heç bir tədqiqi əssaslandırma mövcud deyil, onda təsbit olunanlar eynilə, ilkin aktda göstərilənlərin təkrarlanmasından başqa bir şey deyil. Beləliklə də qeyd edilənlər mübahisələnirilən aktda təsbit olunan halların həqiqiliyini və mötəbərliliyini istisna edir. Belə olan halda isə iddiaçının cavabdehə ziyan vuran, hüquqa zidd, təqsirli hərkətlərin söhbət gedə bilməz. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinin tələbindən isə görünür ki, şəxsin üzərinə hüquqa zidd hərəkət və hərəktsizliyi, daha konkret, ziyan vuran təqsirli hərəkətləri sübuta yetirilməyincə, ondan mücərrəd bir ziyanın əvəzinin ödənilməsi tələb oluna bilməz. Qeyd olunanlar onu göstərir ki, Qaydaların 8.17-ci bəndi tətbiq olunmaqla cavabdehin Akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən iddiaçıya 140 gün müddənə yenidən hesablaşma aparılmpaqla, 135584 kvts əlavə sərfiyyat hesablanması və ondan 12.202,56 manat məbləğində borcun ödənilməsinin tələb etməsi əsassızdır. Dördüncüsü, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə EEİQ-dən istifadə olunma vəziyyəti yoxlanılması qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın qüvvədə olan 8.34-cü bəndinə əsasən: -enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan, cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra, yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, cavabdeh qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, cavabdehin həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt, protokol, akt komissiyasının icra vərəqi ilə təsbit olunan nəticələr hüquqi qüvvəyə malik ola bilməz, etibarsızdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunması maddi və prosessual hüquq normalarına uyğun hesab edilməlidir. Bu mənada məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2291/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2291/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-253/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-253/2021
18.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver